Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə70/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   66   67   68   69   70   71   72   73   74

vermək  üzrə  öhdəliklərin  qanunvericilik  yolu  ilə  təsbit  edilməsinə
yönəldilən tədbirlər kompleksindən ibarətdir (12).
Qanunvericilikdə qeyd edilir ki, həkim-əmək ekspert komissiyasının
rəyinə görə əlilin səhətinin peşə vəzifələrinin yerinə yetirilməsinə mane
olduğu hallar istisna olmaqla əlillik mülahizələrinə görə, əlillin əmək
müqaviləsinə xitam verilməsinə, müdriyyətin təşəbbusu ilə onunişdən azad
edilməsinə, öz razılığı olmadan başqa işə keçməsinə yol verilmir. Əlillərin
işə düzəldilməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və onları işə
götürməkdən boyun qaçıran müəssisələr, idarələr, təşkilatlar mülkiyyət
formasından asılı olmayaraq, Azərbaycan Respublikasının Dövlət Sosial
Müdafiə Fonduna əlilləri işlə təmin etmədikləri aylar üzrə orta aylıq əmək
haqqının  3  misli  məbləğində  vəsait  köçürürlər.  Yaradılmış  və  kvota
müəyyən edilmiş iş yerlərinə əlillərin işə göndərilməsi dövlət əhalinin
məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. (7, s. 40-
44). Lakin reallığa uyğun olaraq, onuda qeyd etməliyik ki, qeyd olunan
kvotaya  riayət  edilməsi  sahəsindəciddi  problemlər  vardır,  bu  sahəyə
məşğulluq xidməti orqanlarının nəzarəti yetərli deyildir. Xüsusən, özəl
müəssisələrdə əlillərin işə götürülməsindən imtina edilir.Buna görə də
dövlət  bu  sahədə  nəzarəti  gücləndirməli,  mövcud  problemləri  aradan
qaldırmalıdır.
Vurğulamaq gərəkdir ki, tibbi-sosial ekspert komissiyaları tərəfindən
əlillik  qruplarının  3  yerə  bölünməsi,  əlillərin  gələcəkdə  işlə  təmin
edilməsinə müəyyən problemlər yaradır və işə götürənlər qrupundan asılı
olmayaraq, əlilləri əmək qabiliyyətsiz hesab edərək işlə təmin etmirlər.
Əlillərin  əmək  qabiliyyətli  olub  olmaması  faizlə  göstərilərək  hansı  iş
imkanlarına  malik  olduğu  rəsmi  sənədlərdə  qeyd  edilərsə,  məşğulluq
sahəsində müəyyən irəliləyişlərə nail olmaq mümkün olar.
Əlillərin sosial müdafiəsini təşkil edən istiqamətlərdən biridə sosial
infrasturuktur  obyektlərinin  əlillərin  və  sağlamlıq  imkanları  məhdud
uşaqların istifadəsi üçün uyğunlaşdırılmasıdır. Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanları, müəssisələri, idarələri və təşkilatları
sosial  infrasturuktur  obyektlərinin,  mənzillərin  əlillərə  və  sağlamlıq
imkanları  məhdud  uşaqlara  müyəssər  olması,  ictimai  nəqliyyatdan  və
nəqliyyat komnikasiyalarından, rabitə və informasiya vasitələrindən sərbəst
istifadə etməsi üçün lazımı şəraiti təmin etməlidirlər.Hazırda 5000-dən çox
əlil vətəndaş mənzillə təmin olunmuşdur və bu, olduqca müsbət haldır.
Lakinburada binaların alternativ yerdə yerləşməməsi, istilik kommunal sis-
teminin  tam  quraşdırılmaması,  kupçalarla  bağlı  müəyyən  problemlər
mövcuddur.Düşünürəm  ki,  əlillərə  mənzillər  uzun  müddət  insanların
yaşadığı binlardan verilsin. Bu zaman əlil vətəndaşlar binada yaşayan digər
195
Əlillərin sosial müdafiəsi və onların fərdi reabilitasiyasının
əsas inkişaf istiqamətləri


qonşularla ünsiyyətdə olacaq, onların cəmiyyətə adaptasiyasındakı mövcud
problemlərdə zamanla aradan qalxacaqdır.
Onuda qeyd edək ki, qanunvericilikdə əlillərin və sağlamlıq imkanları
məh  dud uşaqların pulsuz tibbi müalicədən keçmək hüquqları vardır. Eyni
za manda, müxtəlif səbəblərdən yaranan əlillik müqabilində əlillərin pulsuz
dər man və peraparatarla təmin olunması qeyd olunmuşdur (12). Əmək və
Əha linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, 14 region üzrə
fəa liyyət göstərən bərpa-müalicə müəssisələrində 9 minə yaxın əlil bərpa-
müa licə xidməti ilə təmin olunur. Burada görülən işlər əlillərin rea bi li ta si -
ya sında və onların sosial adaptasiyasında olduqca böyük rola malikdir. 
Qeyd edək ki, bu ilin ilk 3 ayında əlillərin reabilitasiya səviyyəsi 550
nəfər olmuşdur. Təbii ki, ölkəmizin inkişafı ilə əlaqədər olaraq dövlətimiz
yeni  reabilitasiya  müəssisələri  yaradır,  lakin  belə  reabilitasiya
müəssisələrinin sayı yenədə azlıq təşkil edir. Eləcə də uzun müddətdir ki,
fəaliyyət göstərən bəzi reabilitasiya mərkəzlərində mövcud şərait əlilliyi
olan şəxsləri tam təmin etmir.Əlillərə sosial yardım göstərilməsi dövlətin
qarşısında duran əsas istiqamətlərdən biridir. Bu, əsasən pul ödənişləri
(pensiyalar, müavinətlər, birdəfəlik yardımlar) və dava-dərman, texniki və
başqa vasitələr, o cümlədən, arabalar, protez-ortopediyaməmulatı, xüsusi
şriftli mətbuat nəşrləri və s. təşkil edir. “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununda əmək
pensiyalarının  növlərindən  biri  olmaq  etibarı  ilə  əlilliyə  görə  əmək
pensiyaları  nəzərdə  tutulmuşdur.  Azərbaycan  Respublikasının  əmək
pensiyaları haqqında qanunvericiliyində əlilliyə görə əmək pensiyalarının
təyin edilməsi şərtləri müfəssəl şəkildə müəyyən edilmişdir. Belə ki, əmək
pensiyaları haqqında Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək
pensiyası 19 yaşadək əlil olmuş, siğortalanmış şəxsin 1 il müddətində
siğorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş siğortalanmış şəxsə 1 il
siğorta stajı və əlavə olaraqyaşın üstünə gələn hər tam il üçün 4 ay siğorta
stajı olduğu hallarda təyin edilə bilər. Azərbaycan Respublikasında əlilliyə
görə əmək pensiyasının təyini zamanı həm kişilər, həm də qadınlar üçün
eyniyaş  həddi  müəyyən  edilmişdir.  Sosial  müavinətlərin  məbləğinin
artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 29 avqust
2013-cü il tarixli Fərmanı ilə əlillik “ümumi xəstəlik”, “hərbi xidmət
dövründə  xəstələnmə”,  “əmək  zədəsi  və  peşə  xəstəliyi”,  “hərbi
əməliyyatlar  keçirilən  zonada  olmaqla  əlaqədar”,  “Çernobıl  AES-də
qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:
I qrup əlillərə — 67 manat II qrup əlillərə — 50 manat III qrup əlillərə —
43  manat;  əlillik  “Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və
Aygün Abbaszadə
196


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə