Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə14/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

 
44 
alır.  Sənədin  digər  bir  əhəmiyyətli  müddəası  da  Azərbaycan 
elmində  onilliklərlə  formalaĢmıĢ,  beynəlxalq  səviyyəli  və 
məhsuldar  “elmi məktəblərin qorunmasına və varisliyin təmin 
edilməsinə  nail  olmaq”la  bağlıdır.  Hesab  edirik  ki,  elmi 
tədqiqatların prioritet istiqamətləri qoyulan tələblərin hər üçünü 
ödəməlidir.  Onları qısa Ģəkildə belə ifadə etmək mümkündür: 
elmi  tədqiqatlar  ölkənin  sosial-iqtisadi  və  mədəni  tələblərini 
ödəmək  məqsədilə  fundamental  və  tətbiqi  istiqamətlər  üzrə 
beynəlxalq səviyyəli elmi məktəblər çərcivəsində aparılmalıdır.   
Milli  Strategiyada  yüksəkixtisaslı  kadrların  hazırlanmasına 
da xüsusi diqqət yetirilir, bu sahədə həllini gözləyən məsəsələr 
müəyyən  edilir.  Sənəd  kadr  hazırlığının  əsas  prinsipini 
aĢağıdakı  kimi  təyin  edir:  ”Elmi  fəaliyyətin  əsas  daĢıyıcıları 
yüksəkixtisaslı kadrlardır. Yüksək səviyyəli elmi kadr hazırlığı 
dedikdə  elmi  yeniliklərə  həssas,  nəzəri  və  metodoloji  biliklərə 
fəal  yiyələnən,  tədqiqatçı-mütəxəssislərin  yetiĢdirilməsi  nəzər-
də  tutulur.”  Bu  vəzifəni  həyata  keçirmək  üçün  o,  “yüksək-
ixtisaslı  kadrların  hazırlığı  iĢinə  yeni  elmi  tələblərlə  yanaĢ-
manın  təmin  edilməsi”  və  “ölkədə  müdafiə  olunan  disserta-
siyaların mövzusu və məzmununun müasir elmin inkiĢaf istiqa-
mətlərinə  uyğunluğunun  təmin  edilməsi”  kimi  məsələlər  həll 
edilməlidir. Göründüyü kimi, Milli Strategiya həm prioritet elm 
sahələrinin müəyyən edilməsində, həm də yüksəkixtisaslı kadr-
ların  hazırlanmasında,  dissertasiyaların  məzmununda  müasir  
dünya  elminin  nailiyyətlərinin  nəzərə  alınmasını  tələb  edir. 
Bunun  üçün  lazım  olan  qiymətləndirmə  sistemi  və  müvafiq 
kriteriyalar dünya elmi tərəfindən çoxdan iĢlənib hazırlanıb və 
praktikada müvəffəqiyyətlə tətbiq edilir.  
Mövcud beynəlxalq kriteriyalar üzərində ətraflı dayanmağı 
məqsədəuyğun  hesab  edirik.  Umimiyyətlə,  istənilən  fəaliyyəti 
kəmiyyət  və  keyfiyyətinə  görə  dəyərləndirmək  mümkündür.  
Elmi  əməyin  kəmiyyət  göstəricisi  dərc  olunmuĢ  məqalə,  alın-
mıĢ  patent,  istehsalata  tətbiq  olunmuĢ  nəticələrin  sayıdır.  Bu 
göstəricilərdən  istifadə  etməklə  elmi  əməyin  məhsuldarlığını 


 
45 
müəyyən etmək olar. Lakin elmi iĢ  yaradıcı əmək olduğundan 
nəticənin  qiymətləndirilməsinə  yalnız  kəmiyyət  baxımından 
yanaĢmaq  düzgün  olmazdı.  Həqiqətən  də,  ikinci-üçüncü  dərə-
cəli  jurnallarda,  yerli  konfranslarda  heç  kimin  oxumadığı  və 
istifadə etmədiyi çoxsaylı məqalələr, materiallar çap etdirməyin 
elə  də  böyük  effekti  yoxdur:  bununla  yalnız  aktiv  elmi  yara-
dıcılıq  görüntüsü  yaratmaq  olar.  Hər  bir  yaradıcı  fəaliyyət 
sahəsində  olduğu  kimi  elmdə  də  əsas  meyar  nəticənin  keyfiy-
yətidir. Elmi nəticənin keyfiyyəti isə  onun müəyyən elm sahə-
si, elmi istiqamət üçün aktual olan problemin həllində əhəmiy-
yətli irəliləyiĢə nail olunmaqla, problemin tam həlli  ilə müəy-
yən edilir.  
Keyfiyyətli elmi nəticələr bir qayda olaraq yüksək səviyyəli 
jurnallarda  çap  olunur  və  bu  məqalələr  baĢqa  tədqiqatçılar 
tərəfindən  fəal  surətdə  istifadə  edilir.  Məqalənin  nəĢr  edildiyi 
jurnalın səviyyəsi onun təsir əmsalı ilə bağlıdır ki, bu parametr 
Tomson Röyters Agentliyi  tərəfindən hesablanır və hər il elmi 
ictimaiyyətin diqqətinə çatdırılır. Təsir əmsalı yüksək olan jur-
nallar  istedadlı  və  fəal  müəllif  korpusuna  arxalanaraq  aid 
olduğu  sahə  və  istiqamətlərin  inkiĢafını  müəyyənləĢdirir.  Belə 
jurnallarda  məqalə  çap  etdirmək  peĢəkarlıq  və  özünütəsdiq 
baxımından hər bir alim üçün  vacibdir. Elmi iĢin keyfiyyətinin 
ikinci göstəricisi məqaləyə baĢqa tədqiqatçılar tərəfindən veril-
miĢ istinadların sayıdır. Elmi nəticəyə istinadın verilməsi, onun 
yeni  tədqiqatlarda  istifadə  edilməsi  həmin  nəticənin  əhəmiy-
yətinin,  yüksək keyfiyyətinin təsdiqidir. 
AlınmıĢ  patentlər,  istehsalata  tətbiq  olunmuĢ  nəticələr  də 
tədqiqatların  yüksək  keyfiyyətini  təsdiqləyən  mühüm  para-
metrlərdir.  Transmilli  korporasiyalar,    tanınmıĢ  firmalar  elmi 
yenilikləri ən qısa zamanda öz məhsullarının istehsalında tətbiq 
etməyə  çalıĢırlar.  Əks  təqdirdə,  dünyadakı  rəqabətə  tab  gətir-
mək  mümkün  deyil.  Böyük  korporasiyalar  araĢdırmalar  üçün 
universitetlərin mərkəz və laboratoriyaları ilə müqavilələr bağ-
layır,  tədqiqatçı  kadrların  hazırlanmasında  yaxından  iĢtirak 


 
46 
edirlər.  Sənaye  nəhənglərinin  elmi-tədqiqat  mərkəzləri  büdcə 
və  kadr  potensialına  görə  universitet  mərkəzlərindən  dəfələrlə 
güclüdür. Dünyada məĢhur “IBM”, “Bell”, “Ericsson” və yüz-
lərlə baĢqa korporasiyaların elmi mərkəzləri buna əyani sübut-
dur. 
Azərbaycan  elminin  qeyd  edilmiĢ  bütün  kriteriyalar  baxı-
mından  təhlilinə  ehtiyac  var.  Beynəlxalq  məlumat  bazalarına 
əsaslanaraq apardığımız araĢdırmalar Azərbaycan elminin kon-
densə olunmuĢ maddə fizikası; fiziki və nəzəri kimya; elektron, 
optik  və  maqnit  materialĢünaslıq;  üzvi  kimya;  elektrik  və 
elektron mühəndisliyi; nəzarət və sistem mühəndisliyi; yanacaq 
texnologiyası; energetika; süni intellekt; nüvə və yüksək enerji-
lər fizikası; qeyri-üzvi kimya; tətbiqi və hesablama riyaziyyatı; 
geokimya  və  petrologiya;  riyazi  fizika  kimi  istiqamətlərində 
məhsuldarlığın  yüksək olduğunu göstərir. Bu istiqamətlər üzrə 
belnəlxalq  səviyyədə  qəbul  olunan  elmi  məktəblər  formalaĢıb 
və fəaliyyət göstərir. Tədqiqatların formalaĢmıĢ prioritetləri el-
min,  texnika  və  texnologiyaların  müasir  istiqamətlərindən  iba-
rətdir.  Onların  çərçivəsində  həm  fundamental,  həm  də  tətdiqi 
elmi tədqiqatlar aparılır. Cəmiyyətdə münbit Ģərait yarandıqca, 
mövcud  məktəblər,  onların  hazırladıqları  mütəxəssislər  elmtu-
tumlu  intehsalın  yaranmasında,  müasir  texnologiyaların  mə-
nimsənilməsində  çox  səmərəli  Ģəkildə  iĢtirak  edə  bilərlər.  Öz 
növbəsində  dövlət  və  cəmiyyət  belə  Ģəraitin  yaradılması  üçün 
təxirəsalınmaz tədbirlər görməlidir.    
Strategiya  tədqiqatların  prioritet  istiqamətlərini  müəyyən-
ləĢdirərkən dünya elmindəki meyllərin nəzərə alınmasını vacib 
hesab edir. ABġ-ın RAND korporasiyasının 2006-cı ildə açıq-
lanmıĢ “Qlobal texnoloji inqilab-2020” adlı hesabatında qabaq-
cıl  texnologiyalardakı  mövcud  vəziyyət,  onların  inkiĢaf  istiqa-
mətləri və 2020-ci ildə əldə oluna biləcək yeniliklər barədə ma-
raqlı  məlumat  və  proqnozlar  verilir.  Hesabata  inansaq  biotex-
nologiya,  nanobiotexnologiya,  tibbi  biologiya,  nanotexno-
logiya,  materialĢünaslıq,  mühəndislik,  informasiya  texnologi-


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə