Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə27/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   23   24   25   26   27   28   29   30   31

82
 №2 İyun 2014
müqayisədə daha yaxşıdır.
Düzdür, çoxları iddia edilər ki, neft işçiləri 1000 manata qədər əmək haqqı alır, 
amma məsələ elə də deyil.
Məsələn,  dənizdə  işləyən  işçilər  müəyyən  əlavə  ödənişlər  alırlar  ki,  mən 
buna  “qan  pulu”  deyirəm.  Onlar  gecələri  yatmırlar,  çətin  şəraitdə  işləyirlər,  15 
gün ailədən uzaq qalırlar. Buna görə onların ödənişi yüksəkdir. Amma onların tarif 
maaşı  300  manatdır.  Bu  gün  quruda  işləyən  neft  çıxarma  operatorunun  əmək 
haqqı 330 manatdır. Quruda işləyən işçi 500 manatdan yüksək maaş almır. Dediyim 
səbəblərdən dənizdə işləyən işçi 1000 manat alsa da, bu məbləğ onun gördüyü işin 
heç bir şəkildə qarşılığı ola bilməz. Azərbaycan neftçisi çəkdiyi əziyyətin qarşılığını 
almır və almayacaq da, çünki getdikcə hasilat azalır.
Ancaq yenə də ən ağır vəziyyət inşaat–tikinti sektorundadır. Üstəlik qəribəsi 
odur ki, tikintidəki ağır vəziyyət göz qabağındadır, lakin nə Əmək Müfəttişliyi, nə də 
Əmək və Sosial Müdafiə Nazirliyi göz qabağında olanı qoruya bilmir. İaşə sahəsində 
də vəziyyət pisdir. Gecə səhərə qədər qabyuyan qadınlara baxın. Bütün bunlar göz 
qabağındadır axı. Əmək müqavilələri və ya təhlükəsizlik qaydalarına əməl edilmir. 
Bu məsələdə ən çox hüquqları pozulan işçilər rayonlardadır. Rayonlardakı yol 
layihələrində, su layihələrində, tikintilərdə işləyənlər. Bax, onlar gözdən uzaqdadırlar, 
onlar ümumiyyətlə qanunun nə olduğunu bilmirlər. Onları təhqir də edirlər, pulunu 
da az verirlər və s. Qanun regionlarda lap az işləyir.
Müsahibəni hazırladı: Ayaz Şirinov, Toğrul Abbasov


83
Toğrul Abbasov
Mədəniyyət – Sinfi Mübarizə 
Ərazisi Kimi
1
 
“Elə  bir  mədəniyyət  məhsulu  yoxdur  ki,  o, 
həm  də  barbarlıq  göstəricisi  olmasın.  Mədəniyyət 
məhsulunun özü kimi, onun əldən-ələ keçmə prosesi 
də bu barbarlığın göstəricisidir” 
(W. Benjamin, “Tarix Anlayışı Haqqında”)
Ən geniş mənada mədəniyyət müəyyən bir yer və zamanda, müəyyən bir 
insan birliyinin maddi həyatını istehsal edən şərtlərin yaratdığı ictimai münasibətlərin 
forması (yaşayış tərzi, yaşayış qəlibləri, nəsnələr dünyası və s.) və bu formaları/
praktikaları təcrübədən keçirməsi, mənalandırması və bunlara reaksiya verməsidir 
(ifadə/təmsil  formaları,  dil,  fikirlər,  dəyərlər,  kodlar  və  s.).  Əgər  mədəniyyət 
ictimai  münasibətlərin  struktur  və  formasına  bağlıdırsa  və  bu  da  maddi  həyatın 
istehsalından yaranırsa, onda mədəniyyətin iqtisadiyyata əsaslandığını və beləcə, 
sinfi qarşıdurmanın açıq göstəricilərindən birinə çevrildiyini iddia edə bilərik. Bu, 
şübhəsiz, bütün ictimai dövrlərdə bir-birinə oxşar şəkildə təşəkkül tapan iqtisadiyyat 
və mədəniyyət münasibətlərinin ən sadə təsviridir. Ancaq kapitalist modernləşmə 
ilə  birlikdə  daha  mürəkkəb  bir  müstəviyə  keçən  sinif  və  mədəniyyət  münasibəti 
problematikasını anlamağa çalışmaq üçün daha geniş bir perspektivə ehtiyac var.
MƏDƏNİYYƏT
1
Başlarkən zəruri qeyd: Mədəniyyət ərazisindəki hegemonik münasibətlər iki yönlü araşdırıla bilər. Birincisi, 
şərti olaraq “horizontal hegemoniya” deyə biləcəyimiz, müxtəlif mədəniyyətlər arasındakı münasibətlər (məs. 
Şərq-Qərb və s. kimi). Digəri isə, şərti olaraq “vertikal hegemoniya” deyə biləcəyimiz, müəyyən bir yer və 
zamanda idarə edənlərlə edilənlər arasındakı münasibətlər. Bu məqalənin, əsasən, “Avropa mədəniyyətindəki 
vertikal hegemoniya” haqqında müxtəlif baxışlarla əlaqədar olduğunu bəri başdan bildirmək istəyirəm.


84
 №2 İyun 2014
Terry Eagleton-a görə, “mədəniyyət” (culture)
2
 etimoloji olaraq aqrar əmək 
dünyasından yaranır və ilkin olaraq “tərbiyə” xarakterli istifadə olunur. Ancaq burjua 
sinfinin yüksəlişi ilə birlikdə qütbləşən “şəxsi həyat” və “ictimai həyat” anlayışına 
uyğun olaraq, ictimai-siyasi və iqtisadi-texnoloji ərazidən (bunlar dövlət qurumunu 
göstərirdi) kənarda qalan hər şey “mədəniyyət” anlayışının altında toplanmışdı.
Məsələn, 16-cı əsrdən etibarən yüksələn burjua sinfi qarşısında özünə yeni 
mövqelər  seçən  kilsə  və  aristokratiya  yeni  bir  mədəni  forma  yaradaraq,  “saray 
mədəniyyəti”  deyə  biləcəyimiz  bir  tərzlə  özünü  burjuadan  fərqləndirməyə  çalışır. 
Beləliklə,  kilsə  “mədəniliyi”  (və  sivilliyi)  müəyyənləşdirən,  aristokratiya  isə  bu 
mədəniliyi  (sivilliyi)  göstərən  yer  olmağa  başlayır  (saray  ədəb-ərkanı,  zəriflik, 
krala hörmət, maska balları, teatr, konsert və s.). 18-ci əsrin sonu — 19-cu əsrin 
əvvəllərində isə artıq yerini möhkəmləndirənburjuaziya bu ana kimi birlikdə hərəkət 
etdiyi  kütlələrdən  (və  kütlə  mədəniyyətindən)  uzaqlaşaraq,  “aristokratiyanın  
mədəniyyətinə”  şərik  olur.  Beləcə,  bu  yer  dəyişməyə  bağlı  olaraq,  bu  dövrdə 
mədəniyyət anlayışında 3 əsas dəyişiklik baş verir.
Birinci dəyişiklik odur ki, bundan əvvəl mədəniyyət və sivillik özündə oxşar 
mənaları ehtiva edirdisə, bu dövrdə artıq zidd mənalara çevrilir. Xüsusilə İngiltərə-
Fransa  mərkəzli  “sivilizasiya”  ilə  Almaniya  mərkəzli  “mədəniyyət”  anlayışının 
qarşıdurması bunda mühüm rol oynayırdı. İngiltərə-Fransa mərkəzli “sivilizasiya” 
anlayışına görə, mədəniyyəti formalaşdıran üç əsas faktor - ədəb-ərkan (qabalığın 
ziddi), qayda-qanun (polis) və inkişaf (texnika) idi. Lakin Aydınlanma
3
 və kapitalizmə 
əks-reaksiya olaraq yaranan Alman Romantik Hərəkatına görə isə mədəniyyət “iç”ə, 
“ruh”a aid bir şey idi və toplumun öz köklərindən gələn ortaq, xalqa aid bir duyğu 
2
Azərbaycan  dilində  istifadə  olunan  “mədəniyyət”  termini    isə  əksinə  “mədinə”dən    yəni  “şəhər”dən 
yaranmışdır. Bu mənada “mədəniyyət” termini kök etibari ilə aqrar həyatdan yaranan “culture” (kültür) -a 
deyil, İngiliscədəki “civilization”, Türkcədəki “uygarlık” sözlərinə daha uyğun düşür. Ancaq bu, daha geniş 
bir  yazının  mövzusu  olduğu  üçün  sadəcə  bu  məqalədə  “culture”  sözünə  qarşılıq  olaraq  “mədəniyyət”, 
“civilization” sözünə qarşılıq olaraq isə “sivilizasiya”dan istifadə edildiyini xatırlatmaq istərdim. 
3
Azərbaycan dilində əsasən “Maarifçilik” olaraq adlandırılsa da, “Aydınlanma”, maarifçiliyi də əhatə edən 
daha geniş bir anlayışdır. 17-18 – ci əsr Avropasının fəlsəfi və ictimai həyatının ən geniş yayılmış düşüncəsi 
olan və şüurun üstünlüyünə vurğu edən bu anlayışın məğzini, ən sadə şəkildə Kantın “Aydınlanma, insanın 
öz günahı ilə düşmüş olduğu yetişkin olmama vəziyyətindən xilas olaraq, şüurunu özü tərəfindən istifadə 
etməyə başlamasıdır” ifadəsində tapa bilərik.


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə