94
№2 İyun 2014
və ssenaristdir. Roma şəhərinin işçilər məhəlləsində, işçi ailəsində böyüyən Elio
həmin şəraitin çətinliklərini irəliləyən illərdə çəkəcəyi filmlərdə uğurla nümayiş
etdirə bilmişdi. Siyasi səbəblərə görə oxuduğu məktəbdən qovulan rejissor dövrün
İtaliya Kommunist Partiyasının gənclər təşkilatında mədəni fəaliyyətlər ilə məşğul
olmuşdur. Roma Universitetinin ədəbiyyat fakültəsində təhsilini başa vurduqdan
sonra isə əsası 1924-cü ildə Antonio Qramşi tərəfindən qoyulmuş “Birlik” (“L’Unita”)
qəzetində yazılar dərc etdirmişdir. Jurnalistikadan əlavə kino ilə də maraqlanan Elio
1956-cı il Macarıstan hadisələrindən sonra partiya sıralarını tərk edir. Əvvəlcə bir
neçə sənədli film çəkən rejissorun ilk uğuru 1969-cu ildə Berlin kino festivalında
“Gümüş ayı”ya layiq görülən “Qərb cəbhəsində yenilik yoxdur” filmi olur. Təsvir
etdiyi obrazlara yanaşmada yenilikçi addımlar atan Elio Petri istifadə etdiyi sosial-
siyasi və psixoanalitik metodlarla qərb cəmiyyətindəki böhranı göstərməyə
çalışmışdır: “Bir vətəndaşın şübhədən kənar istintaqı” (1970) polisin subyekt olaraq
dramatik analizini, adını fransız anarxist Pyer Jozef Prudonun sitatından ilhamlandığı
“Mülkiyyət artıq oğurluq deyil” (1973) pulun cəmiyyətdə və insan üzərindəki
gücünü, “Todo modo” (1976) isə Xristian Demokratlar arasındakı əsas şəxslərin
– güc strukturlarının fəaliyyətini əks etdirir. Fərdin problemləri timsalında ictimai
boşluğa eyham vuran Elio Petri, yaradıcılığında hər zaman siyasət, mədəniyyət və
sosial həyatdakı konformizmi ciddi şəkildə tənqid etmiş, alternativ kimi sistemi,
əsasən də iqtisadi fundament hesab edilən istehsalı kökündən dəyişməyi hədəf
olaraq tamaşaçılara təqdim etmişdir. Və onun 1971-ci ildə lentə aldığı “İşçi sinfi
cənnətə gedir” filmi də ideya olaraq bir işçinin fabrikə qarşı mübarizəsindən ehtiva
edir...
Tarixdə baş verənlər
Dövrün İtaliyasında işçilərin siyasi vəziyyətinin qısa xronikası
60-cı illərin əvvəllərini İtaliya işçi hərəkatı üçün yeni bir nəfəs kimi qeyd etmək
lazımdır. Ölkənin şimalındakı Turin şəhərində baş vermiş fabrik işçilərinin etirazları
62-ci ildə özünün zirvəsinə çatır. Tətil etmiş işçilərin əsas tələbləri qeyri-iş günləri
üçün də əmək haqlarının hesablanması və qısa müddətli əmək müqavilələrinə son
95
vermək idi. Yerli əhalinin də dəstəyini alan işçilər üçün bir neçə həftəlik qarşıdurma
uğurla nəticələnir. Eyni vaxtda baş tutan “Michelin” zavodundakı etirazlar isə
istənilən effekti vermir və fabrik qarşısındakı dəhşətli səhnələr 90 günün sonunda
bitir.
1959-cu ildə baş tutan 11 müxtəlif işçi çıxışlarının heç birində nailiyyət əldə etməyən
“FIAT” işçiləri milli tətil günü elan edilən vaxt (iyun, 1962) metal zavodu işçilərinin
dəstəyilə sahibkarlara qarşı yenidən mübarizəyə atılır və 9 günün sonunda
dəstəkçilərin sayı 7000-dən 60000-ə qədər çoxalır. 60-cı illərin ortalarında texnoloji
yeniliklərin tətbiqi fabrik və zavodların sürətlə mexanikiləşdirilməsinə gətirib çıxardı.
Bu cür dəyişikliklərin təsir arealında əsas yeri təcrübəsiz gənc işçilər tuturdular.
Bundan əlavə, məhsul sayına görə adambaşına istehsalın qüvvəyə minməsilə usta-
şagird əlaqələri tamamilə zəiflədi. Vəziyyətin mürəkkəbləşməsinə baxmayaraq,
həmkarlar ittifaqı nümayəndələri gənc işçilərin şikayətlərini əsassız sayır və fabrik
rəhbərlikləri ilə hər hansı konfliktdən uzaq qalmağa çalışırdı. Belə bir halın yaranması
işçilərdə, öz müqəddəratlarının yalnız onların özlərindən asılı olduğu fikrini yaradırdı.
Universitet təhsilindən bəhrələnmiş mavi yaxalıqlı tələbələrin digər işçilərə təsiri
96
№2 İyun 2014
mövcud sistemə radikal müqavimət nəzəriyyəsini aşılamaqdan ibarət oldu ki, tezliklə
praktikada bunun şahidi olundu.
1968-ci ilin əvvəllərində şimal fabriklərində tətillər yenidən alovlandı. İlkin
periferik ərazilər və fabriklərlə məhdudlaşan çıxışlar sonradan şəhərlərə yayılmağa
başladı. Artıq işçilərin yeni mübarizə forması üçün zavodlarda xüsusi inqilabi
qruplaşmalar fəaliyyət göstərirdi. Burada Fransadakı təcrübədən istifadə edilməyə
başlanılmışdı. Belə ki, demokratik strukturlara, yəni həmkarlar ittifaqlarına - əslində
onlar bürokratikləşmiş kapitalist məngənə idilər – bel bağlamağın mənasız olduğunu
görən işçilər tələbə hərəkatından faydalanmağa başladılar. Yaradılmış “tələbə-işçi”
cəbhəsi siyasi liderin yoxluğunda hər bir inqilabi fərdin mümkün qədər məsələyə
müdaxiləsinə şərait yaradırdı. Yeni idarə üsulu və xüsusi qruplaşmaların fəaliyyəti
bəzi fabriklərdə həmkarların tamamilə ləğvi ilə nəticələndi, yerində isə “İşçilərin
gücü” (“Potere Operaio”) və ya “İşçilərin avanqardı” (“Avanguardia Operaia”) adlı
birliklər yaradıldı. Radikallıq dərəcəsinin artması ilə artıq işçilər həmkarlar ittifaqı
kimi bir qurumu tanımır, onlarla müzakirələr aparmır və yalnız öz potensiallarına
güvənməli olduqlarını bilirdilər ki, bunun da ən bariz nümunəsi Milan şəhərindəki
“Pirelli Bicocca” adlı fabrikdə görüldü. Daha yüksək əmək haqqı üçün tələb irəli
sürən işçilər həmkarlar və menecment arasındakı 3 həftəlik görüşlərin səmərə
verməyəcəyini duyur və yaratdıqları müstəqil komitənin müəyyən qərarları (işi
müvəqqəti saxlama) vasitəsilə öz istəklərinə nail olurlar.
Tətil nümayişlərində səsləndirilən tələblərə yeniləri əlavə olunurdu. Əvvəllər
yalnız aşağı əmək haqqını nəzərdə tutan fikirlər bildirilirdisə, sonralar iş şəraitinin
yaxşılaşdırılması və şimal-cənub arasındakı maaş fərqlərinin aradan qaldırılması
kimi mövzulara da toxunulurdu ki, sonuncusu hərəkatların milli xarakter aldığını
göstərirdi.
Bu cür yeni tələblərin elan edildiyi ilk mütəşəkkil tətil kimi “FIAT” işçilərinin
nümayişlərini qeyd etmək olar. Mirafiori zavodunda olan etirazların şüarı çox sadə
idi: “Biz nə istəyirik? Hər şeyi.” Həmkarlar ittifaqı rəsmilərinin də əllərində bannerlə
müdafiə etdiyi yürüyüşə polis müdaxilə etsə də, həmin il ‘tətil’ sözü ‘FIAT’ın ayrılmaz
simvoluna çevrilmişdi.
97
69-cu ildəki çıxışlar payızda pik nöqtəyə çatmışdı. Ölkəyə yayılmış metal
işçilərinin ortaq tələblərini ifadə edən “İsti payız”müqaviləsi ilə başa çatan etirazlar
milyon yarım insanın istəklərini ehtiva edirdi. İş yerindəki “avtoritarlığı”nın bərpası
üçün həmkarlar ittifaqının strategiya dəyişikliyinə getdiyi qeyd olunmalıdır. İşçilərin
inamlarını geri qazanmaq və onları öz cəbhələrinə çəkmə istəyən həmkarlar, onların
ehtiyaclarını artıq rəsmi xətlə yuxarılara çatdırır və öz yerlərini möhkəmlətməyə
macal tapırdılar. Avtonom hərəkatların uğursuzluğunu “pələngi idarə et” (yəni
işçi qüvvəsi) taktikası ilə minimuma endirməyə çalışır və keçən il ‘ekstremist’
adlandırdıqları iddiaların həqiqətən də reallığı əks etdirdiyini dərk edirdilər.
1969-cu ilin dekabrında “Milli müqavilə”nin imzalanması zamanı işçilərə
dəstək olmuş həmkarlar ittifaqları artıq yeni bir yol seçdiklərini göstərirdilər: siyasi
partiyalardan asılılığın azaldılması. İtaliya Ümumi İşçi Konfederasiyası və yerli
kommunist partiya arasındakı əlaqələrin zəifləməsi də məhz bununla bağlı idi.
İmzalanmış müqavilənin şərtlərinə isə həftədə 40 saatlıq iş, əmək haqqının bərabər
şəkildə artımı, iş günündə sərbəst toplaşmaq hüququ və yeni gələn köməkçilər
üçün ödəniş sisteminin tətbiqi daxil edilmişdi.
70-ci illərdə də davam edən tətillər kimya və tikinti sənayesi ilə yanaşı,
98
№2 İyun 2014
xəstəxana, bar, otel işçiləri və poçtalyonlar arasında da yayılmışdı. İş verən
sahibkarların etirazlarına baxmayaraq, nümayəndələrinin işçilər tərəfindən seçildiyi
“iş yeri konsulları” fəaliyyət göstərməyə başlamışdı. Məqsəd kimi ‘iş yerində
demokratiyanın artırılması’ və ‘həmkarlar ittifaqının strategiyasının dəqiqləşdirilməsi’
nəzərdə tutulsa da, inqilabi dəstələrin ləğvi səhv addım kimi qeyd olunmalıdır. 73-
cü ildə baş tutan və 69-dan bəri görülmüş ən böyük nümayiş – 6 milyon işçisinin
dəstəyilə – sanki işçi hərəkatının yeni bir dövrünü açırdı...
Ümumiyyətlə 60-70-ci illərdəki əzmkar mübarizə italyan işçi sinifi üçün böyük
təcrübə yığımı olmuşdu. Yeni etiraz formalarının görülməsi və kollektiv qərarvermə
böyük səmərə vermiş və bir çox işçiyə öz gücündən xəbərdar olmağa kömək
etmişdi. Ən böyük radikal addım isə həmkarlar ittifaqının siyasətini heçə sayaraq,
özfəaliyyətin genişləndirilməsi olmuşdu. İş yerlərindəki xüsusi komitələrin bilavasitə
təşkil etdiyi tətillər reformizmə real inqilabi alternativ olmuş və həmkarların
ortodoksal və konformist qaydalarına tənqid xarakteri daşımışdı. Və belə bir sual
yaranır: “İşçi sinfinin ənənəvi bir nümayəndəsi olmaq məhz həmkarlar ittifaqının
qeyri-səmərəliliyinin məhsuludur yoxsa bizlər reallığı görməyəcək qədər kor
olmuşuq?!”
***
Qəhrəmanımız Massa işlədiyi fabrikdə özünə müəyyən bir persona yaratmışdır.
Əslində “persona yaratmaq” fərdin bacarıqları çərçivəsini aşır, burada ətraf faktorunu
nəzərə almaq mütləqdir. Massa işini əzmkarlıqla yerinə yetirən və tabeçilikdə olduğu
strukturun tam da axtardığı obyektdir. Bəli, obyekt. XIX əsrdən güclənən işçi-kapital
münasibətləri əsasında sinfi mübarizənin mərkəzində “subyektivləşdirmə” vasitəsilə
sosial seperatizm dayanırdısa, müasir dövrdə “obyektivləşdirmə” ilə lümpençilik
siyasətinin pik nöqtəsinə çatmışıq ki, bunu da rejissor filmdə açıq şəkildə göstərir.
Massa işini sevir, hər kölə öz zəncirlərinə aşiq olduğu kimi. Hələ ki bunu dərk etmir,
çünki apolotikdir, sinfi mübarizənin fiquru işçi mübarizəsinin reaksionar obrazıdır.
Hər şey onun üçün avtomatlaşmış haldadır; insan orqanizminin yeməyi həzm və
ifrazını fabrikin iş rejiminə bənzətməsi də məhz bundan qaynaqlanır: “...fabrikin
99
istehsal etdiyi nədir ki? Məhsul yox, “pox”.”
Film göstəriləni konkretləşdirir, izləyici “görmə”ni aşmalıdır. Ekrandan bizə adi
bir fabrikdə, adi bir iş prosesinin proyeksiyası göstərilir: ilk olaraq əl görürsən,
kadr davam edir və artıq əl yoxa çıxır, nəticə: Qarşınızda istehsal vasitəsinin bir
hissəsi – “dəyişən kapital”dır. Sistemə qarşı dirənən Massa - işçi, həm də özü ilə
mübarizədədir; çünki “itirəcəyi heç nəyi olmayan”dan “sahib olduqlarını da hər an
itirə biləcək” birinə çevrilmişdir. Mental gərginliyin gündəlik dəyişməz resept olması,
onu yadlaşmanın ən bariz nümunəsinə çevirir.
Massanın, “həyat bir finiş dirəyidir, hər kəs yolun sonundakı bayrağı əldə etmək
üçün qaçır” sözləri, onun yaşadığı mühiti təhrif olunmuş formada qavramasından
irəli gəlir. Lulu XIX əsrdən etibarən elmi məqalələrin dəyişməz ifadələrindən olan
və imperialistlərin bacarıqla istifadə etdiyi, elmi dəlillərə əsaslanan “təbii seçmə” ilə
heç bir orqanik bağı olmayan “sosial darvinizm” üçün sistem tərəfindən yetişdirilmiş
tutarlı bir nümunədir. Darvinizmin cəmiyyətə uyğun sosial transformasiyası kimi
göstərilən, halbuki liberal iqtisadiyyatın təməllərini daha da möhkəmləndirməsi
və müstəmləkəçilik siyasətinin genişləndirilməsinə hesablanmış sosial darvinizmin
simptomlarının baş qəhrəmanımızla iş yoldaşları arasındakı münasibətlərdən də
görə bilirik. Massaya görə formul sadədir: “Həyat rəqabətdən ibarətdir”; ayağı
büdrəyən arxada qalmağa məhkumdur; daha çox istehsal edən, daha çox əmək
haqqına layiqdir kimi.
Dəlixanada olan köhnə dostu ilə söhbətləri də onun üçün mümkün sonluğun
göstəricisidir: “Bura da fabrik kimidir, tək fərqi axşam çıxmağa icazə vermirlər”.
Deməli, fabriklər məhsul istehsalından başqa, işçilər timsalında həm də sosial
sindromlu, izolyasiya olunmuş fərdlər yetişdirir. Massa kimi digər bir çox işçiləri
də eyni aqibət gözləyir. Barmağını itirdikdən sonra rəisin ona olan münasibəti çox
şeyi izah etməsə də, müasir sistemin işçilərə olan qeyri-insani münasibətini əks
etdirir: “Bu bədbəxt hadisədən sonra istehsalımız 7% aşağı düşüb...”. Kantın əxlaq
nəzəriyyəsinə də müraciət etsək, “insan vasitə deyil, məqsəd olmalıdır” fikrini görə
bilərik ki, bu da müasir kapitalizmin vəhşiliyinə səsini çıxarmayan idealist-əxlaqçılar
üçün yol göstərici ola bilər.
100
№2 İyun 2014
Massa ailəsi ilə birlikdə neo-proletariat üçün nümunədir. Rejissorun təkidlə
bir neçə dəfə “çərçivəyə saldığı” müqəddəs ailə tablosu yeni nəsil atom ailəsinin
konformist görkəmindən xəbər verir. Ağır iş günündən sonra televizorun mavi
işığı qarşısına yığışan üzvlər üçün TV-də təqdim olunanlar gerçəkliklər toplusudur,
hansı ki yadlaşma obyektlərinin ən başlıcasıdır və bir nöqtədən sonra ideoloji
vasitəyə çevrilir. İqtisadi və sosial ehtiyacların dayanılmazlığından başqa, seksual
istəklərin də cavabsız qaldığı şəxsi həyat Massanı ideal lümpen profilinə bürüyür.
O, yalnız işləmək üçün yaşayır; gecələri baş qaldıran yorğunluğun acığını, səhərlər
libidosunun oyanması ilə fabrikdəki “vəhşi” simasını işə salaraq çıxır. Rahatlıqla
deyə bilərik ki, müasir zamanda təbii istəklər potensial istehsal karkasına salınmış
və ona uyğunlaşdırılmışdır.
“Reformlar ya İnqilab?”
Filmin ana xəttini təşkil edən əsas qayə siyasi arenada müəyyən qədər
diskussiya olunmuş “reformizm ya inqilab” mövzusudur. Müzakirə olunan obyekt
adını 1900-cü ildə Roza Lüksemburq tərəfindən pamflet şəklində yazılmış “Sosial
reformlar ya inqilab” başlıqlı fikirlər toplusundan götürür. Həmin dövrün marksistləri
2 əsas cəbhədə yığışmışdılar: bir tərəf sosializmin işçi sinfinin mütləq şəkildə azad
edilməsi və siyasi idarəçiliyə sahib olması ilə mümkün olacağını dediyi halda, digər
tərəf nümayəndələri – reformistlər və ya revizionistlər – fikirləşirdilər ki, kapitalizmin
mövcud halı islahatlar vasitəsilə daha demokratik və sosial yönümlü proqram izləyə
və tədricən sosializmə transformasiya edə bilər. İkincilərin sırasına aid olan Konrad
Şmidt sonradan sosial-demokrat yolu tutmuş Eduard Bernştaynın məsələ ilə bağlı
fikirlərini bu cür ifadə edir: “Saatlar və əmək haqları üçün həmkarlar ittifaqının
apardığı mübarizə və reformlar üçün olan siyasi mübarizə istehsal münasibətləri
üzərində getdikcə artan bir avtoritarlığa sahib olacaq və kapitalist mülk sahibinin
haqları qanunlarla məhdudlaşdırıldığında, tədricən primitiv idarəçilik formasına
geriləyəcək. Kapitalist mülkünün özü üçün gündən-günə dəyərdən düşdüyünü
görəcək və kollektiv istismar və onun idarəsi əlindən alınacaqdır. Buna görə də, işçi
sindikatları, sosial reformlar və dövlətin siyasi demokratikləşdirilməsi sosializmin
101
pilləli reallaşdırılmasının vasitələridir.”
Filmdəki etirazlara çağırış səhnələri işçilərin seçimlərini formalaşdıracaq
yolları göstərir. Tələbələrin təklif etdikləri dixotomiya yuxarı yazılan dilemmanın
əvəzedicisi rolunda çıxış edə bilər: “Ya sahibkarlar və sindikat rəhbərləri arasında
olan ittifaq, ya da tələbələrlə işçilər arasında qurulmalı olan inqilabçı ittifaq”. İş
prosesində barmağını itirən Massanı artıq radikal düşərgəyə aid etmək yanlış
olmazdı
1
. Doğrudur, o, filmin əvvəllərində yetəri qədər konformist hərəkət edir,
çünki ən yaxşı işçi odur, ən çox əmək haqqını o alır və kiçik burjuaziyaya can atır.
Lakin bu hal potensial partlayış üçün zəmin hazırlayır. Kulminasiyaya kimi yığılan,
basdırılmış hisslər özünü emosional boşalma – teatrdan fərqləndirərək bunu “sosial
katarsis” də adlandırmaq olar – halında göstərir. Yığıncaq vaxtı işçilər qarşısında
çıxış edərkən hər kəsi işi tam buraxmağa çağırması və həmkarlar ittifaqı əleyhinə
gətirdiyi tənqidlər gözardı ediləcək söhbətlər deyil, əksinə, sindikatların qeyri-
səmərəli işinin və işçilərin ağır vəziyyətinin tutarlı təsviri kimi qiymətləndirilməlidir.
İlk baxışdan əla perspektiv kimi görünən reformizmin vasitələrinin tənqidi ilə
bağlı Roza Lüksemburq yazır: “Həmkarlar ittifaqları vasitəsilə işçilər bir yerə toplaşır
və eyni bir sinfə mənsub olduqlarını anlayır, reformlar uğrunda mübarizələrdə
proletariatın gücünü dərk edirlər. Həmçinin onlar islahatların məhdudiyyət
xarakterinə sahib olduğunu və siyasi gücün ələ keçirilməsinin mütləqliyini də
başa düşürlər”. Lüksemburq sindikatların mübarizələrini mifik qəhrəman ‘Sizif’in
taleyinə bənzədir. Onun fikrincə, sindikatlar kapitalist ödəmə qanunlarını aradan
qaldırmır, əksinə, istismarı zamanın “normal” sərhədlərinə yayır. Həmkarlar
ittifaqları işçi sinfinin bazarın tələblərinə uyğun olaraq istifadəsinə şərait yaratsa
da, istehsalın vəziyyətinə görə təyin edilən işçi tələbi, cəmiyyətin orta təbəqəsinin
proletariatlaşdırılması ilə yaradılan iş qüvvəsi və işçi sinfinin yenidən istehsalı,
nəhayət, işçilərin məhsuldarlığının müvəqqəti xarakter daşıması kimi amillərə
nəzarət edə bilmir. Məsələn, həmkarlar istehsalın texniki vəziyyətinə müdaxilə edə
1
Massa üçün radikallaşma simvoluna çevrilən “itirilmiş barmaq”, onun eitrazlarına baxmayaraq, psixoloqla
söhbətində qısırlaşdırma kimi qiymətləndirilir. Əslində burada mövcud sistemin insanı qısırlaşdırması nəzərdə
tutulur.
102
№2 İyun 2014
bilərmi? İstehsal texnikasında kapitalist iqtisadiyyatın inkişafı və irəliləməsinin bir
yerə qədər kapitalistin mənfəəti ilə uyğun olduğu şübhəsizdir; onu innovasiyaya
sövq edən, mənfəətdir. Ancaq işçi üçün vəziyyət fərqlidir; texniki yeniliklər iş
qüvvəsinin dəyərini aşağı salmaqla yanaşı, işi daha monoton hala salır (eynilə
filmdəki kimi). Həmkarların məsələyə potensial müdaxiləsi yalnız ortodoksallıq
xüsusiyyəti daşıyacaqdır.
Filmdə də tələbələrin təklif etdikləri alternativ işçilərin istismarçılarla
mübarizədəki radikal mövqeyi kimi götürülə bilər. “İşçilər içəri girmədikcə fabriklərin
mənası yoxdur” kimi kəskin şüarlar səsləndirən gənc aktivistlərdə solun anarxist
baxışlarını sezmək olar. Məsələn, onlar əmək haqqı tələblərinin səsləndirilməsini
tənqid edirlər: əmək haqqı problemi ilə məşğul olmamalısınız, çünki siz pullu əməyi
ortadan qaldırmaq istəyirsiniz; kapitalistlərə qarşı bu cür mübarizə pullu əməyi
tanımaq deməkdir. Halbuki hər bir sinfi hərəkətin həm də siyasi bir hərəkət olduğu
nəzərdən qaçırılır ki, bu da effektiv mübarizəyə imkan vermir.
İşçi sinfinin siyasi hərəkatının son məqsədi, təbii olaraq, siyasi iqtidarı ələ
keçirməkdir. Buna görə, şübhəsiz, işçi sinfinin əvvəlcədən təşkilatlanması (xüsusilə
də iqtisadi tələblərdən yaranan təşkilatlanma) mütləqdir. Ancaq hakim sinfə qarşı
bu tip təzyiqlər həm də siyasidir. Məsələn, tətillər yolu ilə hər hansı bir fabrikdə iş
103
gününün qısaldılmasına cəhd konkret iqtisadi bir hərəkatdır, buna qarşılıq olaraq,
səkkiz saatlıq iş günü kimi bir qanun yayınlanmasını hədəfləyən hərəkat siyasidir.
Və bu şəkildə işçilərin bir-birindən ayrı iqtisadi tələbləri siyasi bir mübarizə yaradır
və ictimai sinfi hərəkata təkan verirlər. Bu tələblərin dilə gətirilməsi mümkün
təşkilatlanmaya ehtiyac duysa da, özləri də, bir o qədər, təşkilatlanmanı inkişaf
etdirən vasitələr olaraq qalır.
***
“İşçilər! İşçilər! Saat səhər 8-dir. Siz çıxanda hava çoxdan qaralmış olacaq.
Bu gün sizlər üçün günəş parlamayacaq. 8 saat işləyəcəksiniz. Keçinəcək
pulu qazandığınıza inandırılacaqsınız. Amma əslində yağmalanacaqsınız. Bəli,
yağmalanmış! 8 saat! Bu sizin daha çox qazanmaq üçün məhsul başına işləməyinizlə
əlaqədar deyil. İşçi olmağınızla əlaqəlidir... Onlar daha çox qazanırlar. 100 işçinin
qazandığını əldə edirlər... İşçilər! Həbsxanaya gedirsiniz!.. Daha çox əmək haqqı,
daha az iş!..”
Tələbələrin işçilərə olan bu səslənişi fransız naturalizminin banisi Emil Zolyanın
“Jerminal”ını xatırladır. Şaxta işçilərinin ağrılı vəziyyətini və bu vəziyyətdən çıxış
yolunda göstərdikləri fəaliyyətləri səlis şəkildə təsvir edən Zolya əsərində anarxizm
və sosializm arasında get-gələ düşsə də, ikinciyə daha çox ağırlıq vermişdi.
Yazılmasından 100 ildən çox vaxt keçməsinə baxmayaraq, dövrümüzün siyasi-sosial
arenasında eyni hadisələrin təşəkkülünü görmək məqsədin mümkünsüz olduğuna
inandırır. Ancaq dəyişikliyə can atan hər bir fərd Kamyunun qələminin yaratdığı
təslim olmayan və daima mübarizə aparan obrazlara çevrilməyi unutmamalıdır.
Mənfəətmərkəzli kapitalizm bu gün cəmiyyətimizdəki problemlərin başlıca
səbəbidir: artan qeyri-bərabərlik, yoxsulluq, yadlaşma, cinayətkarlıq, ətraf
mühitin deqradasiyası və s. – siyahı uzadıla bilər. Əgər belədirsə, bəşəriyyətin
üfüqündə dağıdıcı absurd kapitalist barbarlıq vəziyyəti ilə, kommunist cəmiyyət
perspektivindən savayı 3-cü bir alternativ görünmür. Birinci olaraq, kapitalizmdən
çıxmaq artıq seçim məsələsi problemi deyil, bir məcburiyyət halına çevrilib; ikincisi,
104
№2 İyun 2014
bəşəriyyəti kommunizmə götürəcək olan “uzun yol”un adı sosializmdir...
Bunları demək bir illüziya effekti yaratmamalıdır, məfhumu utopik adlandırmaq
da düzgün deyil. Utopiya da məhz indi olmayan, ancaq gələcəkdə baş verən
deyilmi?!
Yazını uruqvaylı sol yazar Eduardo Qaleanonun utopiyaya dair dedikləri ilə
bitirək: “Mən iki addım irəliləyirəm, o iki addım uzaqlaşır. Mən on addım irəliləyirəm,
o on addım uzaqlaşır. Daima irəliləyə bilərəm, ancaq əsla ona çata bilmərəm.
Utopiya nəyə yarıyar? Tam da buna: Yol qət etməyə!..”.
Dostları ilə paylaş: |