Referat müəllim: dos. Tələbə: İsazadə Ağaməmməd Bakı-2021 plan


o açıq paylı investisiya fondu



Yüklə 47,39 Kb.
səhifə4/6
tarix26.04.2022
ölçüsü47,39 Kb.
#86040
növüReferat
1   2   3   4   5   6
İsazadə Ağaməmməd referat

o açıq paylı investisiya fondu – paylarının satışını və geri satınalınmasını həftədə bir dəfədən az olmamaq şərti ilə həyata keçirən və aktivləri yalnız pul vəsaitləri və qiymətli kağızlardan ibarət olan paylı investisiya fondudur;

o interval paylı investisiya fondu – paylarının satışını və geri satınalınmasını ildə bir dəfədən az olmamaq şərti ilə həyata keçirən və aktivləri yalnız pul vəsaitləri və qiymətli kağızlardan ibarət olan paylı investisiya fondudur;

o qapalı paylı investisiya fondu – paylarının satışını və geri satın alınmasını fondun fəaliyyət müddətinin sonunda, qanunla müəyyən edilmiş qaydada həyata keçirən və aktivləri yalnız pul vəsaitləri, qiymətli kağızlar və daşınmaz əmlakdan ibarət olan paylı investisiya fondudur.

Səhmdar investisiya fondunun adında “səhmdar investisiya fondu”, paylı investisiya fondunun adında isə “paylı investisiya fondu” sözləri olmalı və paylı investisiya fondunun açıq, interval və ya qapalı olması göstərilməlidir. Səhmdar investisiya fondu azı üç hüquqi və (və ya) fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Səhmdar investisiyafondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərir. Səhmdar investisiya fondunun nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Qanunvericiliyə əsasən səhmdar investisiya fondu sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz. Səhmdar investisiya fondunun investisiya məqsədləri üçün nəzərdə tutulmuş aktivləri müqavilə əsasında idarəçi tərəfindən idarə edilir. Həmçinin, səhmdar investisiya fondu törəmə müəssisələr yarada, adi adlı səhmlərdən başqa digər qiymətli kağızlar buraxa bilməz.

Səhmdar investisiya fondunun səhmdarlarının ümumi yığıncağının

müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:



  • idarəçinin və ya depozitarın dəyişdirilməsi barədə qərarın qəbul edilməsi;

  • fondun xərclərinin artırılması barədə qərarın qəbul edilməsi.

Səhmdar investisiya fondunda tərkibi tək sayda, azı üç fiziki şəxsdən ibarət olmaqla müşahidə şurası yaradılmalıdır. Müşahidə şurasının üzvlərindən azı biri səhmdar investisiya fonduna aidiyyəti şəxs olmayan müstəqil şəxs olmalıdır. Səhmdar investisiya fondu ilə müvafiq müqavilələr bağlamış idarəçi, depozitar, auditor və qiymətləndirici, habelə onlara aidiyyəti olan şəxslər və onların nümayəndələri səhmdar investisiya fondunun müşahidə şurasının üzvü ola bilməz. Səhmdar investisiya fondu ilə müvafiq müqavilələr bağlamış idarəçinin, depozitarın, auditorun və qiymətləndiricinin əməkdaşları, habelə onlara aidiyyəti olan şəxslər səhmdar investisiya fondunun icra orqanının üzvü ola bilməzlər.

Paylı investisiya fondu açıq, interval və ya qapalı formada yaradılır. Paylı investisiya fondunun yaradılması barədə qərar idarəçi tərəfindən qəbul edilir. İdarəçi paylı investisiya fondunun idarə edilməsi qaydalarına müvafiq olaraq fondu təşkil edən bütün əmlak hüquqlarını payçıların xeyrinə həyata keçirir. İdarəçi paylı investisiya fondunun əmlakı ilə bağlı fondun idarə edilməsi qaydalarına zidd olmayan əqdlər bağlayır. Bu əqdlər idarəçi tərəfindən, onun hansı paylı investisiya fondunun adından çıxış etdiyi göstərilməklə bağlanılır. Paylı investisiya fondunun formalaşdırılmasının baş tutmuş hesab edilməsi üçün yetərli olan kapitalın minimum həcminə dair tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.



Paylı investisiya fondunun idarə edilməsi qaydaları şərtləri paylı investisiya fondunun idarəçisi tərəfindən müəyyən edilən, yalnız dövlət qeydiyyatına alındıqdan sonra müvafiq hüquqi nəticələr yarada bilən, investisiya fond payının alınması ilə investor və idarəçinin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən sənəddir. Paylı investisiya fondunun idarə edilməsi qaydalarında aşağıdakılar əks etdirilməlidir:

  • fondun tam adı və forması (açıq, interval və ya qapalı);

  • idarəçinin, depozitarın və auditorun tam adı, yerləşdiyi ünvan və lisenziyanın rekvizitləri;

  • qiymətləndiricinin (olduqda) tam adı və hüquqi ünvanı;

  • investisiya bəyannaməsi;

  • fondu təşkil edəcək pul vəsaitlərinin fondun formalaşdırılmasının baş tutmuş hesab olunması üçün yetərli, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş minimum miqdardan az olmayan miqdarı;

  • fondun formalaşdırılması müddəti;

  • emissiya edilən payların sayı;

  • fondun formalaşdırılması müddəti ərzində bir payın dəyəri;

  • idarəçinin hüquq və vəzifələri;

  • pay sahiblərinin hüquqları;

  • fondun fəaliyyət müddəti və ya onun müddətsiz fəaliyyət göstərməsi barədə qeyd;

  • payların alınması və geri satılmasına dair sifarişlərin verilməsi və icra olunması qaydaları və müddətləri;

  • bir investorun fonda daxil edilməsi üçün tələb edilən vəsaitlərin və ya payların minimum miqdarı;

  • payların alınması ilə bağlı idarəçiyə verilmiş pul vəsaitlərinin fondun tərkibinə daxil edilməsi qaydası;

  • payın cari dəyərinin hesablanması qaydası;

  • pay sahiblərinin reyestrində mülkiyyət hüquqlarının ötürülməsinin

  • qeydiyyatı qaydası;

  • fondun aktivləri hesabına idarəçiyə, depozitara və digər şəxslərə ödənilməli olan mükafatların, xərclərin və xidmət haqlarının hesablanma qaydası və maksimum həcmi (fondun aktivlərinə nisbətən faizlə);

  • fondun fəaliyyəti haqqında məlumatların açıqlanması qaydası;

  • fondun aktivlərinin ölkədən kənarda yerləşdirilməsi nəzərdə tutulduqda,aktivlərin xarici idarəçinin idarə edilməsinə verilməsi qaydası;

  • fondun ləğvi ilə bağlı idarəçi tərəfindən müvafiq tədbirlərin görülməsi qaydası (o cümlədən, idarəçinin lisenziyasının ləğv edilməsi halında);

  • fonddan və pay sahiblərindən vergilərin tutulması rejimi barədə məlumat;

  • paylı investisiya fondunun formalaşdırılması baş tutmadıqda, qoyulmuş

  • vəsaitlərin geri qaytarılmasının formaları və qaydaları;

  • qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar.

Paylar bilavasitə idarəçi tərəfindən və ya investisiya şirkətinin vasitəsi ilə, investisiya fondunun aktivləri hesabına geri satın alına bilər. Paylı investisiya fondunun formalaşdırılması müddətində payların geri satın alınmasına yol verilmir. Fondun formalaşdırılması müddəti istisna olmaqla, payların geri satın alınması payların satışı ilə eyni zamanda həyata keçirilməlidir.


Yüklə 47,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə