Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə73/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   66   67   68   69   70   71   72   73   74

UOT-9:91:910.4
Səkinə MUSTAFAYEVA
Beynəlxalq Turizm və Ölkəşünaslıq ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
m.sakina01@gmail.com 
Türkiyədə inkişaf etmiş turizm növlərinin
Azərbaycana tətbiqi formaları
Application models of developed types of Turkish
tourism in Azerbaijan
Прикладные формы в Азербайджане развитых
в Турции виды туризма
Abstract: As tourism is developing day by day, there is obvious
growth of this field in our country. However, it is necessary to take advan-
tage of foreign countries’ growth model to reach a rapid development. In
this direction, the best policy would be a Turkish development model.
Keywords: development, types of tourism, Azerbaijan, application,
tourist, Turkey 
Резюме: В момент туристической промышленности развитие
данного сектора находится на виду. Но для наиболее быстрого разви-
тия необходимо использовать иностранные модели. Самым правиль-
ном выбором в этом направлении может быть турецкая модель.
Ключевыe слова: разработка, виды туризма, Азербайджан, при-
ложение, турист, Турция.
Azərbaycanda mövcud olan turizm potensialından daha da yaxşı
istifadə etmək üçün dünyanın inkişaf etmiş turizm ölkələrinin təc rübə lə -
rindən faydalanmaq lazımdır.Türkiyədə inkişafda olan turizm növlərinin
Azərbaycana tətbiq etmək üçün ilk növbədə, həmin ölkənin daxili turizm
imkanları və həyata keçirdikləri turizmin inkişaf modellərini dərindən
araşdırmaq vacibdir.
Avrasiya materikində yerləşən Türkiyənin Asiya və Avropa hissələri
Mər mərə dənizi, Bosfor və Dardanel boğazları vasitəsilə ayrılır. Ölkənin ən
iri şəhərləri – İstanbul, Ankara, İzmir, Adana, Bursa, Konya, mühüm port   -
204
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies


 ları – İzmir, İstanbul, İsgəndərun, Zonquldağ, Mersin, Samsun və Trab zon -
dur. Türkiyə ərazisini cənubda Aralıq dənizi, qərbdə Egey dənizi, şi mal da
Qara və Mərmərə dənizlərinin suları əhatə edir. Qara və Mərmərə də -
nizlərinin əksər hissəsi ərazi daxilindədir. Çox kilometrlik məsafə boyu uza -
nan qumsal sahillər, təbiət və iqlim şəraitinin rəngarəngliyi, çoxsaylı ta rixi
abidələr, əfsanəvi Troyanın, habelə dünya şöhrətli Perqam, Efes, Mi let
şəhərlərinin xarabalıqları, Bursa və Pamukqalanın şəfalı mineral su bu laq -
ları, ilk növbədə əfsanələr şəhəri İstanbul, onun gözəl memarlıq abidələri,
şübhəsiz, ölkədə turizmin inkişafında əhəmiyyətli rol oynayır (5).
Türkiyədə əsas beynəlxalq turizm mərkəzləri Egey və Aralıq dənizləri
sahillərində yerləşir. Onların sırasına İzmir, Antalya, Bodrum, Mərmərə,
Çeşmə və b. daxildir.Ölkədə turistlərə xidməti çoxsaylı özəl türk, xarici
şirkətlər, habelə nəhəng holdinqlər həyata keçirir.Bu bölgələr istiqamətində
salınmış gözəl yollar, yol istismar-xidmət sahələri, kempinq dayanacaqları
və  aerodromlar  uzunmüddətli,  maraqlı  ekskursiya  turları  keçirmək,
mehmanxana təsərrüfatı və müxtəlif nəqliyyat növlərindən səmərəli istifadə
etmək imkanı yaradır. Aralıq dənizi sahillərində yerləşən Antalya kurortu
bütün dünyada məşhurdur. Türkiyənin ən şöhrətli 5 ulduzlu otelləri burada
cəmləşib.
Hazırda  Türkiyə  turizm  sənayesinin  inkişaf  tempi  20%  olmaqla
dünyada  I  yeri  tutur.  Bu  məhz  Türkiyə  hökumətinin  məqsədyönlü
siyasətinin  və  ilk  növbədə  bu  siyasətin  nəticəsində  yaradılmış,  dünya
standartlarına cavab verən infrastrukturun sayəsində baş vermişdir. Türkiyə
dövləti turizm sənayesinin inkişafına və bu sahə üçün ixtisaslı kadrların
hazırlanmasına böyük diqqət yetirir .        
Son vaxtlar qısa müddət ərzində turizm sənayesi dinamik şəkildə
inkişaf edən və bir çox amillərə görə Azərbaycana yaxın olan Türkiyə xü-
susi maraq kəsb edir. Bu gün Azərbaycanla Türkiyə arasında kulturoloji
əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu işdə “Türksoy”-un,
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan
Turizm İnstitutunun, habelə Atatürk Mərkəzinin xidmətləri əvəzsizdir.
Mağara  turizmi.  Mağaraların  vizual,  idman,  sağlamlıq  və
mədəniyyət baxımından sahib olduğu xüsusiyyətlər, turizmə qaynaq olaraq
mağara  turizmini  ortaya  çıxarmışdır.  Mağara  turizmi,  idman  və  elmi
məqsədli olaraq, mağara içlərinin təbii gözəlliklərini kəşf etmələri və
tanıtmaları  ilə  olmuşdur.  Olduqca  zəngin  bir  coğrafiyaya  sahib  olan
Türkiyədə meydana gəlmələri baxımından fərqliliklər göstərən minlərlə
mağara vardır. Turizmin növ müxtəlifliyi baxımından, ölkədə mağaraların
olması bu potensialı daha da artıran amillərdən biridir. Türkiyənin Toroslar,
205
Türkiyədə inkişaf etmiş turizm növlərinin Azərbaycana tətbiqi formaları


Orta  Anadolu,  cənub-şərq  Anadolu,  Trakya  və  Şimal-qərb  Anadolu
bölgələri mağaralar baxımından zəngin olması ilə seçilir. Türkiyədə vizual
olaraq turizmə açılan ilk mağaralar Aralıq dənizi bölgəsində, Türkiyənin
işıqlandırılaraq  vizual  olaraq  ilk  turizmə  açılan  mağarası  Damlataş
Türkiyənin  ən  çox  gəzilən  mağarasıdır.  Qurunun  mağarası  (Antalya)
Türkiyənin ən böyük təbii mağarasıdır (5). 
Təbiət  turizminə  aid  olan  bir  başqa  mağaralar  qrupu  dəniz
mağaralarıdır. Dəniz mağaralarının xüsusiyyəti mağara içərisinə dəniz
altından əks olunaraq girən günəş şüalarının meydana gətirdiyi fosforlu
turkuaz rəngdir. Dəniz mağaraları gündəlik dəniz dövrlərində xüsusilə
Aralıq  dənizi  sahillərində  geniş  marağa  səbəb  olmuşdur.  Türkiyədə
xüsusilə  Qərb  və  Orta Toroslar,  Zonguldak  və  Kastamonu  mağaraları
idman mağaraçılıq baxımından diqqəti cəlb etməkdədir. Bu baxımdan ən
tanınmış mağaralar arasında Altınbeşik-Düdensuyu (Antalya-Ağ isəyi-
Məhsullu  Kəndi),  Bala  idini  (konya-Derebucak-Çamlıkköy),  Gökgöl,
Cumayanı, Kızılelma mağaraları (Zonguldak) iştirak edir.   
Dağ turizmi. Türkiyədə zəngin morfoloji və tektonik quruluşa, flora
və faunaya, müxtəlif tipli meşələrə, fərqli yüksəkliklərə fərqli yüksəkliklərə
sahib  olan  dağlarda  həm  dağ  turizmini,  həm  də  qış  turizmini  inkişaf
etdirmək üçün əlverişli şərait vardır. Türkiyəyə hər il dünyanın müxtəlif
yerlərindən dağ turizmi üçün turistlərin sayı artır.
Dağların ilk olaraq turizmə açılması idman fəaliyyətlərindən alpin-
istlik və xizək idmanı sayəsində olmuşdur. Alpinistlərə nəqliyyat, yerləşmə
və rəhbərlik kimi xidmətlərin verilməsi alpinizm olaraq adlandırılan turizm
növünü dağların xizək idmanına uyğun sahələrinin yerləşmə  və əyləncə
təsislərinin istehsalıyla xizək mərkəzində qış turizmini ortaya çıxarmışdır.
Alpinizm bütün il edilə bildiyi üçün bu turizm iqlimə bağlı deyil.
Lakin qış turizmi xizək idmanıyla əlaqəli olduğu üçün qar yağmurları, qar
qalınlığı,  qarın  yerdə  qalma  müddəti  turizmin  növünün  il  içindəki
müddətini təyin edir. 
Dağlar alpinizm, yayla turizmi, qış turizmi xaricində ekoturizm, çöl
turizmi, klimatizmin inkişafına da imkan verir. Dağlar macəra, həyəcan və
dəyişiklik  axtaranları  müxtəlif  rekreasiya  fəaliyyətləri  və  yeni  idman
növləri ilə təmin edir.
Şimaldan cənuba doğru Şimal Anadolu Sıradağları, İç Anadolu Masif -
ler, Cənub Anadolu Sıradağları və Cənub-Şərq Anadolu Sıradağlar kimi
düzülmüşdür. Istıranca (Yıldız) Dağları (1000 m), Bursa Uludağ (2543 m),
Bolu  Köpoğlu  Dağı  (2400  m),  Ilgaz  Dağı  (2587)  ve  Karagöl  Dağları
(3100m) Şimal Anadolu Sıradağlarına, Erciyes Dağı (3917m), Hasan Dağı
(3263m), Büyük Ağrı Dağı (5137m), Tendürek Dağı (3533m), Süphan
Səkinə Mustafayeva
206


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə