Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə25/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

75
Burada təşkil etdiyimiz tətil sayəsində işçilərin əmək haqqını qaldıra bildik. Məsələn, 
həmin vaxt bizim əmək haqqı üzrə bir mühəndisimiz var idi, həmin birlikdə əmrlərin 
hazırlanmasında yol verilən səhvi tapmışdı. Biz o səhvi tapdıqdan sonra hesablama 
apardıq və gördük ki, bizi 15 faiz aldadıblar. Və bunu da aradan qaldırdıq. Orada 
3 min işçi tətilə qoşulmuşdu. Onların əksəri həmkarlar təşkilatının üzvü idi. Məhz 
bu, Həmkarlar təşkilatı üçün nüfuz deməkdir, işçilər bizə etibar edirdilər. Həmçinin 
idarə rəhbərliyi də bizimlə, fəhlələrlə çox ehtiyatlı davranırdı. Hər hansı bir haqsızlıq 
qarşısında etirazdan, tətildən ehtiyat edirdilər. Amma tətilin nəticəsi olmasa, heç 
kəs sənə inanmayacaq.
İkinci tətil dalğası 2005-ci ildə xarici şirkətlərdə başladı. McDermott, BossShelf 
və  s.  Burada  da  tələb  əmək  haqqı,  tibbi  sığorta,  əmək  müqaviləsi  idi.  Həmin 
şirkətlərdə  işçi  həddən  artıq  çox  idi.  Onların  öz  həmkarlar  təşkilatı  qeydiyyata 
götürülmədiyindən,  məcburən  mərkəzlə  işləməli  olurdular,  amma  bizimlə  də 
əlaqə saxlayırdılar. Respublika Həmkarlar Təşkilatının sədri, şirkət rəhbərləri tətili 
saxlamaq istədi, amma buna nail ola bilmədi. Rəhbərlik mənlə əlaqə saxladı və mən 
də təklifimizi dedim. Və bu tətil də uğur qazandı. 
Sonrakı mərhələdə isə 2012-ci il aprel ayında AZFEN-də 75 nəfər tətil keçirdi. 
Rəhbərlik bunu gizlətmək istədi, amma gizlədə bilmədilər. Onların ərizələri bizdə 
idi. Biz həm BP, həm də AZFEN rəhbərliyi ilə dialoq qurduq və fəhlələrin tələblərinin 
hamısı yerinə yetirildi.
Sonrakı dalğa 2012-ci ilin may ayında Balaxanı Əməliyyat şirkətində başladı. 
315 nəfərin ərizəsi vardı məndə. Artıq bizim də bununla bağlı təcrübəmiz var idi. 
Dialoqa başlamazdan əvvəl şərtləri Əmək Müfəttişliyinə bildirdik. Bu şərtlər əmək 
haqqı, iş yerinin şəraiti, tibbi sığorta və bir neçə kiçik məsələ idi. Sonra isə şirkətin 
rəhbərliyi ilə dialoqumuz oldu. İndi mən oradakı müdiriyyətlə demək olar ki, hər 
ay  danışıram.  İş  yerlərinin  hamısını  remont  elətdirdilər,  tibbi  sığortaları  qaydaya 
saldılar.  Oradan  bir  fəhlə  belə  şikayət  edən  kimi,  rəhbərliklə  əlaqə  saxlayıb  həll 
edirik.
Sonrakı tətil-BossShelf-də, ötən ilin martında baş tutdu. Bu tətil Azərbaycandakı 
fəhlə tətilləri içərisində ən ciddi olanlardan biridir – 2500 nəfər iştirak edirdi. Fəhlələr 


76
 №2 İyun 2014
ilkin olaraq həmkarlar təşkilatının sədrini seçdilər. Əvvəlki həmkarlar təşkilatı demək 
olar ki, heç nə etmirdi. Edə də bilməzdi. Çünki o təşkilat fəhlələrdən qopmuşdu.
Rəhbərliklə əlaqə saxladıq və bizi ciddi qəbul etmədilər. Sonra məsələnin böyüməsi 
ilə onları fəhlələrlə dialoqa cəlb etdik.
BossShelf,  PSH,  PCL,  McDermott,  AZFEN-də  həmkarlar  təşkilatları  yarandı. 
Bu uğurların hamısı tətillərin nəticəsi idi. O işçilər tətillər nəticəsində bir çox şeyə 
nail oldular.
-  Bu  tətillərə  reaksiyalar  necə  oldu?  Həm  ictimaiyyətdən,  həm 
dövlətdən, həm də digər işçilərdən? Xüsusilə, son BossShelf tətilinə?
- Dövlət tərəfindən tətillərin heç birində maneəçilik olmadı. Çünki biz bütün 
fəaliyyətimizi qanunauyğun qurmuşduq. Çünki biz fəhlələrlə əlaqə saxladıqca, tətil 
keçirməyin hüquqi yollarını ətraflı izah edirdik. Əgər bu tətildə fəhlələrin yanında 
heç kim olmasa idi, yəqin ki, nəticə çox pis olacaqdı. Onlar fəhləyə təzyiq edərək 
tətilin şirkətə vurduğu ziyandan, ləngimədən fəhləni günahkar sayacaqdılar.


77
Əslində  tətilə  həmkarlar  təşkilatı  rəhbərlik  etməlidir,  fəhlələri  o  mühafizə 
etməli, ilk addımları o atmalıdır. Ancaq Azərbaycanda müstəqil həmkarlar ittifaqı, 
demək  olar  ki,  yox  səviyyəsindədir.  Hazırkı  həmkarlar  təşkilatları  demək  olar  ki, 
işəgötürənin tərəfində olurlar və yeni həmkarlar təşkilatının yaranmasına da imkan 
vermirlər. Üstəlik, qanuna zidd olaraq işəgötürən də həmkarlar təşkilatının üzvüdür. 
Bu  da  o  deməkdir  ki,  Azərbaycandakı  həmkarlar  təşkilatları  rəislərin,  müdirlərin 
qeyri-rəsmi  sturukturudurlar.  Bu  təşkilatlar  müstəqil  deyil,  işəgötürəndən  qorxur, 
fəhlənin mənafeyini müdafiə etmir.
Ona  görə  də  Azərbaycanda  fəhlələr  arasında  qanunauyğun,  sivil  tətillərin 
keçirilməsinə  ehtiyac  var  və  bu  çox  vacibdir.  Bu  ona  görə  olmalıdır  ki,  bu  gün 
Azərbaycanda işəgötürən ilə işçi arasında çox ciddi konflikt var və bu konfliktdə işçi 
çox müdafiəsiz qalıb. Tətilin nəticəsində isə işəgötürən başa düşür ki, o istədiyi vaxt 
işçini əzə bilməz, onu istismar edə bilməz, harınlaya bilməz.


78
 №2 İyun 2014
- Bəs bu qanunvericiliklə işçi hüquqlarını qorumaq mümkündürmü? 
Yəni,  mövcud  qanunvericilikdə  işçi  haqları  hansı  səviyyədə  mühafizə 
olunur?
- Düzü, SSRİ vaxtında olan əmək qanunvericiliyi ilə müqayisə etmək olmaz.
Çünki  indiki  qanunvericilikdən,  orada  olan  çoxlu  maddələr  çıxarılıb.  Həmkarlar 
təşkilatlarının səlahiyyətləri demək olar ki, tamamilə azaldılıb. Amma indi də qanuni 
olaraq  həmkarlar  təşkilatının  razılığı  olmadan  işçi  işindən  azad  edilə  bilməz.  Bu 
yaxınlarda qanunvericilikdə əlavələr də oldu və yeni cəza metodu təyin edildi ki, 
bu da əmək müqaviləsi bağlamayan işəgötürəni çox ciddi şəkildə cəzalandırmağı 
nəzərdə  tutur.  Bununla  bərabər,  qanunvericilikdə  elə  maddələr  var  ki,  bu,  sırf 
işəgötürəni müdafiə edir.
Məsələn, Əmək Məcəlləsindəbelə bir maddə də var – 45.4-cü maddə: “İşin 
daimi xarakterə malik olduğu əvvəlcədən bəlli olduqda, işçi ilə işəgötürən arasında 
müddətsiz  əmək  müqaviləsi  bağlanılır”.  Ancaq  47-ci  maddənin  “f”  bəndi  istisna 
olmaqla.  Burada  isə  yazılır:  “İki  tərəfin  razılığı  ilə  müddətli  müqavilə  bağlanıla 
bilər”.  Bu  maddənin  təhlükəli  tərəfi  nədir?  İşsiz  biri  gəlir,  çarəsizdir  və  bundan 
istifadə edərək işəgötürən müvəqqəti müqavilə bağlayır. Müvəqqəti müqavilə isə 
imkan verir ki, işəgötürən istədiyi vaxt işçini işdən azad etsin. Məsələn, işəgötürən 
görsə  ki,  işçi  çox  tələbkardır,  çox  şeyə  qarışır  və  haqqını  tələb  etməyə  başlayır, 
onu işdən azad edəcək. Bizim dəfələrlə Əmək Müfəttişliyi ilə bu maddə barəsində 
mübahisəmiz olub ki, bu maddə qəsdən məcəlləyə salınıb. Digər bir tərəfdən də, 
parlamentdə  oturanların  əksəriyyəti  işəgötürənlərdir.  Bu  qanunvericilik  məclisdə 
müzakirə ediləndə, əlbəttə ki, onlar özləri üçün əlverişli olan variantı seçirlər.
Əgər  təsdiq  olunsa,  bizim  təşkilat  bu  ilin  avqust  ayından  bir  layihəyə 
başlayacaq. Bu layihə çərçivəsində biz mövcud qanunvericiliyin analizini aparacağıq. 
Məsələn, Sığorta haqqında qanunda işçini müdafiə etməyən maddələr var. Tutaq 
ki, həmin qanunvericilikdə qeyd edir ki, əgər işçi iş yerinə həlak olarsa, onun pulu 
yanlız həddi-buluğa çatmayan uşağına görə verilir. İndi düşünün ki, işçi iş qəzasında 
ölüb və onun həyat yoldaşı 50 yaşlarında bir qadın, nə təqaüd ala bilir, nə də ki, 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə