Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə28/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   ...   23   24   25   26   27   28   29   30   31

85
olmalı idi (Dil, Mifologiya, Xalq mahnıları və s.)
4

Bu romantik baxışdan yaranan mədəniyyətin də üç mənası var idi.
• İnsanın ruhi inkişafı (kapitalizmin tənqidi)
• İncəsənət (və intellektual inkişaf) olaraq mədəniyyət (fərdi mədəniyyət)
• Bir yaşayış tərzi olaraq mədəniyyət (toplum)
Məsələn,  Romantiklərə  görə,  sivilizasiyanın  qatı,  qəlibləşmiş  və  hakim 
ideologiyaya  (kapitalizmə)  xidmət  edən  klassik  üslublarının  əksinə,  xalqın  öz 
ruhunda yaratdığı təmiz, əl vurulmamış “populyar mədəniyyət” (xalqçı, kütləvi və 
s.) daha dəyərli idi.
Mədəniyyət  anlayışındakı  ikinci  dəyişiklik  də  elə  bununla  bağlı  idi.  Artıq 
mədəniyyət  xalqçı  (volkisch)  anlamı  da  özündə  ehtiva  edirdi.  Yəni  sıxışdırılan 
xüsusiyyətlərə  “mədəniyyət”,  sıxışdıran  və  hegemon  olan  xüsusiyyətlərə  isə 
“sivilizasiya” deyilə bilərdi. Üçüncüsü isə sənət sahəsindəki tədrici professionallaş-
ma ilə bağlı idi. Ancaq incəsənət mənasındakı mədəniyyət bu yazının çərçivələrini 
aşdığı  üçün  və  bu  yazının  məqsədi  mədəniyyət  ərazisindəki  hegemonik  münasi-
bətlərə  müxtəlif  baxışları  göstərmək  olduğu  üçün,  məqalənin  bundan  sonrakı 
hissələrində “kütləvi mədəniyyət” nəzərdən keçiriləcək. Bunun üçün isə əvvəl, 19-cu 
əsrdən etibarən formalaşmağa başlayan “kütlə” anlayışına nəzər salmaq lazımdır.
Kütlə və Mədəniyyəti
Kütlə haqqında ilkin anlayışlar 19-cu əsrin ortalarından etibarən formalaşmağa 
başlayır və o, “yüksək dəyərlərə” bir təhdid olaraq ortaya qoyulur. Bu anlayışa görə, 
modernitidən
5
 əvvəl təbii birlik içində yaşayan “xalq” urbanizasiya, sənayeləşmə və 
4
“Klassik milliyətçilik” və “etnik milliyətçilik” arasındakı qarşıdurma da bu iki fəlsəfi baxışın fərqinə söykə-
nirdi. İngiltərə-Fransa üçün “sivil mədəniyyətin” istənilən daşıyıcısı, vətəndaş olaraq bir millətdə birləşə 
bilərdi. Buna görə də “bu bəşəri sivil dəyərlər” bütün dünyanın xeyrinə olacağı üçün hər yerə yaymaq lazım 
idi. Bu isə həm bəşərilik və maarifçilik, həm də imperializm demək idi. Milli birliyini və sənayeləşməsini 
bu  ölkələrdən  daha  gec  həyata  keçirən  Almaniyada  isə  bu  baxışa  əks-reaksiya  olaraq  yaranan  “etnik 
milliyətçilik”  anlayışı  “hər  xalqın  öz  köklərindən  gələn  təmiz  ruhunu  qoruyub  saxlamağın”  əhəmiyyətini 
vurğulayırdı. Bu isə “özünümüdafiə” və anti-imperialist xarakter daşıyırdı.
5
Hegeldən üzü bəri filosoflar tarixi Antik, Orta Əsrlər və Modern olaraq üç hissəyə ayırmışdır. Haqqında 
müxtəlif  görüşlər  olmasına  və  başlanğıcı  və  bitişi  mübahisəli  olmasına  baxmayaraq  “moderniti”  də, 
Avropada əsasən İntibah Dövründən sonra formalaşmağa başlayan ictimai dəyərlər sistemi və formasını


86
 №2 İyun 2014
KİV-in ortaya çıxması ilə birlikdə bir-birindən və təbiətdən qoparaq “atomlaşmış” 
və bu atomların qeyri-üzvi şəkildə bir araya gəlməsi ilə də “kütlə” formalaşmışdır. 
Buna görə də “kütlə”, “kütlə toplumu”, “kütləvi mədəniyyət” kimi terminlər kapi-
talist modernləşmənin (sənayeləşmə, urbanizasiya, hər kəsə səs vermə hüququ, 
ümumi təhsil, KİV-in inkişafı və s.) tənqidi və müəyyən bir siyasi baxışın göstəricisi 
idi. Ancaq bu tənqid də öz içində müxtəlif hissələrə ayrılırdı. Məsələn,Tony Bennett  
“kütlə toplumu” tənqidçilərini beşə ayırır.
• Liberal nəzəriyyəçilər: Çoxluğun (əxlaqi) tiranlığından qorxur, onların incə-
sənət və intellektual inkişafı məhv edəcəyini vurğulayırdılar.
• Elita-kütlə nəzəriyyəçiləri: İnsanların bərabər gücdə olmadığını, zəiflərdən 
ibarət kütlənin fərdin (güclü insanın) üzərində hegemoniya quracağını deyirdilər.
• Əxlaqi  qarışıqlıq:  Kütlələrin  ortaya  çıxması  ilə  cəmiyyət  və  mədəniyyətin 
çox mürəkkəbləşdiyini, dövlət vasitəsi ilə keçmiş dəyərlərin “ən mükəmməlləri”nin 
seçilərək cəmiyyətdə bir daha nizam yaratmağı təklif edirdilər.
• Kütlə və Totalitarizm: Tənhalaşmış, passivləşmiş insanların sadəcə totalitar 
strukturlar içində özlərini tapıb, bu tənhalıqdan qurtula bildiklərini vurğulayırlar.
• Kütlə  və  Xalq:  Bu  nəzəriyyəçilərə  görə,  modernləşmədən  əvvəl  “xalq 
mədəniyyəti”  ilə  “saray  mədəniyyəti”  bir-birindən  ayrı  idi  və  ikisi  də  özlüyündə 
gözəl idi. Ancaq “kütləvi mədəniyyət” bunları bir-birinə qarışdıraraq hər ikisini məhv 
etmiş, ticariləşdirmiş və zövqsüzləşdirmişdir.
Ancaq  nə  Marks,  nə  də  marksist  nəzəriyyəçilər  kütlələri  bir  təhdid  olaraq 
görmürdü.  Əksinə,  onlar  ənənəvi  birlikləri  dağılmış  və  atomlaşmış  bu  kütlələrin 
yeni bir sinfi birlik içərisində birləşəcəyini və “kapital yığımını” ələ keçirərək inqilabı 
reallaşdıracağını  irəli  sürürdü.  Lakin  mədəniyyəti  ideologiya  ilə  birlikdə  nəzərdən 
keçirən marksistlər, digər tərəfdən, kütləvi mədəniyyətin (ideoloji) manipulyasiyasını 
istifadə  edilmişdir.  Özündən  əvvəlki  ənənəvi  dəyərlər  və  orqanizasiya  şəklinin  ziddi  olaraq  anlaşılan 
“moderniti”nin  ən  mühüm  nöqtəsi,  onun  fərdi,  ictimai  və  siyasi  olaraq  əsaslı  bir  dəyişikliyin  (qırılma 
nöqtəsinin) göstəricisi olmasıdır. Sosiologiyanın “üç atası” E.Durkheim, K.Marx və M.Weber modernitinin 
fərqli  şəkillərdə  də  olsa,  ilk  nəzəriyyələrini  ortaya  qoymuşdur.  Durkheim  onu  sənayeləşmə  ilə,  Marx 
kapitalizm  ilə,  Weber  isə  rasionallaşma  ilə  əlaqələndirmişdir.  “Modernist”,  “Modernləşmə”,  “Modernizm” 
kimi terminlər “moderniti” ilə əlaqədar olsa da, ondan və bir-birindən fərqli mənaları və anlayışları ifadə 
edir. Daha ətraflı məlumat üçün bir neçə mənbə: M.Bermann, “Katı Olan Her Şey Buharlaşıyor – Modernite 
Deneyimi”;  A.Çiğdem  “Bir  İmkan  Olarak  Modernite”;  B.Singer,  “Melodrama  and  Modernity”;  Anthony 
Giddens,” The Consequences of Modernity” və s.


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə