Referat müəllim: dos. Tələbə: İsazadə Ağaməmməd Bakı-2021 plan



Yüklə 47,39 Kb.
səhifə5/6
tarix26.04.2022
ölçüsü47,39 Kb.
#86040
növüReferat
1   2   3   4   5   6
İsazadə Ağaməmməd referat

2-ci sual nəticə:

Bu sualda investisiya fəaliyyətinin obyektləri göstərilmiş, subyektləri investor və investisiya fəaliyyətinin iştirakçıları olmaqla, onların hüquq və vəzifələri təsbit olunmuşdur. Eyni zamanda, bu sualda investisiya fondlarının anlayışı verilmiş, onların növləri, təşkili və idarə edilməsi məsələləri təsbit olunmuşdur.



Sual 3. Xarici investisiyalar və onların strukturu

1994-cü ildən başlayaraq qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan “açıq qapı” siyasətinin həyata keçirilməsi, xarici investisiyaların qorunmasına təminat verilməsi və sahibkarlıq fəaliyyəti üçün əlverişlı mühitin yaradılması nəticəsində Azərbaycanın milli iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi ildən-ilə sürətlə artmaqdadır. “Əsrin kontraktı” adlanan neft müqavilələrinin bağlanması ilə 20 sentyabr 1994-cü ildən start götürən və ölkəmizə xarici sərmayə axını ilk illərdə əsasən Azərbaycanın neft sektoruna yönədilırsə, sonralar iqtisadiyyatın digər sahələrinə yönəldilmişdir. Göründüyü kimi, xarici kapitalın ölkəmizə axını, xarici investorlarda marağı getdikcə artırır. Bu bilavasitə Azərbaycanın zəngin təbii ehtiyatlarının, xammal resurslarının olması ilə yanaşı, kifayət qədər ucuz işçi qüvvəsinin olması, eyni zamanda ixtisaslı, elmi-texniki kadr potensialının mövcudluğu, Azərbaycanın tutduğu coğrafi mövqeyi-nəqliyyat əlaqələri və onun məhsullarını dünya bazarına çıxara bilməsi üçün əlverişli şəraitin olması ilə əlaqələndirir.

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarını, Azərbaycanın təbii resursları və daxili bazarına yol tapmaq üsulu hesab edən iri transmilli korporasiyaların fəallığı. Azərbaycan Respublikasına investisiyalar onlar üçün qlobal uzunmüddətli investisiya strategiyasının nisbətən böyük olmayan hissəsidir, bu da onları yüksək risklə və qoyuluşların müvəqqəti mənfəətsizliyilə barışmağa sövq edir. Bu sıradan olan xarici investorlara Azərbaycan Respublikası yanacaq energetika kompleksində “EKSON”, “AMOKO”, “RAMKO”, “Energetika Kompani”, “Statoyl”, “Bi-Pi AMOKO”, “Şevron”, “TRAO”, “Britş Petroleum”,”Likoyl”, “Penzoyl” və s.

Xarici ölkələrdə Azərbaycan diasporunun nümayəndəliklərindən olan investorlar, həmçinin Azərbaycan Respublikasından qanunsuz xaricə aparılmış və orada qanuniləşdirilmiş kapitalı qoyan şirkətdir. Bu cür investorlar üçün ilk növbədə, yüksək rentabelli və sürətlə ödənilən layihələrə qoyuluşlar xarakterikdir; Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların risk dərəcəsi, xarici investorlar üçün yerli spesifikanı yaxşı bilməmələri, ölkədə geniş iş və status əlaqələrinin olmaması hesabına xeyli yüksəlir. İnvestorların bütün göstərilən kateqoriyaları praktiki olaraq öz investisiyalarını daha ağır iqtisadi vəziyyətdə olan qoyuluşlarana məxsus ümumi risklərlə yanaşı, investorları aşağı rentabellik səviyyəsi qorxudur və Azərbaycanın maşınqayırma və metallurgiya müəssisələrinin əksəriyyəti üçün xarakterik olan müəssisələrin texniki cəhətdən yenidən qurulması üzrə uzunmüddətli investisiya proqramlarının zəruriliyi, daha sabit iqtisadiyyatı olan ölkələr tərəfindən yüksək rəqabət qorxudur.Xarici investisiyaların cəlb edilməsinin başlıca şərti investisiya mühitinin yaxşılaşdırılmasıdırsa, bu prosesin təmin olunmasının əsas amili hüquqi bazanın möhkəmləndirilməsidir. Bu zaman – hüquqi normalarda nəzərdə tutulan dəyişikliklər haqqında sahibkarların qabaqcadan məlumatlandırılması və investorların fəaliyyətinə ekoloji reqlament qoyulması məsələləri diqqət mərkəzində olmalıdır. Artıq sirr deyildir ki, xarici investorların ekoloji reqlamentlərdəki boşluqlardan sui-istifadə etməsi nadir hal deyildir. Əlbəttə nəzərə almaq lazımdır ki, xarici investisiyalaşdırma münasibətlərinin özünəməxsusluğu bu münasibətlərə hüquqi vasitələrin böyük qismini, yəni həm milli hüquq, həm də beynəlxalq hüquq tənzimlənməsini, başqa sözlə , hüququn iki sisteminin – milli və beynəlxalq hüququn tətbiqini zəruri edir.İnvestisiya monitorinqinin milli sisteminin yaradılması əlverişli investisiya mühitinin təminatında az rol oynamır. Monitorinq investisiya fəaliyyətində qoyuluşların artmasının onlardan əlavə edilən gəlirlərin artması ilə müşayiət olunması faktını aşkara çıxarmaq və təsdiqləmək vəzifəsini yerinə yetirməlidir. İnvestisiya mühitinin qiymətləndirilməsində daxili qurumların daha fəal iştirakı yalnız işin xeyrinədir. Belə ki, bu halda xarici investorlar əcnəbi ekspertlərin və konsaltinq firmaların qiymətləri ilə kifayətlənməzlər.

Xarici investisiyanın qorunması haqqında AR Qanununun 2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasında xarici investorlar aşağıdakılar ola bilər:

1.xarici hüquqi şəxslər;

2 xarici vətəndaşlar, vətəndaşlıq olmayan şəxslər və xaricdə daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları; bu şərtlə ki, onlar vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış olsunlar;

3 xarici dövlətlər;

4.beynəlxalq təşkilatlar.

Xarici investorların mənfəət əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti və başqa növ fəaliyyət obyektlərinə qoyduqları əmlakın və əmlak hüquqlarının bütün növləri, o cümlədən intellektual fəaliyyətin nəticələrinə hüquqlar və əşya hüquqlarına aid olmayan digər hüquqlar xarici investisiyadır.

Xarici investorlar Azərbaycan Respublikası ərazisində aşağıdakı yolla investisiya qoya bilərlər:

1. Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə, təşkilatlarda payçılıq iştirakı;

2. tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;

3. müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak payının, səhmlərin, istiqrazların və digər qiymətli kağızların,habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə xarici investorlara məxsus ola bilən başqa əmlakın əldə edilməsi;

4. torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, habelə digər əmlak hüquqlarının əldə edilməsi;

5. Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması. Azərbaycan Respublikasının ərazisində xarici investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə on il ərzində xarici investisiyaya investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir.

Lakin, bu, müdafiənin, milli təhlükəsizliyin və ictimai qaydanın təmin olunması, kredit və maliyyə, ətraf mühitin, əhalinin əxlaq və sağlamlığının mühafizəsi barəsində Azərbaycan Respublikası qanunvericiliyinin dəyişdirilməsinə şamil edilmir. İnvestisiya fəaliyyətinə xitam verildikdə xarici investorun hüququ var ki, ona çatası investisiyanı və investisiya ilə əlaqədar gəlirləri investisiya fəaliyyətinə xitam verildiyi zaman real dəyər üzrə pul və əmtəə formasında alsın. Müvafiq vergi və rüsumları ödədikdən sonra xarici investorların investisiya ilə əlaqədar qanuni əsaslarla xarici valyuta şəklində əldə etdikləri gəlirləri və başqa məbləğləri, o cümlədən kompensasiyaları və zərərin ödənilməsi məbləğlərini xaricə köçürməsinə təminat verilir. Azərbaycan Respublikası ərazisində xarici investorların götürdükləri mənfəət həmin pul vahidi şəklində yenidən investisiya kimi qoyula bilər, Azərbaycan Respublikasının banklarında saxlana bilər, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və şərtlərlə xarici valyuta almaq üçün sərf edilə bilər. Xarici investisiyalı müəssisələr səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər, digər təsərrüfat cəmiyyətləri və ortaqlıqları şəklində, habelə Azərbaycan Respublikasının (qanunvericiliyinə zidd olmayan hər hansı başqa formalarda yaradılır.

Azərbaycan Respublikasının ərazisində aşağıdakı müəssisələr yaradıla və fəaliyyət göstərə bilər:



  • xarici investorların pay iştirakı ilə müəssisələr (birgə müəssisələr);

  • tamamilə xarici investorlara məxsus olan müəssisələr (xarici müəssisələr);

  • xarici hüquqi şəxslərin nümayəndəlikləri (büroları, kontorları,agentlikləri).

Birgə və xarici müəssisələr Azərbaycan Respublikasının hüquqi şəxsləridir. Xarici investisiyalı müəssisələrin yaradılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Xarici investisiyalı bankların yaradılmasının xüsusiyyətləri Azərbaycan Respublikasının banklar və bank fəaliyyəti haqqında qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikasında xarici investisiyalı müəssisələrin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş şərtlərlə və qaydada birləşib assosiasiyalar, konsernlər, konsorsiumlar və başqa birliklər yarada bilər. Belə müəssisələr əvvəllər yaradılmış birliklərə daxil ola bilər. Xarici investisiyalı müəssisələrdə nizamnamə fondunun 25 faizinədək məbləğdə ehtiyat fondu yaradılır. Ehtiyat fondu illik ayırmalar yolu ilə yaradılır. Ayırmaların məbləğini və valyutanın növünü müəssisə müstəqil müəyyən edir. Tamamilə xarici investorlara məxsus müəssisələr və nizamnamə-fondunun 30 faizindən çoxu (xarici investisiyadan ibarət olan müəssisələr öz istehsal etdikləri məhsulu (işləri, xidmətləri) lisenziyasız ixrac edə bilərlər. Xarici investisiyalı müəssisə özünün təsərrüfat fəaliyyəti üçün məhsulu (işləri, xidmətləri) lisenziyasız idxal edə bilər. Məhsulun (işlərin, xidmətlərin) xarici investisiyalı müəssisələrin istehsal etdiyi məhsula aid edilməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Xarici investisiyalı müəssisələrin öz məhsulunu ixrac etməkdən valyuta ilə əldə etdikləri satış pulu onların sərəncamında qalır.

Birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün Azərbaycan Respublikasına gətirilən əmlak gömrük rüsumundan azad edilir. Xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak gömrük rüsumundan azad edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi sığortalama nəzərdə tutulmadıqda, xarici investisiyalı müəssisə öz əmlakının, istehsal, maliyyə və başqa risklərinin sığortalanıb sığortalanmayacağını özü həll edir. Xarici investisiyalı müəssisələr, habelə xarici investorlar Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilən vergiləri ödəyirlər. Xarici investisiyalı müəssisə götürdüyü öhdəliklərin bütün növlərini təmin etmək, o cümlədən borc vəsaiti cəlb etmək üçün öz əmlakından istifadə edə bilər. Öhdəlikləri təmin etmək üçün o, binalar, qurğular, avadanlıq üzərində əmlak hüquqlarından və digər əmlak hüquqlarından, o cümlədən torpaqdan istifadə hüququndan istifadə edə bilər.

Xarici investorlara münasibət çoxsaylı və müxtəlif səviyyəli amillərin təsiri altında formalaşır. Lakin dünyada hazırki iqtisadi reallıq inteqrativ əlaqələrin xüsusilə kapital axını baxımından əlaqələrin intensivləşdirilməsinin əlverişliliyi haqqında arqumentlərə malikdir. Belə ki, xarici şirkətlərin iştirakı ölkəyə ən müasir texnologiyanı və müvafiq idarəetmə vərdişlərini gətirir. Bu, xarici bazara çıxmağı da asanlaşdırır, məşğulluğu artırır və yerli istehsalın inkişafına səbəb olur. Müasir dünyada investisiya prosesi transmilli korporasiyaların iştirakı olmadan demək olar ki, baş vermir. Hazırda investisiya proseslərinin xüsusiyyətlərindən biri odur ki, istehsalat və kommersiya fəaliyyəti üçün sadəcə investisiyalar deyil, elmi-texniki innovasiya nailiyyətləri, ətraf-mühitə zərər verməyən tullantılarsız texnologiyaları reallaşdıran investisiyalar tələb olunur. Təsadüfi deyildir ki, investisiya siyasəti elm və texnikanın ən mühüm nailiyyətlərinə əsaslanır. Məhz buna görə də investisiyaların cəlb edilməsi ümumi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri sayılır.

Vergi rejiminin sabitliyini hüquqi və təşkilati şəraitin əsas tərkib hissəsi kimi, yalnız normal bazar mühitində, özü də ciddi qeyd şərtlərlə qəbul etmək olar. Ölkənin nüfuzlu kommersiya risklərinin səviyyəsindən daha çox, siyasi risklərin səviyyəsindən və səciyyəsindən asılıdır. Bütün kommersiya əməliyyatları üçün dövlət zəmanəti və ona yaxın təminatı nəzərdə tutmaq isə keçid dövründə qeyri – real və azad iqtisadiyyat prinsiplərinə ziddir.

Milli iqtisadiyyatda xarici kapitalın cəlb olunması sahəsində dövlətin investisiya siyasətində rolu aşağıdakı əsas prinsip və istiqamətlər üzrə reallaşdırılmalıdır :

- konkret layihə üçün xarici investisiyaların cəlb olunmasının daha səmərəli formalarının istifadə edilməsi ;

- ölkədə xarici investisiyanın sığortalanması və müdafiə edilməsi ;

- xarici investisiyalar üzrə girov əməliyyatının təşkili ;

- xarici investorlara investisiyalaşma şəraiti haqqıında sorğu materiallarının çatdırılması, mövcud investisiya layihələri üzrə məlumat bankının formalaşması ;

- xarici investisiyaların cəlb olunması üçün beynəlxalq konsorsiumlar, vauçer fondları və lizinq şirkətlərinin yaradılması ;

- beynəlxalq maliyyə institutları və təşkilatları ilə investisiya əməkdaşlığının inkişafı ;

- ölkədən daşınan kapitalın təhlükəsizlik və maneəsiz qaytarılmasını təmin edən əlverişli şəraitin yaradılması ;

- ixracı artırmaq məqsədi ilə ölkədə azad iqtisadi zonaların yaradılması üzrə dövlət proqramının işlənməsi ;

- gələcəkdə xarici investorların valyuta əməliyyatlarının yerinə yetirilməsinin norma və qaydalarının liberallaşdırılması ;

- regionlara xarici investisiyaların axınını gücləndirmək məqsədilə regional investisiya proqramlarının, investisiya layihələrinin işlənib hazırlanması ;

- xarici banklarla əməkdaşlığı genişləndirmək, respublikanın bank sistemi, investisiya layihələri haqqında məlumatı beynəlxalq bank ictimaiyyətinə çatdırmaq, kredit xətlərinin açılmasına çalışmaq.

Xarici investisiyaların milli iqtisadiyyatın inkişafında müsbət rolu xeyli dərəcədə investisiya siyasətinin sosial yönümündə təzahür edir. Xarici investisiyaların ölkəmizin təbii ehtiyatlarının istifadəsində iştirakının əsas istiqamətlərindən biri kimi əldə edilən mənfəətin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, xalqın ümumi sərvətlərinin ədalətli bölgüsünə yönəldilməsinin təmin edilməsi olduğu fikri ilə razılaşmamaq mümkün deyildir.


Yüklə 47,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə