R. V. İslamov



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix15.11.2018
ölçüsü0,85 Mb.
#79783
1   2   3   4   5   6   7   8   9   10   ...   18

 

 

- 16 - 



və  kerosin  ilə  işlərkən  açıq  alov  mənbəyindən  uzaqda  olmaq  lazımdır.  İşdən 

sonra əllər qaynar su ilə sabunla təmiz yuyulur. 

 

Qurğu və materiallar 

1.   Uran konsentratı. 

2.   Tünd HNO

3



3.   1 %-li HNO

3



4.   Üçbutilfosfat (ÜBF). 

5.   Kerosin. 

6.   25 %-li NH

4

OH məhlulu. 



7.   Ammonium sulfat. 

8.   Distillə edilmiş su. 

9.   Tərəzi. 

10. 100 ml tutumlu ayırıcı qıf. 

11. 500 ml-lik şüşə stəkan. 

12. Ölçü silindrləri. 

13. Mexaniki silkələyici. 

14. Vakuum qıfı. 

15. Mufel sobası. 

16. Alund buta № 6. 

17. Su qurğusu. 

                                      



                                              İşə hazırlıq sualları 

1.   Uranın xassələri. 

2.   Uranın filiz və mineralları. 

3.   Uranın digər xammal mənbələri. 

4.   Uran kosentratlarının kimyəvi tərkibləri. 

5.   Uranın çıxımının hesabatı. 

6.      Ekstraksiyalı  təmizləmənin  fiziki-kimyəvi  əsasları  və  digər  təmizləmə 

üsulları.    

7.   Filizlərdə uranın mövcudluq formaları. 

8.   Uran filiz və konsentratlarının emal üsulları. 

9.   Uran istehsalında affinaj əməliyyatları. 

10. Reekstraksiya prosesi. 

11. ÜBF ilə ekstraksiya. 

12. Qarışıqların prosesə təsiri. 

13. Metallik uran alınma üsulları. 

14. Uranın əridilməsi. 

                                                   



 

 

- 17 - 



Ədəbiyyat 

 

1. В.К.Кулифеев, Б.Г.Коршунов,  Н.Н.Ракова,  В.В.Сафонов  “Металлургия     



    редких  металлов  и      порошковал    металлургия”.  Лабораторный 

практикум      М. МИС и С. 1987. 

        2. А.Н.Зеликман, Б.Г.Коршунов   “Металлургия редких металлов”. М. 1991. 

        3. А.Н.Зеликман “Металлургия редких металлов”. М. 1980. 

 

 

 



 

                                                   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

- 18 - 



LABORATORİYA İŞİ №4 

VOLFRAMİTLİ KONSENTRATLARDAN VOLFRAM ANHİDRİDİNİN 

ALINMASI 

Nəzəri hissə 

Volfram  1781-ci  ildə  İsveç  kimyaçısı  Şeyele  tərəfindən  kəşf  edilmişdir. 

Tunqsten mineralının turşu ilə parçalanması zamanı kəşf edilmiş volfram kəşf-

dən 100 ildən çox bir müddət keçdikdən sonra sənayedə geniş tətbiq edilməyə 

başlanmışdır.  Tunqsten  (ağır  daş)  mineralı  sonradan  şeyelit  adlandırılmışdır. 

1783-cü ildə müəyyən edilmişdir ki, kəşf edilmiş bu yeni element digər mineral 

yəni,volframitin tərkibində də var. Həmin ildə ilk dəfə karbonla WO

3

-ü bərpa et-



məklə volfram tozu alınmışdır.Bu element bəzi ölkələrdə (MDB məkanı ölkələ-

ri, Almaniya, bir çox Avropa ölkələri və s.) volfram, bəzilərində isə (İngiltərə, 

ABŞ, Fransa və s.) tunqsten adlandırırlar. Volframın atom nömrəsi 74, atom çə-

kisi 183,92, sıxlığı 19,3 q/sm

3

, ərimə temperaturu 3395±15 



0

C, qaynama tempe-

raturu ~5930 

0

C təşkil edir. 



Volframın 6 valentli birləşmələri xarakterikdir. Lakin 2, 3, 4 və 5 valentli 

birləşmələri də mövcuddur. Volfram təbiətdə az yayılmış element hesab olunur. 

Onun yer qabığında orta miqdarı 10

-4

 % təşkil edir. Volframın təqribən 15 mine-



ralı məlumdur. Lakin təcrübi əhəmiyyətliləri volframit və şeyelit qruplu mineral-

lardır. Volframit (Fe,Mn) WO

4

 dəmir və manqan volframatların izomorf qarışı-



ğından ibarətdir. Əksər mineralda dəmir volframatın miqdarı 80 %-dən çoxdursa 

bu ferberit, əgər manqan volframatın miqdarı 80 %-dən çoxdursa bu kyubnerit 

adlanır. Bu həddlər daxilində olan qarışıq volframitlər adlanır. Volframit qruplu 

minerallar  qara  və  ya  mixeyi  rəngdə  olurlar.  Yüksək  sıxlığa  malikdirlər  (7,1-

7,9q/sm

3

). Mineralda 76,3-76,8 % WO



3

 var. Digər mineral olan şeyelit kalsium 

volframatdan (CaWO

4

) ibarətdir. Rəngi ağ, boz, sarı və s. olur. Sıxlığı 5,9-6,1 



q/sm

3



Volfram  filizləri  cılızdırlar.  Hal  hazırda  emalı  rentabelli  olan  filizlərdə 

WO

3



-ün minimal miqdarı kiçik yataqlar üçün 0,4-0,5 %, böyük yataqlar üçün isə 

0,14-0,15% təşkil edir. Volfram filizləri zənginləşdirilərək tərkibində 5,5-6,5 % 

WO

3

  olan  konsentratlar  alınır.  Volfram  filizləri  zənginləşdirilərkən  volframın 



konsentrata keçməsi 65-70 %-dən 85-90 %-ə kimi olur. Volframlı konsentratla-

rın (ferrovolframdan başqa, bu əridilir) bilavasitə emalının əsas məhsulu WO

3

-

dür. Buda öz növbəsində volfram istehsalında ilkin materialdır. 



Konsentratlarda  əsas  qatışıqlar  SiO

2

, pirit,xalkopirit, kassitetrit, bəzən də 



molibden, arsen və s. sulfidləri hesab olunur. Sonradan su ilə qələviləşdirməklə 


 

 

- 19 - 



konsentratın  soda  ilə  bişirilməsi  volframit  konsentratının  geniş  yayılmış 

parçalama üsuludur. 

Alınmış natrium volframat məhlulundan onu silisium, fosfor və arsen ki-

mi  qatışıqlardan  təmizlədikdən  sonra  kalsium  volframat  çökdürülür,  hansı  ki, 

sonradan  turşular  (xlorid  və  ya  nitrat)  ilə  parçalanır.  Nəticədə  volfram  turşusu 

alınır. Texniki volfram turşusu tərkibində natrium və kalsium duzları qatışıqları, 

silikat  turşusu,  manqan  və  dəmirin  adsorbsiya  etmiş  duzları,  fosfor  və  arsen 

duzları olur. 

Volfram  turşusunu  təmizləmək  məqsədi  ilə  onu  ammoniumlu  suda  həll 

edirlər.  Silikat  turşusu,  dəmir  hidroksidi,  kalsium  (CaWO

4

-ün  tərkibində)  həll 



olmamış  qalıqda  qalır.  Ammonium  volframat  tərkibli  ammonium  məhlulundan 

buxarlandırma nəticəsində ammonium paravolframat ayrılır. 

Turşular  ilə  kalsium  volframat  çöküntülərinin  parçalanması  və  yüksək 

əmək tələb edən volfram turşusunun yuyulması əməliyyatlarını sxemdən çıxart-

maqla texnoloji sxemi sadələşdirmək olar. 

Bunun üçün süni şeyelit tərkibində ammonium flüorid olan ammoniumlu 

məhlullarla parçalanır. Bu zaman ammonium volframat məhlulu və CaF

2

 çökün-



tüsü aşağıdakı reaksiya üzrə alınır: 

                                              

Na

4

OH



 

                 

  CaWO

4

+2NH



4

F                  ( NH

4

)

2



WO

4

+CaF



2      

               (4.1) 

Alınmış  məhluldan  ammonium  paravolframat  ayrılır.  Aşağıda  ammo-

niumlu-flüorlu üsulla ammonium paravolframatın alınması ilə volframitin emal 

sxemi göstərilmişdir: 

Bişirmə prosesində volframitin soda ilə qarşılıqlı əlaqəsi baş verir. Nəticə-

də suda həll olan natrium volframat və həll olmayan manqan və dəmir oksidləri 

əmələ gəlir:     

    2FeWO

4

+2Na



2

CO

3



+½O

2

→2Na



2

WO

4



+Fe

2

O



3

+2CO


          (4.2) 

   2MnWO

4

+3Na



2

CO

3



+½O

2

→3Na



2

WO

4



+Mn

3

O



4

 +3CO


2  

       (4.3) 

İki valentli dəmir və manqanın oksidləşməsini sürətləndirmək üçün şixtə-

yə selitra əlavə edirlər. SiO

2

 soda ilə əlaqəyə girir və natrium silikat əmələ gəti-



rir. Fosfor və arsen tərkibli minerallar soda ilə əlaqəyə girərək həll olan natrium 

fosfat və arsenat əmələ gətirir. 

Bişintinin soda ilə qələviləşdirilməsi zamanı həll olan birləşmələr, natrium 

volframat və molibdat, natrium silikat, natrium fosfat və arsenat və başqaları və 

həmçinin artıq soda məhlula keçir. Çöküntünün tərkibində isə manqan və dəmir 

oksidləri və parçalanmamış konsentrat qalığı olur. 

Silisium  qatışıqlarından  təmizləmək  üçün məlullar  HCl  ilə  PH=7-8-ə qə-

dər neytrallaşdırılır. Məhlulu qaynatdıqdan sonra natrium silikatın hidrolizi nəti-

cəsində silikat turşusu ayrılır: 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə