Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə23/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

68
 №2 İyun 2014
deməkdir. Rus sollarının bu məsələyə baxışı necədir?
- Biz  bu  ittihamlardan  qorxmuruq,  belə  ki,  hər  gün  sosial  və  mülki 
haqların  qorunmasına  yönəlmiş  işlər  aparırırq.  Məhz  Rusiyadakı  sollar  dövlət 
repressiyalarından, digər qüvvələrdən daha çox əziyyət çəkiblər. 6 may
2
 tarixində 
Moskvada biz də müqavimət xəttində idik. Biz səhiyyənin, təhsilin müdafiəsi üçün, 
Elmlər  Akademiyasının  dağıdılmasına  qarşı  kampaniyalar  aparırdıq  və  aparırıq  – 
bütün bunlara qarşı liberallar ən yaxşı halda laqeyddirlər, ən pis halda isə dövlətin 
addımlarını  dəstəkləyirlər.  Lakin  biz  qərb  imperializmini  və  sağ  qüvvələrimizi  sırf 
Putinə ziyan vermək üçün dəstəkləməyəcəyik. Biz, liberal ziyalıların təsəvvürlərində 
Rusiya  prezidentini  canlandırdıqları  kimi,  mistik,  nağıllardakı  şər  qüvvə  ilə  deyil, 
konkret  sosial  şərlə  mübarizə  aparırıq.  Belə  çıxır  ki,  həm  biz,  həm  də  liberallar 
müəyyən  məsələlərdə  hakimiyyətlə  həmfikir  oluruq.  Sadəcə  olaraq  onlar 
hakimiyyətlə səhiyyənin dağıdıldığı, uşaq bağçalarının bağlandığı, işsizliyin artımına 
gətirib çıxaran siyasətin aparıldığı hallarda həmrəydirlər. Biz isə o hallarda həmrəyik 
ki, hökumət geosiyasi vəziyyətdən asılı olaraq, qonşu ölkədə öz hüquqlarını müdafiə 
etməyə çalışan zəhmətkeşləri dəstəkləmək məcburiyyətindədir.
- Cavablarınız üçün minnətdarıq. Sizi Bakıda görməyə ümid edirik.
Müsahibəni hazırladı: Vüsal Xəlilov
Ruscadan tərcümə: Ləman Orucova
2
6 may 2012-ci ildə Moskvada, nəticələrini qeyri-legitim hesab etdikləri parlament ve prezident seçkilərinə 
qarşı və bundan bir gün sonra baş verəcək, yeni seçilmiş prezident Vladimir Putinin andiçmə mərasiminə 
etiraz olaraq Milyonların marşı keçirilmişdi. Rusiya DİN-nin rəsmi açıqlamasına əsasən, etiraz yürüyüşündə  
mindən  çox  insan  iştirak  etmişdi,  təşkilatçılar  isə  bu  rəqəmin  50  mindən  çox  olduğunu  iddia  edirdilər. 
Etirazçıların  əsas  tələbləri  –  siyasi  islahatlar,  qanunvericilik  islahatlarının  aparılması  və  növbədən  kənar 
seçkilərin: 2012-ci ilin sonuna qədər parlament və 2013-cü ilin yazında prezident seçkilərinin keçirilməsi idi. 
Polis rezin dəyənəklər və gözyaşardıcı qazdan istifadə etmiş, 400-dən çox etirazçı həbs olunmuşdu.


69
                           Mirvari Qəhrəmanlı ilə müsahibə
Jurnalımızın bu say üçün nəzərdə tutulmuş 
müsahiblərindən biri hüquq müdafiəçisi
«Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı» 
(NHMT) İctimai Birliyinin rəhbəri Mirvari 
Qəhrəmanlıdır
1
.
-  Mirvari  xanım,  bir  az  əvvəldən 
başlamaq  istəyirik.  SSRİ-nin  dağılması 
ilə  birgə  Azərbaycan  bazar  iqtisadiyyatı 
sisteminə  keçir  və  bir  çox  sahədə  olduğu  kimi,  neft  sektorunda  da 
özəlləşdirmələr  başlayır.  Xüsusilə  neft  sektorunda  bu  özəlləşdirmə 
prosesi  hansı  prinsiplər  əsasında  baş  tutmuşdu?  Bu  sahənin  bölgüsü 
necə aparılmışdı?
-  Əslində  dövlət  səviyyəsində  özəlləşdirmə  olmayıb,  bu  proses  qeyri-rəsmi 
olaraq  aparılıb.  Mən  niyə  bunu  “qeyri-rəsmi”  özəlləşdirmə  hesab  edirəm?  Çünki 
bunlar köhnə yataqlara qoyulan sərmayələrdir. Yəni, əgər araşdırsaq görərik ki, bu 
köhnə yataqlar üçün müxtəlif əməliyyat şirkətləri yaradılıb və bunlar Azərbaycandan 
MÜSAHİBƏ
1
Mirvari  Qəhrəmanlı  —  hüquq  müdafiəçisi;  “Neftçilərin  Hüquqlarının  Müdafiə  Təşkilatı”  (NHMT)  İctimai 
Birliyinin rəhbəridir. SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, 
keçmiş Orcanikidze rayonunda deputat olmuşdur. 1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma 
üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir. Milli Müqavimət Hərəkatında 
iştirak etmişdir. “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. 
Hazırda  həmin  təşkilatın  rəhbəridir.  Təşkilat  1996-cı  ildə  Azərbaycanın  neft  və  qaz  sektorunda  çalışan 
insanların  hüquqlarının  müdafiəsi  və  ölkənin  enerji  sektorunda  reallaşdırılan  layihələr  üzərində  vətəndaş 
cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən 
yaradılıb. Yalnız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. (Bax: www.nhmt–az.org).


70
 №2 İyun 2014
olan  vəzifəli  şəxslərin  Off-Shore
2
  zonalarda  qeydiyyatdan  keçirdiyi  əməliyyat 
şirkətləri çərçivəsində həyata keçirilib.
Bu prosesləri mən qeyri-rəsmi özəlləşdirmə adlandırıram. Bir qrup oliqarxlar 
bundan faydalanır, dövlətlənir. Burada həm Neft Şirkətinin aldığı pay azalır, həm də 
insanların işlə təmin edilməsi azalır.
Məsələn,  bu  əməliyyat  şirkətlərindən  biri  yaradılmamışdan  əvvəl  həmin 
yataqda 2500-ə qədər insan əmək haqqı alırdı, vəziyyətləri yaxşı idi. Və hasil edilən 
bütün  neft  Azərbaycana,  ARDNŞ-nə  məxsus  idi.  Amma  indi  50  faizi  ARDNŞ-nə 
məxsusdur,  hasilat  artırılmayıb,  işçilərin  demək  olar  ki,  2/3-i  işdən  qovulub.  Bu 
idarənin işçiləri yeni yaradılan şirkətə keçəndə artıq qanunvericilik pozulmuşdu.
“Əsrin Müqaviləsi” olaraq adlandırılan isə adicə neft müqaviləsi idi və tərəflər 
çox idi. Azərbaycan rəsmiləri, yaxud da ki neft sektorunda işləyən vəzifəli şəxslər 
deyirlər ki, Azərbaycanda o vaxt keçid dövrü idi, ölkə özünə nüfuz qazanmaq üçün, 
qarant qazanmaq üçün bu qədər şirkətin ölkəyə cəlb edilməsi prosesi mühüm idi. 
Amma mən belə fikirləşirəm ki, bu müqavilələr Azərbaycan üçün əlverişli deyildi, 
ancaq bu, tamamilə başqa bir məsələnin mövzusudur. 
- Yəni, Azərbaycan neft sektorunda rəsmi özəlləşdirmə yoxdur? 
- Xeyr, yoxdur. 
- Bəs xarici şirkətlərin fəaliyyəti nədən ibarətdir?
-  Onlar  sadəcə  hasilatın  pay  bölgüsü  sazişində  Azərbaycan  Beynəlxalq 
Əməliyyat Şirkəti yaradıblar və fəaliyyətləri də bu çərçivədədir. 1997-ci ilə kimi 20-ə 
yaxın şirkət oraya sərmayə qoyub. Hər birinin orada payı var və Azərbaycanın payı 
isə, səhv etmirəmsə, 20 faiz idi. Bu özəlləşdirmə deyil, sadəcə yataqlara qoyulan 
sərmayədir. 
- 90-cı illərdən etibarən işçilərin vəziyyəti necə olub?
- Ümumiyyətlə, ARDNŞ-də 3-4 dəfə struktur dəyişikliyi aparılıb. Birinci struktur 
dəyişikliyi, səhv etmirəmsə, 1992-ci ildə olmuşdu. Bu zamana qədər neft strukturu 

Off-shore (ing.) – qeyri-rezident olan xarici şirkətlərə xüsusi vergi və digər güzəştlər təqdim etmək yolu ilə 
xarici kapital cəlb edən maliyyə mərkəzləri (red).


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə