Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə71/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   66   67   68   69   70   71   72   73   74

“1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə:
I qrup əlillərə - 83 manat, II qrup əlillərə - 66 manat, III qrup əlillərə - 60
manat; əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi
xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə:
I qrup əlillərə - 77 manat , II qrup əlillərə - 66 manat, III qrup əlillərə-
50manat; əlilliyi olan 18 yaşınadək uşaqlara müavinət - 67 manat müəyyən
edilmişdir (4). Lakin müasir dövrdə bu yardım çox aşağıdır və əlillərin
xərclərini tam şəkildə ödəmir. Ona görə də əlillərəverilən sosial yardımın
ən azı, yaşayış minumumu səviyyəsində olması və yaşayış minimumunun
qaldırılması  müasir  dövrdə  əlillərin  sosial  təminatı  ilə  bağlı  bir  çox
problemlərin aradan qaldırılmasına səbəb ola bilər.
Əlillər üçün sosial infrastrukturların yaradılması dövlətimizin daim
diqqət  mərkəzində  olmalıdır.  Gözdən  əlil  vətəndaşların  nəqliyyatdan
istifadə etməsi üçün xüsusi şərait yaradılmalıdır. Buna misal olaraq, səsli
işıqforların quraşdırılmasını göstərə bilərik.Eyni zamanda, gözdən əlil
vətəndaşların  yolda  sərbəst  hərəkət  etməsi  üçün  qabarıq  sarı  xəttlərin
çəkilməsidə olduqca vacibdir. Həmçinin, şəhərdaxili və şəhərlərarası av-
tobuslarda əlillər üçün müəyyən şəraitin yaradılması əlillərin nəqliyyatdan
daha aktiv istifadə etməsinə şərait yaradacaqdır.Digər tərəfdən, sosial
binaların giriş hissəsindəki yazıların əlavə olaraq, brayl yazı üsulu ilə
yazılması olduqca vacibdir.
Beləliklə,  bu  məqalədə  əlillərin  sosial  müdafiəsi  və  sosial
reabilitasiyasının  mövcud  vəziyyəti  haqqında  müəyyən  məlumatlar
verməyə  çalışdım.  Xüsusi  olaraq  vurğulamaq  gərəkdir  ki,  əlillərdə
Azərbaycan Respublikasının vətəndaşıdır və onlarında normal insanlar
kimi yaşamaq hüquqları vardır. Hətta yüzlərlə şəxs vətənini, öz el-obasını
qoruyarkən,  müharibə  şəraitində  ağır  xəsarət  alaraq,  yaralanaraq  əlil
olmuşlar.  Ona  görə  də  dövlətin  bu  məsələyə  diqqəti  daimi  olmalı,
sosioloqların  və  sosial  işçilərin  müəyyən  rəy  və  tövsiyələrinə  önəm
verilməli, əlillərin sosial müdafiəsi qüsursuz təşkil olunmalı və dünya
standartlarına uyğun sosial infrasturukturlar yaradılmalıdır. 
Ədəbiyyat 
1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, Qanun, 2005.
2. Əlillərin sosial müdafiəsi sahəsində
Azərbaycan Respublikasının qanunu
3. BMT “Əlillərin hüquqları haqqında” Konvensiya 
4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu
5. Azərbaycan Respublikaının “Tibbi-sosial ekspert
komissiyaları haqqında” qanunu
197
Əlillərin sosial müdafiəsi və onların fərdi reabilitasiyasının
əsas inkişaf istiqamətləri


6. E.Qəhrəmanov, Y.Əhmədov. Sosial işin əsasları. Bakı – 2014.
7. Həsənzadə S.B. Azərbaycan Respublikasında əlillərin sosial 
müdafiəsinin hüquqi tənzimi. Bakı, Elm, 2007. (35-50).
8. Rəcəbli.H.M.Azərbaycan Respublikasında əhalinin
sosial müdafiə sistemi. Bakı 2003. (81-94).
9. www.sspf.gov.az/
10. www.stat.gov.az/
11. www.mlspp.gov.az/
12. http://transparency.az/
13. www.qafqazinfo.az/sosial.../elilliyi-olan-sexslerle-bagli-huquqi-
baza-tek...
Aygün Abbaszadə
198


UOT-31:314:33
Nərgiz ƏLİYEVA
Həyat fəaliyyətinin müxtəlif sferalarında
sosial iş ixtisası üzrə magistr 
Azərbaycan Turizm və Menecment Universiteti
nice.nergiz@list.ru 
Gerontofobiya əsas psixoloji problemi kimi
Gerontophobia as the main psychological problem
Геронтофобия как основная психологическая проблема
Abstract: There are different types of social phobias. Gerontophobia
is a feeling of fear of the elderly and the aging process. This feeling appears
based on negative opinions about aging occurring in society.
Keywords: social phobias, gerontophobia, elderly
Резюме: Существует множество видов социальных фобий. Ге-
ронтофобия это чувство боязни пожилых людей и процесса старения.
Это чувство возникает на основе отрицательных мнений о старении,
возникающих в обществе.
Ключевые слова: социальных фобий, геронтофобия, пожилых
İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir. Tarixən insanın
yaş dövrləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülmüşdür. Məsələn,
qədim türk xalqları insan ömrünü 13 yaşa qədər uşaqlıq, 25 yaşa qədər
cavanlıq, 37 yaşa qədər igidlik, 49 yaşa qədər orta yaş, 61 yaşa qədər
ağsaqqallıq, 73 yaşa qədər ahıllıq, və 83 yaşa qədər olan müddəti qocalıq
dövrü kimi xarakterizə etmişlər. Y.A.Komenski dörd fəslə müvafiq olaraq
insan həyatını dörd dövrə bölmüşdü: həyatın bahar dövrü (uşaqlıq), yay
dövrü (gənclik), payız dövrü (orta yaş), qış dövrü (qocalıq). Pedaqoji,
psixoloji  və  gerontoloji  baxımdan  isə  insanın  aşağıdakı  yaş  dövrləri
müəyyən edilmişdir: çağalıq və körpəlik dövrü (0-3 yaş); məktəbəqədər
dövr (3-6 yaş); kiçik məktəbli dövrü (6-10 yaş); yeniyetməlik dövrü (10-
15 yaş); gənclik dövrü (15-30 yaş); yetkinlik dövrü (30-60 yaş); ahıllıq
dövrü (60-75 yaş); qocalıq dövrü (75-90 yaş); uzunömürlülük dövrü (90-
150 yaş). Təbii ki, yaş dövrlərinin göstərilən bölgüləri elmi bölgü hesab
199
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies


edilə bilməz. Ancaq bir şey həqiqətdir ki, insan ömrü bir neçə mərhələdən
keçir: beşikdən, bələkdən başlayır, uşaqlıq, gənclik, cavanlıq, qocalıq,
ahıllıq və mərhələ-mərhələ ölümə doğru gedir. 
Ahıllıq çağı həyatın bəlkə də ən kövrək dövrüdür. Uşaqlığın sonu
qocalıq... Bəlkə də ona görə ömrün qocalıq çağını yaşayanlar uşaq kimi
kövrək olurlar. Hər bir insan öz xarakterinə, düşüncə tərzinə, həyata baxış
bucağına görə bu anlayışı fərqli parametrlərdə izah edir. Kimisinə görə
fizioloji dəyişiklik, xəstəliklərlə mübarizə aparmaq, kimisinə görə daha
çox sərbəst zaman, nəvələrlə bərabər maraqlı vaxt keçirmək, bir başqasına
görə isə tənhalıq.
Yaşlılıq bütün canlılarda özünü göstərən bioloji bir prosesdir. Ahıllıq
çağı  müdriklik  dövrü  kimi  səciyyələnir. Yaşlılıq,  qocalıq,  ahıllıq  eyni
məzmunu ifadə edən anlayışlardır. “Ahıl kimdir?”, “ahıllığın bir başlanğıc
nöqtəsi mövcuddurmu?”, “insan özünü nə vaxt yaşlı hiss edər?”, “qocalığın
əlamətləri hər insanda eyni şəkildəmi yaranır?” və s. kimi suallar isə tarixin
ən qədim zamanlarından bu günə kimi özünə cavab axtarmış və hal-hazırda
da axtarmaqdadır. Qədim Yunan tarixçisi Homer gəncləri yaşlı insanların
bilik və təcrübələrindən yararlanmağa səsləməklə, əslində ahıllığı təcrübə
və biliklərin məcmusu kimi izah edirdi. Platona görə isə ahıllıq dövründəki
insanların vəziyyətini, davranışını həmin şəxsin gənclik çağındakı həyat
tərzi müəyyən edir. Aristotel və Qalen isə ahıllıq anlayışı ilə bağlı bir-birinə
zidd olan fikirlər irəli sürmüşlər. Belə ki, yaşlıların səbirsiz, tez küsən,
inciyən xüsusiyyətə sahib olduğunu bildirən Aristotel “xəstəliyi vaxtsız
gələn qocalıq, qocalığı isə təbii bir xəstəlik” adlandırmışdır. Hippokratın
davamçısı olan Qalen isə qocalığın özü ilə bərabər müxtəlif problemlər
gətirdiyini qəbul etməklə yanaşı, Aristotelin fikrinə zidd olaraq, onun bir
xəstəlik olmadığı fikrini bildirmişdir. O, qeyd edirdi ki, yaşlılıq təbii bir
prosesdir və qocalıq dövründə meydana gələn xəstəliklər, fiziki pozuntular,
geriləmələr bu təbii prosesin tərkibində dəyərləndirilməlidir.
İnsanın inkişaf dövrünün yeddi mərhələdən ibarət olduğunu bildirən
Şekspir isə ahıllığı həm fiziki zəifliyin və pozuntuların mövcud olduğu,
həm  də  davranış  və  hərəkətlərdə  dəyişikliklərin  baş  qaldırdığı,  beyin
funksiyalarının zəiflədiyi bir dövr olaraq dəyərləndirmişdir. Eriksona görə
isə ahıllıq dövründə insan özünü ümidsizliyin müqabilində donmuş və
heyrətlənmiş şəkildə görür. Şopenhauer isə yaşlılığa həyatın kədərli dövrü
kimi baxılması fikrinə qarşı çıxaraq, bu dövrə həqiqəti görməyə şərait
yaradan təcrübələrin bol olduğu və rahatlığın hakim kəsildiyi sakit bir
mərhələ kimi tərif vermişdir. Hötenin ahıllıq haqqındakı düşüncələri də
Şopenhauerin fikirləri ilə səsləşir. Ona görə ahıllıq bilik və təcrübələrin
zirvəyə çatdığı bir dövrdür və bunu dərk edib, ayaq uydurmağı bacaran
Nərgiz Əliyeva
200


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə