Rza Bərahəni cavab verir



Yüklə 11,93 Kb.
tarix26.09.2017
ölçüsü11,93 Kb.
#1941

Rza Bərahəni cavab verir

(Bu söyləşi Avropada fars dilində yayınlanan ”Soru” dərgisindən alınmışdır.)


Soru: Həyatın anlamı nədir?
Rza Bərahəni: Həyat özü-özlüyündə anlamsızdır. Onu biz anlamlandırırıq. Örnəyin sevgisiz bir həyatın anlamı yoxdur.
Soru: Xoşbəxtlik və bədbəxtliyi necə anlayırsınız? Sizə görə insanın mutsuzluğu və mutluluğu nədən ibarətdir?
Rza Bərahəni: Mən gözəlliyin surətini köksümə qazıb ölmək istərdim. Ancaq olmadı, varlıq daha çox xəsis imiş. İnsanın hiss etdiyi dərd sonsuzdur. Mutluluq, sevdiyin bir insanın yanında özgürcə yaşamaqdır, yəni röya. Bunun tərsini düşünmək kabusdur.
Soru: Məcburilik və iradə. Fərdi və kollektiv anlamda insan öz yazqısının (talehinin) yaradıcısıdır, yoxsa daha öncədən yazılmış bir yazqıya sahibdir?
Rza Bərahəni: İnsanın dünyaya gəlməsi özündən asılı deyil. Bəlli ölçüdə məcburidir. İnsan bəzi önləmlərlə ölümünü gecikdirə bilər. Çocuqluq, dəlilik, yaşılılıq və məhbusolma dışında bireysəl və toplumsal anlamda insan kəndi yazqısının qurucusudur. Özünü yazılmış bir yazqının əsiri olaraq görən bir insan, əslində hərəkət edən ölüdən başqa bir şey deyildir.
Soru: İnsan toplumunun gələcəyini necə görürsünüz? Yüksəliş, yoxsa çöküş? Bəşərin gələcəyi ilə bağlı optimistsiniz, yoxsa pessimist?
Rza Bərahəni: Sorunun birinci bölümünün cavabı: YÜKSƏLİŞ. İkinci bölümün cavabı: OPTİMİST. Ancaq həm soru həm də cavab doğası etibarı ilə çəlişkilidir (təzadlıdır).
Soru: Bütün ideallar və amaclar arasında sizin həyatınızın fəlsəfəsini oluşduran nədir?
Rza Bərahəni: Baxışaçısı fərqliliklərini gözönündə bulunduraraq, həyat başqaları ilə bir yerdə olmaqdan ibarətdir. Ayrıca, həyat həm də baxış fərqliliklərinə rəğmən başqalarından bərabərlik bəkləntisidir. Bu bir türlü sosialismdir, ancaq bugünə qədər tanıq (şahid) olduğumuz sosialism türündən deyil.
Soru: Tanrı nədir?
Rza Bərahəni: Tanrı, bütün çağların ən böyük romanıdır.
Soru: Ölümü necə dəyərləndirirsiniz?
Rza Bərahəni: Ölümün məni dəyərləndirdiyi kimi. Əslində dəyərləndirmirəm, ölüm də bu tərəfdə vardır. O tərəfdə ölüm yoxdur. Mənim ölümüm ölümümlə ölür.
Soru: Ədaləti necə tərif edirsiniz?
Rza Bərahəni: Ölüm, istedadı gəlişdirmə olanağıdır. Bərabər bir ortamda bireylərin kəndi düşüncələrini və düşlərini (xəyallarını) gəlişdirmə imkanıdır. Bunun üçün də bütün sömürü türləri ortadan qalxmalıdır.
Soru: İnsanın fitrətinə inanırsınızmı?
Rza Bərahəni: İnsanın fitrətinə inanmıram. İnsan yaşadığı hər anda yeni fitrət qazanır. Yalnız ağacın, daşın və heyvanın dəyişməyən fitrəti var. İnsanın fitrətinin anlamı onun fitrətinin dəyişməsindədir. İnsan hər zaman həyatın ”girişi”ndədir.
Soru: Həyatın sizə öyrətdiyi ən böyük dərs və anladığınız ən dəyərli həqiqət hansıdır?
Rza Bərahəni: Bir başqa zalimin ortaya çıxmasını əngəlləyəcək şəkildə zalimlə savaş. Sevdiyinin yanında özgürcə yaşaya bilmə. Bundan daha böyük mutluluq ola bilməz. Bir başqasının xəlvət düşlərinə və röyalarına giriş. Ortaq yuxuları görmə təmayülü.Həqiqət daima gələcəyə doğru geriləməkdədir. Bu həqiqəti bulmaq üçün hərkət etmək, onu tərif etməkdən daha önəmlidir.

22.09.1999



Türkçəyə çevirdi: Güntay Gəncalp
Yüklə 11,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə