Rəhman və Rəhim Allahın adı ilə


Müaviyənin ideoloji fitnəkarlığından tarixi bir nümunə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix30.10.2018
ölçüsü1,66 Mb.
#76038
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

 

25 


Müaviyənin ideoloji fitnəkarlığından tarixi bir nümunə 

 

Müğeyrə  ibn  Şöbənin  oğlu  deyir:  “Bir  gün  atam  narahat  bir  görkəmdə  evə  gəldi.  Ondan  narahatlığının 

səbəbini soruşdum. Dedi: “Necə rahat olum?! Gecə ən xəbis olan bu insandan bir şey gördüm ki, məni taqətdən 

saldı...”  Kimi  nəzərdə  tutduğunu  soruşdum.  Müaviyəni  nəzərdə  tutduğunu  bildirdi.  Dedim  ki,  axı  o  sənin 

dostundur,  nə  üçün  onun  haqqında  belə  danışırsan?  Dedi:  “Bu  gecə  onun  yanında  idim.  Ona  dedim  ki,  ey 

Müaviyə,  indi  ki,  hakimiyyətə  çatmısan,  sərvət  və  qüdrət  sənin  ixtiyarındadır,  öz  qohumların  Bəni-Haşimə 

diqqət göstər.  Onların Mədinədə  çətin  vəziyyətdə olduğunu  gördüm.  Dedim  ki,  bu sənin  üçün pisdir,  göstəriş 

ver,  qoy  onların  arasında bir məbləğ  pul  bölsünlər, bu  yolla onları  razı  sal... Müaviyə başını aşağı  saldı  məni 

dinlədi,  birdən  başını  qaldırıb  dedi:  “Müğeyrə  heç  vaxt!  Müxtəlif  qəbilələrdən  olanların  hər  biri  bir  neçə  gün 

ərəbə  hakim  oldular.  Qəyyim  qəbiləsinin  başçısı  Əbu-Bəkr  ibn  Əbu-Qəhafə  hakim  oldu,  zəhmət  çəkdi, 

dünyadan  keçəndə  “Əbu-Bəkr  öldü”  dedilər.  Bununla  da  iş  bitdi.  Daha onun  haqqında  danışan  olmadı.  Bəni-

Ədi qəbiləsinin başçısı 10 il çalışdı, cəngavərliyi ilə ərəblərə izzət gətirdi. Elə ki, öldü “Ömər öldü”  dedilər və 

artıq  ondan  danışan  olmadı.  Qardaşımız  Osman  ibn  Əffan  xeyli  zəhmət  çəkdi,  bir  müddət  xəlifəlik  etdi. 

Öldürüldü  və  yaddan  çıxdı. Amma  bu  Haşiminin adını gündə  beş  dəfə  minarələrdən aləmə  yayırlar:  “Əşhədu 

ənnə Muhəmmədən rəsulullah.”  Ey Müğeyrə! Mənim əsas məqsədim bu səsi boğmaqdır!” 

Bu hədisi şiə yox, sünni bir tarixçisi Məmunun məclisində bəyan etmişdir.1  

 

Müaviyənin qurğusu 

 

Müğeyrə  Müaviyəyə  dedi:  “Sənin  Həsən  ibn  Əli  ilə  müqavilən  var  və  onu  ayaq  altına  ala  bilməzsən.” 

Müaviyə dedi: “Həsən üçün evindən düşmən tapmışam, bu günlərdə işi bitəcək. Bundan sonra qarşımda maneə 

qalmayacaq.”  (Müaviyə  imam  Həsəni onun  zövcəsi Cödə, Əşəs  ibn Qeysin  qızı  vasitəsi  ilə  şəhadətə  çatdırdı. 

Cödə südə zəhər qatıb imam Həsənə (ə) içirdi. Əşəsin iki oğlu Müslim ibn Əqil və Qeysin şəhadətində aparıcı 

rol oynadı. Bu ailənin kökü, gövdəsi, budaqları çirkin və zəlildir.)  

Müğeyrə  Müaviyəyə  dedi:  “Sən  özündən  sonra  üçün  canişin  seçə  bilməzsən.”  Müaviyə  dedi:    “Nə  olur 

olsun,  Yəzid  hakim  olmalıdır.”  Müğeyrə  dedi:  “Əgər  belə  bir  fikrin  varsa,  Kufə,  Bəsrə  və  İraqın  digər 

şəhərlərini  hazırlayaram.”  Müğeyrə  eşitmişdi  ki,  Müaviyə  onu  İraq  hakimliyindən  uzaqlaşdırmaq  istəyir. 

Müaviyə  dedi:  “Dediyin  kimi  edərsənmi?  Müğeyrə  dedi:  “Şamı  özün  idarə  et.  Mədinə  və  Məkkəni  də  Həcc 

fəslində  birtəhər  yoluna  qoy.”  Müaviyə  dedi:  “Get,  tam  ixtiyarla  işə  başla.  Beytül-maldan  istədiyin  kimi  sərf 

et.”  O  dünyapərəst  və  nüfuzlu  adamlara  kömək  göstərdi,  müxalifləri  aradan  götürdü.  (İmam  Hüseynin  (ə) 

“insanlar  dünyanın  quludur”  buyuruğu  həqiqətən  də  möcüzədir.  Çünki  bütün  dövrlərdə  xalq  dünyaya  qul 

olmuşdur.)  

Beyətlər başladı. Şam rahatlıqla beyətə razılıq verdi. Misiri Əmr As ram etdi. Müğeyrə pul, hədə ilə İraqdan 

beyət  ala  bildi.  Nəhayət,  Müaviyə  Məkkədə  təhlükəli  bir  oyunla  Yezidə  beyət  aldı.  Ölümünün  yaxınlaşdığını 

hiss  edən  Müaviyə  Yezidə  tapşırıqlar  verdi.  Öncə  dedi:  “Səndə  xilafət  və  vilayət  qabiliyyəti  yoxdur.  Çünki 

Peyğəmbər  (s)  səhabələri  sağdır  və  kimsə  səni  şəxsiyyət  saymır.  Amma  mən  pul,  hiylə  və  zor  ilə  sənin  üçün 

beyət almışam. Bil ki, bir neçə nəfər tanınmış şəxs sənin xilafətini qəbul etməyib. Onların başında Hüseyn ibn 

Əli dayanır. Ondan əlavə Abdullah ibn Zübeyr, Abdullah ibn Ömər və Əbu-Bəkrin bir övladı (Əbdür-Rəhman) 

sənin xilafətinə müxalifdir. Abdullah ibn Zübeyr sənin üçün təhlükəlidir. Çünki o hakimiyyəti ələ almaq istəyir. 

İmkanı  olsa,  Bəni-Üməyyəni tikə-tikə doğrayar.  Bu səbəbdən  də onu sağ qoymamalısan. Abdullah ibn Ömər 

dua və zikrlə məşğuldur. İstəyəcək ki, ona qulaq asasan. Əgər məktub yazıb, nə isə istəsə onun istəyinə əməl et. 

Belə  etsən  səninlə  işi  olmaz.  Hüseyn  (ə)  isə  sənin  üçün  dolaşıq  bir  məsələdir.  Xalq  onu  peyğəmbərin  övladı 

kimi  tanıyır  və  bir  çoxları  peyğəmbərin  ona  sevgisini  xatırlayır.  O,  dindən  və  xalqdan  xəbərdar  bir  insandır. 

Müsəlman xalq kimsəni ona tay bilmir. Məmurlar mənə xəbər verib ki, İraq əhli Hüseyni rahat buraxmayacaq 

və ondan qiyam qaldırmasını istəyəcək. Əlbəttə ki, mənim dövrümdə bir iş görməz. Çünki mənimlə müqaviləsi 

                                                 

1

 “Mürucuz-zəhəb”, c. 3, s. 454, 455 




 

26 


var.  Çalış  ki,  Hüseyn  ibn  Əlini  İraq  əhlindən  hörmətlə  alasan  və  ona  heç  bir  ziyan  vurmayasan.  O  da  sənin 

qohumundur və dövlətin məsləhəti onunla savaşa qalxmamaqdadır.”1  

 

Müaviyənin ölümü və Yezid hökumətinin başlanğıcı 

 

Müaviyə  vəsiyyət  etdi  və  dünya  ilə  vidalaşdı.  Yezid  hakimiyyətinin  ilk  günü  Mədinə  hakiminə  məktub 

yazdı. Həmin məktubda Mədinə hakimi Vəlid ibn Ütbəyə belə deyilirdi: “Mədinə əhli mənə beyət  edib. Atam 

mənə  xəbər  verdi  ki,  üç  nəfər  beyət  etməyib:  Hüseyn  ibn  Əli,  Abdullah  ibn  Zübeyr  və  Abdullah  ibn  Ömər. 

Onlardan mənim üçün beyət al və mənə məlumat ver.” Vəlid həmin üç nəfərin  ardınca qasid  göndərdi. Qasid 

peyğəmbər  (s)  məscidinə  gəlib  imam  Hüseyn  (ə)  və  Abdullah  ibn  Zübeyrə  dedi:  “Qalxın  və  əmirin  yanına 

gedin. O sizi yanına çağırıb.” Abdullah imam Hüseynə (ə) ərz etdi ki, indi görüş vaxtı deyil, xeyir ola? İmam 

buyurdu: “Elə düşünürəm ki, Müaviyə ölüb və bunlar Yezid üçün bizdən beyət almaq istəyir.” Abdullah dedi: 

“Mən də elə düşünürəm. Siz nə edəcəksiniz?” İmam buyurdu: “Mən gedirəm görüm nə deyir.” Abdullah dedi: 

“Amma mən getməyəcəyəm.” O, ayağa qalxıb yola düşdü.” Əmir Abdullahın gəlmədiyini görüb, onun evinə 

qasid göndərdi və tələb  etdi ki, hökmən onun  yanına gəlsin. Amma Abdullah Mədinədən çıxıb Məkkəyə  yola 

düşdü və hərəmə sığındı.  

İmam Hüseyn (ə) Vəlidin yanına getdi. Vəlid Yezidin məktubunu həzrətə verdi. Bu məktubda Müaviyənin 

ölümü  xəbər  verilirdi.  İmam  “inna  lillahi  və  inna  iləyhi  raciun”  ayəsini  oxudu.  Vəlid  dedi:  “Beyət  haqqında 

fikrin  nədir?  İmam  buyurdu:  “Məndən  məxfi  şəkildə  beyət  almaq  istəyirsən?  Beyət  aşkar  olmalıdır  və  xalq 

beyətdən  xəbər  tutmalıdır.  Bu  iş  məsciddə  olmalıdır.  Görək  sabah  nə  edirik.”  İmam  buyurmadı  ki,  sabah 

gələrəm  və  beyət  edərəm!  Həmin  vaxt  Mərvan  Vəlidin  yanında  idi.  (Mərvan  Bəni-Üməyyənin  ən  xəbis 

kəslərindən  idi.  Əslində  Osmanı  o  ölümə  vermişdi.  O,  onun  atası  peyğəmbər  (s)  və  əhli-beyt  tərəfindən 

lənətlənmişdi...) 

Mərvan  Vəlidə  dedi:  “Ya  ondan  dərhal  beyət  al,  ya  da  onu  buradan  sağ  buraxma.”  Həzrət  buyurdu:  “Bu 

sözləri  sən  deyirsən?  Sən  məni  öldürmək  istəyirsən?”  Vəlid  üzr  istədi.  İmam  Hüseyn  (ə)  Bəni-Haşim 

cavanlarına tapşırmışdı ki, qapıda dayanıb, onu gözləsinlər. Əgər bir iş baş versə, müdafiəyə qalxsınlar. Həzrət 

bu gənclərlə mənzilinə yola düşdü.2  

Tarixin bu dönəmi ilə bağlı ixtilaflar var. Amma Şeyx Müfid kimi  böyük bir şəxsiyyət nəql edir ki, imam 

Hüseyn  (ə)  həmin  gecə  Mədinədən  çıxdı.  (Bəziləri  qeyd  edirlər  ki,  imam  həmin  görüşdən  sonra  iki  gün 

Mədinədə qaldı.)  

İmam  Hüseyn  (ə)  peyğəmbər  (s)  məscidinə  getdi  və  babasının  qəbri  yanında  onu  yüngül  yuxu  apardı. 

Yuxuda peyğəmbəri (s) gördü. Həzrət öz nəvəsinə belə buyurdu: “Burada qalma, hərəkət et.” 

İmam Hüseyn (ə) Bəni-Haşimdən olan bir dəstə ilə Mədinədən çıxmağa hazırlaşdı.  

 

Yaxşılığa əmr və pisliyə qadağa üçün qiyam 

 

İmam  Hüseyndən  (ə)  sonra  həzrət  Əlinin  (ə)  böyük  oğlu  olan  Məhəmməd  ibn  Hənəfiyyə  imamın  yanına 



gəlib  dedi:  “Qardaş!  Nə  etmək  istəyirsən?”  Həzrət  buyurdu:  “Onlar  (yəzidçilər)  məndən  Yəzid  üçün  beyət 

almaq istəyir. Mən də beyət etmək fikrində deyiləm. Ona görə də Mədinədən çıxacağam.” Məhəmməd soruşdu: 

“Haraya?”  Həzrət  buyurdu:  “Hazırda  Məkkəyə  gedirəm.  Görək  orada  nə  olacaq.”  Məhəmməd  dedi:  “Bəli, 

hərəmə  gedin.  Çünki  hərəm  sizin  üçün  ən  etibarlı  yerdir.  Amma  mən  sizinlə  gedə  bilməyəcəyəm.”  İmam 

buyurdu:  “Sən  bizimlə  olmamalısan.  Mədinədə  qal,  buradakı  xəbərləri  mənə  çatdır.  Vəsiyyətnaməmi  sənə 

tapşırıram.” İmam Hüseyn (ə) bu vəsiyyətnamədə qiyamının məqsədlərini açıqlamışdı. Vəsiyyətnamənin mətni 

belədir:  

“Bismillahir-Rəhmanir-Rəhim. Bu vəsiyyət Hüseyn ibn Əli tərəfindən ibn Hənəfiyyə kimi tanınmış qardaşı 

Məhəmmədə ünvanlanmışdır.  

                                                 

1

 “Bihar”, c. 44, s. 311, 312 



2

 “Bihar”, c. 4, s. 324 




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə