R. V. İslamov



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix15.11.2018
ölçüsü0,85 Mb.
#79783
1   2   3   4   5   6   7   8   9   ...   18

 

 

- 14 - 



 

Alınmış UF

4

-dən sonradan uran alınır.Uran alınmasının aşağıdakı üsulları 



vardır: 

1)

 



Uran oksidlərinin kalsium və ya kalsium hidrid ilə bərpası.  

2)

 



Uran tetra flüorid və tetra xloridinin kalsium və ya maqnezium ilə bərpası. 

3)

 



Halloid duzların elektrolizi. 

 

Oksidlərin  bərpası  və  həmçinin  ərimiş  mühitdə  elektroliz  zamanı  tozvari 



metal alınır ki, bu da oksidlər və duzlardan su və turşularla emal etməklə ayrılır. 

Halloid  duzların  metallotermiki  bərpasında  uran  külçə  şəklində  alınır  ki,bu  da 

posadan yaxşı ayrılır. Bu da vacib üstünlükdür ki, buna görə də hallogenidlərin 

metallotermiyası  daha  geniş  tətbiq  edilir.  UCl

4

  flüoridə  nisbətən  daha 



hiqroskopikdir.  Bu  işi  bir  qədər  çətinləşdirir.  Bundan  başqa  xlorid  800

0



temperaturda qaynayır ki, bu da bərpanın germetik qurğularda aparılmasını tələb 

edir.  Bunlarla  əlaqədar  uranın  alınması  əsasən  uran  tetraflüoridin  bərpası  ilə 

alınır. Bərpa aşağıdakı reaksiya üzrə baş verir: 

                           UF

4

+2Ca=U+2CaF



2

+575 kc                       (3.11) 

 

 

 



Bu  üsulla  kütləsi  100kq  və  daha  çox  olan  uran  külçələri  alınır.  Uranın 

külçəyə  keçməsi  98-99%  təşkil  edir.  Külçədə  qarışıqların  miqdarı        Fe  0,02-

0,005%, Si 0,01-0,05%,  Ca 0,002-0,005%, Mn 0,001-0.0005%, H 3-5 sm

3

 100q  



metala  qarşı  təşkil  edir.  UF

4

-ün  maqnezium  ilə  bərpası  kalsium  ilə  bərpadan 



fərqlənir. Burada əsas bərpa reaksiyası aşağıdakı kimidir: 

                      

                     UF

4

+2Mg=U+2MgF



2

+372 kc                           (3.12) 

 

 

 



Maqnezium bir çox üstünlüklərə malikdir. Havada daha dayanıqlıdır. Tər-

kibində daha az ziyanlı qarışıqlar var. Kalsiumdan yüngüldür və onun 1t urana 

sərfi  kalsiumdan  1,6  dəfə  azdır.  Külçə  posadan  asan  ayrılır.  Metal  çıxımı  98% 

təşkil edir. Diametri 325 mm olan butalarda bir dəfə əritmədə çəkisi 100kq olan 

külçə alınır. Eyni zamanda 2 t uran flüorid yükləməklə UF

4

-ün maqnezium ter-



miki bərpa prosesi də tətbiq edilir. Bu zaman kütləsi 1225 kq, diametri ≈455 mm 

və hündürlüyü 432 mm olan külçələr alınır. Belə külçələr üçün vakuum yenidən 

əritmə tələb olmur və bilavasitə təzyiqlə emala göndərilə bilər. UF

4

-ün kalsium 



və maqnezium ilə metallotermiki bərpası nəticəsində külçələr alınır. Bu külçələr 

vakuum induksion sobalarda əridilir. Əritmə zamanı kalsium, maqnezium, flüor, 

hidrogen, azot və oksigenin bir hissəsi qarışıqlar kənar kimi olunur. 

 

 



 

 


 

 

- 15 - 



İşin yerinə yetirilməsi 

   


 

Konsentratın  həll  olması  25-50  ml  qatılaşdırılmış  HNO

3

  ilə  zəif 



qızdırmaqla  aparılır.  Əgər  tərkibdə  həll  olmayan  qalıq  varsa  bu  şüşə  qıfda 

süzülür və 2-5 ml 1%-li məhlul ilə yuyulur. Məhlul və yuma suyu birləşdirilir, 

həcm  ölçülür.  Uranın  qarışıqlardan  təmizlənilməsi  uranilnitratın  üçbutilfosfatla 

ekstraksiya prosesində həyata keçirilir. Ekstraksiya ayırıcı qıfda yerinə yetirilir. 

Ölçülmüş nitrat məhlulu (su fazası) ayırıcı qıfa doldurulur və bura kerosində 40 

%-li  ÜBF (üzvi faza) məhlulu əlavə olunur. Üzvi və su fazasının nisbətləri 2:1 

olmalıdır.  Fazalar  15  dəqiqə  ərzində  silkələyici  vasitəsilə  qarışdırılır.  Fazalar 

aralarında sərhədin əmələ gəlməsinə kimi durulaşdırılır. Bundan sonra su fazası 

stəkana boşaldılır və təkrarən ekstraksiyaya uğradılır. Uranla doymuş üzvi faza 

ayırıcı qıfda qalır.  

 

Reekstraksiya distillə edilmiş su ilə elə həmin üzvi faza olan ayırıcı qıfda 



həyata  keçirilir.  Uranı  tam  olaraq  su  fazasına  keçirmək  üçün  reekstraksiya 

zamanı  1,5-2  q  ammonium  sulfat  əlavə  edilir.  Sulfat  ionu  və  6  valentli  uran 

kompleks birləşmə  əmələ  gətirir. Bu  da  öz  növbəsində    ÜBF ilə  təcrübi olaraq 

ekstraksiyaya uğramır. 

 

Reekstraksiya  üzvi  fazanın  su  fazasına  nisbəti  1:2  şərti  daxilində  10 



dəqiqə  müddətində  ayırıcı  qıfda  silkələməklə  yerinə  yetirilir.  Reekstraksiya 

zamanı uran su fazasına keçir və çökmədən sonra tutumu 500 ml olan stəkana 

boşaldılır.  Reekstraksiyadan  sonra  üzvi  faza  ayırıcı  qıfda  qalır  və  hansı  ki, 

ekstraksiyanın  sonrakı  mərhələsi  yerinə  yetirilir.  Uranın  tam  kənar  olunması 

üçün ekstraksiyanın II mərhələsində I mərhələ su fazası işlənir. Ekstraksiyanın II 

mərhələsi  I  mərhələyə  anoloji  olaraq  aparılır.  II  ekstraksiyanın  davametmə 

müddəti  8  dəqiqə  təşkil  edir.  Durulmadan  sonra  tərkibində  uran  izləri  olan  su 

fazası maye tullantılar üçün nəzərdə tutulan qaba boşaldılır. Üzvi faza təkrarən 

reekstraksiyaya  uğradılır.  Prosesin  davametmə  müddəti  8  dəqiqə  təşkil  edir. 

Tərkibində uran olan su fazasının çökdürülməsindən sonra stəkana boşaldılır və 

I  reekstraksiya  mərhələsinin  su  fazası  ilə  birləşdirilir.  Üzvi  faza  yenidən 

ekstraksiya  aparmaq  üçün  xüsusi  qaba  boşaldılır.  Birləşdirilmiş  uranlı 

məhlullardan tünd ammonium məhlulu əlavə etməklə ammonium diuranat çök-

dürülür. Çökdürmə əvvəlcədən 40-50 

0

C temperatura kimi qızdırılmış məhlullar-



dan aparılır. Bu halda məhlulun PH-ı 10-12-yə çatdırılır. 

 

Ammonium diuranat qalığı çökdürülür və sonra vakuum qıfında süzülür. 



Qalıq  butaya  doldurulur,  100 

0

C  temperaturda  qurudulur  və  sonra  800 



0

temperaturda  közərdilərək  oksid  alınır.  İşi  yerinə  yetirərkən  təhlükəsizlik 



texnikası  qaydalarına  ciddi  riayət  edilməlidir.  Təlimat  keçdikdən  sonra  işə 

başlamaq olar. Rezin əlcək, xalat geyməklə iş sorucu şkaf altında aparılır. ÜBF 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə