Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 

37 


Müsibət zikri 

 

Müslim  və  Haninin  şəhadət  xəbəri  imam  Hüseynə  yolda  çatdı.  Müslim  Kufədə  qiyam  edən  gün  imam 

Hüseyn  (ə)  Məkkə  torpağından  çıxdı.  Bu  çox  maraqlı  tarixdir!  İmam  Hüseyn  (ə)  Kərbəlaya  gəldi  və  aşura 

səhnəsi bərpa oldu. Səhabələr bir-birinin ardınca şəhadətə çatdı. Əli övladları gördülər ki, köməkçilərdən kimsə 

qalmayıb,  yalnız Əli, Cəfər, Həsən və Hüseynin körpələri sağdır. İmam Hüseyn (ə) və  ya Hüseyn oğlu Əlinin 

istəyi bu idi ki, Hüseyn övladı əhli-beytdən öncül olsun. Bu səbəbdən də Hüseyn oğlu Əli əmioğlularından öncə 

meydana çıxdı.  

 

Əli-Əkbərin şəxsiyyəti 



 

Əgər  imam  Hüseynin  böyük  oğlu  Əli  ibn  Hüseynin  şəhadəti  Allahın  hökmü  olmasaydı,  heç  şübhəsiz, 

Hüseyndən  sonra  məhz  Əli-Əkbər  imamətə  çatardı.  Bəzi  tarixçilər  və  hədisçilər  Əli-Əkbərin  on  səkkiz,  on 

doqquz  yaşında  olduğunu  bildirirlər.  Amma  tarixi  diqqətlə  araşdırdıqda  onun  25-dən  çox  yaşı  olduğu 

aşkarlanır. Bu səbəbdən ona “Əli-Əkbər” yəni “böyük Əli” adı verilmişdi. İmam Səccadın (ə), imam Hüseynin 

(ə)  ortancıl  oğlunun  Kərbəlada  23  yaşı  vardı.  Əli-Əkbər  isə  ondan  böyük  idi.  Bəzi  tarixi  mənbələrdə  Əli-

Əkbərin 27 yaşda olduğu bildirilir. Bu xəbəri bir çox dəlillər təsdiqləyir. Bir gün Müaviyə öz ətrafındakılardan 

soruşdu:  “Bilirsinizmi bu  xilafət  və hökumət  üçün ən  layiqli  şəxs  kimdir?”  Dedilər:  “Sən  özünsən.”  Müaviyə 

dedi:  “Yox,  utanmayın,  həqiqəti  deyin.”  Dedilər:  “Bilmirik.”  Müaviyə  dedi:  “Mənim  nəzərimcə,  həmin  şəxs 

Hüseyn oğlu Əlidir. Onda Bəni-Haşimin şücaəti, Bəni-Üməyyənin səxavəti və böyüklüyü var...”1  

Əli-Əkbər savaş üçün icazə aldı. İmam Hüseyn (ə) öz əli ilə onun başına əmmamə qoydu və onu meydana 

hazırladı. Əli-Əkbər meydana doğru hərəkət etdi. Böyük rəvayətçilərdən biri belə nəql edir: İmam Hüseyn (ə) 

üzünü göyə tutub dedi: “Pərvərdigara! Sən şahid ol! Mən xilqət, danışıq, rəftar baxımından peyğəmbərə (s) ən 

çox  oxşayan  kəsi  bu  qövmlə  mübarizəyə  göndərdim.  Pərvərdigara!  Biz  nə  vaxt  peyğəmbəri  xatırladıqsa,  bu 

gəncin  camalını  ziyarət  etdik.”  Əli  Əkbər  meydana  çıxıb,  ardıcıl  həmlələr  etdi  və  bəzi  rəvayətərə  görə  yüz 

iyirmidən çox düşməni öldürdü. Silahların ağırlığı, döyüşün çətinliyi və susuzluq onu əldən salmışdı. Zirehinin 

halqalarından qan süzülürdü. O atasının qarşısında dayanıb dedi: “Ata! Susuzluq məni öldürür. Dəmirin ağırlığı 

əziyyətimi  və  hərarətimi  artırıb.  Olarmı  mənə  bir  ovuc  su  verəsən,  düşməni  məhv  etmək  üçün  daha  çox 

qüdrətim  olsun?  Əli-Əkbər  bilirdi  ki,  xeymələrdə  su  yoxdur.  Amma  imam  arabir  onlara  möcüzə  yolu  ilə  su 

verdiyindən Əli-Əkbər ona ağız açmışdı. Olsun ki, Əli Əkbər tamamilə başqa bir su nəzərdə tutmuşdur. Elə bir 

su  ki,  bütün  vücudunu  sirab  etsin.  İmam  Əli-Əkbərə  işarə  ilə  ağzını  açdı.  Əli-Əkbər  atasının  ağzını  daha  da 

quru  olduğunu  gördü.  Həzrət  buyurdu:  “Oğlum!  Meydana  çıx,  vuruş.  Mən  ümidvaram  ki,  günorta  olmamış 

baban  peyğəmbərin  əlindən  sirab  olarsan.”  Əli-Əkbər  meydana  getdi.  Vuruşdu  və  düşmənləri  yerə  sərdi.  Bir 

xəbis onun arxa  tərəfinə keçib nizə  ilə  kürəyindən  vurdu.  Başqaları  da Əli-Əkbərin  bədənini  qılıncla tikə-tikə 

doğradılar. Əli-Əkbər “Atacan, mən də getdim” deyə atası ilə xudahafizləşdi. Sonra imam onun “Vallah babam 

peyğəmbər məni sirab etdi” sözlərini eşitdi. Sürətlə ona yaxınlaşdı. Əli-Əkbərin ömrünün son anları idi. İmam 

bu nazənin vücuda baxıb buyurdu: “Oğlum, səni öldürənləri Allah öldürsün. Səndən sonra kül olsun dünya və 

dünya həyatına!”2  

 

                                                 



1

 “Bihar”, c. 45, s. 45 

2

 

“Bihar”, c. 45, s. 42-44 



 


 

38 


Doqquzuncu məclis 

 

İmam  Hüseyn  (ə)  şəban  ayının  üçündə  Məkkəyə  daxil  olduğu  gündən  zilhiccə  ayının  əvvəllərinədək  dörd 

aydan çox müddətdə qiyam və hədəfi ilə bağlı söhbətlər apardı.  

Bəni-Üməyyənin  gizli  təşkilatları  xəbər  verdi  ki,  Hüseyn  ibn  Əli  Məkkədə  Bəni-Üməyyə  hökumətinə 

hücuma  hazırlaşır.  Çünki  Məkkədən  qayıdan  ziyarətçilər  imamın  bəyanat  və  xütbələrinin  təsiri  altında  Bəni-

Üməyyəyə mənfi münasibət bəsləyirdilər.  

Keçmişdə  həcc  aylarında  xəlifə  Məkkəyə  “əmirul-həcc”,  yəni  həcc  mərasiminə  başçı  göndərirdi.  Bu  şəxs 

həcc mərasimini idarə edirdi. Amma bu dəfə Yəzid əməvi bir komandanın başçılığı altında Şamdan Məkkəyə 

böyük bir qoşun göndərdi. Bu qoşun Məkkəyə çatdıqdan sonra şəhər hərbi görkəm aldı. Qoşundan əlavə şəhərə 

imam Hüseyni (ə) şəhadətə çatdırmaq tapşırığı almış məmurlar daxil olmuşdu.   

İmam  Hüseyn  (ə)  bu  qrupdan  xəbərsiz  deyildi.  O  müqəddəs  şəhərdə  qan  axıdılmaması  üçün  bu  şəhərdən 

çıxmaq qərarına gəldi. Digər bir tərəfdən, zil-hiccənin ilk günlərində Müslimin yazdığı məktub Abəs ibn Əbu-

Şəbib  tərəfindən  imama  çatdırıldı.  Məktubda  imam  Kufəyə  dəvət  olunurdu.  İmam  həcc  ehramı  bağlasa  da, 

Bəni-Üməyyənin  sui-qəsd  xəbərini  eşidib  zil-hiccənin  səkkizinci  günü  ehram  halından  çıxdı.  İmamın  həcc 

əməllərinə  gəlməməsi  hamını  təəccübləndirdi.  Bu  xəbər  həmin  vaxt  kiçik  bir  şəhər  olan  Məkkədə  bir  anda 

yayıldı. Hamı bildi ki, imam həcci fərdi ümrə əməlləri ilə əvəz edib və ehram halından çıxıb. Bu işin səbəbini 

soruşduqda imam belə cavab verdi: “Biz Məkkədə qalası olmadıq.” Daha yaxın adamlara isə imam bu gedişin 

səbəbini  belə  açıqladı:  “Bəni-Üməyyə  mənim  qanımı  hərəmdə  axıtmaq  istəyir.  Mən  hərəmin  hörmətinin 

pozulmasına səbəb olmaq istəmirəm.  

 

Məkkədən çıxmaq ərəfəsində imamın xütbəsi 



 

Xəbər  gəldi  ki,  imam  xalqla  danışmaq  istəyir.  Həzrət  vəziyyəti  xalqa  çatdırmaq  fikrində  idi.  Şiə  və  sünni 

böyükləri  hicri  60-cı  il,  zil-hiccə  ayının  8-ci  günündə  bəyan  olmuş  bu  xütbəni  nəql  etmişlər.  Xütbənin  mətni 

belədir:  “Ölüm  Adəm  övladının  boynunda  asılmışdır.  Necə  ki,  gənc  qızların  boynundan  boyunbağı  asılır.  Öz 

ata-babamla  görüşə  necə  də  müştaqam!  Necə  ki,  Yaqub  Yusifə  iştiyaqlı  idi!  Mənim  üçün  seçilmiş  şəhadət 

məhəllinə  çatacağam.  Nəvavis  və  Kərbəla  arasında  canavarların  məni  tikə-tikə  parçaladığını  görürəm.  Onlar 

mənim  vücudumla  öz  qarınlarını  doldururlar.  Təqdir  olmuş  gündən  qurtuluş  yoxdur.  Allahın  razılığı  biz  əhli-

beytin razılığıdır. Allah-təalanın bəla və sınağına səbr edirik. Allah-təala biz səbirlilərin mükafatını əta edəcək. 

Allahın  rəsulunun  tənparəsi  Allahın  müqəddəs  dərgahında  (behiştdə)  ondan  ayrılmayacaq  və  onun  gözünün 

işıqlanmasına səbəb olacaq. Allah-təala Öz vədini gerçəkləşdirəcək. Bizim yolumuzda canından keçməyə hazır 

olan və Allahla görüşə hazırlaşmış kəs bizimlə birlikdədir. Mən sabah sübh hərəkətə başlayacağam.  

Bu xütbə Məkkədəki bütün insanları imamın qiyamından xəbərdar etdi.  

İmamı  bu  işdən  çəkindirmək  istəyən  ilk  şəxs  İbn-Abbas  oldu.1   O  dedi:  “Nə  üçün  gedirsiniz?”  Həzrət 

buyurdu:  “Bəni-Üməyyə  mənim  qanımı  axıtmaq  istəyir.  Mən  hərəmin  hörmətini  saxlamaq  üçün    burada 

qalmamalıyam.”  İbn  Abbas  dedi:  “Hara  getmək  istəyirsiniz?”  İmam  buyurdu:  “Nümayəndəm  və  əmim  oğlu 

Müslim  Kufədən  yazır  ki,  Kufə  xalqı  beyət  edib  və  məni  gözləyir.  Buna  görə  də  İraqa  gedirəm.”  İbn  Abbas 

dedi:  “Yoxsa  İraq  və  Kufəni  tanımırsan?!  Yoxsa yadında  deyil  ki,  atan  orada  olanda,  güclü  bir  qoşuna  malik 

olanda  ona  nə  qədər  əziyyət  verdilər?!  Qardaşınla  nə  etdiklərini  unutmusanmı?!  Kufədə  nə  işin  var?”  Həzrət 

buyurdu:  “Sənin  dediklərini  mən  də  bilirəm.  Amma  Allahın  hökm  etdiyi  gerçəkləşir.”  Sonralar  İbn  Abbas 

deyirdi:  “Hüseyn  ibn  Əlinin  Məkkədən  çıxdığı  sübhdən  öncəki  axşam  yuxuda  gördüm  ki,  Cəbrail  Kəbənin 

üstündə  Hüseynin  (ə)  əlindən  tutub  fəryad  çəkir:  “Allah-təala  beyətə  tələsin,  Hüseynin  (ə)  əli  Allahın  əlidir.” 

Bu  isə  Quranda  əks  olunmuş  bir  həqiqətdir.  Allah  beyətlə  bağlı  buyurur:  “Ağac  altında  sənə  beyət  edənlər 

əslində Allaha beyət etdi.”2  Zahirən beyət üçün onun əli uzansa da, Allahın əli onun əli üstündə idi. Bu beyət 

Allaha  beyət  idi.  Biz  şiə  müsəlmanlar  bilməliyik  ki,  Əlinin,  Hüseynin,  Cəfər  ibn  Məhəmmədin,  həzrət 

                                                 

1

 “Mürəvvicul-zəhəb”, c. 3, s. 54, 55 



2

 “Fəth”, 10 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə