Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə68/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

Ключевые слова: инвалид, дети с ограниченными возможно-
стиями здоровья, социальная защита, реабилитация, адаптация, 
Азербайджан является государством, в котором социальная по-
литика занимает приоритетное место. Выделение причин социального
неравенства и способов его преодоления – важное условие социаль-
ной политики, связанное с перспективами развития всего Азербай-
джанского общества. Такие проблемы, как бедность, инвалидность,
сиротство, становятся объектом исследований и практики социальной
работы. Вместе с тем существует и другой подход, который привле-
кает внимание к жизненной активности самих инвалидов. Речь идет
о формировании новой концепции независимой жизни при одновре-
менном акценте на взаимную помощь и поддержку в преодолении ис-
пытаний, вызванных инвалидностью.
Əlillər cəmiyyətin ən həssas, xüsusi qayğıya və yardıma ehtiyacı olan
qruplarından biridir. Hər bir dövlətin sosial siyasətinin əsas vəzifələrindən
biri öz vətəndaşlarının sosial rifahını yüksəltmək, əmək qabiliyyətli əhali
ilə yanaşı, əmək qabillətini itirmiş şəxslərin sosial müdafiəsini təmin etmək
və  həyat  fəaliyyətini  yaxşılaşdırmaqdan  ibarətdir.  Təbii  ki,  əmək
qabiliyyətini itirmiş şəxs dedikdə, biz bura məhz əlillər, ahılları aid edə
bilərik. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, əlil şəxs–
anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və fiziki qüsurlar
nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə
ehtiyacı olan şəxslər hesab olunur (2). Dilimizin izahlı lüğətinə görə, “ əlil”
termini “sağlamlığını və ya əmək qabiliyyətini itirmiş adam” mənasını
verir. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da əlillərin sayı kifayət
qədərdir və təəsüflər olsun ki, ildən-ilə artmaqda davam edir. Buna görə
də,  əlillərin  sosial  müdafiəsi,  onların  fərdi  reabilitasiyası  və  əlilliyin
qarşısının alınması mühüm aktuallıq kəsb edir. 
Dövlət Statistika Komitəsinin verdiyi statistik məlumatlara gorə pen-
siya və müavinət alan əlillərin sayı 2000-ci ildə 21739 nəfər, 2010 – ci ildə
473185 nəfər, 2015 ci ildə isə 568149 nəfər təşkil edir. (10). Bu da əlillərin
hər ildə nə qədər artdığını və əlillərin cəmiyyətdə sosial müdafiəsinin təmin
olunmasının nə qədər vacib olduğunu göstərir. 
Qeyd  edək  ki,  əlillərin  sosial  müdafiəsinıə  aid  dünyada  və
Azərbaycanda bir çox qanunlar qəbul olunmuşdur. Azərbaycanda əlilliklə
bağlı ilk qanun 1992-ci il 25 avqust tarixində qəbul edilib. İlk dəfə BMT
tərəfindən 2006-ci il 13 dekabr tarixində “Əlillərin hüququ haqqında” Kon-
vensiyaya qəbul edildi. Azərbaycan bu Konvensiyaya 2008-ci il 2 oktyabr
tarixində qoşuldu. Bu Konvensiyanın məqsədi əlillər tərəfindən bütün insan
191
Əlillərin sosial müdafiəsi və onların fərdi reabilitasiyasının
əsas inkişaf istiqamətləri


hüquqlarının  və  əsas  azadlıqlarının  tam  və  bərabər  səviyyədə  həyata
keçirilməsini həvəsləndirməkdən, müdafiə və təmin etməkdən, eləcə də
onların  ləyaqətinə  hörmət  edilməsini  həvəsləndirməkdən  ibarətdir.(3).
1997-ci il 11aprel tarixində isə “Əlilliyin qarşısının alınması, əlillərin
reabilitasiyası və sosial müdafiəsi” haqqında qanun qəbul edimişdir. 2008-
ci il 13 iyun tarixində qanuna dəyişiklik edilərək, “ Əlilliyin və sağlamlıq
imkanları məhdudluğun qarşısının alınması, əlillərin və ağlamlıq imkanları
məhdud  uşaqların  reabilitasiyası  və  sosial  müdafiəsi  haqqında”
adlandırmişdır.(8, s. 81-87). Təbii ki, burada sağlamlıq imkanı məhdud ter-
mini boşuna yazılmamışdır. Çünki uşağın bütün orqanizminin tam inkişafı
17-18  yaşında  yekunlaşır.  Deməli  18  yaşından  aşağı  uşaqların  əlil
adlandırılması düzgün deyildir. Həm də onları əlil adlandırmaq onların
psixologiyasına olduqca mənfi təsir göstərir. Bu da uşaqlarda depressiya
hallarının artmasına, autizmin yaranmasına, hətta intihara belə gətirib
çıxarda bilər. Qeyd edək ki, əlilliyi təyin edən qurumlar tibbi-sosial ekspert
komissiyalarıdır. Əlillik xəstəliyin xarakterindən asılı olaraq, müddətli və
müddətsiz olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-
sosial ekspert komissiyaları tərəfindən təyin olunur. 
Sığorta olunan şəxs xəstəlik və xəsarət nəticəsində yaranan əqli və fi -
zi ki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar tibbi-
so sial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən
son ra müvafiq rəy verilməsi yolu ilə əlil sayılır. “Tibbi-Sosial Ekspert Ko -
mis siyaları haqqında” Əsasnaməyə uyğun olaraq, əlillik müddətlə müəyyən
edil diyi hallarda, şəxs müayinə təyin edilən aydan növbəti ayın 1-dək əlil
 he sab olunur. Əlilliyin qrupları, səbəbləri və müddəti Azərbaycan Res pub -
li kasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli qərarı ilə təsdiq
edil miş “Tibbi-sosial ekspertiza komissiyası haqqında” Əsasnaməyə uyğun
ola raq tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən olunur. “Əlil -
li yin müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən,əmək qa -
bi liyyətinin itirilmə dərəcəsindən asılıolaraq, əlilliyin 3 qrupu müəyyən
edilir (5).
I qrup əlillik- orqanızmin funksiyalarının tamamilə pozulmasıdır. Belə
olduqda xəstə özünü idarə edə bilmir, əmək qabiliyyətini tamamilə itirir. I
qrup əlillər bəzən onlara yaradılan xüsusi şəraitdən asılı olaraq, əməyin
müəyyən növünə alışırlar.
II qrup əlillik-bu qrupdada xəstədə əmək qabiliyyəti olduqca aşağı
olur.  Buna  baxmayaraq,  xəstə  özünü  müəyyən  qədər  idarə  edə  bilir.
Xəstələr tam və ya uzun müddət əmək qabiliyyətini itirirlər. Bəzi hallarda
xəstələr, onlar üçün yaradılmış xüsusi şəraitdə -evdə əməklə məşğul ola
bilərlər.
Aygün Abbaszadə
192


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə