Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə26/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   23   24   25   26   27   28   29   30   31

79
işə götürülür. Və bunlar qanunvericilikdəki boşluqlar deyil, bilərəkdən daxil edilmiş 
maddələrdir.  Yüzlərlə,  minlərlə  işçilər  var  ki,  bu  qanun  “boşluqlar”ından  dəhşətli 
şəkildə əziyyət çəkirlər.
Amma bunu da qeyd edim ki, qadın hüquqları ilə əlaqədar qanunvericiliyimiz 
güclüdür.  4-5  il  öncə  xarici  şirkətlər  bu  qanunvericilikdə  olan  şərtləri  yerinə 
yetirmirdilər. Biz hüquqi əsaslarla onları məcbur edirdik ki, qanunvericilikdə qoyulan 
şərtlər  yerinə  yetirilsin.  Məsələn,  şirkətin  əsasnaməsində  qadına  hamiləlik  və 
doğuma görə sadəcə 6 ay vaxt verilirdi. Amma bizim qanunvericilikdə bu müddət 
3 ildir. Sonra, əgər qadının öhdəsində 14 yaşına qədər uşaq varsa, bu qadına tam 
olmayan iş günü, tam olmayan iş həftəsi verilə bilər. İşə götürənin bundan imtina 
etmək hüququ yoxdur.
- Bəs icra olaraq dövlət burada nə qədər maraqlıdır? Məsələn, Əmək 
Müfəttişliyi, məhkəmə orqanları və s. Burada həm məhkəmələrin aldığı 
qərarları, həm də onun yerlərdəki icrasını nəzərdə tuturuq. 
-  Qanunvericiliyin  icrasına  ictimai  nəzarət  həmkarlar  təşkilatındadır,  dövlət 
nəzarətini həyata keçirən Əmək Müfəttişliyidir və işçinin 1 ay müddətində, bütün 
bu qərarlardan razı olmadığı halda şikayət edəcəyi qurum məhkəmələrdir. Məlum 
məsələdir  ki,  Azərbaycanda  müstəqil  Həmkarlar  Təşkilatı  yoxdur,  işəgötürənin 
nəzarətindədir. Buna görə də haqqı pozulan işçilərin 80%-i həmkarlar təşkilatına 
müraciət etmir. Hətta o bilmir ki, birinci növbədə həmkarlar təşkilatına müraciət 
etməlidir. Hətta işçi bilmir ki, Əmək Müfəttişliyi var. Əgər işçi bilib Əmək Müfəttişliyinə 
müraciət  edirsə  –  məsələn,  işdə  xəsarət  alıbsa,  şikəst  olubsa,  sonra  bununla 
əlaqədar  bizə  müraciət  edir  ki,  İZ  (istehsalat  zədəsi)  aktı  ala  bilmir.  Müşahidə 
etdiyimiz  proseslərdə,  yəni  işçinin  müdafiəsi  proseslərində  çox  olur  ki,  Əmək 
Müfəttişliyi əksər hallarda məsuliyyətsizlik göstərir. Məsuliyyətsizlik nədən ibarətdir? 
Əmək Müfəttişliyi gəlib idarədəgörür ki, orda qanunvericilik pozulub, ancaq işçini o 
qədər də müdafiə etmir, hətta cavabı da gecikdirir. Halbuki 1 həftə ərzində cavab 
verməlidir,  tədqiqat  aktı  hazırlamalıdır,  həmkarlar  təşkilatının  iştirakı  ilə  yoxlama 
aparmalıdır. Məsələn, əməliyyat şirkətlərinin birində 2010-cu ildən bu yana 2 mindən 
çox işçinin işdən azad olunmasının əsas səbəbkarı Əmək Müfəttişliyi olub. Çünki 


80
 №2 İyun 2014
biz  zamanında  Əmək  Müfəttişliyinə  bu  şirkətin  yaradılması  ilə  əlaqədar  işçilərin 
qəbulunda ciddi qanun pozuntusu (Əmək Məcəlləsi, 63-cü maddə) olması ilə bağlı 
məktub  yazmışdıq.  Lakin  Əmək  Müfəttişliyi  işçiləri  müdafiə  etmədi.  Yəni,  Əmək 
Müfəttişliyi  və  Həmkarlar  təşkilatının  fəaliyyəti,  işçinin  müdafiəsinə  göstərdikləri 
münasibət eyni yöndədir.
Ancaq ötən il 81 məhkəmə işimizdən demək olar ki, 50-dən yuxarısı yerinə 
yetirilib. Amma problem məhkəmə qərarlarının icrasındadır. Xarici şirkətlərdə qərar 
sözsüz  yerinə  yetirilir,  ancaq  Dövlət  Neft  Şirkətində  isə  qərarın  icrası  gecikdirilir. 
Burada  onu  da  qeyd  edim  ki,  xarici  şirkətlərlə  müqayisədə  yerli  şirkətlərdə  işçi 
faktoru daha arxa plandadır. Əgər sən yerli şirkətə qarşı məhkəməni udursansa, 
burada sənin üçün təzyiqlər və problemlər yaranır.
Bir  də  ki,  burada  qanunvericiliyin  boşluqları  haqqında  da,  yaxşı  tərəfləri 
haqqında da danışdıq, amma bir də işçinin özünün qanunları bilməməsi məsələsi 
var. Bayaq sadaladım ki, qanunvericilikdə şikayət etmə mexanizmlərində dayanan 


81
Həmkarlar Təşkilatı, Dövlət Əmək Müfəttişliyi və məhkəmədir. Tutaq ki, işçini işdən 
çıxardırlar  və  onun  1  ay  müddətində  şikayət  vermək  ixtiyarı  var.  O  da  götürür 
yazır Heydər Əliyev Fonduna, Dövlət Neft Şirkətinə, Prezident Aparatına və onların 
cavabını gözləyir. Prezident Aparatı və Heydər Əliyev fondu göndərir Dövlət Neft 
Şirkətinə,  o  da  öz  növbəsində  işəgötürənə  göndərir.  İşəgötürən  də  məktuba  bir 
dənə möhür vurur ki, siz filan qanunla işdən azad olunmusunuz. Vəssalam, vaxt 
bitir.
-  Əsasən  neft  sektorundan  danışdıq,  ancaq  ümumiyyətlə,  başqa 
sektorlarda vəziyyət necədir? Onlarda işçilərin əmək haqları, hüquqları, 
iş şəraitləri nə yerdədir?
 - Azərbaycanda digər inkişaf etmiş sahə tikinti sektorudur. Tikinti sektorunda 
əmək haqqı o qədər pis deyil, amma qanunvericilikdə bununla əlaqədar olduqca ciddi 
cəzalar nəzərdə tutulmasına baxmayaraq, bu sektorda ən əsas çətinlik işçilərlə əmək 
müqaviləsinin bağlanılmamasıdır. Bu o deməkdir ki, işçilər müxtəlif güzəştlərdən, 
təqaüd  alma  hüququndan,  məzuniyyət  hüququndan,  analıq  məzuniyyətlərindən, 
tibbi sığortadan məhrum olurlar. Gələcək üçün böyük fəsadlar doğurur bütün bunlar. 
Çünki zaman gələcək, onlar ortada qalacaqlar. Bu sektordakı ikinci böyük problem 
təhlükəsizlik  qaydalarına  riayət  edilməməsidir.  İnsan  həyatı  tamamilə  təhlükədə 
olur. Başqa ölkələrdə geyimləri də, kaskaları da xüsusi verilir. Bizdə isə görürsən 
ki, işçi adi öz ayaqqabısı ilə işləyir. Həm də çox təəssüf olsun ki, çox vaxt onlar 
yeməklə, isti su ilə təmin olunmur, çox ağır iş şəraitində çalışırlar. 
Bundan  başqa  müəllimlərdir,  həkimlərdir,  büdcə  təşkilatlarıdır.  Günümüzdə 
Azərbaycanda tibbin də, təhsilində aşağı səviyyədə olmasının əsas səbəbkarı əmək 
haqlarının  çox  aşağı  olmasıdır.  Bütün  ölkələrdə  insan  amili  ilkin  olmalıdır,  bunun 
üçün də sağlamlıq və təhsil əsas rol oynayır. Bizim ölkəmizdə isə hər ikisi olduqca 
aşağı səviyyədədir, problemin kökündə isə əmək haqlarının aşağı olması dayanır.
Özəl tibb sahələrində isə çox vaxt əmək müqavilələri olmur. 
- Belə çıxır ki, neft sektoru digər sahələrlə müqayisədə daha yaxşı 
vəziyyətdədir?
-  Əmək  haqqına  görə,  qanunvericilik  məsələlərinə  görə,  bəli,  digərləri  ilə 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə