Rəhman və Rəhim Allahın adı ilə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 

33 


ki,  Hüseyn  nümayəndə  göndərib  özü  üçün  beyət  toplayır,  xalq  silahlanır.  Onlar  Yezidi  İraqın  əldən  çıxa 

biləcəyi  ilə  qorxudur  və  vəziyyətin  islahı  üçün  İraqa  güclü  bir  adam  göndərməsini  tələb  edirdilər.  Məktubda 

Neman  ibn  Bəşirin  zəifliyi  və bu  işin  öhdəsindən  gələ bilməyəcəyi  qeyd  olunur.  Məktub  Yezidə çatdı  və  onu 

heyrətə  gətirdi.  Yezid  atasının  bir  zaman  ona  dediklərini  xatırladı:  “Siyasi  məsələlərdə  çətinlik  olduqda 

Sərhunla (Sərcunla) məsləhətləş.” (Sərhun sarayın zirək qulamlarından idi.) Yezid onu  yanına çağırıb, qarşıda 

duran  məsələ  ilə  bağlı  məsləhətləşdi.  Sərhun  dedi:  “Atan  da  bu  fikirdə  idi  ki,  bir  gün  İraq  camaatı  ayağa 

qalxacaq  və  Hüseyni  dəvət  edəcək.”  Yezid  dedi:  “Bəs  nə  etməliyik?”  Sərhun  dedi:  “Atanın  dediklərini  et.” 

Müaviyənin  öz  həyatının  son  günlərində  yazdığı  məktub  oxundu.  Bu  məktub  Übeydüllah  ibn  Ziyadın  bütün 

İraqa hakim təyin olunmasını təsdiqləyirdi. Amma Yəzidin ibn Ziyadla münasibəti yaxşı deyildi və hətta onu 

Bəsrə  hakimliyindən  uzaqlaşdırmaq  istəyirdi.  Yəzid  Sərhunun    təqdim  etdiyi  məktubu  görüb  təəccübləndi  və 

dedi:  “Demək  atam  belə  bir  iş  görübmüş!”  Sərhun  dedi:  “Bəli,  atan  fürsət  tapmadı,  yoxsa  İraqı  ibn  Ziyada 

tapşırmaq istəyirdi.” Yəzid göstəriş verdi ki, katiblər İraqa ibn Ziyadın hakimlik hökmünü yazsınlar.1  

 

İbn Ziyadın İraqa hakim təyin olunması 

 

Yəzidin məktubu ibn-Ziyada çatdığı vaxt o dərhal hazırlaşıb, bir qrup yaxın adamı ilə Kufəyə üz tutdu.  

Müslim  ibn  Əqil  18  min  kufəlinin  beyətindən,  pul  və  silah  topladıqdan  sonra  imam  Hüseynə  (ə)  məktub 

yazdı.  Məktubda  deyilirdi:  “Gəldiyim  gündən  şiə  böyükləri  tərəfindən  isti  qarşılanmışam.  Bu  günədək  on 

səkkiz nəfər beyət edib. Düşünürəm ki, artıq Kufəyə gəlişiniz üçün vaxt çatıb.” 

 

Müslimin imam Hüseynə (ə) məktubu 



 

“Dediklərin sırf həqiqətdir. Həqiqətən on səkkiz min nəfər Kufə əhli mənə beyət edib. Məktubum sizə çatan 

vaxt bizə doğru hərəkət edin. Çünki xalq sizinlədir və Müaviyə ailəsinə rəğbəti yoxdur...” 

Xalqın müxtəlif təbəqələri, tacirlər, əkinçilər, maldarlar Müslimə elə bir tərzdə beyət etmişdilər ki, Müslim 

onların vəfadarlığına zərrəcə şübhə etmirdi.  

 

İmamın Bəsrə böyüklərinə məktubu 



 

İmam  Bəsrə  əhlinə  xitabən  yazırdı:  “Mən  haqqın  öldürüldüyünü,  batilin  dirçəldiyini  gördüyümdən  özümə 

vəzifə bilirəm ki, qiyam qaldırım, sizi Allahın kitabına, yaxşılığın əmri və pisliyin qadağasına çağırım.” 

Bəsrənin  beş  böyük  şəxsinə  ünvanlanmış  məktubun  mətni  belədir:  “Allah  mənim  cəddimi  seçdi  ki,  öz 

bəndələrinə doğru  yol göstərsin. Onu öz  yanına apardıqdan sonra bu  yolun davamı və həzrətə canişinlik üçün 

ən  ləyaqətli  adamlar  biz  əhli-beytik.  Amma  qövmümüz  haqsız  olaraq  bizdən  önə  keçdi  və  biz  müsəlmanlar 

arasında təfriqədən çəkinib bu vəziyyətlə  razılaşdıq.  İndi öz elçimi bu məktubla sizin  yanınıza göndərir və bu 

yolla  sizi  Allahın  kitabı,  peyğəmbər  sünnəsinə  tərəf  çağırıram.  Çünki  peyğəmbər  sünnəsi  ölmüş,  bidət 

dirilmişdir. Əgər mənim sözlərimi eşidirsinizsə, əmrimə itaət edin. Sizi inkişaf və savab yoluna sövq edirəm... 

Vəssalamu ələykum və rəhmətullahi və bərakatuh.”  

Tarixi mənbələrdə qeyd olunur ki, bu beş nəfərdən dördü öz qövmünü ətrafına toplayıb dedi:  “Hüseyn ibn 

Əli bizi dəvət etmişdir və biz Hüseyn yolunda fədakarlıqla hazırıq.” Onların qövmü belə cavab verdi: “Biz də 

sizin kimi Hüseyn yolunda cihada hazırıq.” Amma məktubun ünvanlandığı beş nəfərdən biri, Münzər ibn Carud 

                                                 

1

 

“Bihar”, c. 44, s.336, 337 



 


 

34 


bu məktubun ibn Ziyad tərəfindən sınaq üçün yazıldığını güman etdi. Bu səbəbdən də məktubu imam Hüseynin 

elçisi  ilə  birlikdə  ibn  Ziyadın  yanına  aparıb  dedi:  “Ey  əmir!  Bu  şəxs  mənə  belə  bir  məktub  gətirmişdir.”  İbn 

Ziyad göstəriş verdi ki, imamın elçisi edam olunsun. Münzər bu hərəkəti işi ilk addımda müvəffəqiyyətsizliyə 

uğratdı və Bəsrədə heç bir hərəkat baş vermədi.  

 

İbn Ziyadın Kufəyə gəlişi 

 

İbn-Ziyad qürub vaxtı Hicaz libasında, başında qara əmmamə Kufəyə daxil oldu. Xalq eşitmişdi ki, Müslim 

imama məktub yazıb və onu Kufəyə dəvət edib. Qəfildən aralarında Hicaz libasında bir şəxsin olduğu süvariləri 

gördükdə xalq elə düşündü ki, gələnlər imam Hüseyn (ə) və onun yoldaşlarıdır. İbn Ziyadın üzündə niqab vardı. 

Tarixçilər  yazır:  “Kufənin  giriş  məhəllərindən xalq  dəstə-dəstə  onun  istiqbalına  çıxır  və  “Əssalamu  ələykə  ya 

Əba  Əbdillah,  əssalamu  ələykə  yəbnə  rəsulullah”  deyirdilər.  Nəhayət,  süvarilər  hakimin  sarayına  çatdılar  və 

onların  arasından  bir  nəfər  fəryad  çəkdi:  “Bu  Übeydullah  ibn  Ziyaddır!”  Bu  xəbər  xalqı  qəzəbləndirdi.  Sünni 

alimlərindən bəziləri yazırlar ki, onu daşa basdılar, söydülər və dağılışıb getdilər. Neman ibn Bəşir elə güman 

etdi  ki,  gələn  imam  Hüseyndir.  Ona  görə  gələnlərə  xahiş  etdi  ki,  saraya  daxil  olmasınlar!  İbn-Ziyadın 

yoldaşlarından  biri  dedi:  “Qapını  aç,  gələn  əmir  Übeydullah  ibn  Ziyaddır.”  Neman  göstəriş  verdi  ki,  qapılar 

açılsın.  O  anladı  ki,  İraq  hakimliyi  İbn  Ziyada  verilmişdir.  Səhəri  gün  sübh  İbn-Ziyadın  göstərişindən  sonra 

xalq  məscidə  çağırıldı.  Kufə  məscidi  ağzınadək  dolmuşdu.  Kufə  camaatı  Ziyad  ailəsini  tanıyırdı.  Çünki  onun 

atası  Übeydullah  Müaviyənin  fərmanı  ilə  uzun  müddət  Kufədə  hakim  olmuşdu.  O  çoxlarının  başını,  əlini  və 

dilini kəsmişdi. Xeyli günahsız insan zindanlarda öldürülmüşdü. Çoxları sürgün olunmuş, var-dövləti müsadirə 

edilmişdi. İbn-Ziyadın Yəzidin əmri ilə, tam ixtiyarla gəldiyi məlum olanda Kufənin vəziyyəti dəyişdi. Həmin 

gecə  Müslim  ibn  Əqil  qaldığı  yeri  dəyişməli  oldu.  Çünki  ibn  Ziyadın  ilk  göstərişi  zahirən  Muxtarın  həbs 

edilməsi olmuşdu (Muxtar Kərbəla hadisəsi zamanı zindanda idi. İbn Ziyad onu öldürmək fikrində idi. Amma 

bacısının  əri  Abdullah  ibn  Ömər  onun  bağışlanmasını  istəmiş,  Yəzid  də  İbn-Ziyada  məktub  yazıb  Muxtara 

toxunmamağı tapşırmışdı. Nəticədə İbn-Ziyad Muxtarı Kufədən çıxarıb Hicaza göndərdi.)  

Kufənin çöhrəsi dəyişsə də, imam Hüseynin gəlişi məsələsi şiələr arasında gündəmdə idi. Onlar bilirdilər ki, 

Müslim hələ ki, Kufədədir, amma rabitələr məxfiləşib.  

İbn-Ziyad  kufəlilərə  xitabən  dedi:  “Məni  və  atamı  tanıyırsınız.  Bilin  ki,  Yəzid  tərəfindən  tam  ixtiyar 

almışam.  Ali-Əbu-Süfyan  hökumətinə  təslim  olub,  himayə  göstərin.  Belə  etsəniz,  izzət,  rahatlığa  və  sərvətə 

çatarsınız.  Mənə  Yəzid  tərəfindən  əmr  olunub  ki,  itaət  göstərənlərlə  yaxşı  rəftar  edib  məhəbbətlə  davranım. 

Amma itaətsizlik etmək istəsəniz hökumətə müxalif olanın başı bədənindən ayrılacaq. Mənə xəbər veriblər ki, 

Müslim bu şəhərdə gizlənir. Onu evində saxlayana aman verilməyəcək.” İbn-Ziyad bu sözləri deyib minbərdən 

düşdü.1  Belə bir gündən sonra İbn-Ziyad Müslimin yerini tapacağına ümid edirdi. Amma belə olmadı. Müslim 

İbn-Ziyad Kufəyə gələn gecə Hani ibn Ürvənin evinə getmişdi.2  

 

İbn-Ziyadın Şərik ibn Ovəri yoluxması 

 

İbn-Ziyad tərəfindən xəbər gəldi ki, Əmir Şəriki yoluxmaq istəyir. Şərik Müslimə dedi: “Bu gecə ibn Ziyad 

məni görməyə gələcək. Mən su istəyən vaxt sən qəfildən daxil olub onu qətlə yetirərsən. Oradan hərəkət edib, 

şiələri xəbərdar edər və sarayı tutarsan. İş başa çatar, sonra Hüseyn də gələr. Bu iş sənin xeyrinədir və məsələni 

sona  çatdırır.”  Cənab  Müslim  Haninin  mənzilinin  anbarında  gizləndiyi  vaxt  ibn  Ziyad  qulamı  Mehran  ilə 

Haninin  evinə  daxil  oldu.  O  Şərikin  yatağının  kənarında  əyləşdi  və  halını  soruşdu.  Şərik  dedi:  “Görürsən  ki, 

halım yaxşı deyil, ciyərim yanır. Mənə su verin!” Onun üçün su gətirdilər. Sudan bir qədər içdi. İkinci dəfə su 

istədi. Yenə su gətirdilər. Sonra Şərik pərdə arxasındakı Müslimə işarə ilə bir şer oxudu. Şerdə deyilirdi ki, nə 

üçün  məni  intizarda  saxlamısan?  Mehran  İbn-Ziyadın  ayağına  vurub  dedi:  “Əmir,  ayağa  qalx,  burada  qurğu 

                                                 

1

 “Bihar”, c. 44, s. 340-342 



2

 “Bihar”, c. 44, s. 341, 342 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə