Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə29/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   23   24   25   26   27   28   29   30   31

87
da  tənqid  edirdi.  Marksist  fikir  məktəbində  bununla  bağlı  ilk  sistemli  tənqid  isə 
Frankfurt Məktəbində yaradılacaqdı.
Frankfurt Məktəbi
Frankfurt  Məktəbini  formalaşdıran  üç  əsas  xətt,  1)  xüsusilə  Almaniyada 
kütləvi (işçi sinfi) hərakatlarının yatışdırılması ilə birlikdə praktikadan nəzəriyyəyə 
yönəlməsi, 2) pozitivizmin (və Aydınlanmanın) tənqidi ilə siyasi-iqtisaddan fəlsəfəyə 
yönəlməsi və 3) daha çox incəsənət, estetika, ideologiya, mədəniyyət, media və s. 
kimi marksist üstqurumlarla məşğul olması idi.
Bu məktəbə görə, Aydınlanma dövrü özündən əvvəlki dini düşüncəni süquta 
uğradaraq  şüuru  ortaya  çıxarmışdı,  ancaq  kapitalizmin  inkişafı,  şüurun  tənqidi 
(neqativ) yönünü məhv edərək, sadəcə texniki (pozitiv) tərəfini saxlamışdı. Beləcə, 
özündən əvvəlki dini düşüncəni məhv edən Aydınlanma dövrü yeni bir din – pozitivist 
düşüncəni formalaşdırmış və tənqidi düşüncədən məhrum olan insanı yeni formada 
boyunduruq altına almışdı. Məktəbin nəzəriyyəçiləri bunu üç sahədə araşdırırdı.
Birinci sahə siyasi-iqtisad idi. Məsələn, F.Pollock`a görə, 1870-ci ilə kimi fərdə 
söykənən,  oliqarxlaşmamış  liberal  sərmayə  kapitalizmin  ilk  böyük  böhranından 
sonra oliqarxlaşaraq dövlətə daha çox əsaslanmağa başlamış və sənaye texnoloqları 
və  bürokratiya  ilə  birlikdə  “planlaşdırma”nı  ortaya  çıxarmışdı.  Yuxarıdan  gələn 
bu planlaşdırma isə bürokratik və texnokrat şüuru gücləndirərkən, tənqidi şüuru 
ortadan  qaldırmışdı.  Bəs  sərmayə  və  dövlət  bu  cür  ittifaqa  girərkən  nəyə  görə 
“fərd”  yuxarıdan  gələn  bu  istibdada  boyun  əymiş,  üsyan  etməmişdir?  Bunu  isə 
Frankfurt Məktəbi ikinci sahədə - sosial psixologiyada araşdırırdı.
Məktəbin nəzəriyyəçilərinə görə, bunun səbəbi “zəifləmiş eqo” idi. Oliqarxik 
kapitalizm  ailə  və  atanın  qoruyan  avtoritetini  parçalamazdan  əvvəl  ailə,  burjua 
cəmiyyətində “nəfəs dərmə” yeri idi. Lakin ailə dağıldıqdan sonra uşaq çox erkən 
yaşda cəmiyyətlə üz-üzə gəlir, onun bürokratik-texnokratik boyunduruq altına alma 
cəhdinə məruz qalırdı (bağça, məktəb, KİV və s.). Və bu qurumlar qarşısında özünü 
tək, sındırılmış hiss edən fərd, beləliklə, özündən güclülərə boyun əyən, özündən 
zəifləri isə əzən “avtoritar insan tipinə” çevrilirdi.
Məqalənin çərçivəsinə birbaşa aid olan isə üçüncü sahədir – mədəniyyətin 


88
 №2 İyun 2014
sənayeləşməsi.  Müasir  humanitar  elmlərə  “mədəniyyət  sənayesi”  terminini  bəxş 
edən  Frankfurt  Məktəbinə  görə,  kapitalizmdən  əvvəl  mədəniyyət  məhsulu  daha 
çox “məna yaratmaq” üçün var idi. Lakin hər şey kimi, mədəniyyət məhsullarını da 
əmtəələşdirən kapitalizm ona əlavə olaraq “izafi dəyər” də vermişdi. Yəni, texnikanın 
da  köməkliyi  ilə  “izafi  dəyəri”  artan  mədəniyyət  məhsullarının  “məna  dəyəri” 
azalmışdı. Beləcə, liberal kapitalizmdə sadəcə iş zamanı yadlaşan fərdlər artıq işdən 
sonra da, boş zamanlarında da yuxarıdan planlaşdırılan mədəniyyət məhsullarını 
istehlak edərək, “ikiqat yadlaşmağa” başlamışdır. Bu, Frankfurt  Məktəbinin “kütləvi 
mədəniyyəti”  tənqid  edərkən,  mühafizəkar-elitist  nəzəriyyəçilərdən  fərqinin 
əsas  nöqtəsi  idi.  Çünki  elitist-mühafizəkar  nəzəriyyəçilər  kütləvi  mədəniyyəti, 
“zövqü pozduğu” üçün tənqid edirdi, ancaq marksist nəzəriyyəçilər onu, kütlələri 
uyuşdurduğu, passivləşdirdiyi, yadlaşdırdığı və idarə edilən formaya saldığı üçün 
tənqid edirdi
6
. Eynilə Frankfurt Məktəbi təmsilçiləri “yüksək incəsənəti” də insanın 
fərqli dünya təxəyyüllərini diri tutduğu, ona azadlıq verdiyi üçün ön plana çəkirdi, 
ancaq mühafizəkar-elitistlər üçün yüksək sənətin dəyərli olması, onun xüsusi zövqə 
malik olması və həqiqət daşıyıcısı olması iddiasını daşıyırdı
7

Frankfurt Məktəbinin kütləvi mədəniyyəti “kütləvi uyuşdurma” olaraq nəzərdən 
keçirməsinə marksist fikirdəki ilk sistemli tənqidi yanaşma 60-cı illərdə Birmingham 
Mədəniyyət İnstitutunun nəzəriyyəçilərindən gəlir. Frankfurt Məktəbi və Qramşinin 
fikirlərindən yola çıxan bu institutun nəzəriyyəçilərinin fikirlərinə keçməzdən əvvəl, 
həm onların fikirlərini daha anlaşılan etməsi üçün, həm də marksist nəzəriyyənin 
mədəniyyətə baxışında əhəmiyyətli yer tutduğu üçün əvvəlcə Qramşinin bu haqdakı 
fikirlərini qısaca təftiş etmək lazım gələcək.
6
Məsələn Horkemeir deyirdi: ”Kütləvi mədəniyyətlə mübarizəm sadəcə bu mədəniyyətin ictimai haqsızlıqların 
davam etdirilməsi ilə əlaqəsinə diqqət çəkməkdən ibarətdir.”
7
Kökləri Aristotelə qədər gedib çıxsa da, yüksək və aşağı sənət ikililiyi, 18-ci əsrin humanist jarqonundan 
yaranan  və  19-cu  əsr  Alman  Romantizmi  ilə  yayılan  modern  bir  ikililikdir.  Aristotel,  yüksək  sənəti 
vətəndaşların, aşağı sənəti isə kölələrin məhsulu olaraq göstərərək sinfi bir ayrılıq aparırdı. Ancaq modern 
çağda  bunlar  sadəcə  istehlak  formaları  ilə  fərqləndirilirdi.  Məsələn  Schelling-ə  görə  yüksək  sənət,onun 
kənar bütün nəsnələrdən – zövqdən, faydadan, əxlaqdan uzaq olması ilə ölçülməlidir.


89
Qramşi
Qramşinin digər marksistlərdən əsas fərqi hegemon güclərin kütlələri idarə 
edərkən sırf zorbalıq və manipulyasiya ilə deyil, onları razı salmaq və onların könüllü 
olaraq sistemə qoşulmasını təmin etməklə də mövcud olduğunu iddia etməsindədir. 
Bunu “hegemoniya” termini ilə ifadə edən Qramşiyə görə, xüsusilə Qərbi Avropa 
dövlətlərində  sistem,  zorbalıq  göstərərək  kütlələri  marjinallaşdırmaq  əvəzinə, 
onları müxtəlif sivil toplum qurumları vasitəsilə sistemin içinə cəlb edib nəzarətdə 
saxlayaraq idarə edir.
Buna  görə  də  davamlı  olaraq 
hegemon  güclərin  təsiri  altında  olan 
əzilənlərin yaratdığı mədəniyyət də yenə 
yuxarıların təsiri altındadır. Ancaq, digər 
tərəfdən,  bu  mədəniyyət  əzilənlərin 
“müdafiə xarakterini” də özündə daşıyır. 
Daha çox folkloru araşdıran Qramşi üçün 
folklor əzilən insanlar qrupunun çox vaxt 
dolayı  (indirekt),  mexaniki  və  laqeyd 
şəkildə rəsmi dünya təsəvvürlərinə qarşı 
çıxdığı  “dünya  və  həyat  təsəvvürü”  idi. 
Çoxluq  tərəfindən  yaradılan  folklor 
qüsursuz və sistemli deyil, əksinə, bölük-
bölük,  parçalanmış  və  qatmaqarışıqdır. 
Çünki o, siyasi olaraq sistemli və qüsursuz 
hala gələ biləcəyi mərkəzdə deyil, kənarda, periferiyada yaranır. Buna görə də daim 
təsir altında olan bu mədəniyyət daxilində olduqca ziddiyətli məqamlara rast gəlmək 
mümkündür.  Çünki  bu  mədəniyyətin  yaradıcısı  olan  “xalq  əxlaqı”  da  özlüyündə 
olduqca  qarışıq  və  ziddiyətlidir:  “...  xalqın  bir  əxlaqı  olduğunu,  bunun  müəyyən 
şərtlərdən yarandığını və ya bu əxlaqın, şərtlərin nəticəsi olaraq zaman və məkanda 
müəyyən  praktiki  şeyləri  həyata  keçirmə  tərzlərinə,  adət  və  ənənələrinə  uyğun 
gəldiyini demək doğru olardı. Xurafat kimi, bu əxlaq da dini inanclarla yaxından 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə