R. V. İslamov



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix15.11.2018
ölçüsü0,85 Mb.
#79783
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

 

 

- 32 - 



reaksiya,  desorbsiya  və  su  buxarlarının  diffuziyalı  kənar  olunması 

mərhələlərindən ibarətdir. Adətən bərpa 700-850 

0

C temperaturda 2-4 sm  WO



3

 

qatı  olmaqla  qayıqlarda  həyata  keçirilir.  Real  şəraitdə  bərpanın  4  mərhələsi 



ardıcıllığı  ciddi  gözlənilmir.  Volfram  anhidridinin  hidrogen  ilə  bərpası  çox 

borulu  və  ya  fırlanan  borulu sobalarda həyata  keçirilir.  Bu  məqsədlə həmçinin 

barabanlı fasiləsiz işləyən fırlanan elektrik sobaları da işlədilir. 

Kimyəvi tərkiblə yanaşı ovuntu hissəciklərin ölçüsü ilə xarakterizə edilir. 

İlkin materialın qranulometrik tərkibi əsas amildir. 

   


İşin yerinə yetirilməsi ardıcıllığı 

 

İşi  yerinə  yetirmək  üçün  tərkibində 99,98  %  WO

3

  olan  volfram  anhidri-



dindən  istifadə  edirik.  Çəkilmiş  volfram  anhidridi  bərabər  qat  olmaqla  nikel 

qayığına  səpilir  və  sonra  bu  700 

0

C  temperaturda  borulu  elektrik  sobasına 



yerləşdirilir.  Bərpa  hidrogen  axınında  bir  mərhələdə  yerinə  yetirilir.Sonra 

sobada  temperatur  700 

0

C-dən  20  dəqiqə  ərzində  900 



0

C  kimi  artırılır.  900 

0



temperaturda  40  dəqiqə  saxlanılır.  Qayıq  soyuducuya  itələnir.  Burada  o,  10 



dəqiqə ərzində hidrogen axınında soyuyur. Soyuduqdan sonra sobadan çıxarılır. 

Qayıqdakı material ələylənir. Bərpanın tamlığını müəyyən etmək üçün 3-5q orta 

nümunə  götürülür  və  volfram  üzrə  analiz  edilir.Bunun  üçün  analitik  tərəzidə 

0,5q  ovuntu  çəkilir,  butaya  doldurulur  və  mufel  sobasında  600-650 

0



temperaturda  havada  közərtmə  yolu  ilə  oksidləşdirilir.  Közərtmə  sabit  çəkiyə 



kimi aparılır. Bu isə volframın  WO

3

-ə kimi tam oksidləşməsini göstərir. 



Soyudulduqdan sonra buta çəkilir. Sonra alınmış volfram ovuntusu və ya 

tozunun səpinti sıxlığı təyin edilir. Üç oksidə kimi volframın oksidləşməsindən 

alınan  məhsulun  çəkisinə  görə  bərpa  olunmuş  ovuntuda  metallik  volframın 

miqdarı aşağıdakı tənlik ilə müəyyən edilir: 

 

%   W=(b·M



1

)/(a·M


2

)·100% 


 

Burada: a-analiz üçün götürülmüş volfram tozunun miqdarı, q 

                        b-közərdilmiş WO

3

 miqdarı, q 



                        M

1

, M



2

-volfram və volfram anhidridinin molekulyar çəkiləridir. 

  

İşi yerinə yetirərkən təhlükəsizlik texnikası qaydalarına ciddi riayət edil-



məlidir.  İşə  təhlükəsizlik  texnikası  üzrə  cavabdeh  şəxslərin  təlimatından  sonra 

buraxılırlar.                          



Material və qurğular 

 

1.  Texniki tərəzi. 




 

 

- 33 - 



2.  Analitik tərəzi. 

3.  Borulu elektrik sobası. 

4.  Nikel qayıqları. 

5.  Ələy ( +63 mkm). 

6.  Saxsı butalar. 

7.  Mufel sobası. 

8.  Volfram anhidridi. 

9.  Hidrogen balonu.                                                                                                                   

10. Köməkçi qurğular. 

                                   



Yoxlama sualları 

 

1.  Volfram anhidridinin xassə və göstəriciləri. 



2.  Volfram ovuntusunun alınmasının sənaye üsullsrı. 

3.  Hidrogen ilə bərpada aralıq oksidlər. 

4.  Bərpa mərhələləri. 

5.  Hidrogen ilə işlərkən təhlükəsizlik texnikası qaydaları. 

6.  Bərpa prosesinə təsir edən amillər. 

7.  Bərpa qurğuları. 

                                

Ədəbiyyat 

 

1.  В.К.Кулифеев,  Б.Г.Коршунов,  Н.Н.Ракова,  В.В.Сафонов  “Металлургия 



      редких  металлов  и      порошковал    металлургия”.  Лабораторный 

практикум       М. МИС и С. 1987. 

2.  А.Н.Зеликман, Б.Г.Коршунов “Металлургия редких металлов”. М. 1991. 

3.  А.Н.Зеликман “Металлургия  тугоплавких редких металлов”. М. 1986. 

4.  А.Н.Зеликман “Металлургия редких металлов”. М. 1980. 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

- 34 - 



LABORATORİYA İŞİ №7 

 

MOLİBDENİTLİ KOSENTRATLARIN AMMONİUM İKİ 

 

MOLİBDAT ALINMASI MƏQSƏDİLƏ EMALI 

 

İşin məqsədi 

 

Hal-hazırkı  laboratoriya  işinin  məqsədi  molibdenitli  konsentratlarından 



ammonium  iki  molibdat  almaq  məqsədi  ilə  emaldır.  Alınmış  bu  məhsuldan 

sonradan WO

3

alınır ki, bundan da metallik molibden alınır. 



 

Nəzəri hissə 

 

Molibden 1778-ci ildə  İsveç kimyaçısı  Şeyele  tərəfindən kəşf edilmişdir. 



Molibden  özünün  daha  geniş  yayılmış  mineralında-molibdenitdə  aşkar 

edilmişdir.  Metallik  molibden  ilk  dəfə  1781-ci  ildə    MoO

3

-in  karbon  ilə 



bərpasından  alınmışdır.  Daha  təmiz  metal  XIX  əsrin  əvvəllərində  Berselius 

tərəfindən  MoO

3

-ün  hidrogen  ilə  bərpasından  alınmışdır.  Molibdenin  atom 



nömrəsi 42,  atom  çəkisi  95,95, sıxlığı  10,2  q/sm

3

,  ərimə  temperaturu  2620±10 



0

C,  qaynama  temperaturu  ~4800 

0

C  və  s.  təşkil  edir.  Molibdenin  oksidləşmə 



dərəcəsi 6 olan birləşmələri daha xarakterikdir. Oksidləşmə dərəcəsi 5, 4, 3 və2 

olan  birləşmələri  də  məlumdur.  Molibden  az  yayılmış  elementdir.  Onun  yer 

qabığında  orta  miqdarı  3·10

-4

  %  təşkil  edir.  Molibdenin  təqribən  20  mineralı 



mövcuddur.  Bunlardan  sənaye  əhəmiyyətliləri  molibdenit  MoS

2

,  povellit 



CaMoO

4

,  molibdit  Fe



2

(MoO


4

)

3



·7·½H

2

O  və  vulfenitdir  PbMoO



4

.  Povellit, 

molibdit  və  vulfenit  molibdenitin  oksidləşməsi  nəticəsində  əmələ  gəlmişlər. 

Molibdenit (MoS

2

) molibdenin daha geniş yayılmış  və vacib sənaye əhəmiyyət-



li  mineralıdır.  Bu  yumşaq,  qurğuşunu-boz  rəngli  mineraldır.  Sıxlığı  4,7-

4,8q/sm


3

.  Mineroloji  şkala  üzrə  bərkliyi  1-1,5.  Molibden  tərkibli  filizlər 

flotasiya  üsulu ilə  zənginləşdirilir.  Bir  neçə  dəfə  təmizləmə  aparıldıqdan  sonra 

tərkibində  85-95  %  MoS

2

  olan  konsentratlar  alınır.  Aşağıda  molibdenitli 



konsentratın geniş yayılmış emal ardıcıllığı verilmişdir. (Şəkil 7.1). 

 

 



 

  

                                  




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə