Referat müəllim: dos. Tələbə: İsazadə Ağaməmməd Bakı-2021 plan



Yüklə 47,39 Kb.
səhifə1/6
tarix26.04.2022
ölçüsü47,39 Kb.
#86040
növüReferat
  1   2   3   4   5   6
İsazadə Ağaməmməd referat




İxtisas:

Kurs:

Qrup:

Fənn: Biznes Hüququ

İnvestisiya proseslərinin tənzimlənməsinin hüquqi əsasları” mövzusunda

REFERAT

Müəllim: dos.

Tələbə: İsazadə Ağaməmməd

Bakı-2021

PLAN

Giriş................................................................................2


  1. İnvestisiya fəaliyyətinin anlayışı, məqsəd və vəzifələri.....................3

  2. İnvestisiya fəaliyyətinin obyektləri və subyektləri.................................12

  3. Xarici investisiyalar və onların strukturu...............................18

Nəticə......................................23

Ədəbiyyat siyahısı....................24

G İ R İ Ş

Ümumiyyətlə, iqtisadiyyatın müxtəlif sahələrində formalaşan münasibətlərin tənzimlənməsi prosesində bir vasitə kimi hüququn tətbiq olunması XX əsrin ikinci yarısından etibarən iqtisadçıların diqqətini cəlb etməyə başlamışdır. Bu özünü hər şeydən əvvəl rəqabətin təmin olunması və onun qorunub saxlanmasında, əmək bazarına müdaxilə edilməsində, qiymətlərin və xarici ticarətin tənzimlənməsi sahəsində daha qabarıq göstərmişdir. Daha sonralar isə hüququn bir təsir vasitəsi kimi üstün cəhətləri, xüsusilə də ümumməcburi xarakteri onun iqtisadi münasibətlərin tənzimlənməsi baxımından yeni keyfiyyət göstərcisi kimi qiymətləndirilmişdir. Məhz bu aspektdən iqtisadiyyatın müxtəlif sahələrində formalaşan münasibətlər kimi investisiya fəaliyyətinin tənzimlənməsi baxımından da hüquq müstəsna rol oynamaqdadır. Təsadüfü deyildir ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızda həyata keçirilən kompleks tədbirlər içərisində ölkənin normal fəaliyyətinin və inkişafının təmin olunması baxımından qanunvericilik bazasının formalaşdırılması prosesi geniş vüsət almış və bu proses dəyişən iqtisadi mühütə müvafiq olaraq hələ də davam etdirilməkdədir. İqtisadi hadisə və proseslərin məhz hüquqi mexanizmlər əsasında tənzimlənməsi sahəsində baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, investisiya fəaliyyətinin tənzimlənməsinə də sirayət etmişdir. Ümumilikdə respublikamızda investisiya qoyuluşu ilə əlaqədar fəaliyyət əsasən 1992-ci ildə qəbul edilmiş «Xarici investisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının qanunu, 1995-ci ildə qəbul edilmiş «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu, habelə 1999-cu ildə qəbul edilmiş «İnvestisiya fondları haqqında» Azərbaycan Respublikasının qanunları əsasında tənzimlənir. Bununla yanaşı investorların fəaliyyətinin stimullaşdırılması və qanunverijiliklə əlaqələndirilən investisiya risklərinin azaldılması baxımından, digər normativ- hüquqi aktlarda da investisiya qoyuluşu ilə bağlı bir sıra məqamlar öz əksini tapmışdır.




Yüklə 47,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə