Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə65/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

obrazlaşdırıb. Burada T. Cavadov şərti və sxematik təsvirdən qaçmış ,
əşyaların  iş  icrasında  canlı  bədii  obrazını  vermişdir.  Onun  mənzərə
təsvirləri olduqca dolğun, emosional, şən əhval-ruhiyyəli , həyat doludur.
Burada rəssam qalın yaxmalarla formanı əldə etmiş ki, bu da öz növbəsində
tamaşaçıda sanki müvafiq mənzərəni seyr etmiş təəssüratı yaradır.(5,səh30)
Modernist  təsviri  sənətin  təbliği  və  mühafizəsi  iatiqamətində
mədəniyyət müəssisələri sırasında Rüstəm Mustafayev adına Azərbaycan
Milli  İncəsənət  Muzeyi,  Muasir  İncəsənət  Muzeyi,  YARAT  muasir
incəsənət mərkəzinin fəaliyyətini göstərə bilərik . Bakı Muasir İncəsənət
Muzeyi Azərbaycanda ilk modern incəsənət muzeyidir. Muzeyin yaranma
tarixi 2009-cu ilin mart ayına təsadüf edir. Muzey kolleksiyası iki qrupa
bölünür  XX  əsrin  əvvəllərindən  60-cı  illərədək  və  60-cı  illərdən
dövrümüzədək olan modern kolleksiya. Kolleksiyanın ümumi sayı mindən
artıqdır. Əsərlərin hər biri modern sənət nümunəsidir. Onlardan təxmini
səkkiz  yüz  ədədi  rəsm  əsəri,  digər  iki  yüz  əsər  isə  heykəltəraşlıq
nümunələridir.  Muzeydə  saxlanılan  əsərlər  özəlliklə  Azərbaycan
avanqardının  təmsilçiləridir.  Burada  Səttar  Bəhlulzadə,  Böyükağa
Mirzəzadə , Elmira Şahtaxtinskaya , Tahir Salahov , Ömər Eldarov , Nadir
Əbdürrəhmanov, Fazil Nəcəfov, Əli İbadullayev, Fuad Salayev , Fərhad
Xəlilov,  Əşrəf  Murad,  Altay  Sadıqzadə  kimi  muasir  üslubda  çalışan
Azərbaycan rəssam və heykəltəraşlarının əsərləri sərgilənir. Burada dünya
təsviri sənətinin ən tanınmış simaları – Salvador Dali , Pablo Picasso, Mark
Şaqal təmsil olunur. Bakı Muasir İncəsənət Muzeyinin ekspozisiyası rəsm
və heykəl nümunələrindən əlavə müxtəlif metal instalyasiyalar , foto və
video material kimi fərqli əsərlər də sərgiləyir. 
Azərbaycan muasir incəsənətinin inkişafı və onun cəmiyyətdə təbliği
sa  həsində fəaliyyət istiqaməti tutan digər muasir incəsənət məkanı YARAT-
dır. Onun yaradıcısı Aida Mahmudovadır. YARAT 2011-ci ildən fəaliyyətə
baş  lamış, modern Azərbaycan incəsənətinin beynəlxalq səviyyədə təmsil
olun ması, tanıdılması, həmçinin dünya rəngkarlığının modernist şah əsər -
lə rinin ölkədə sərgisini təşkil etməklə, bu sahəyə marağın artırılması is ti -
qa mətində  səylə  çalışır.  YARAT-ın  muasir  Azərbaycan  cəmiyyətində
var lığının əsas məqsədi gənc və istedadlı kadrları YARAT-ın layihələrinə
cəlb etməklə onlarıın professional, abstrakt boya mühitində iştirakını təmin
et mək, muasir incəsənət sahəsində uğurlu karyeralarının qurulmasına təkan
ver məkdir. YARAT eyni zamanda Azərbaycan mühitində modern sənətin
təəs sübkeşi qismində çıxış edərəkdən muasir incəsənət ilə bağlı mü ha zi -
rə lər, seminarlar, habelə master-klasslar təşkil etməklə , xüsusi təhsil proq -
ra mının tətbiqi istiqamətində çalışır (9). Yaradıcılığı modern istiqamətdə
olan yeni rəssamlar nəslinin püxtələşməsində yaxından iştirak edir.
183
Modernizmin Azərbaycan boyakarlığında təzahür formaları


Ədəbiyyat
1. Aydın Əlizadə. “Modernizm, Postmodernizm və
çağdaş Azərbaycan”. Bakı. (Dövlət və din jurnalı №5 (25) – 2011.
2. Cavad Mircavadov 1923-1992. Rəngkarlıq qrafika.
Bakı (Sərvət) – 2013.
3. Kamal Əhməd 1940-1994. Rəngkarlıq qrafika.
Bakı (Sərvət) – 2013.
4. Rasim Babayev (1927-2007). Rəngkarlıq qrafika.
Bakı (Sərvət) – 2013.
5. Tofiq Cavadov (1925-1963). Rəngkarlıq qrafika.
Bakı (Sərvət) – 2013.
6. NUDA VERITAS (sərgi kataloqu).
Bakı Muasir İncəsənət Muzeyi kolleksiyasından.
7. Rasim Əfəndi. “Azərbaycan İncəsənəti”. Bakı. (Şərq-Qərb) – 2007.
8. www.nationalmuseum.az 
9. www.yarat.az 
Rahimə Səfərova
184


UOT-31:314:33
Gülsum MƏMMƏDOVA
Sosial işin texnologiyaları ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
mamedova_gulsum@yahoo.com 
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya
etməsi istiqamətində həll yolları
Solutions directed to the integration of handicap kids to society
Решения для интеграции детей с ограниченными 
возможностями в общество
Abstract: Main help what we can offer to handicap kids is to find in-
novative solutions for their integration to society. They shall benefit from
the freedom, respect, value, opportunities given to them and should find
themselves as compliant citizents. Rights and freedoms of handicap kids
can be limited only by the applicable legislation.
Key words: Handicap kids, Legal, Law, integration
Резюме: Основные направление социальной работы с детми с
ограниченными возможностями заключается в оказании им помощи
в интеграции. Они должны извлечь выгоду из свободы, уважения, цен-
ности, возможности, предоставляемые им и должны чувствовать себя
полноценными гражданами. Права и свободы заключенных могут
быть ограничены лишь в порядке, определенном законодательством.
Ключевые  слова: дети  с  ограниченными  возможностями,
Юриспруденция, право, интеграция
Hazırki məqalə sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə
inteqrasiya  etməsi  istiqamətində  qarşılaşdığı  problemləri,  həmin
problemlərin həll edilməsinin vacibliyini və həll yolu kimi yeni, innovativ
vasitələrin  istifadəetmə  imkanlarını  təhlil  edir.  Cəmiyyətin  və  ölkə
iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək üçün gələcək nəsillərə
yatırım etmək və uşaqların cəmiyyətə lazımlı, iqtisadiyyata töhvə verən,
yeniliklər gətirmək iqtidarında olan gənclərin yetişdirilməsi zamanı əmin
olmaq lazımdır ki, sağlamlıq imkanları məhdud uşaqlar da, bu prosesdən
185
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə