Referat müəllim: dos. Tələbə: İsazadə Ağaməmməd Bakı-2021 plan



Yüklə 47,39 Kb.
səhifə3/6
tarix26.04.2022
ölçüsü47,39 Kb.
#86040
növüReferat
1   2   3   4   5   6
İsazadə Ağaməmməd referat

1-ci sual üzrə nəticə:

Bu sualda investisiya və investisiya fəaliyyəti anlayışlarının nisbəti məsələlərinə toxunulmuş, investisiya fəaliyyətinin məqsəd və vəzifələri göstərilməklə yanaşı, investisiyaların növləri sadalanaraq şərhi verilmişdir.



Sual 2. İnvestisiya fəaliyyətinin obyektləri və subyektləri.

Vəsait qoyuluşunun səmərəli istiqamətinin müəyyənləşdirilməsinin mükəmməl metodoloji təminata ehtiyacı var. İlk növbədə sahələrin investisiyalaşdırılması üçün cazibədarlığını müəyyən etmək lazım gəlir. Bunun üçün isə informasiya təminatının kafi səviyyəsi tələb olunur. Təəssüf ki ölkəmizdə müvafiq informasiya bazası hələ də tam formalaşmamışdır. Ümumiyyətlə, xarici investisiyaların cəlb edilməsi, informasiya təminatı sahəsində ciddi problemlərin həllini nəzərdə tutr. O cümlədən, informasiya resurslarını idarə edən və onların kommersiyası əsasında istifadəsini həyata keçirən qurumların yenidən təşkilinə ehtiyac hiss olunur.

Müxtəlif səviyyələrdə (ölkə, rayon, müəssisə) bazar haqqında kommersiya, nəqliyyat və telekommunikasiya barədə informasiyanın çatışmaması, xüsusilə kiçik və orta xarici şirkətlər və firmaların investisiya qoyuluşları üçün maneəyə çevrilir. Sahənin investisiyalaşma üçün cazibədarlığının qiymətləndirilməsi, təbii ki, onun maliyyə-iqtisadi fəaliyyətinin hərtərəfli təhlili sayəsində mümkündür. Bu halda müxtəlif amillərin təsirinin kəmiyyətcə qiymətləndirilməsi zəruri olur. Beynəlxalq təcrübədə iqtisadiyyatın hər hansı bir sahəsinin vəsait qoymaq nöqteyi-nəzərindən əlverişli olub-olmamasını müəyyənləşdirmək üçün əmsallar qrupundan istifadə edirlər. Həmin əmsalların faktiki qiymətləri, normativ və ya böhran vəziyyətini əks etdirən səviyyələrdə tutuşdurulur və nəticə əldə edilir. Təbii ki, bu halda təhlil üçün, hansı əmsalların istifadə ediləcəyi və normativ (və ya böhran) kəmiyyəti təyin edilməlidir. İnvestisiya mühitinin qiymətləndirilməsində siyasi və iqtisadi sabitlik, qanunvericiliyin mükəmməllik dərəcəsi, vergi sisteminin səmərəliliyi infrastrukturun inkişaf səviyyəsi və s. göstəricilər istifadə edilir. Keçid iqtisadiyyatlı ölkələrdə torpaq üzərində mülkiyyət , girov mexanizminin reallaşması kimi prinsipial məsələlərdə investorlar birmənalı cavab almadıqda investisiya cəlb edilməsində ciddi problemlər meydana çıxır. İnvestisiya mühitinin formalaşmasında sığorta sistemi böyük rol oynayır. İnkişaf etmiş ölkələrin sığorta təşkilatlarında külli miqdarda maliyyə ehtiyatlarının toplanması sığortanı fəal investisiya yolu ilə iqtisadiyyatın inkişaf etdirilməsinin mühüm amilinə çevirir.

İnvestisiya fəaliyyəti haqqında AR Qanununun 3-cü maddəsinə müvafiq olaraq, iqtisadiyyatın bütün sahələrində hər hansı əmlak, o cümlədən əsas fondler və dövriyyə vəsaiti, qiymətli kağızlar, məqsədli pul əmanətləri, elmi-texniki məhsullar, intellektual sərvətlər, digər mülkiyyət obyektləri, habelə əmlak hüquqları investisiya fəaliyyətinin obyekti ola bilər. Yaradılması və istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilmiş sanitariya-gigiyena, radiasiya, ekologiya, arxitektura və digər normaların tələblərinə uyğun gəlməyən, habelə vətəndaşların, hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və mənafelərini eləcə də insanların sağlamlığını, dövlət təhlükəsizliyini pozan, yaxud poza biləcək obyektlərə investisiya qoyulması qadağandır .

İnvestisiya fəaliyyətinin subyektləri investor və investisiya fəaliyyətinin iştirakçılarıdır. Azərbaycan Respublikasının və xarici ölkələrin vətəndaşları və hüquqi şəxsləri, vətəndaşlığı olmayan şəxslər, habelə dövlətlər investisiya fəaliyyətinin subyektləri ola bilərlər. İnvestor dedikdə, özünə məxsus olan, borc götürdüyü və ya cəlb etdiyi maliyyə vəsaitini, maddi və intellektual sərvətləri investisiya fəaliyyəti obyektlərinə qoymaq haqqında qərar qəbul edən, habelə onlardan istifadə olunmasını təmin edən subyektlər başa düşülür. İnvestisiya fəaliyyətinin iştirakçıları dedikdə, investisiya niyyətinin həyata keçirilməsini

sifarişlərin icraçısı qismində və ya investorların tapşırığı əsasında təmin edən Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları və hüquqi şəxsləri, habelə vətəndaşlığı olmayan şəxslər başa düşülür. Azərbaycan Respublikası ərazisində mülkiyyət formasından və təsərrüfat fəaliyyətinin növündən asılı olmayaraq investisiya fəaliyyətinin bütün subyektləri investisiya fəaliyyətinin həyata keçirilməsi sahəsində bərabər hüquqlara malikdirlər.

İnvestor müstəqil surətdə investisiya qoyuluşunun məqsədini, istiqamətini, növünü və həcmini müəyyənləşdirir, onun həyata keçirilməsi üçün müqavilə əsasında, o cümlədən müsabiqə və hərrac yolu ilə fiziki və hüquqi şəxsləri investisiya fəaliyyətinin hər hansı iştirakçısı qismində cəlb edir. İnvestor Azərbaycan Respublikasının ərazisində investisiyanın obyektlərinə və nəticələrinə sahiblik, istifadə və sərəncam vermək, həmçinin investisiya və ticarət əməliyyatları həyata keçirmək hüquqlarına malikdir. Azərbaycan Respublikası qanunvericiliyinə zidd olmadıqda investorun fiziki və hüquqi şəxslərdən birbaşa və ya vasitəçilik yolu ilə istənilən miqdarda və növdən olan əmlakı tərəflərin müəyyənləşdirdiyi qiymətlərlə və şərtlərlə almaq hüququ vardır.

İnvestisiya fəaliyyətinin subyektləri aşağıdakı vəzifələri daşıyırlar:

1. maliyyə vəsaiti və maddi sərvətlər əsasında həyata keçirdikləri investisiyanın həcmi və maliyyələşdirilməsi mənbəyi barədə yerli banklara və ya maliyyə orqanlarına müvafiq orqanların arayışını təqdim etmək;

2. əsaslı tikinti və icazə tələb edən digər işlər üçün müvafiq dövlət orqanlarından və xüsusi xidmətlərdən zəruri icazə və ya razılıq almaq;

3. texnoloji, sanitariya-gigiyena, radiasiya, ekologiya və arxitektura tələblərinə əməl edilməsi baxımından investisiya layihələri üçün ekspertiza rəyi almaq;

4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilən norma və standartlara, habelə beynəlxalq norma və standartlara əməl etmək;

5. dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri daxilində, Azərbaycan Respublikasının Qanunvericilik aktlarına uyğun verdikləri tələbləri yerinə yetirmək;

6. müəyyənləşdirilmiş qaydada maliyyə və statistika hesabatları təqdim etmək;

7. haqsız rəqabətə yol verməmək və antiinhisar tənzimlənməsinin tələblərinə əməl etmək.

İnvestisiya fəaliyyətinin subyektlərində biri də investisiya fondlarıdır. Hüququ elmində isə investisiya fondalrının anlayışına dair bu günü qədər vahid bir fikir formalaşmayıb. Buna əsas səbəb kimi isə investisiya anlayışının qeyrimüəyyənliyidir. Çünki, bu anlayış daha çox iqtisadi anlayışdır, nəinki hüquqi və hüquq elmində də kifayət dərəcədə işlənilməmişdir.

Hesab edirik ki, investiya fondlarının anlayışıni istifadə etməkdən ötrü, ilk növbədə investisiya fondlarının funksiyalarını başa düşmək, investisiya fondlarının müasir hüquqda fərqləndirilən növlərini bilmək zəriridir. Onu da qeyd etmək yerinə düşər ki, hüququ elmində “suveren investisiya fondları” anlayışına da tez tez rast gənilir. V. Puqininin fikrincə, suveren investisiya fondları söz birləşməsi hər hansı bir dövlətə məxsus olan suveren fondun adlandırılması üçün investiya bankları tərəfindən düşünülmüşdür.Belə fondlar adətən ictimai sektora artıq likvidlilik hesabına və Mərkəzi Bankın ehtiyatı hesabına təşkil olunur.34 Suveren fondlar müxtlif aktivlərdə yatırılan və dövlət tərəfindən idarə olunan maliyyə alətlərindir. Qeyd etmək lazımdır ki, hüquq ədəbiyyatlarında “Suveren investisiya fondu”na dair digər anlayışlara da rast gəlinir. Belə ki, M.V. Kaurakova hesab edir ki, “....investisiya fondları – şəxsiyyətin, cəmiyyətin və dövlətin azad inkişafını təmin etmək məqsədilə transsərhəd əsasında kommersiya fəaliyyətində iştirak etmək hüququ olmaqla publik məqsədlərə çatmaqdan ötrü dövlət tərəfindən yaradılan hüquqi şəxslərdir.

İnvestisiya fondları adətən, investisiya fondlarının obyektləri hesab edilən aktivlərə görə və fondlar tərəfindən istifadə olunan investisiya strategiyasına görə təsnifatlaşdırılır. İqtisadiyyatda investisiya fondlarının rolunu nəzərdən keçirdikdə qeyd etmək lazımdır ki, investisiya fondları ildən ilə dünya iqtisadiyyatında böyük rol oynayır. A.S. Jeqalova qeyd edir ki, müasir dünyada paylı investisiya fondlarının aktivlərinin payı inkişaf etmiş ölkələrdə ÜDM-in 15-30%-i təşkil edir.V.İ. Qavrilyukun fikrincə, investisiya fondları – bütün dünyada investisiya qoyuluşunun fiziki şəxslər tərəfindən daha tez tez istifadə olunan alətlərdən biridir.F.İ. Fridmanın fikrincə, investisiya fondlarının funksiyaları aşağıdakılardır.

1. Pul vəsaitlərinin investisiyası;

2. Əhalinin əmanətlərinin saxlanılması;

3. Qeyri-dövlət pensiya fondalrının aktivlərinin suveren investisiya fondları, sığorta şirrkətləri tərəfindən cəlb edilən pul vəsaitlərinin idarə edilməsi;

4. Qiymətli kağızlar bazarının likvidliyinin yüksəldilməsi

5. Qiymətli kağızlar bazarının dəyişkənliyinin azaldırlması;

6. Kredit bazarında faiz dərəcələrinin aşağı salınması;

7. Elmi və texniki inkişafın maliyyələşdirilməsi;

İnvestisiya fondlarının təşkili, fəaliyyəti “İnvestisiya fondları haqqında”

Azərbaycan Respublikasının Qanunu ilə tənzim olunur. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, investisiya fondu dedikdə, səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur. İnvestisiya fondları iki növə ayrılır: səhmdar investisiya fondu və paylı investisiya fondu. Səhmdar investisiya fondu - səhmdar investisiya fondu fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti səhmlərinin yerləşdirilməsindən əldə edilən pul vəsaitlərinin investisiya bəyannaməsi ilə nəzərdə tutulmuş qaydada qiymətli kağızlara və digər əmlaka yatırılmasından mənfəət əldə edilməsi olan açıq səhmdar cəmiyyətidir. Paylı investisiya fondu - ümumi paylı mülkiyyət hüququ əsasında investisiya fond paylarının sahiblərinə məxsus və investisiya fondunun idarəçisinin idarəetməsində olan əmlak toplusudur. Paylı investisiya fondu hüquqi şəxs statusuna malik deyil və onun aktivləri paylarının satışından daxil olan pul vəsaitlərindən, həmin vəsaitlərin investisiyası nəticəsində əldə olunan digər aktivlərdən ibarətdir. Paylı investisiya fondu açıq, qapalı və interval formada yaradıla bilər. Paylı investisiya fondu özü-özlüyündə üç növə ayrılır:


Yüklə 47,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə