Referat müəllim: dos. Tələbə: İsazadə Ağaməmməd Bakı-2021 plan


İnvestisiya fəaliyyətinin anlayışı, məqsəd və vəzifələri



Yüklə 47,39 Kb.
səhifə2/6
tarix26.04.2022
ölçüsü47,39 Kb.
#86040
növüReferat
1   2   3   4   5   6
İsazadə Ağaməmməd referat

1.İnvestisiya fəaliyyətinin anlayışı, məqsəd və vəzifələri.

İnvestisiya mühitinin təşəkkülündə müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi mühüm rol oynayır. Son illərdə bu sahədə görülən işlər müəyyən müsbət nəticələr vermişdir. Hüquqi bazanın formalaşmasında 1995-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında investisiya fəaliyyəti haqqında” qanunun rolunu xüsusi qeyd etmək lazımdır. İnvestisiya mühiti uzunmüddətli vəsait qoyuluşu, rəqabət mühitinin inkişafı, antiinhisar tədbirləri, istehsala mənfəət gətirən qoyuluşların təmin edilməsi, onun regionlar və sahələr arasında sərbəst axınından və sair amillərdən asılıdır. Onu da qeyd edək ki, bu mühit həmçinin məqsədyönlü investisiya fəaliyyətinin dövlət tənzimlənməsi üzrə tədbirlər kompleksinin təsiri altında təşəkkül tapır. İnvestisiya mühiti sosial-iqtisadi, siyasi və ya investisiyanı qaytaran maliyyə amillərinin məcmusudur.Milli iqtisadiyyat üçün önəmli olan cəhət istehsalın artımının təmin edilməsi baxımından investisiya mühitinin təşəkkülüdür. Bu proses kortəbii baş vermir.Bazar avtomatizmi bu problemi həll etmək iqtidarında deyil və atılan müvafiq addımlar investisiya proseslərinin məqsədyönlü intensivləşdirilməsində əhəmiyyətli rol oynaya bilər. Digər mühüm amil maliyyə sabitliyidir. Bu sabitliyin əldə olunması xeyli dərəcədə investisiya ehtiyatlarının formalaşması və investisiya layihələrinin səmərəliliyinin təmin olunmasını və ümumən əlverişli investisiya mühitinin şərtləridir.

İnvestisiya mühitinin təşkili xeyli dərəcədə özəl sektorun fəallığından, xüsusi çəkisindən, əlaqələrinin intensivliyindən, kiçik və orta sahibkarlığın inkişaf səviyyəsindən asılıdır.

İnvestisiya (latınca “invest” sözündən olub, tərcüməsi “geyindirirəm” mənasını verir) mənfəət (gəlir) və ya müəyyən sosial səmərə əldə olunması məqsədilə sahibkarlıq və yaxud digər fəaliyyət növləri obyektlərinə uzun müddətə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.Belə vəsait və sərvətlər aşağıdakılardır :

- pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;

- daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);

- müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;

- bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan , ancaq patentləşdirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (“nauhau”);

- torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn başqa əmlak hüquqları;

- başqa sərvətlər.

Maliyyə baxımından investisiya – mənfəət (fayda) əldə edilməsi məqsədilə iqtisadi (təsərrüfat) fəaliyyətinə yönəldilən bütün növ aktivlərdir –vəsaitlərdir. İqtisadi baxımdan investisiya - əsas (müəyyən hallarda hətta dövriyyə) fondlarının yaradılmasına, genişləndirilməsinə, yenidən qurulmasına və rekonstruksiyasına çəkilən xərclərdir.

Bu günə qədər hüququ ədəbiyyatında investisiya fəaliyyətinə anlayışına dair müxtəlif mğvqelər mövcuddur. Belə ki, A.B. Smuşkinin fikrincə, investisiya fəaliyyəti – investorun məqsədlərinə çatmasına yönələn investisiya qoyuluşu propsesi və fəal fəaliyyətdir.Bu zaman, A.V. Mayfat investisiya fəaliyyətini investisiya vəsaitlərinin istifadəsi üzrə hərəkətlərin və investisiya qoyuluşunun məcmusu kimi müəyyən edir.Öz növbəsində S.P.Moroz hesab edir ki, investisiya fəaliyyəti investisiya qoyuluşu prosesinin özünü və investisiyaların realizəsiniəhatə edir. Başqa sözlə desək, müəllif investisiya fəaliyyətini investiasiya qoyuluşu üzrə proses və onların realizəsi kimi nəzərdən keçirir

Fərqli mövqe tutan D.N.Yermakov isə investisiya fəaliyyətini dar və geniş mənada nəzərdən keçirilməsini təklif edir. Müəllifin fikrincə, geniş mənada investisiya fəaliyyti dedikdə, gəlir və müsbət sosial səmərə əldə etmək məqsədi ilə investisiya obyektlərinə vəsaitlərin qoyuluşu ilə bağlı oilan fəaliyyəti başa düşülür. Dar mənada investisiya fəaliyyəti dedikdə isə investisiya ehtiyatlarının investisiyaya çevrilməsinə yönələn fəaliyyət, başa düşülür. müəllif nelə fəaliyyətin iki mərhələsini müəyyən edir., biribnci mərhələdə isə in vestisiya qoyuluşun geri götürülməsi və gəlirin əldə edilməsi, bir sözlə investisiya qoyuluşunun son məqsədinə nail olur.

İnvestisiya fəaliyyətinin anlayışını nəzərdən keçərək O.V.Pinyaskin bu fəaliyyətin aşağıdakı əlamətlərini qeyd edir:

1. İnstansiya fəaliyyəti hər hansı bir obyektə əmlak və əmlak hüquqularının qoyuluşuna yönələn qanuni fəalı fəaliyyətidir.

2. İnvestisiya fəaliyyəti konkret məqsədə yönəlir – gəlirin və ya dogər faydalı sosial səmərənin əldə edilməsi;

3. İnvestisiya qoyuluşu perspektiv xarakteri ilə fərqlənir- yəni qoyulmuş məqsədlərə yez bir zamanla deyil, müəyyən dövr ərzində nail olmur;

4. İnvestisiya fəaliyyəti bir çox hallarda qeyri-müəyyənliklə və risk ilə bağlı olan gəlirin əldə edilməməsi,investisiya qoyuluşunun itirilməsinin və ya iqtisadi səmərəyə nail olmaqla gecikmələrin olmamasından ibarətdir;

5. İnvestor, sahibkar-qismində qeydiyyat keçməyən şəxs ola bilər;

6. İnvestiya fəaliyyəti investorun şəxsi marağı ilə şərtlənir;

7.Əmlak, onun mülki-hüquqi müqavilələrin və ya digər əqdlərin bağlanması vasitəsilə investisiya prosesinə qoyulması investisiya hesab olunur;

8. İnvestisiya qismində istifadə edilməsinə imkan verən obyektlərin müəyyən titul əsasında investora mənsub olması;

9. İnvestisiya və pul qiymətləndirilməsinin mövcudluğu və potensial imkanların olması;

Demək olar ki, O.V. Pinyaskinin fikirlərinə uyğun olaraq, D.S.Ratnikova investisiya fəaliyyətinin aşağıdakı əlamətlərini xarakterizə edir:

1. müstəqilliklə xarakterizə olunur;

2. əmlak və əmlak hüquqularının qoyuluşu ilə bağlıdır;

3. risk ilə bağlıdır;

4. gəlir götürülməsinə yönəlmişdir, o cümlədən digər faydalı səmərə əldə

etməsinə yönələ bilər;

5. müəyyən formada həyata keçirilir;

6. alıcı tərəfindən investisiya edilmiş vəsaitlərinin məqsədyönlü istifadəsi ilə

xarakterizə olunur;

7. Bir neçə mərhələlər çərçivəsində həyata keçirilir.

Bu günə qədər hüququ ədəbiyyatında investisiya fəaliyyətinə anlayışına dair müxtəlif mövqelər mövcuddur. Belə ki, A.B. Smuşkinin fikrincə, investisiya fəaliyyəti – investorun məqsədlərinə çatmasına yönələn investisiya qoyuluşu prosesi və fəal fəaliyyətdir.7 Bu zaman, A.V. Mayfat investisiya fəaliyyətini investisiya vəsaitlərinin istifadəsi üzrə hərəkətlərin və investisiya qoyuluşunun məcmusu kimi müəyyən edir öz növbəsində S.P.Moroz hesab edir ki, investisiya fəaliyyəti investisiya qoyuluşu prosesinin özünü və investisiyaların realizəsiniəhatə edir. Başqa sözlə desək, müəllif investisiya fəaliyyətini investiasiya qoyuluşu üzrə proses və onların realizəsi kimi nəzərdən keçirir

Fərqli mövqe tutan D.N.Yermakov isə investisiya fəaliyyətini dar və geniş mənada nəzərdən keçirilməsini təklif edir. Müəllifin fikrincə, geniş mənada investisiya fəaliyyti dedikdə, gəlir və müsbət sosial səmərə əldə etmək məqsədi ilə investisiya obyektlərinə vəsaitlərin qoyuluşu ilə bağlı oilan fəaliyyəti başa düşülür.Dar mənada investisiya fəaliyyəti dedikdə isə investisiya ehtiyatlarının investisiyaya çevrilməsinə yönələn fəaliyyət, başa düşülür. müəllif nelə fəaliyyətin iki mərhələsini müəyyən edir- birinci mərhələdə isə investisiya qoyuluşun geri götürülməsi və gəlirin əldə edilməsi, bir sözlə investisiya qoyuluşunun son məqsədinə nail olur.

Fikrimizcə, investisiya fəaliyyəti sahəsində məsələlərin kompleks şəkildə tədqiq etməkdən öncə, “investisiya”, “investisiya fəaliyyətinin obyekti”, “investisiya fəaliyyəti” anlayışlarının nəzərdən keçirilməsi mühüm əhəmiyyət kəcb edir. İlk növbədə qeyd etmək lazımdır ki, “investisiya” anlayışı iqtisadi kateqoriya anlayışdır. Ekonomika əsərinin müəllifi K. Makkonell, C. Bryu, U,Şarş, Q.Aleksander, C.Beyli hesab edirlər ki, investisiyanı – ümumi daxili məhsulların artırılmasına yönələn vəasaitlərin qoyuluşudur.E.C.Dolan və D.E. Lindsey isə investiyanı – kapital həcminin artırılması kimi başa düşürlər. 11 C Keynsin fikrincə isə investiyanı əsas və linvid kapitaldan ibarət olan kapital əmlakın dəyərinin artırılması kimi başa düşülür.Lakin, hüquqi müştəridə investisiya anlayışı iqtisadi kateqoriya kimi təsbit olunan anlayışdan fərqlənir. Belə ki, J.M. Antiqova qeyd edir ki,investisiya” anlayışına yaxın olan əmlak və intekkektual dəyərlər anlayışıdır. Bu zaman, müəllif investisiyanın əlavə əlaməti kimi gəlir və ya faydalı səmərə götürülməsinə gətirib çıxaran sahibkarlıq və digər fəaliyyət obyektlərinə məqsədyönlü qoyuluşunu təsbit edir.

Xüsusilə qeyd etmək lazımdır ki, doktrinasında investisiyanın mühiyyətinin başa düşülməsi üçün vahid birfikir bu günə qədər də formalaşmayıb. Bütövlükdə, hüquq ədəbiyyatında investisiyanın anlayışı və mahiyyəti barədə alimlərin mövqelərin üç qrupa ayırmaq olar.

Birinci mövqe müəlliflər hesab edirlər ki, investisiya pul vəsaitlərinin qoyulduğu alətdir. Bu mövqeyi əsasən N.Q.Doronina və N.Q.Semilyutina müdafiə edirlər.

İkinci mövqenin müəllifləri isə investisiyanı hərəkət, yəni proses kimi başa düşürlər. Belə ki, V.V.Qaşin və A.A. Ovçinnnikov qeyd edirlər ki, investisiya dedikdə, investora məxsus olan mülki-hüquqi obyektlərə sərəncam verilməsi üzrə investorun hərəkətləri başa düşülür.

Üçüncü qrup müəlliflərin fikrincə isə, investisiya dedikdə əmlak başa düşülür. Belə ki, T.A. Serebryakovanın fikrincə investisiyalar dövlət tərəfindən təminatlar, imtiyaz də güzəştlər müəyyən edilməsinə münasibətdə gəlir gğötürmək və ya digər müsbət səmərəyə nail olmaq məüsədi ilə dövlət, fiziki və hüquqi şəxslər tərəfindən əmlakının vətəndaşlara, təşkilatlara və xarici dövlətlərə verilmişdir.

Hüququ doktrinasında normartiv hüquqi aktlarda tədbir olunan müddəaıara əsaslanaraq belə bir fikirdə formalaşmışdır ki, qoyuluşun əsas məqsədi qismində investisiyalar daim gəlir götürülməsinə yönəlmişdur. Bu mövqeyi əsasən V.A. Bublik,A.A.Qoryaqin,V.N.Kokinvə digər müəlliflər dəstəkləyirlər.Hesab edirik ki, bu mövqeyə münasibət bildirmək üçün ilk növbədə investisiya fəaliyyətinin mahiyyətini açıqlamaq lazımdır. Bu halda hesab edirik ki, sahibkarlıq fəaliyyətinin anlayışı ilə investisiya fəaliyyətinin anlayışı müqayicə edək. Sahibkarlıq fəaliyyətinin anlayışı “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunur. Adı çəkilən Qanunun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İnvestisiya fəaliyyəti haqqında” AR Qanunun 2-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, investisiya fəaliyyəti investorların investisiya qoyulmuş və onun həyata keçirilməsi olə əlaqədar bütün hərəkətlərinin məcmusudur. Bu halda investisiya fəaliyyətinə verilən anlayışdan onun sahibkarlıq fəaliyyətinə olub-olmamasını açıq-aydın çəkildə müəyyən etməyə imkan vermir. Lakin, “İnvestisiya fəaliyyəti haqqında” AR Qanunun 1-ci maddəsinə əsasən investisiya - gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digərfəaliyyət növləri obyektlərinə qoyulan müliyyə vəsaitlərindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Verilən anlayışdan belə qənaətə gəlmək olar ki, qanunverici bir tərəfdən aşıq-aydın şəkildə investisiya fəaliyyətini sahibkarlıq fəaliyyəti hesab etsə də, digər tərəfdən isə anayışda istifadə edilər “ və ya sosial səmərə əldə etmək məqsədilə” söz birləşməsi investisiya fəaliyyətinin bir mənalı olaraq sahibkarlıq fəaliyyəti hesab olunmasına məhdudiyyət yaradır. Daha dəqiq desək, investisiya fəaliyyəti yalnız gəlir götürmək məqsədini daşımır.

Digər bir tərəfdən hüququ elmində belə bir fikir də irəli sürülür ki, investorun dövlət qeydiyyatından keçməsi çəxburu şərt deyil. Bu mövqeyi A.V.Belitskaya dəstəkləyir.20 Onu da qeyd edək ki, əgər investisiya fəaliyyəti sahibkarlıq fəaliyyəti kimi nəzərdən keçirilirsə, bu halda sahikarlıq fəaliyyəti subyektinin hüquqi statusuna olan qanunvericiliyin, müvafiq tələbləri investora aid edilməlidir.

Y.P.Qubinin və P.Q. Laxnonun fikrincə, dövlət qeydiyyatı sahibkarlıq subyektinin statusunun yaranması üçün zəruri və əsas məqam olmasına baxmayaraq, sahibkarlıq fəaliyyətinin mühüm əlaməti deyildir.Bu fikirlərlə razılaşmaq olar, lakin eyni zamanda qeyd etməliyik ki, şəxsin sahibkarlıq fəaliyyətinin obyekti qismində olmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qanunsuz fəaliyyəti hesab olunur. O.M. Antipova “sosial səmərə” anlayışı altında – onun öz məqsədlərinə daha yaxşı şəkildə nail ola bilər.

Beləliklə deyilənlərdən belə qənaətə gəlmək olar ki, investorun qarşısına, qoydulduğu vəzifələrdən asılı olaraq qanunverici investisiya qoyaluşunun iki növünü müəyyən edir. Birinci növ investisiya qoyuluşu gəlir götürmək məqsədi ilə kapital qoyuluşudur. İnvestisiya qoyuluşunun digər növü isə digər faydalı səmədərə nail olmaq məqsədi ilə investisiya qoyuluşudur. Digər “faqydalı səmərə” anlayışı subyektiv kateqoriyadır və hüququ ədəbiyyatında qeyd olunduğukimi “investisiya” anlayışının hüquqi tərəfinin əsasına daxil edilə bilməz”.Yəni başqa sözlə desək, investisiya fəaliyyətinin müəyyənedici əlamətini xarakterizə etmir. Nəticədə E.N.Lisitsanın fikirləri ilə razılaşaraq qeyd etmək lazımdır ki, investisiya fəaliyyətinin obyektinin əsas xüsusiyyəti gələcəkdə investora gəlir gətirmək qabiliyyətindən ibarətdir. Məhz, kapitalın əsas vəzifəsi bundan ibarətdir. Bu səbəbdən də hesab edirik ki, investisiya obyektinə istənilən investisiya qoyuluşu bütün halalrda gəlir götürməyə yönəlməlidir. İnvestisiya anlayışının təhlilinə keçməzdən əvvəl, ilk növbədə “investisiya” termininin etimoloji mənasının üzərində dayansaq daha məqsədəmüvafiq olar. Azərbaycan dilinin izahlı lüğətində investisiya – müəyyən bir işə vəsait qoyulması kimi acıqlanır.Rus - Azərbaycan izahlı hüququ lüğətində isə investisiya - kapital qoyma, sərmayə qoyma, hər hansı işə, müəssisəyə gəlir götürmə məqsədilə uzun müddətli kapital qoyuluşdur. O.V. Borisovanın fikrincə, yüksək investisiya fəallığı – iqtisadiyyatın inkişafının əsas şərtidir. Həmçinin, müəllif hesab edir ki, investisiyalar istehsal prosesinə və sosial sahəyə yeni texnologiyaların tətbiqini stimullaşdırır. Hüququ və iqtisadi ədəbiyyatlarda investisiya anlayışına dair geniş yer ayrılmışdır. Əsasən də, bu təzahürün geniş yayılması ilə izah olunur. İqtisadi ədəbiyyatda “investisiya” termininin müəyyən edilməsinə müxtəlif yanaşmalar mövcuddur. Qeyd etmək lazımdır ki, ədəbiyyatda həm “İnvestisiya”, həm də “kapital qoyuluşu” anlayışlarından istifadə olunur. Buna baxmayaraq, həm “investisiya” həm də “kapitalı qoyuluşu” anlayışının məzmununda əsas məqsəd – gəlir və ya mənfəətin əldə edilməsidir. Əlbəttə ki, ingilis dilindən tərcümədə “investisiya” kapital qoyuluşu deməkdir. Lakin, bu iki ifadənin eyniləşdirilməsi, məzmun etibarı ilə bu terminologiyaların eyni olması, heç də doğru olmazdı.

Belə ki, heç də bütün kapital qoyuluşları investisiya və yaxud bütün hallarda kapital qoyuluşları investisiya hesab olunmur. A.Q.Boqatıryov hesab edir ki, investisiyalar - onun bütün təzahürlərinə mülkiyyət təşkil edir. J.M. Amanvolovun fikrincə investisiyalar - istehsalın və təkrar istehsalın bütün faktorlarını kompleks şəkildə birləşdirən invensiya prosesidir.

Y.V. İvanov investisiyanın hüquqi təbiəti məslələrini nəzərdən keçirərək qeyd edir ki, investisiya – fiziki və hüquqi şəxslərin, dövlət və bələdiyyə təşkilatlarının, onların aktivlərinin artırılmasına yönələn sərmayədir. Lakin, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda həm investisiya, həm də investisiya fəaliyyəti anlayışları təsbit olunub. Adı çəkilən Qanunun 1-ci maddəsinə əsasən, investisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitlərindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.

İnvestisiyaya verilən anlayışından istifadə olunan malıiyyə vəsaiti, maddi və intellektual sərvət anlayışına qanunverici aşağıdakıları aid edir:

-pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar;

-daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və» başqa maddi

sərvətlər);

-müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellectual sərvətlər;

-bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan ancaq patentləşdirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat-təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu («nonhau»);

-torpaqdan, sudan və digər ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqdan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn və başqa əmlak hüquqları;

-başqa sərvətlər.

“İnvestisiya fəaliyyəti haqqında” Qanunun 2-ci maddəsinin 1-ci hissəsinə müvafiq olataq, investisiya fəaliyyətəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərin məcmusudur. Beləliklə, investisiya və investisiya fəaliyyəti anlayışlarının nəzərdən keçirdikdə belə qənaətə gəlmək olar ki, investisiya fəaliyyəti investisiyaların qoyuluşunu və realizəsi üzrə fəaliyyət kimi xarakterizə olunur. Bu gün hüququ ədəbiyyatında investisiyanın təsnifatının müxtəlif əsasları təsvir olunub. Belə ki, V.Q,Qoqonininin fikrincə, investisiyalar aşağıdakı kimi təsnifatlaşdırılır: müddi (real) investisiyalar (maddi obyektlərə qoyulan investisiyalar);

-maliyyə (nominal) investisiyalar (qiymətli kağızlar, paylara qoyulan mülkiyyət);

-qeyri-maddi investisiyalar (təkrar istehsalak ümumi şərtlərinə, reklam vasitəsilə bazanın formalaşdırılmasına, elmi-texniki layihələrinə və s.).

İnvestisiyaların təsnifatı məsələsini nəzərdən keçirərkən qeyd etmək lazımdır ki, iqtisadi ədəbiyyatda ənənəvi olaraq, kapitalın əmələ gəlməsinə mənbəyinə görə milli və xarici investisiyalar fərqləndirilir. İnvestisiyanın təsnifatı məsələsini nəzərdən keçirərək A,Q.Boqatıryov byvestiyanın müəliyyətin (investisiya mənbələləri baxımından) əsas növlərinə müvafiq olaraq tədnifatını aparır. Müəllif investisiyanın ikim növünü təsbit etmişdir: dövlət və özəl investisiyaları.

Hətta, müəllif investisiya qoyuluşunun formalarını da iki növə ayırmışdır: ssuda forması( ssuda kapitalı, kredit və borc olan kreditlər) və sahibkarlıq forması (portfel və düzünə investisiya formasında olan sahibkarlıq investisiyaları).

S.Z. İsayev isə investiyaları aşağıdakı kimi təşkilatlaşdırır:

1. Əsas kapitala istiqamətlənməsinə görə; maddi (real) investisiyalar, qeyrimaddi (intellektual) investiusiyalar, maliyyə (portfel) investisiyalar;

2. reallaşdırma formalarına görə: dövlət və şəxsi investisiyalar;

3. riskin səviyyəsinə förə: etibatlı və riskli investisiyalar;

4. investisiyanın tsiklinə görə: uzunmüddətli və qısa müddətli investisyalar.

Mənbələrinə görə dünya bazarında hərəkətdə olan kapital rəsmi (dövlət) və xüsusi kapital kimi təsnifləşdirilir.

Rəsmi kapital və ya dövlət kapitalı hökumətin və ya hökumətlərarası təşkilatların qərarlarına əsasən xaricə köçürülən və ya ölkəyə qəbul edilən büdcə vəsaitləri olub, bütün dövlət borclarını, ssudaları, yardımları və s. köçürmələri əhatə edir.

BVF, Dünya Bankı kimi beynəlxalq maliyyə təşkilatlarının kreditləri digər dövlətlərarası təşkilatların vəsaitləri də bu kateqoriyaya aiddir. Bütün hallarda rəsmi kapitalın əsas mənbəyi dövlət büdcəsinin vəsaitləri olduğuna görə, onun xaricə köçürülməsi və ya qəbul edilməsi barədə qərar hökumət və qanunverici orqanın birgə iştirakı ilə qəbul olunur.

Xüsusi kapital – xüsusi firmaların, bankların və s. qeyri-dövlət təşkilatlarının xaricə köçürülən və ya qəbul edilən vəsaitləridir. Bura özəl firmalar tərəfindən həyata keçirilən xarici kapital qoyuluşları, kommersiya kreditləri, bank kreditləri və s. daxildir. Xüsusi kapital hərəkətləri barədə qərarlar müəssisə və təşkilatların rəhbər orqanları tərəfindən qəbul edilir. Onların bu sahədəki fəaliyyəti nisbətən müstəqil olsa da, bütün ölkələrdə dövlət bu və ya digər formada xüsusi kapital qoyuluşu proseslərini tənzimləyir və onlara nəzarət edir. İstifadənin xarakterinə görə kapitalın miqrasiyası aşağıdakı formalarda baş verir: sahibkar kapitalı, ssuda kapitalı, orta və uzunmüddətli kapital, qısa müddətli kapital,

Beynəlxalq kapitalın öyrənilməsi baxımından onların funksional bölgüsü daha böyük əhəmiyyət kəsb edir. Funksional baxımdan, yaxud məqsədlərinə görə xarici kapital qoyuluşları birbaşa və portfel investisiyalarına bölünür.

Birbaşa investisiyalar – xarici investorun kapital qoyuluşu obyekti olan müəssisə üzərində nəzarət etməsinə imkan verən və uzunmüddətli iqtisadi maraqlar xidmət edən investisiyalardır. Bunlar əsasən xüsusi firmalar tərəfindən həyata keçirilir. Portfel investisiyalar – investora real nəzarət imkanı verməyən qiymətli kağızlara qoyulmuş kapital olub, birbaşa investisiyalar kimi çox vaxt özəl firmalar tərəfindən reallaşdırılır. Bununla belə, hər iki tip investisiyalarda dövlət müəssisələrinin iştirakına da bəzən təsadüf olunur. Bu formalar içərisində istər təcrübi, istərsə də nəzəri baxımdan birbaşa və portfel investisiyaları daha böyük rol oynayırlar.

Birbaşa xarici investisiyalı müəssisələrdə, ümumi kapitalın xarici investor məxsus hissəsinin 10 % həcmində müəyyənləşdirilməsi şərtidir. Tədqiqatlar əsasında müəyyənləşmişdir ki, 10 %lik pay, müasir şəraitdə bütövlükdə firmanın fəaliyyətinə nəzarət etməyə imkan verir. Məhz buna görə də qeyd olunan göstərici beynəlxalq təşkilatlar tərəfindən tövsiyə edilmişdir. Ancaq bəzi ölkələrdə xarici investorun kapitaldakı payı 10%-dən az olarsa, bununla belə, o, müəssisənin fəaliyyətinə nəzarət etmək iqtidarındadırsa, bu cür müəssisə xarici investisiyalı müəssisə hesab edilir. Əksinə xarici investorlar səhmlərin 10%-dən çoxuna malik olmaqla yanaşı firmada həlledici təsirə malik deyilsə, bu cür müəssisə xarici investisiyalı müəssisə kimi qəbul olunmaya bilər. Nəinki birbaşa və portfel investisiyaları, o cümlədən xarici kapitalın digər formaları arasında da kəskin fərq mövcud deyil. Məsələn, əsas kompaniyanın öz xarici filialına verdiyi kreditlər ssuda kapitalı yox, birbaşa investisiyalar kateqoriyasına aid edilir.

Birbaşa investisiyaların ixracı və idxalının əsas səbəbi firmaların kapitalının elə ölkə və sahədə yerləşdirmək cəhdidir ki, burada o, maksimum mənfəət gətirsin və iqtisadi riskin diversifikasiyasına imkan versin. BMT-nin iqtisadi tədqiqatlar xidmətinin apardığı çoxsaylı araşdırmalar göstərir ki, birbaşa investisiyaların idxalı və ixracının özünəməxsus səbəbləri xeyli dərəcədə idientikdir. Birbaşa investisiya ixracının başlıca səbəbləri bunlardır : texnoloji liderlik, işçilərin ixtisas səviyyəsi, miqyas effekti, firmanın ölçüsü, istehsalın təmərküzləşmə dərəcəsi, təbii resurslardan istifadə imkanları və digər səbəblər

Birbaşa xarici investisiyaların idxalı, dediyimiz kimi təxminən eyni motivlərə əsaslanır. Daha doğrusu, yuxarıdakı səbəblərdən altısı həm də xarici kapital idxalının səbəbləri kimi çıxış edir. Onların ilk üçünün (texnoloji liderlik, işçilərin ixtisas səviyyəsi və reklamda olan üstünlüklər) və beşincinin birbaşa investisiyaların idxalına təsiri ixraca olan təsirlə analojidir. Miqyas effekti və istehsalın təmərküzləşmə dərəcəsi isə investisiya idxalının yox, ixracının amili rolunu oynayır.




Yüklə 47,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə