Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə69/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   66   67   68   69   70   71   72   73   74

III  qrup  əlillik-  xroniki  xəstəliklər  və  ya  anatomik  defektlər
nəticəsində  əmək  qabiliyyətinin  kifayət  dərəcədə  aşağı  düşməsi  ilə
müşayiət olunur. Əlilliyin bu qrupunda olan xəstələr başqalarının köməyinə
o  qədərdə  ehtiyac  duymurlar.Qeyd  edək  ki,  “Tibbi  Sosial  Ekspert
Komissiyaları haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, əlilliyin
aşağıdakı səbəbləri vardır:
- ümumi xəstəlik nəticəsində yaranan əlillik;
- əmək zədəsi, peşə xəstəliyi nəticəsində yaranan əlillik;
- Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı əlillik;
- Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik;
- 1990 cı il 20 yanvar hadisəsi ilə əlqədar əlillik;
- hərbi xidmət dövrü ilə əlaqədar əlillik;
- hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik;
- hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar əlillik;
- müharibə əlilliyi; (7, s. 46-49).
Bundan başqa əlillərin başqa təsnifatıda mövcuddur. Yaşa görə əlillik,
mənşəcə  əlil  olanlar,  əmək  qabiliyyətinin  səviyyələrinə  görə  əlillər,
xəstəliyin xarakterinə görə əlillər vəs. (6, s. 226-232).
Qeyd  edək  ki,  əlillərin  sosial  müdafiəsi  və  onların  cəmiyyətə
adaptasiyası  prosesi  olduqca  geniş  tədbirlər  sistemini  özündə  ifadə
edir.Əlillərin  sosial  müdafiəsi-  əlillərin  həyat  fəaliyyətinin
məhdudlaşmasının  aradan  qaldırılmasını,  kompensasiya  edilməsini,
cəmiyyətin  həyatında  onlara  digər  vətəndaşlarla  bərabər  imkanlar
yaradılmasını nəzərdə tutur.Əlilin zəruri sosial müdafiəsinin növləri və
həcmləri tibbi, sosial-əmək reabilitasiyasına və uyğunlaşmasına dair fərdi
proqram  şəklində  təqdim  olunur.  Əlillərin  sosial  müdafiəsi  ilə  bağlı
tədbirlər məcburi dövlət sosial siğorta haqqları və dövlət büdcəsi vəsaiti
hesabına  müvafiq  dövlət  proqramına  uyğun  olaraq  maliyyələşdirilir.
Əlillərin sosial reabilitasiyası dedikdə orqanizmin funksiyasının davamlı
pozulması nəticəsində baş verən həyat fəaliyyəti məhdudlaşmasının aradan
qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pe-
doqoji,idman, sosial-iqtisadi və digər tədbirlər sistemi nəzərdə tutulur (13).
Müasir dövrdə əlillərin reabilitasiyası və cəmiyyətə inteqrasiya pros-
esinin başında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsili
problemi  dayanır.  Əlillərin  hüquqları  haqqında  Konvensiyanın  24-cü
maddəsi məhz əlillərin təhsil hüquqlarından bəhs edir. Konvensiyanın 24-
cü maddəsinin 2-ci bəndində, əlillərin öz yaşayış yerlərində digərləri ilə
bərabər səviyyədə inklüziv, keyfiyyətli və pulsuz ibtidai və orta təhsil
almaq imkanlarına malik olmaları, fərdi tələbatı nəzərə alan vasitələrlə
təchiz  olunmaları,  əlillərin  təhsil  sistemində  effektiv  tədrisi  yüngül -
193
Əlillərin sosial müdafiəsi və onların fərdi reabilitasiyasının
əsas inkişaf istiqamətləri


ləşdirmək üçün tələb olunan yardımı almaları, biliklərin mənimsənilməsinə
tam  şərait  yaratmaq  məqsədilə  biliklərin  və  sosial  inkişafın
mənimsənilməsinə  maksimum  kömək  edən  şəraitdə  effektiv  ölçülərin
götürülməsini təmin edilməsi göstərilmişdir. (3). Qeyd edək ki, hal hazırda
əlil gənclər və sağlamlıq imkanları məhdud uşaqlar yalnız ibtidai təhsili və
orta  ixtisas  təhsili  ilə  kifayətlənmir,  həm  də  ali  təhsil  almağa  can
atırlar.Təbii ki, bu, olduqca müsbət haldır. Buna misal olaraq, Azərbaycanın
bir neçə ali təhsilini misal göstərə bilərik ki, orada əlil tələbələrə rast gəlinir
və əlil tələbələrin təhsil almağı üçün müəyyən şəraitlər yaradılmışdır. 
2015-ci ilin yekun statistikasına əsasən, Azərbaycanda sağlamlıq
imkanları məhdud şəxslər üçün 11 internat evi fəaliyyət göstərir və bu
evlərdə 2483 uşaq yaşayıb təhsil alır. Əqli cəhətdən əlil üşqlar üçün 2 in-
ternat məktəbi mövcuddur və bu məktəblərdə 314 əlil şagird təhsil alır (10).
Belə görünür ki, digər əlil uşaqlar heç bir dövlət müəssisəsində qeydiyyatda
deyil.Qeydiyyatda olanların tədris prosesində də ciddi problemlər mövcud-
dur.  Müəyyən  edilmişdir  ki,  uşaqların  çoxunun  davamiyyət  səviyyəsi
olduqca  aşağıdır.  Təbiiki,  burada  valideynlərində  rolu  böyükdür.
Valideynlərin  uşaqlarına  etinasızlıqla  yanaşmaları  və  onların  təhsil
almalarının vacib olmadığını düşünmələri vəziyyəti daha da ağırlaşdırır.
Bu zaman uşaqlar böyüdükcə evə qapanır, özlərini cəmiyyətə yararsız
hesab edir, psixi gərginlik, depressiya halları artır. Belə olduqda onların
reabilitasiyası və cəmiyyətə adaptasiyası prosesidə çətinləşir. Ona görə də
tövsiyə edərdim ki, dövlət bu işlə ciddi maraqlansın və sağlamlıq imkanları
məhdud uşaqların qeydiyyatı məcburi şəkildə aparılsın.
Əlillərin  sosial  reabilitasiyasının  əsas  istiqamətlərindən  biridə
məşğulluq  problemidir.  Əlilliyin  qarşısının  alınması,  əlillərin  sosial
reabilitasiyası haqqında qanunda göstərilmişdir ki, əlilliyi olan şəxslərin
sahibkarlıq  fəaliyyətinə  cəlb  olunması  üçün  bir  sıra  tədbirlər  həyata
keçirilməlidir. Lakin bu qanun reallıqda öz əksini hələ ki, o qədərdə tapmır.
Həmçinin, bu qanunun digərqanunvericilik aktlarına uyğunlaşdırılmadığı
müəyyən olunmuşdur. Əlillərin müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul
olması  üçün  müvafiq  güzəştlər  yaradılmamışdır.  Bu  da  istər-istəməz
əlillərin sahibkarlıq fəaliyyətinə marağını azaldır. Əgər əlillərin müstəqil
sahibkar  kimi  fəaliyyət  göstərməsi  üçün  müəyyən  güzəştli  kreditlər
yaradılsa, zəruri imkanlar olsa, əlillər üçün müəyyən treninqlər, təlimlər
keçirilsə, yeni informasiyalar ötürülsə, bu istiqamətdə müsbət nəticələrin,
uğurların əldə olunması, əlbəttəki, mümkündür. Bununla yanaşı, əlillərin
işlə təmin olunması sahəsində xüsusi tədbirlər məhz əlilləri işə götürən və
ya  əlillər  üçün  xüsusi  iş  yerləri  yaradan,  onların  əməyini  tətbiq  edən
müəssisələrə, idarələrə və təşkilatlara maliyyə yardımı göstərmək, güzəştlər
Aygün Abbaszadə
194


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə