Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə66/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

kənarda  qalmırlar.  Sağlam  vətəndaşların  ödədikləri  vergilər  hesabına
dolanan  və  iqtisadiyyata  heç  bir  xeyri  dəyməyən  sağlamlıq  imkanları
məhdud  vətəndaşların  formalaşmasının  qarşısını  almaq  həm  vergi
ödəyiciləri, həm ölkə iqtisadiyyatı, həm də onların özləri üçün xeyirlidir.
İşləyən, iqtisadiyyata xeyir verən, sağlamlıq imkanları olan vətəndaşları
yetişdirmək üçün elə innovativ vasitələrdən istifadə edilməlidir ki, onların
cəmiyyətdəki imkanları və rolu digər vətəndaşlardan geri qalmasın. 
Əsas problem ondan ibarətdir ki, sağlamlıq imkanları məhdud
uşaqların  bəziləri  təhsil  almaq  imkanı  əldə  etmələrinə  baxmayaraq,
cəmiyyətdən təcrid edilirlər. BMT-nin Uşaq Fondunun (UNICEF) 2007-ci
ildə keçirdiyi regional tədqiqat nəticəsində məlum olmuşdur ki, “sağlamlıq
imkanları məhdud olan” uşaqların evdə və ya xüsusi təhsil müəssisələrində
təhsil  alması  hələ  də  üstünlük  təşkil  edir.  İslahatların  miqyasının
genişləndirilməsi  bu  cür  uşaqların  təhsil  almaq  imkanından  məhrum
olmalarına səbəb ola bilər (1) Yuxarıda qeyd olunan hesabatda bildirilir ki,
MDB və Şərqi Avropa ölkələrində sağlamlıq imkanları məhdud uşaqların
məktəblərə  daxil  olması  çox  çətindir.  Həmin  uşaqların  tələbatının
ödənilməsinə istiqamətlənmiş xüsusi xidmətlər demək olar ki yoxdur. 
UNİCEF və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə
Müasir  Təhsilə  və  Tədrisə  Yardım  Mərkəzi  tərəfindən  aparılmış
“Azərbaycanda  Sağlamlıq  İmkanları  Məhdud  olan  Uşaqlara  Təhsil
Xidmətlərinin Göstərilməsi Haqqında Tədqiqat”a əsasən ev təhsili alan
sağlamlıq  imkanları  məhdud  uşaqlar  48.5  %  təşkil  edir  (ümumtəhsil
məktəbi-  24.1  %,  internat  məktəbi-  7.7%,  xüsusi  məktəb-  3.5%,
ümumtəhsil məktəbində inkluziv sinif (xüsusi təhsil bölməsi)- 15.8%). (2)
Əsas məqsəd ondan ibarət olmalıdır ki, ev təhsili alan uşaqların sayı azalsın
və sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına şərait yaradan
ümumtəhsil məktəblərinin sayı artsın. 
Yuxarıda qeyd olunan problemləri aradan qaldırmaq və qeyd olunan
məqsədlərə çatmaq üçün, 1-ci növbədə qanunvericiliyə yeni dəyişikliklər
etmək və ümumtəhsil məktəblərini sağlamlıq imkanları məhdud uşaqların
məktəbə qəbul edilməsində maraqlandırmaq lazımdır. Sonrakı mərhələdə
isə həmin məktəblərdə təhsil alan uşaqlar üçün elə şərait yaratmaq lazımdır
ki, belə uşaqlar özlərində olan fərqi hiss etməsinlər və onlarda yüksək ruh
yüksəkliyi yaransın. 
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə sağlamlıq
imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində
çoxsaylı tədbirlər nəzərdə tutulmuşdur. Belə uşaqların cəmiyyətdən təcrid
edilmədən təhsil almaları üçün ümumtəhsil müəssisələrində “xüsusi təhsil
bölmələri” və “inteqrasiya təlimli təhsil müəssisələri” fəaliyyət göstərir.
Gülsüm Məmmədova
186


Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında qa-
nununun 1.0.10.-cu maddəsinə əsasən, “xüsusi təhsil bölməsi” sağlamlıq
imkanları  məhdud  şəxslərin  təhsil  alması  üçün  ümumi  təyinatlı  təhsil
müəssisəsində yaradılmış struktur bölməsinə deyilir.(3) Eləcə də, qeyd ol-
unan qanunda “inteqrasiya təlimli təhsil müssisəsi”nin anlayışı verilmişdir.
İnteqrasiya təlimli təhsil müssisəsi dedikdə sağlamlıq imkanları məhdud
şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış
ümumi təyinatlı təhsil müssisəsi nəzərdə tutulur. Həm xüsusi təhsil bölməsi
həm də, inteqrasiya təlimli təhsil müəssisəsələri ilə bağlı qanunvericilikdə
nəzərdə tutulmuş müddəalar nəzəri olaraq çox səmərəli olsa da, praktikada
bu instutların yayqın və düzgün şəkildə tədbiq edilib edilməməsi bir gədər
şübhə doğurur. 
Belə  ki,  təhsil  sahəsində  fəaliyyət  göstərən  bir  sıra  mütəxəsislər
bildirirlər  ki,  sağlamlıq  imkanları  məhdud  uşaqların  cəmiyyətə
inteqrasıyası ilə bağlı hüquqi baza olsa da, praktikada onlar istədikləri
təhsili ala bilmirlər. Məsələn Azərbaycan – Britaniya Məzunlar Birliyinin
üzvü, Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri-Hökumət Təşkilatları (QHT)
Alyansının milli koordinatoru Nabil Seyidov oxu.az-a müsahibhəsində
bildirmişdir ki: “orta məktəb və bağçalar əlil uşaqları qəbul etmirlər. Əlil
uşaqlar  üçün  xüsusi  müəssisələr  var.  Lakin  problem  ondadır  ki,  bu
müəssisələrin demək olar ki, hamısı Bakıdadır. Belə çıxır ki, Gəncədə
yaşayan ailə uşağını Bakıya gətirib, bu müəssisələrə qoymalı və çıxıb
getməlidir.” (4) BMT-nin Uşaq Fondunun (UNICEF) 2007-ci ildə keçirdiyi
regional  tədqiqat  da,  yuxarıda  qeyd  olunan  fikirləri  təsdiqləyir  və
ümumtəhsil məktəblərinin əlil uşaqları qəbul etməkdən imtina etdiklərini
bildirir. 
Sağlamlıq  imkanları  məhdud  uşaqların  cəmiyyətə  inteqrasiya
etdirilməsini  təmin  etmək  üçün  həm  ölkə  qanunvericiliyinin
təkmilləşməsində məsul olan şəxslər həmdə uşaqların təhsil almasını təmin
edən müvafiq icra hakimiyyəti orqanları birlikdə çalışmalı və müvafiq
tədbirlər görməlidilər. Qanunvericiliyə elə dəyişikliklər edilməlidir ki,
ümumtəhsil müəssisələri sağlamlıq imkanları məhdud uşaqların məktəbə
qəbul edilməsində maraqlı olsunlar və qanunvericilikdə nəzərdə tutulmuş
tədbirləri real həyatda geniş şəkildə həyata keçirilsin. Burda söhbət iqtisadi
maraqdan da, gedə bilər. Məsələn, Azərbaycan Respublikasının Əlillərin
Sosial Müdafiəsi haqqında qanununda əlilləri işə qəbul edən müəssisələr
üçün müəyyən güzəştlər nəzərdə tutulur. Həmin qanunun 28-ci maddəsinə
əsasən, İşləyənlərin ümumi sayının azı 30 faizinin əlillərdən ibarət olduğu
müəssisələr, idarələr və təşkilatlar güzəştli maliyyələşdirmə və maddi-
texniki  təminat  hüququna  malikdirlər.  Belə  müəssisələrə,  idarələrə  və
187
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya etməsi
istiqamətində həll yolları


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə