46
www.irs-az.com
№ 4 (40), 2009
BƏs zınqıroVu pıŞıyın BoynunDAn kım AsAcAq?
Bir gün siçanlar toplaşıb pişiyin zülmündən xilas olmaq üçün məşvərət
edirlər. Çox götür-qoydan sonra belə qərara gəlirlər ki, bir usulla pişiyin
yaxınlaşdığını əvvəlcədən müəyyən edə bilsələr, onun əlindən qaçıb
qurtarmaq asan olar. Bunun üçün isə bir böyük zınqırov tapıb pişiyin
boynundan asmaq kifəyətdir, siçanlar uzaqdan zınqırovun səsini eşidən
kimi, pişiyin gəldiyini başa düşüb gizlənə bilərlər.
Bu qərarı yekdillilklə qəbul edib arxayınlaşan siçanlardan biri qəflətən öz
yoldaşlarına deyir:
– Ay qardaşlar, qəbul etdiyimiz qərar çox gözəl qərardır, amma bir şey
məlum deyil ki, bəs zınqırovu pişiyin boynundan kim asacaq?
Hansısa bir yarımçıq qərar çıxararaq, bununla da öz vəzifəsini bitmiş hesab edən, qərar qəbul
olunarkən onu həyata keçirməyin mümkün olub-olmadığına məhəl qoymayan adamlar və onların işi
haqqında bu məsəldən istifadə edirlər.
Bu BAsABAsDA fƏrmAnı kım oxuyAcAq?
Bağdakı meyvələrdən doyunca yemək fikrinə düşən hiyləgər tülkü xəlifənin adından bir fərman
yazıb boğazına taxır. Tülkü yoldaşlarını da başına toplayaraq, guya xəlifənin tülküləri bağa buraxmağı
və onlara doyunca meyvə yeməyə icazə verməyi əmr etdiyini onlara xəbər verir. Hiyləgər tülkü öz
yoldaşlarını qabağa buraxır, özü isə hamıdan sonra bağa girib xəlvət bir yerdə meyvələri yeməyə
başlayır. Bağın sahibi əhvalatdan xəbər tutub tülküləri döyüb qovalamaqla məşğulkən, hiyləgər tülkü
qarnını doydurub özünü bağın kənarına salır. Döyülüb yaralanmış və heç bir şey yeməmiş tülkülər
“fərmanlı” tülkünün başına yığışıb xəlifənin fərmanını bağ sahibinə göstərməyi tələb edirlər.
Yalançı fərmanla yoldaşlarını aldadaraq bolluca meyvə yeyib doyan tülkü başını bulayaraq deyir:
– Eh, bu basabasda fərmanı kim oxuycaq?
Müəyyən məqsədlə uydurulmuş və həmin məqsəd əldə edildikdən sonra altından bir təhər
sivişməyə səy göstərildiyi yalan haqqında bu məsəldən istifadə olunur.
Bu eVDƏ HƏr ıt Bır AyA tAzıyA DönƏr
Hədsiz xəsisliyi ilə ad çıxarmış kəndxuda ova çıxmaq üçün kəndlilərindən bir tazı gətirməyi istəyir.
Ertəsi gün kəndlilər böyük bir qoyun itini tutub onun evinə gətirirlər. Kəndxuda əsəbiləşərək:
– Bu nədir? Siz itlə tazını tanırmırsınız?
Kəndlilər belə cavab verirlər:
– Kəndxuda ağa, narahat olma. Sənin evində hər hansı cinsdən olan it bir ayın içərisində arıqlayıb
tazıya çevriləcək.
Müvafiq hallarda bu məsəldən istifadə olunur.
qAtırın kefı ıstƏDıyı yerƏ geDır
Molla Nəsrəddin bir nacins, dəcəl qatırın üstünə minib qonşu kəndə getmək istəyir. Lakin qatır onu
gah sağa, gah sola, gah da arxaya aparır, Molla nə qədər çalışırsa da, onu istədiyi istiqamətdə sürə
bilmir. Bu vaxt kəndlilərdən biri Mollaya rast gəlib haraya getdiyini soruşur. Molla cavabında deyir:
– Hara gedəcəyəm, qatırın kefi istədiyi yerə.
Başqasının iradəsinə tabe edilərək istəmədikləri işi görməyə məcbur olan adamların özləri bu
məsəldən istifadə etdiklər kimi, onlar haqqında başqaları da həmin ifadəni işlədirlər.
''Rəvayətli ifadələr'', Bakı, 1961
Nİyə belə deyİrİk?