Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə67/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

təşkilatlara mənfəət vergisinin 50 (əlli) faizi məbləğində güzəşt verilir.
Lakin,  sağlamlıq  imkanları  məhdud  uşaqları  qəbul  edən  ümumtəhsil
müəssələri üçün qanunvericilkdə heç bir güzəşt nəzərdə tutulmamışdır. 
Yuxarıda  qeyd  olunan  analoqiyanı  tədbiq  etməklə,  sağlamlıq
imkanları məhdud uşaqların qəbul edilməsində ümumtəhsil müəssisələrinin
rəhbərlərinin  həvəsləndirilməsi  üçün  şagirdlərinin  30  (şərti)  faizini
sağlamlıq  imkanları  məhdud  uşaqlar  təşkil  edən  ümumtəhsil
müəssisələrinin  rəhbərlərinə  və  belə  uşaqlara  dərs  deyən  müəllimlərə
müəyyən vergi güzəştlərinin verilməsi və ya onların əmək haqqlarına
müəyyən əlavələrin edilməsi kimi tədbirlər görülə bilər. Belə tədbirlər
həmin müəssisələrin rəhbərləri və müəllim heyəti üçün həvəsləndirici
tədbirlər ola bilər ki, onlar da, belə uşaqlara dərs deməkdə maraqlı ola-
caqlar. Təbii ki, hər bir sağlamlıq imkanları məhdud uşaq ümumtəhsil
müəssisələrində təhsil ala bilməz (ciddi psixi problemləri olan, kor və ya
kar olan uşaqlar) lakinbelə uşaqların 48.5 %-ni təşkil edən ev təhsili alan
sağlamlıq imkanları məhdud uşaqların faizini mümkün gədər minimuma
endirərək ümumtəhsil məktəbində təhsil alan əlil uşaqların sayını maksi-
mum dərəcədə artırmaq olar. İnanıram ki, cəmiyyətə inteqrasiya etmiş,
özünəinamlı və savadlı bir əlil uşaq dövlətin ona yatıracağı investisiyanın
(reabilitasiya, təhsil almaq üçün şərait, müəllimlərə verilən güzəştlər və s.)
100, 1000, 10000 və daha çox qatı həcmində ölkə iqtisadiyyatına xeyir
verə bilər. 
Lakin, təkcə qanunvericiliyə dəyişikliklər etməklə və ümumtəhsil
müəssisələrini əlil uşaqları qəbul etməyə həvəsləndirməklə qeyd olunan
məqsədlərə çatmaq mümkün deyil. Sağlamlıq imkanları məhdud uşaqların
ümümtəhsil müəssisələrində təhsil almaları əks təsirlər də, göstərə bilər və
belə uşaqların psixoloqiyasını korlaya bilər. Belə ki, bəzi sinif yoldaşları
onları  ələ  sala  bilər  və  bu  da,  onlarda  özünə  inam  hissini  öldürərək
onlarınsağlam fikirli şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərə
bilər. Bunun üçün, sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı
ümumtəhsil müəssisələrində daim təşviqat işləri aparılmalı və şagirdlər
daim təlimatlandırılmalıdır. Şagirdlərlə yanaşı, valideynlərlə də, izahedici
tədbirlər görülməli və onlar övladlarına düzgün tərbiyə verməklə yanaşı
sağlamlıq imkanları məhdud uşaqların da, əslində onlar kimi olduğunu və
fərqlərinin  yalnız  müəyyən  məhdudiyyətlə  bağlı  olduğunu  və  bu
məhdudiyyətin  onlardan  asılı  olmadığını  öz  övladlarına  izah  etməyə
çağrılmalıdırlar. 
Sağlamlıq imkanları məhdud uşaqların mənəviyyatını alçaldan və
onların məhdudiyyəti ilə bağlı hər hansı bir xoşagəlməz ifadə işlədən hər
hansı bir şagirdlə bağlı məsələ dərhal müəllimlər kollegiyası tərəfindən
Gülsüm Məmmədova
188


araşdırılmalı və belə şagird barəsində intizam tənbehi, valideyni barəsində
isə cərimə tədbiri (həmin cərimələr ümumtəhsil müəssisələri tərəfindən əlil
uşaqların təhsilinin yaxşılaşdırılmasına xərclənə bilər) görülməlidir. Lakin
təbii ki, qeyd olunan tədbirlər müəyyən hüquqi bazaya əsaslanmalıdır.
Həmin tədbirlər şagirdlərin belə uşaqların nə yaşadığını, hansı hisslər
keçirdiyini və dəstəyə ehtiyac duyğularını anlamasına, anlamadıqda isə in-
tizam  tənbehi  vasitəsilə  şagirdlərin  onlara  qarşı  mənfi  əməllər
törətmələrindən çəkindirilməsinə səbəb olacaqdır. 
Bəzi uşaqların sağlamlıq imkanlarının məhdud olması o demək deyil
ki, onlar digər sağlam uşaqlardan daha uğurlu olub, cəmiyyətə töhfə verə
bilməzlər. Onların hədəflərinə dırnaqarası baxılmasa, onların məhdudiyyəti
sadəcə olaraq fərq kimi dəyərləndirilərsə və onlara mənəvi və maddi dəstək
olunarsa, onlaın uğurları üçün heç bir maneə olmaz. Unutmaq olmaz ki,
Azərbaycan Respublikasının bərabər hüquqlu vətəndaşlarıdır və onların öz
istədikləri hədəflərə çataraq, cəmiyyətə xidmət etməsi üçün heç bir hüquqi
məhdudiyyət yoxdur. Deməli cəmiyyətin heç bir nümayəndəsinin, heç bir
dövlət orqanının, heç bir təhsil müəssisəsinin onlara məhdudiyyətlər yarat-
maq  haqqı  yoxdur.  Əksinə,  gərək  onlar  belə  uşaqlar  üçün  mübarizə
aparsınlar və onların uğurlarına sevinsinlər. 
Ədəbiyyat
1. Əlillərin Sosial Müdafiəsi haqqında
Azərbaycan respublikasının qanunu
2. UNICEF, 2007-ci il, “Digərləri il əmüqayisədə bəzilər üçün daha 
çox təhsil”, Cenevrə, UNICEF-in MŞA və
MDB üzrə regional şöbəsi 
3. UNİFEC ilə Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi tərəfindən 
aparılmış “Azərbaycanda Sağlamlıq İmkanları Məhdud olan
Uşaqlara Təhsil Xidmətlərinin Göstərilməsi Haqqında Tədqiqat
4. https://bakimektebleri.edu.az/230/az/laws/read/36 
5. http://oxu.az/success/33746 
189
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya etməsi
istiqamətində həll yolları


UOT-31:314:33
Aygün Abbaszadə 
Həyat fəaliyyətinin müxtəlif sferalarında
sosial iş ixtisası üzrə magistr 
Azərbaycan Turizm və Menecment Universiteti
aygun.abbaszade94@mail.ru 
Əlillərin sosial müdafiəsi və onların fərdi reabilitasiyasının əsas
inkişaf istiqamətləri
Social defense of the invalids and directions of the development basi-
cally their private rehabilitation
Социальная защита инвалидов и основные направления разви-
тия их индивидуальной реабилитации
Abstract: In spite of that, there are many persons with disabilities in
Azerbaijan there are not enough medical, material places for helping them.
The main problems of invalids is their shunning from manufacture. Inva-
lidity is not only personal problem, it is completely problem of the govern-
ment. Invalids always need understanding from people around. Azerbaijan
is the republic where social politics is in the main place. The main condition
of the social politics is the reasons of social inequality define. The develop-
ment of the modern Azerbaijan is closed ti this factor. In this regard poverty
and disability the objects of the social research. However other social ap-
proach is providing them. Here we can concern mutualhelp. 
Key Words: Invalid, the child limited access to health care, social
defense, rehabilitation, adaptation.
Резюме: Несмотря на рост числценности инвалидов в Азербай-
джане все еще недостаточно учреждений, которые ведут работу по
оказанию им социальной, социально-медицинской, материальной и
другой помощи. Одной из важнейших проблем инвалидов является
их не включенность в общественное производство. Инвалидность –
это не только проблема личности, но и государства и общества в
целом. Эта категория граждан остро нуждается не только в социаль-
ной защите, но и в понимании их проблем со стороны окружающих
людей.
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
190


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə