71
“Azərbaycan Dövlət Neft Konserni” adlanırdı. Çox da uzun çəkmədi bu.
Əvvəl Azərbaycan Dövlət Neft Konserninə Sənan Əlizadə başçılıq edirdi. O
zaman işçilərin sayı lap çox idi. Ona görə ki, Sovetlər hələ tamamilə dağılmamışdı,
əlaqələr davam edirdi. Və sonra müstəqilliklə əlaqədar 1992-ci ildə ARDNŞ yaradıldı
və şirkətin tərkibində müxtəlif baş idarələr yaradıldı. Həmin dövrdə bu sahədə 80
mindən çox işçi çalışmaqda idi. Təqribən 10 milyon ton neft hasil edilirdi.
Getdikcə strukturda dəyişiklər edildi, çoxlu vəzifələr yaradıldı və ən təəccüblüsü
isə bu oldu ki, hasilat aşağı düşməyə başladı.
Paralel olaraq bölgülər aparılmağa başlanıldı. Hasilatın pay bölgüsü kontraktları
imzalanırdı. Ölkədəki siyasi proses neft şirkətində kadr siyasətinə də öz təsirini
göstərdi. Burada da artıq yerlibazlıq başladı və bu da korrupsiyaya gətirib çıxardı.
Güclü kadrlar demək olar ki, neft sektorundan uzaqlaşdırılırdı və bu da hasilata ciddi
təsir göstərdi. 1993-cü ildən 2005-ci ilə qədər Natiq Əliyev ARDNŞ-nə rəhbərlik
etdi. Natiq Əliyev işçilərin sayının azaldılması üçün ixtisarlar aparmırdı. O belə bir
qərar verdi ki, işçi qəbul etməyək, təqaüdə çıxanlar və işdən ayrılanlar hesabına
işçilər azalsın. ARDNŞ-də 2005-ci ilə qədər 60 minə yaxın işçi var idi. Artıq hasilat
8 milyon tona düşmüşdü. 2006-cı ildə Rövnəq Abdullayev ARDNŞ-nə başçı təyin
edildi və demək olar ki, bütün kadrlarda dəyişiklik apardı. Məhz bu, neft hasilatının
azalmasının səbəbi oldu. Müxtəlif və bir-birinin işini görən paralel şöbələr yaradıldı.
İmtiyazlı kimlərsə üçün şöbələr, iş yerləri yaradıldı və bu insanlara da çoxlu əlavə
xərclər çəkildi. Şirkətdə vəzifədə olan şəxslərin demək olar ki, hər birinə bahalı
xidməti maşınlar verildi. Və bununla 60 minlik sektor tezliklə 75 minə qədər yüksəldi
və idarə olunmaz, qarışıq bir struktur əmələ gəldi. Hasilat isə 7 milyon tona düşdü.
Bundan sonra isə məcbur qalıb yoxlamaları və audit işlərini başlatdılar.
- Bəs bu gün vəziyyət necədir? Hal-hazırda neft sektorunda nə
qədər işçi var və onların gəlir bölgüsü necədir?
- Bu gün neft şirkətində işçilərin sayını təyin etmək çətindir. 2014-cü ilin
yanvarına 60 min işçi var idi. Ötən il müəyyən idarələr neft şirkətinin tərkibindən
çıxarıldı və bununla da böyük ixtisarlar aparıldı. Və onu da qeyd edim ki, 2013-cü il
seçki ili olduğundan çox ehtiyatlı bir mövqe tutulmuşdu. Ən əsası da, təqaüdçülərin
72
№2 İyun 2014
işdən çıxarılması və müvəqqəti əmək müqavilələrinin bağlanması prosesi oldu.
Qanunvericilikdə elə bir maddə yoxdur ki, təqaüdçü işdən çıxarılmalıdır.
Bunu da qeyd edək ki, əslində ixtisarlar aparılmalıdır. Bu ona görə labüddür ki,
işçilərin sayı ilə hasilat ziddiyyət təşkil edir. Çünki illik hasilat 7 milyondur və şirkət
hasilatı qaldırmaq üçün heç bir iş görmür. Köhnə yataqlara sərmayə qoyulmur,
həmin yataqlarda işləyən işçilərə diqqət edilmir. Halbuki hasilatın qaldırılması üçün
tədbirlər planı hazırlanmalıdır, amma yox, edilmir.
- Nəyə görə edilmir?
- Mən belə fikirləşirəm ki, şirkətdə sadəcə olaraq mütəxəssisləri azaldıblar. Belə
bir sahədə təəssüf ki, qohumbazlıq, tanışlıq işlədilir. Hasilatda təcrübəsi olmayan
birini, hansısa səbəbdən gətirib buraya təyin edirlər. Belə olan halda hasilat necə
qaldırıla bilər?!
73
ARDNŞ və dövlət arxayın olublar ki, Azəri, Çıraqlı və Günəşli yataqlarının işləməsi
ilə mənim hasilatım var. Amma 2010-cu ildən hasilat düşmüşdür. Bu il Dövlət Neft
Şirkətinin-Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin çıxartdığı ilə ümumi olaraq
43 milyon ton neft hasil olub və bu, get-gedə azalır.
- Bəs ixtisarlar hansı formada aparılır, sadəcə fiziki işdə işləyənlər,
yoxsa fərqi yoxdur?
- Ən çox mühəndis-texnik və çoxlu sayda fəhlələr ixtisara düşüb. Ən pisi isə
bu ixtisarlar davam edəcək. Ancaq ARDNŞ-də fəhlə yox, idarə işçiləri daha çox
ixtisar olunmalıdır. Çünki ARDNŞ-də fəhlə və mühəndis-texnikə daha çox ehtiyac
var. Axı istifadə edilən avadanlıqlar bunu tələb edir, fiziki işlər daha çoxdur. Əsas
ixtisarlar yuxarıda, şirkətin mərkəzində aparılmalıdır.
- Aparılırmı?
- Yox, aparılmır. Heç bunu edə də bilməyəcəklər. Çünki orada işləyənlərin
əksəriyyəti qohum-əqrəbadır. Bu qədər vitse-prezident, bu qədər şöbələr, bu qədər
74
№2 İyun 2014
katibələr, xadimələr, köməkçilər nə qədər vacibdir? Amma bunlara toxunmurlar.
Fəhlənin isə “sahibi” yoxdur.
Üstəlik, islahatlar 2006-cı ildən başlanmalı idi. Bu, mərhələ-mərhələ aparılmalı
idi ki, ölkədə işsizlik çoxalmasın. Əsasən də yaşı 50-dən çox olan insanlar ixtisara
salınır. Bəs bu insanlar bu yaşdan sonra harada iş tapa bilər?!
- Siz ixtisarlarla bağlı proqnoz verərkən bunu da qeyd edirdiniz ki,
ixtisara salınanlar üçün proqram hazırlanmalı və işsizliyin yüksəlməməsi
üçün bunlar tətbiq edilməlidir. Digər tərəfdən də, iş proqramından əlavə,
bir də işçilərə əmək haqqı həcmində 5 aylıq kompensasiya təklif olundu.
Bunlarla bağlı vəziyyət nə yerdədir?
- İxtisar olunanlar üçün 1 illik proqram hazırlandı və vəd verildi ki, hər ay
əmək haqqının 50 faizi qədər ödəniş olacaq, tibbi sığorta saxlanacaq və sizə
iş axtarılacaq. Ancaq hələ də bizə zənglər olur ki, “işsiz qalmışam, işlə təmin
olunmamışam, məni aldadıblar”. Və yaxud deyirlər ki, “Çox uzaq bölgədə iş təklif
edirlər və bilirlər ki, mən bundan imtina edəcəyəm”. Yəni, insanların hamısını işlə
təmin edə bilməyiblər. Məsələn, çıxarılan işçilərdən biri bizə müraciət edərək daxil
edildiyi proqramın nəticəsini danışır: “Mənə iş təklif etdilər. Həmin işdə əmək haqqı
o qədər az idi ki, razı olmadım və məni proqramdan çıxartdılar”.
Digər tərəfdən də, işçilərdən kim ki, konpensasiya ilə razılaşdı, burada da
başladılar onlardan vergi tutmağa. Düşünün. Bununla bağlı əmrlərlə tanış olduq və
gördük ki, əksəri qeyri-qanunidir.
- Ümumiyyətlə, Azərbaycan tarixinə baxanda görürük ki, işçilərin
öz hüquqları uğrunda mübarizəsi, əsasən, neft işçilərinin üzərinə düşüb.
Bəs indi necədir? Neftçilər öz huquqlarını qoruya bilirlərmi?
- İlk öncə fəxrlə onu deyim ki, mən özüm 90-cı illərdə Müstəqil Həmkarlar
Təşkilatının rəhbəri olmuşam və elə neft sektorunda Azərbaycandakı tətillərə də
başçılıq etmişəm. Bu sahədə maraqlı təcrübəmiz olub. Misallarla deyim.
İlk tətillərimizdən biri Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin
Xəzərdənizneftsosialtikinti trestinin Lökbatan sahəsində olmuşdu. Əsas səbəb əmək
haqqı tələbi idi. Biz bir dəfə yuxarı instansiyaya müraciət etdik, lakin cavab verilmədi.
Dostları ilə paylaş: |