Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə72/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   66   67   68   69   70   71   72   73   74

yaşlı  bu  mərhələni  aktiv  keçirdə  bilər.  Filosof  və  yazıçıların  yaşlılıq
haqqındakı fikirlərini nəzərdən keçirdikdə məlum olur ki, ahıllıq heç də
tək istiqamətli bir dövr deyildir. Ahıllıq bioloji, fiziki, psixoloji, sosial
tərəfləri ilə dəyərləndirilməsi vacib olan bir mərhələdir.
Fiziki tərəfdən qocalıq dedikdə, xronoloji yaşla əlaqədar şəxsin fiziki
görkəmində  mövcud  olan  dəyişikliklər  nəzərdə  tutulur.  Ümumdünya
Səhiyyə Təşkilatı 1963-cü ildə yaşlılıq dövrünün xronoloji baxımdan üç
mərhələdə inkişaf etdiyini bildirmişdir. Bu bölgüyə görə 60 yaşdan yuxarı
şəxslər ahıl hesab edilir.
1. 65-74 yaş “İlk yaşlılıq”
2. 75-84 yaş “Orta yaşlılıq”
3. 85+ “Son yaşlılıq”
Təbii ki, bu bölgü şərtidir. Gerentoloqlar 65 yaşdan yuxarı şəxsləri
yaşlı hesab etsələr də, fizioloji cəhətdən bu sərhədi qəbul etmək çətindir.
Məşhur bir fikir var: “Bir insan özünü neçə yaşında hiss edirsə, əslində o
yaşdadır”. Qocalma prosesində təbii faktorların əsas olması, bu prosesin
fərqli sürətlərdə meydana gəlməsi səbəbi ilə fizioloji və xronoloji yaşlılıq
arasındakı fərqi də ayırd etmək lazımdır. 
Dəyərləndirilməsi vacib olan bu istiqamətlər, həm də gerontofobiya
anlayışını, onun müxtəlif tərəflərini formalaşdırır.
Gerontofobiya yaşlı insanlardan və ya qocalmaqdan qorxudur. Bu
qorxu cəmiyyətdə qocalıq barədə yayılan mənfi fikirlər əsasında formalaşır.
Cəmiyyətimizdə qocalmaq zəiflikdir, möhtac olmaqdır, yaddaşı itirməkdir
kimi stereotiplərin mövcudluğu bu qorxunu daha artırır. Ancaq çalışmaq
lazımdır ki, qocalığa da gənclik, orta yaş kimi bir yaş dövrü kimi yanaşaq. 
Araşdırmalara əsasən, dünya əhalisinin 48%-i qocalmaqdan bu və ya
digər şəkildə qorxur. Bu göstəricinin çox hissəsi isə qadınların payına
düşür. Psixoloqların fikrincə bu qorxunun altında yatan əsas səbəb; ölüm
qorxusu,  cəmiyyətdən  uzaqlaşma  və  tənhalıq  qorxusudur.  Gerontofo-
biyadan əziyyət çəkənlər, onları ən çox qorxudan nəsnənin ölüm, fiziki
zəiflik, xroniki xəstəliklərə tutulmaq olduğunu bildirirlər. 
Gerontofobiyadan əziyyət çəkənlər qocalığın özündən deyil, onun
gətirdiyi zəiflik, dəridə qırışlar, yaddaş zəifliyi, xəstəlikdən qorxurlar(1).
Hər kəs qocalmaqdan qorxur. Bu hiss bəzilərində güclü, bəzilərində zəif
özünü göstərir. Elə insanlar var ki, onlarda bu qorxu gizli şəkildə olur və
ömür boyu bundan xəbər tutmurlar. Alimlər müəyyən edib ki, insan 25
yaşından sonra qocalmağa başlayır. Məhz bu dövrdə insan özünü çox en-
erjili və güclü hiss edir (3. “Gerontofobiya - qocalıq qorxusu”). Bəzi in-
sanlar bunu itirə biləcəyini düşünür və vaxtından tez qocalmaq qorxusu,
bununla bağlı fikirlərlə yaşayırlar.
201
Gerontofobiya əsas psixoloji problemi kimi


Nə qədər güclü, nə qədər məşhur, nə qədər varlı olsa da, heç bir insan
qocalıq illərində onu gözləyən fiziki pozuntulardan siğortalanmayıb və
bundan xilas ola bilməz. 
İnsanın gözəlliyində ən çox əhəmiyyət daşıyan amillərdən biri dəri
qatıdır. Çünki dəri qoruyucu funksiyası ilə yanaşı, hamar görünüşə malik
olduğuna  görə,  estetik  cəhətdən  də  çox  mühüm  əhəmiyyət  kəsb  edir.
Yaşlılıq dövrlərində ən çox dəri pozulmağa başlayır. Qocaldıqda dərinin
elastikliyi  azalır,  nazikləşir  və  alt  təbəqələrdəki  zülallar  həssaslaşıb
büzüldüyü üçün dəri sallanır. Gerontofobiya insan üzündə ilk qırışları
gördükdə  yaranır.  Artıq  yavaş-yavaş  insanın  özünəgüvən  hissi  aşağı
düşməyə başlayır (3).
İnsan qocaldıqda halsız, kimdənsə asılı vəziyyətə düşməkdən, fiziki
gücü  itirməkdən,  iş  qabiliyyətinin  zəifləməsindən,  tənha  qalmaqdan
qorxur (2).
Pensiyaya qədər ehtiyacları təmin edə bilməməkdən qorxmaq da
gerontofobiyanı gücləndirir. İnsanlar yaşlandıqca pulsuz qalmaqdan, kom-
munal xidmətləri belə ödəyə bilməməkdən qorxurlar (4.səh.649).
Bəzi insanlar vaxt keçdikcə ailə qura, uşaq dünyaya gətirə, pul qazana
bilməyəcəklərindən qorxurlar. Qocalmaqdan qorxu hissi buna hazırlıq ol-
mayanda kəskin olur. 
Gerontofobiya  həm  də,  xasiyyətcə  qocalmaq,  hər  şeyə  həvəssiz
yanaşmaqdır. Qocalığa əvvəlcədən psixoloji hazırlaşmaq lazımdır. Hər
yaşda insanın öz maraqları olur. İnsan yaşlandığını qəbul etdikdə ona daha
rahat olur. Bunu qəbul edə bilmədikdə depressiya, aqressiya, əsəbilik özünü
göstərir. 
Gerontofobiya zamanı insan özü ilə bir növ qarşıdurma halındadır,
ya  da  həyata  küsmüş  vəziyyətdədir.  Ümidsizlik,  təklik,  heç  bir  işə
yaramayacağı kimi düşüncələr belə insanları asanca ölümə sürükləyə bilər.
Yaşanması kifayət qədər çətin olan bir prosesdir qocalıq. Bunun fərqli
səbəbləri var. Birinci səbəb, vücud artıq dünyada yaşamaq üçün səbəb yox,
əngəl  olmağa  başlayır.  İnsan  qocaldıqca  münasibətlərin  necə
sadələşdiyinin, fəqirləşdiyinin şahidi olur.
Aparılan çoxsaylı araşdırma və tədqiqatlar göstərir ki, qocalmanın
qarşısını almaq mümkünsüzdür, lakin onu ləngitmək olar. Belə ki, qocal-
maya  təsir  edən  müxtəlif  faktorlar  arasında  psixoloji  amillər  bioloji
amillərdən daha güclüdür. Tənhalıq, qorxu, narahatçılıq, stress, depressiya,
inamsızlıq,  sevdiklərindən  ayrı  qalma  və  digər  faktorlar  qocalmanın
sürətlənməsində katalizator rolunda çıxış edir.
Qocalmanı  gecikdirən  ikinci  dərəcəli  faktorlar  qəbul  etdiyimiz
qidanın miqdarı və tərkibi ilə bağlıdır. Alimlər müxtəlif qidalarda olan
Nərgiz Əliyeva
202


kalorinin  miqdarının  azaldılması  nəticəsində  ömrün  uzadılmasının
mümkünlüyünü iddia edirlər.
Yaşlanmaqdan qorxan insanlar düzgün həyat tərzi sürsələr və idman
etsələr, bu prosesi xeyli ləngidə bilərlər. Fiziki məşğələlər əzələləri məşq
etdirir və beynə daha çox xeyirli maddələr daxil olur. Müntəzəm idman
etdikdə beyin daha yaxşı işləyir. Musiqi dinləmək, kitab oxumaq, maraqlı
filmlərə baxmaq da qocalıq prosesini ləngidir. Qida rasionuna meyvə və
tərəvəz çox daxil etmək, siqaret çəkmək və başqa zərərli vərdişlərdən
uzaqlaşmaq da orqanizmin cavan qalmasına kömək edir. Təbiətdə çox
olmaq,  təmiz  havada  gəzmək  də  sağlamlıq  üçün  əvəzsizdir.  Bunlarla
yanaşı, hobbi tapmaq da insana psixoloji rahatlıq gətirir. Qocalıqda boş
vaxt çox olur və vaxtı rəsm çəkmək, nəsə yığmaq, müxətlif əl işləri görmək
insana zövq verir və stressdən uzaqlaşdırır. Nəvə və nəticələrlə xoş vaxt
keçirmək də qocalığın arzulandığını hiss etdirir (3). Ümumiyyətlə, 65
yaşdan yuxarı insana düşünən zaman xoşbəxtlik gətirən üç əsas faktor var:
sağlam olmaq, ailən və sevdiklərinlə olmaq, dinc olmaq.
Ədəbiyyat
1. Charles Zastrow – “Introduction to Social Work and
Social Welfare”. 2010
2. http://odepressii.ru Онлайн журнал: “Причины возникновения 
и лечение герантофобии” (19 Mart. 2015-ci il) -
http://odepressii.ru/psihicheskierasstroystva/nevroticheskie/strahi/
prichiny-vozniknoveniya-i-lechenie-gerantofobii.html#i-2
3. http://www.allaboutcounseling.com/library/gerontophobia
Symptoms of Gerontophobia- “Gerontophobia and Gerascophobia 
Definition, Symptoms and Treatment”-
(by JOHNATHAN on DECEMBER 30, 2009)
4. http://news.milli.az/health/290224.html “Gerontofobiya - 
qocalıq qorxusu” (22 Avqust 2014)
203
Gerontofobiya əsas psixoloji problemi kimi


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə