- 26 -
Şeyelit konsentratı
HCl ilə parçalama
Volfram turşusu çöküntüsünün
yuyulması
Volfram turşusunun ammonium
məhlulunda həll olması
Ammonium volfram
məhlulu Qalıq
Buxarlandırma
Kristallaşma
Kristallar, Ana məhlul
ikili duz
Qurutma
Közərtmə
Volfram
anhidridi
Şəkil 5.1. Şeyelitin turşu emalı.
- 27 -
SiO
2
və parçalanmamış mineral qatışıqları ilə birlikdə texniki volfram tur-
şusundan ibarət çöküntü kalsium xloriddən təmiz yuyulur və sonra isə
ammonium məhlulunda həll edilir. Bu zaman volfram turşusu ammonium
volframat əmələ gətirməklə məhlula keçir:
H
2
WO
4
+2NH
4
OH=(NH
4
)
2
WO
4
+2H
2
O (5.2)
SiO
2
ammonium məhlulunda həll olmur və qalıqda qalır. Ammonium
volframat məhlulundan ammonium paravolframat buxarlandırma və sonradan
kristallaşma və ya məhlulun neytrallaşdırılması yolu ilə çökdürülür.
Buxarlandırma zamanı ammoniumun bir hissəsi kənar edilir:
12(NH
4
)
2
WO
4
→5(NH
4
)
2
O·12 WO
3
+12NH
3
+7H
2
O (5.3)
Məhluldan paravolframat 5 molekula su ilə kristallaşır. İkili duzun ayrıl-
ması üçün buxarlandırma üsulundan başqa neytrallaşdırma üsulu da tətbiq edilir.
Məhlulun PH=7-8-ə qədər neytrallaşdırma zamanı ammonium paravolfra-
mat əmələ gəlir ki, bu da kiçik həllolmaya malik olduğundan çökür. Proses aşa-
ğıdakı reaksiya üzrə gedir:
12(NH
4
)
2
WO
4
+14HCl=5(NH
4
)
2
O·12 WO
3
+14 NH
4
Cl+7H
2
O (5.4)
Məhlulu uzun müddət saxladıqda ondan iynəvari kristallar şəklində
ammonium paravolframat iki molekula su ilə birlikdə ayrılır.Ammonium
paravolframat çöküntüsünün közərdilməsi zamanı volfram anhidridi əmələ
gəlməklə duzun parçalanması baş verir:
5(NH
4
)
2
O·12 WO
3
·5H
2
O →12 WO
3
+10NH
3
+10H
2
O (5.5)
Alınmış volfram anhidridi xırda kristallik sarı rəngli tozdur. Tərkibində
təqribən 99,95% WO
3
var.
İşin yerinə yetirilməsi
Laboratoriya işi tərkibində 50-65 % olan şeyelit konsentratı ilə aparılır.
Şeyelit konsentratının parçalanması şüşə stəksanda su qurğusunda 100
0
C
temperatura qədər qızdırmaqla aparılır. Qatılaşdırılmış HCl miqdarı nəzəri
ekvivalentə nəzərən 150 % artıqlıq ilə götürülür. Əlavə edilmiş HNO
3
miqdarı
isə HCl-un miqdarının 3%-i hesabı ilə götürülür. Əvvəlcə stəkana götürülmüş
- 28 -
konsentrat səpilir,sonra isə stəkanın divarı boyunca ehtiyyatla az paylarla
qarışdırmaq şərtilə turşu tökülür. Emal tam parçalanma baş verənə kimi 2,5-3
saat ərzində həmişə qarışdırmaqla davam etdirilir. Alınmış çöküntü açıq sarı
rəngə malik olmalıdır.
Parçalanma başa çatdıqdan sonra çöküntüyə tam ayrılmağa imkan verilir,
şəffaflaşdırılmış məhlul dekantasiyaya uğradılır və boşaldılır. Çöküntü
dekantasiya
ilə 6-8 dəfə yuyulur.
Birinci iki yumada çöküntü qaynar su ilə yuyulur. Birinci yuma az miqdar
su (1/2 stəkandan çox olmayaraq) ilə aparılır. Üçüncü və sonrakı yumalar qaynar
1 % HCl ilə aparılır. (Volfram turşusunun kolloid hala keçməməsi üçün). Yuma
əməliyyatı dəqiq aparılmalıdır. Belə ki,qalmış kalsium xlorid volfram
turşusunun ammoniumda həll olmasının sonrakı əməliyyatlarda volframı həll
olmayan kalsium volframat ilə birləşdirir. Bu da ki,öz növbəsində volframın
ammonium məhluluna keçməsini aşağı salır. Ammonium məhlulunda həll olma
əməliyyatında yuyulmuş çöküntü 25 %-li ammonium məhlulunda (0,91 q/sm
3
xüsusi çəkili) həll edilir. Ammoniumun miqdarı nəzəri tələb olunan miqdara
nəzərən 100 % artıqlığı ilə götürülür. Həll olma su qurğusunda qızdırmaqla
aparılır. Qızdırılma volframat turşusunun tam həll olması sona çatan kimi (sarı
rəngli itməsi) saxlanılır, əks halda kalsium xloridin natamam yuyulması halında
kalsium volframat çöküntüsü ayrıla bilər.
Ayrılmadan sonra məhlul süzgəcdən dekantasiya edilir. (Süzmə vakuum
şəraitində Buxner voronkasında aparılır). Çöküntü tərkibində təqribən 1 % am-
monium olan az miqdar su ilə dekantasiya ilə ikiqat yuyulur. Yuma suları əsas
məhlul ilə birləşdirilir.
Ammonium məhlulunun həll olmayan qalıqdan ayırmaq prosesi həll olma
qurtaran kimi həyata keçirilir. Məhlulu çöküntü ilə saxlamaq olmaz. Ammonium
paravolframatın ayrılması prosesində APV məhluldan buxarlandırma üsulu ilə
ayrılır. Məhlul saxsı qaba tökülür və bu su qurğusunda sıyıq şəkilli hala kimi bu-
xarlandırılır.
Buxarlandırma zamanı məhlulun qaynamasına yol vermək olmaz. Sonra
saxsı qab soyudulur (soyuq suda saxlamaqla) və ayrılmış kristallar süzülməyə
uğradılır. Sonra isə qurutma və közərmə əməliyyatları yerinə yetirilir.
Kristallar havada qurudulur, sonra isə mufel sobasında saxsı butada 600
0
C temperaturda közərdilir. Alınmış volfram anhidridi çəkilir və alınma
hesablanılır. Hesabat aşağıdakı tənliklə aparılır:
ε =B/(A·C)·100%
Burada: B-alınmış volfram anhidridinin miqdarı, q