- 23 -
rat və yuma suları birləşdirilir və bunlardan buxarlandırmaqla ammonium para-
volframat ayrılır.
Ammonium volframat məhlullarından ammonium paravolframat (АPV)
buxarlandırma ilə ayrılır. Saxsı qaba məhlul tökülür və su qurğusunda buxarlan-
dırılır. Buxarlandırma əvvəlki həcmdən 1/5 hissə qalana kimi davam etdirilir.
(Səthdə kristal təbəqəsinin əmələ gəlməsinə qədər).
Bundan sonra kristallaşma aparılır. Bunun üçün saxsı qab soyuq suda 1
saat ərzində saxlanılır. Sonra kristallar süzmə vasitəsilə ana məhluldan ayrılır,
yuyulur, 120-150
0
C temperaturda qurudulur. Daha sonra saxsı butada 1 saat ər-
zində 600
0
C temperaturda közərtmə aparılır. Alınmış volfram anhidridi çəkilir
və alınma təyin edilir. (Alınmış WO
3
-in onun ilkin materialda olan miqdarına
görə). Ana məhlul buxarlandırma qabında quruyana kimi buxarlandırılır,
çöküntü yığılır və bu saxsı butada 450-500
0
C temperaturda WO
3
-ə qədər
közərdilir.
Təmiz və ana məhluldan ayrılmış WO
3
-in çəkisinə görə konsentratdan
ammoniumlu məhlula keçmiş volframın ümumi miqdarı təyin edilir.
Material və avadanlıqlar
1. Volframlı konsentrat.
2. Kalsiumlaşdırılmış soda.
3. Selitra.
4. 20 %-li CaCl
2
məhlulu.
5. 15 %-li ammoniumlu su.
6. Ammonium flüorid.
7. Mufel sobası.
8. Qarışdırıcı.
9. Kürəcikli dəyirman.
10. Saxsı qab.
11. Saxsı buta.
Hazırlıq sualları
1. Volfram haqqında ümumi məlumat.
2. Volframın xassələri.
3. Volframın mineralları,filizləri və konsentratları.
4. Volframlı konsentratları emal üsulları.
5. Emal ardıcıllığında aralıq əməliyyatlar.
6. Qarışıqlar və onların təmizlənilməsi.
7. Emal əməliyyatlarına təsir edən amillər.
8. Emal zamanı volfram itkisinin səbəbləri.
- 24 -
9. Emal qurğuları.
10. Təhlükəsizlik texnikası.
Ədəbiyyat
1. А.Н.Зеликман, Б.Г.Коршунов “Металлургия редких металлов”. М. 1991.
2. А.Н.Зеликман “Металлургия редких металлов”. М. 1980.
3. А.Н.Зеликман и др. “Металлургия редких металлов”. М. 1973.
4. А.Н.Зеликман “Металлургия тугоплавких редких металлов”. М. 1986.
5. А.Н.Зеликман, Л.С.Никитина “Волфрам”. М. 1978.
6. В.К.Кулифеев, Б.Г.Коршунов и др. “Металлургия редких металлов и
порошковал металлургия”. Лабораторный практикум М. МИС и С.
1987.
- 25 -
LABORATORİYA İŞİ №5
ŞEYELİT KONSENTRATINDAN VOLFRAM ANHİDRİDİNİN
ALINMASI
Nəzəri hissə
Volframın təqribən 15 mineralı vardır.Şeyelit sənaye əhəmiyyətli volfram
mineralıdır. Kimyəvi tərkibi kalsium volframatdan, yəni, CaWO
4
-dən ibarətdir.
Ağ, boz, sarı və s. rəngdə olur. Sıxlığı 5,9-6,1q/sm
3
təşkil edir. Mineroloji şkala
üzrə bərkliyi 4,5-5. Şeyelitin tərkibində əksər hallarda povellitin (CaMoO
4
)
izomorf qarışığı olur. Qeyri maqnit xassəsinə malikdir. Şeyelit emalının əsas
məhsulu volfram anhidrididir. Sənaye miqyasında şeyelit konsentratlarının (70-
75 % WO
3
) əsasən turşu emalı geniş tətbiq edilir. Bu üsulda turşu sərfi lazımi
stexiometrik miqdardan daha çoxdur. (250-300 %). Turşu ilə parçalanma
qarışdırıcılı germetik reaktorlarda 100-110
0
C temperaturda həyata keçirilir.
Prosesin davam etmə müddəti 4-6 saatdan 12 saata kimi təşkil edir. Bu müddət
üyütmə dərəcəsindən ,mineralın xarakterindən və s. amillərdən asılıdır. Bir dəfə
emalda mineralın həmişə tam parçalanmasına nail olunmur. Bu halda
ammoniumlu suda volfram turşusunun həll olmasından sonra qalığ təkrarən
xlorid turşusu ilə emal edilir. Tərkibində 4-5 % molibden olan şeyelit-povellit
konsentratlarının parçalanması zamanı molibdenin çox hissəsi xlorid turşulu
məhlula keçir. Bu da xlorid turşusunda molibden turşusunun yüksək həllolmaya
malik olmasından irəli gəlir. Belə ki, 20
0
C temperaturda 270 q/l xlorid tur-
şusunda H
2
MoO
4
və H
2
WO
4
-ün həll olması uyğun olaraq 182 q/l və 0,03 q/l təş-
kil edir. Bunlara baxmayaraq molibdenin tam ayrılması mümkün deyil. Volfram
turşusu qalığında 0,2-0,3% molibden olurki,bunu da xlorid turşusuyla təkrar
emalla kənar etmək olmur. Turşu üsulu qələvi üsulundan texnoloji sxemdə
əməliyyatların azlığı ilə fərqlənir. Bununla yanaşı turşu üsulunun yüksək turşu
sərfi, çoxlu miqdar tullantı məhlullarının alınması və s. kimi çatışmamazlıqları
vardır. Şeyelit mineralında kvarsit əsas qatışıq hesab edilir. Bundan başqa çox
zaman tərkibdə pirit, xalkopirit, molibdenit və s.olur.
Qeyd edildiyi kimi turşular ilə parçalama şeyelitin geniş yayılmış emal
üsuludur. Prosesin sxemi aşağıda verilir: (Şəkil 5.1)
Şeyelit konsentratının HCl ilə parçalanması aşağıdakı reaksiya üzrə baş
verir:
CaWO
4
+2HCl=H
2
WO
4
+CaCl
2
(5.1)
Parçalama prosesində xlorid turşusuna az miqdar HNO
3
əlavə edirlər.
Nitrat turşusu volfram turşusunun 5 valentli birləşməyə kimi (bu bir qədər
volfram itkisinə səbəb olur) bərpasının qarşısını alır.