Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə74/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   66   67   68   69   70   71   72   73   74

Dağı (4058m) ve Nemrut Dağı (3050m) kibi vulkanik dağlar İç Anadolu
Masiflərinə, Toros Dağları, Beydağları (3086m), ortasında Bolkar Dağları
(3524m), Hakkari Cilo (Buzul), Sat (4136m) ve Nur (Amanos) Dağları
Cənub-Şərq Anadolu Sıradağlar silsiləsinə aiddir (6).
Qolf turizmi. Cəmiyyətin gəlir səviyyəsi yüksək və orta yaşlardakı
insanların seçdiyi bir turizm növüdür. Turizm növlərə ayrılması, məşğulluq
imkanı yaratması, gəlir gətirməsi və yaşıl sahələr yaratması kimi səbəblərlə
Türkiyə də son illərdə dünya qolf həvəskarlarını bir araya gətirən qolf
mərkəzi mövqesinə çevrilmişdir. Xüsusilə Antalyanın 30 km. şərqində
iştirak edən Belek diyarı bənzərsiz mədəni, tarixi və təbii quruluşu ilə
bənzərsiz bir qolf turizmi potensialına malikdir. Antalyanın yanında, İstan-
bul, Ankara və Muğlada beynəlxalq standartlarda qolf turizmi inkişaf et-
dirilir (6). 
Ölkədə qolf təsisləri xüsusilə sahilə yaxın yüksək tutumlu zəngin
yemə-içmə,  alver,  əyləncə  imkanlarının  təqdim  edildiyi  yerləşmə
təsislərinin yaxınındadır. Bu təsislər təbiət ilə iç-içə təşkil edilən qolf
sahələri ilə ziyarətçilərinə təbiətə dönük bir mühitdə tətil keçirə bilmək
üçün bənzərsiz fürsətlər təqdim etməkdədir.
Sağlamlıq turizmi. Dünyada yaşanan qloballaşma müddəti, ölkə
sağlıq sistemlərində yaşanan problemlər (yüksələn xərclər və xidmətlərdə
keyfiyyət problemləri kimi), istehlakçıların şüurlanması və Avropa Birliyi
(AB) kimi dinamiklərin bir nəticəsi olaraq sürətlə böyüyən bir sektor olan
sağlamlıq turizmi çox ümumi mənada həm tətil, həm müalicə ünsürlərini
ehtiva edən bir anlayışdır. Bu iki ünsürü bir yerdə saxlama baxımından
Türkiyə bənzərsiz bir mövqeyə malikdir. Türkiyənin sağlamlıq turizmi
potensialı 5 milyard dollardır. Türkiyədə sağlamlıq turizmi sektorunda son
9  ildə  böyük  planlar  reallaşdırılmışdır.  Türkiyə  müasir  xəstəxanaları,
yetişmiş insan gücü, sahəsində mütəxəssis həkimləri, texnoloji infrastruktur
və  təcrübəsi  ilə Avropa  standartların  uyğunlaşmışdır.  Türkiyə  coğrafi
mövqeyi, sahib olduğu səhiyyə təşkilatları, sektordakı yetişmiş və təhsilli
insan gücü, spa və təbii gözəllikləri ilə sağlamlıq turizmi baxımından bir
çəkim  mərkəzidir.  Həm  tarixi  və  mədəni  zənginliyi,  həm  də  səhiyyə
sahəsindəki inkişaf səviyyəsi ilə Türkiyə, dünyanın on qabaqcıl ölkəsinin
içində iştirak etməkdədir (6).
İqlimin mənfi cəhətləri səbəbiylə xüsusilə romatizmal xəstəliklərin
sıx olaraq görüldüyü Şimali Avropa və Skandinaviya ölkələrində termal
turizmə olan tələb daha çoxdur. İqlim, qiymət, təhlükəsizlik və nəqliyyat
baxımından nisbi üstünlüklərə sahib ölkə tibb turizmi, spa & Wellness və
kurort turizmi, irəli yaş və idman turizmi baxımından fövqəladə üstünlüklü
bir mövqedə olub hər seqmentə xitab edə biləcək xüsusiyyətlərə malikdir.
207
Türkiyədə inkişaf etmiş turizm növlərinin Azərbaycana tətbiqi formaları


Həmçinin, coğrafi yaxınlıq, ölkələrində olmayan təbiət və iqlim şərtləri
səbəbiylə və mədəni bənzərlik faktorları də göz qarşısında saxlanıldığında
Türkiyə Yaxın Şərq ölkələri içində əhəmiyyətli bir sağlamlıq və termal tur-
izm ölkəsi ola biləcək mövqedədir.
Azərbaycanda  inkişaf  etdirilməsi  vacib  olan  turizm  növləri.
Azərbaycan turizm sənayesinin  inkişafı üçün zəngin ərazi və imkanlara
sahibdir. Bu, hər şeydən əvvəl ölkəmizin çox  əlverişli  iqtisadi-coğrafi
mövqeyə malik olmasıdır. Azərbaycan  Avropanı Qafqaz və Orta Asiya
ölkələri ilə birləşdirən hava və dəniz nəqliyyatı, magistral avtomobil və
nəqliyyat yolları buradan keçir.
Bazardüzü (4466 m), Şahdağ (4243 m), Babadağın (3629 m) yüksək
zirvələri, Büyük Qafqazın cənub ətəklərindən axan çaylar, bir çox şəlalələr,
Göygöl, Maralgöl, Qobustanın sərt və eyni zamanda mənzərəli palçıq
vulkanları, Lənkəranın nadir qoruqları , Bakı və Nabran bölgəsinin  narın
qumlu çimərlikləri Azərbaycanın zəngin turizm potensialının vacib  bir
hissəsidir (2).
Azərbaycanın flora aləmi özünün şəffaflığı və rəngarəng növləri ilə
buraya səyahət edən turistləri  özünə heyran etmişdir.
Azərbaycanda 1200-dən çox irili-xırdalı çay axır. Dağlardan axan bir
çox çaylar səsli və gurultulu böyük şəlalələr əmələ gətirir. Dağlıq yerlərdə
və Arandakı  göllər, Azərbaycan toprağının əsl bəzəyidir və bu gölərin ən
gözəli Göygöl və Maralgöldür. 
Azərbaycanı günəşli ölkə adlandırırlar və bu da təsadüfi hal deyil. İl
ərzində  günəşli  günlərin  sayına  görə  ölkəmiz  İtaliya,  İspaniya  və
Yunanıstanla  müqayisə  edilə bilər
Azərbaycan  zəngin  tarixə  və  qədim  mədəniyyətə  sahib  ölkədir.
Ölkəmizdə 6 mindən çox tarixi memarlıq abidələri mövcuddur. Onların
çoxu Azərbaycan torpaqlarından keçən Böyük İpək Yolu boyunca uzanan
qədim karvan yollarının üzərində yerləşir və hər kəsi özünə heyran qoyur.
Bu  abidələrdən  ilk  insanların  Qobustan  mağaralarındakı  qayaüstü
rəsmlərini, İslama qədərki mərhələdə mərasimlər keçirilən atəşgahları,
qalaları,  dağların  zirvəsindəki  xristian    kilsələrini,  möhtəşəm  qala
divarlarını və geniş Karvansarayları, İslam mədəniyyəti dövrünün böyük
saraylarını misal göstərə bilərik. YUNESKO tərəfindən qeydiyyata alınan
«İçəri şəhər», Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər
mədəniyyət abidələri artıq bütün dünyada məhşurdurlar (3).
Sağlamlıq turizmi. Azərbaycan müalicəvi əhəmiyyətli mineral və
termal sularla zəngin bir ölkədir. Ümumilikdə Azərbaycan ərazisində 1500-
dən artıq mineral və termal su mənbələri, müalicəvi əhəmiyyətə malik olan
4 palçıq vulkanı və 1 əsas neft mənbəyi vardır. Bu da müalicə-sağlamlıq
Səkinə Mustafayeva
208


turizmi üçün tam şəraitin olmasının sübutudur. Göstərilən turizm növləri
üçün yüksək şərait  Naxçıvan, Lerik, Lənkəran, Masallı və Astara kimi
regionların payına düşür.
Ölkədə  müxtəlif  kimyasal  maddələr  təşkil  edən    mineral    su
qaynaqları da vardır. Zənginliyinə görə Azərbaycan torpağı mineral sular
muzeyi kimi bilinir. Dünyada tanınmış Karlovi-Vari sularından heç də geri
qalmayan  isti  və  mineral  qaynaqlar  –  Kəlbəcər    İstisu,  Naxçıvandakı
Badamlı, Sirab, Vayxır mineral suları ölkədən çox uzaqlarda məşhurdur.
Lənkəran və Astara bölgələrində 100-dən çox termal su mənbələri mövcud-
dur ki, bu sulara İstisu, Daşvənd, Qəriblər kimi suları misal göstərmək olar.
Həmçinin, dünya əhəmiyyətli Naftalan neftinin də sağlamlıq turizmi
üçün böyük əhəmiyyəti vardır. Bu neftdən dərman hazırlanması ilə yanaşı
bir  çox  xəstəliklərin  müalicəsində  istifadə  olunur.  Naftalan  neftinin
planetimizdə yeganə yatağı Azərbaycandır. Goranboy rayonu ərazisində
yerləşən Naftalan istirahət və müalicə sanatoriyası hər il minlərlə insanı
qəbul etmək şəraitinə malikdir (3). Hazırda Naftalanda bir sıra quruculuq
işləri aparılır. Ölkəmizdə yenidən bərpaya ehtiyacı olan sanatoriyalar da
mövcuddur. Bu kimi sanatoriyalar fəaliyyət göstərsədə quruculuq önəm
kəsb edir.
Mağara turizmi. Mağaraların turizmin istifadəsinə verilə bilməsi
üçün aşağıdakı amillər vacibdir:
• Mağaranın turizm baxımından əhəmiyyət kəsb edən və turizmə
xidmət edən yerləşdirmə mərkəzlərinə yaxın olması; 
•  Mağaranın  sahib  olduğu  morfoloji  və  digər  yaranma
xüsusiyyətlərinin  fərqli  və  insanların  maraqlarını  cəlb  edəcək  bir  sıra
özünəməxsusluğa malik olması;
• Təbii amillərin təsiri ilə yaranan mağaralardan əlavə, insanların
sığınacaq, ibadət yeri, saxlama kimi məqsədlər üçün qazdıqları və ya
oyduqları  mağaralar  da  vardır.  Belə  mağaraların  arxeoloji  və  turizm
məqsədli olması; 
• Mağaraya rahat və asan gedə bilmək imkanı;
• Mağaraya girişin və ətrafının ora gələn turistlərə xidmət göstərməyə
uyğun olması üçün əlverişli şərairin olması lazımdır.
Azərbaycanın qədim diyarı Naxçıvanın rəmzlərindən biri də təbii
ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə
saf  və  təmiz  duzu  ilə  deyil,  həm  də  şəfaverici  xüsusiyyətlərinə  görə
tanınmışdır (2). Bu səfalı məkana üz tutan xarici turistlər dünyada tayı-
bərabəri olmayan “Əshabi kəhf”lə tanış olmaq, məşhur “Üzən ada”nı,
“Batabat” gölünü seyr etmək imkanı qazana bilərlər. Ancaq Naxçıvan
əsasən  özünün  nadir  duz  mağarası  ilə  məşhurdur. Astma  xəstəliyinin
209
Türkiyədə inkişaf etmiş turizm növlərinin Azərbaycana tətbiqi formaları


müalicəsi  üçün  illərdən  bəri  primitiv  üsullarla  istifadə  edilən  mağara
hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə
çevrilmişdir. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları
ilə örtülü “Duzdağ” Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur.
Dağ  turizmi.  Azərbaycan  ərazisində  dağ  turizminin  müxtəlif
növlərinin inkişafı üçün geniş imkanlar var. Quba rayonunun Qalayxudat
kəndi yaxınlığındakı Kam dağlıq massivinin tədqiqi nəticəsində şimal ya-
macda boulderinq (qayayadırmanma) üçün perspektivi olan qaya divarları
(200 metr) aşkar olunub. Qrız və Qalayxudat kəndlərini birləşdirən yolun
kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların
hündürlüyü 15-20 metrə yaxındır, ətəklərdə çadır düşərgələri salmaq üçün
yerlər var. Müxtəlif çətinlik dərəcəsinə malik marşrutlar tapmaq olar. Bu
yerlər nəinki məşqlər üçün, həmçinin beynəlxalq yarışlar da daxil olmaqla,
boulderinq yarışları üçün çox əlverişli məkandır. 
Gədəbəydə, Qazaxda, Şəmkirdə, Göygöl ətrafında, Naxçıvanda dağ tu -
riz minin inkişafı üçün lazimi şərait vardır. Bu təbii imkanlardan istifadə etmək
üçün həmin ərazilərdə müvafiq infrastruktur yaradılması əsas şərtdir (1). 
Həm qış, həm yay və həm də alternativ turizm növlərinin inkişaf
etdirilməsi prioritet istiqamətdir. Azərbaycanda bəzən hər hansı turizm
növləri üzrə başqa ölkələrlə müqayisəyə girməkdənsə, inkişaf imkanları
böyük  olan  dağçılıq,  macəra,  alpinizm,  trepinq  piyada  marşrutlarını,
horsinq at marşrutlarını və s. daha mütəşəkkil şəkildə, elmi yanaşmalarla
təqdim etmək lazımdır. 
Qolf  turizmi. Azərbaycanda  ilk  Qolf  Klubu  2013-cü  ildə  Quba
şəhərində açılmışdır. Total Golf tikinti şirkəti tərəfində inşaat olunmuş 18
dəlikli 74 hektar ərazisində yerləşən Milli Quba Qolf klubu dünya stan-
dartlara uyğun olaraq tikilmişdir. 2013-ci il Oktyabr ayında Bakıda Milli
Qolf akademiyası açılmışdır. Hal hazırda Azərbaycanda bir neçə Qolf
meydançası  inşa  olunur.  Azərbaycan  Qolf  Federasiyanın  missiyasına
Azərbaycanda  idman  növü  olaraq  qolfu  inkişaf  etdirmək,  daha  da
populyarlaşdırmaq və geniş kütləyə sevdirmək daxildir. Qolfun gənc nəslin
inkişafında  böyük  faydası  olan  idman  növü  olduğunu  nəzərə  alaraq,
Azərbaycanın Qolf Federasiyası ölkədə ilk olaraq “SNAG” layihəsinin
həyata  keçirilməsinə  başlayıb.  Bundan  başqa,  Federasiya  ölkəmizdə
idmanın bu növünün əsaslı inkişafını təmin etmək üçün özünün ən böyük
layihələrindən  biri  –  Bakıda  Qolf  Akademiyası  layihəsinin  həyata
keçirilməsinə başlayıb. Bu məqsədlə Bakı Qolf Akademiyasının ərazisində
mini qolf klub tikilib. Burada hər kəs həm qolf oynamağı öyrənəcək,
həmçinin  qolf  oynamaq  imkanı  əldə  edəcək.  Akademiyada  ən  son
avadanlıq və PGA (Professional Golf Association) ixtisaslı instruktorlar
Səkinə Mustafayeva
210


fəaliyyət göstərir. Həmçinin akademiyanın ərazisində GPS sistemi ilə
təchiz edilmiş qolf simulyatorlar var. Dünyanın aparıcı Sport Coach Sys-
tems şirkətinin istehsalı olan bu simulyatorlarda dünyadakı ən aparıcı qolf
sahələrinin xəritələri var. Qolf sevənlər bu simulyatorlar vasitəsilə 130 qolf
sahəsində qolf oynaya bilər. Bu qolf sahələrinin 28-i Avropa çem pionat -
larının keçirildiyi sahələrdir. Burada qolfla “ilk tanışlıq” olur, peşəkar
dərəcəli instruktorlar qolfla maraqlananlara qolf təlimləri keçir. Burada
təkcə qolf dərsləri keçirilməyəcək. Belə ki, akademiyanın meydançası qolf
oynamaq istəyənlər də üçün açıqdır. Meydançanın xüsusi işıqlandırma sis-
temi sayəsində hətta axşam vaxtları qolf oynamaq mümkündur. Mey -
dançanın solunda qolf sevənlərin öz oyun texnikalarını təkmilləşdirmək
üçün xüsusi təlim sahəsi olan “Driving range” yerləşir. Beləliklə, hər bir
Azərbaycan  vətəndaşı  və  ölkəmizə  xaricdən  gələn  qonaqları  Qolf
Akademiyasına üzv ola bilər (7).
Qolf turizmin inkişaf etdirmək üçün əsas məqamlar bunlardır: Avropa
Qolf Federasiyası, Beynəlxalq Qolf Federasiyası, və başqa qurumlarla
əməkdaşlıqlın qurulması, yerli və beynəlxalq turnirlərin təşkil olunması,
müvafiq nazirliklərlə Azərbaycanı qolf məkanı qismində təbliğ olunması,
reytinqləşmənin mərkəzləşdirilmiş vahid sisteminin yaradılması və nəzarət
olunması, üzvlük sisteminin tərtib olunması, federasiya üzvlərinin sığortası.
Atılması vacib olan addımlar
Gündən-günə sürətlə inkişaf edən turizm sənayesi yüksək ixtisaslı
kadrların və ciddi peşə hazırlığının olmasını tələb edir. Bu turizmin müasir
inkişaf mərhələsi üçün daha xarakterikdir. Turizm nəinki səyahətlərin prak-
tiki reallaşdırılması sahəsidir, o həmçinin xüsusi biliklər sahəsinə, yəni
nəzəri fəaliyyət sahəsinə çevrilməkdədir.  
Turizm istiqamətli ölkə kimi Azərbaycanın daxili və beynəlxalq tur-
izm bazarlarında təbliği mexanizmi kimi dövlətin həyata keçirdiyi və həm
istehlakçıya, həm də turizm sənayesinə yönəlmiş aşağıdakı tədbirlər ola
bilər: 
– İri beynəlxalq turizm və digər sərgilərdə vahid milli Azərbaycan
stendi ilə iştirak;
– Azərbaycan Respublikasında keçirilən turizm sərgisinin dünyanın
iri turizm sərgilərindən birinə çevirmək üçün yardım etmək;
–  Gəlmə  və  daxili  turist  axınını  artırmaq  və  Azərbaycan
Respublikasının turizmə yararlı imicini yaratmaq üçün beynəlxalq və daxili
bazarlarda milli turizm məhsulunun təbliği;
– Qeyri-kommersiya xarakterli reklam-informasiya, çap və digər
məhsullarının hazırlanması və onun iri beynəlxalq turizm sərgilərində,
211
Türkiyədə inkişaf etmiş turizm növlərinin Azərbaycana tətbiqi formaları


həmçinin Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklər,
o cümlədən, turizmi idarə edən orqan(Mədəniyyət və Turizm Nazirliyi)
tərəfindən yaradılacaq xarici nümayəndəliklər vasitəsi ilə yayılması;
– Qlobal internet şəbəkəsində Azərbaycan Respublikasının cəlbedici
turizm istiqaməti haqqında informasiyanın yayılması;
– Digər işlərin yerinə yetirilməsi, məsələn: ölkədə keçirilən festival
və digər hadisələrlə bağlı tədbirlərin informasiya dəstəyi, Azərbaycanın
yeni turizm istiqamətlərinin xarici ölkələrdə təqdimatının təşkili, xarici və
yerli KİV-lər üçün info-turların təşkili, ikitərəfli və çoxtərəfli beynəlxalq
əməkdaşlığa əsaslanan beynəlxalq konfrans, simpozium, konqres və digər
bu kimi tədbirlərin keçirilməsi, həmçinin iri hökumətlərarası təşkilatlarla
əməkdaşlıq etmək. 
Dövlət  reklam-informasiya  strategiyasının  həyata  keçirilməsi
təcrübəsi göstərir ki, turizm məhsulu mütləq diversifikasiya olunmalıdır:
yəni, ənənəvi turizm təklifi ilə yanaşı yeni turizm məhsullarının nümayişi
təşkil edilməli, milli adət-ənənələr, istehsal və sənətkarlıq, yeni muzey və
ekspozisiyalar, haidsələrlə bağlı tədbirlər və turizm xidmətləri haqqında
daha geniş informasiya yayılmalıdır. 
Bütün bunlar isə gəlmə və daxili turizmin inkişafına yardım məqsədilə
ölkənin müsbət imicinin formalaşmasına istiqamətlənmiş uzunmüddətli in-
formasiya kampaniyasının hazırlanmasını tələb edir. 
Azərbaycan  Respublikasının  malik  olduğu  potensial  imkanlar
bugünkü gündə turizmin bir çox növlərinin inkişaf etdirilməsi üçün şərait
yaradır. Fikrimcə,  Azərbaycan Respublikasında yaxın gələcəkdə turizmin
aşağıdakı növlərinin təşkili perspektivi gerçəkləşə bilər. 
Ədəbiyyat
1. B.Ə.Bilalov, Ç.G.Gülalıyev. Turizmin əsasları. Bakı 2015.
2. İlqar Hüseynov, Nigar  Əfəndiyeva. Turizmin əsasları. Bakı 2007.
3. Мəmmədov C.A., Soltanova H.B., Rəhimov S.H.
4. Yeganlı S., Hacıyev E., Turizm. Bakı, 2006
5. www.kultur.gov.tr 
6. www.gezikolik.com 
7.  az.wikipedia.org
Səkinə Mustafayeva
212


Kağız formatı 70x100.
Fiziki çap vərəqi 13,31
Sifariş 9
Çapa imzalanıb: 17.05.2016
Tiraj 200.
Jurnal hazır diapozitivlərdən ofset üsulu ilə
çap edilmişdir.
213

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə