Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə64/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

işarə ” səciyyəsi daşıyır və simvolikdir. Onun yaradıcılığında bu kimi
simvolik obrazlardan biri də aydır. Bəzən ağ, bəzən çəhrayi və çox zaman
da qırmızımtıl boyayla işlənən bu obraz özündə nur, səadət rəmzi daşıyır.
K.Əhməd həyatında baş verən real hadisələrin belə abstrakt təsvirindən
yan keçməmişdir. O, sxematik –sərti üslubda işlədiyi formaları maksimum
dərəcədə sadələşdirmişdir. 
Yaradıcılığında modernist üslubun çoxçalarlığını xüsusilə əks etdirən
rəssam Rasim Babayevdir ki Azərbaycan mifologiyasında dərin kök salmış
mələklər, divlər və digər mifik bədii obrazların müxtəlif emosional xarak-
terinin şərhini vermişdir . Burada divlər heç də qeyri-insani bədheybət və
qaranlıq dünyanın sakini deyil, insan mənəviyyatının təmsilçisidir.(4, səh
60) Rasim Babayev yaradıcılığında optimist düşüncənin təzahürünü mavi
rənglərin  çoxçalarlığında  görmüş  olarıq  bu  kimi  çalarlar  rəssam
yaradıcılığında aydın səmanı təmsil edir , bu da öz növbəsində tablolara
xüsusi saflıq, sevinc, məhəbbət, həyat eşqi, aydınlıq bəxş edir. Rəssamın
modernist axtarışlarında yeni ifadə vasitələri özünün poetikliyi, milliliyi,
əfsanəviliyi ilə diqqəti cəlb edir. Mifologiyaya dərin bağlılığı məhz bu jan-
rda onun daha zəngin və çoxcəhətli mifik obrazlarının yaranmasına səbəb
olmuşdur. O dəfələrlə milli nağıllarımıza illüstrasiyalar işləmiş, bu illüs-
trasiyalar  sırasında  M.Ə.Sabirin  “Hophopnamə”si,  Cırtdan  nağılı,
Füzulinin “ Meyvələrin bəhsi ” də vardır. Rasim Babayev yaradıcılığına
dahi  rəssam  B.  Mirzəzadənin  müəllim  kimi  böyük  təsiri  olmuşdur.(4,
səh14) Rəssam həmçinin dövrünün modernist düşüncəli həmkarları ilə
daim yaradıcılıq müzakirələrində yaxından iştirak etmiş , fikir mübadiləsi
aparmışlar.  Rəssam  yaradıcılığının  bütün  texnikalarında  öz  istedadını
sınamış və bu onda özünü doğrultmuşdur. R. Babayev yaradıcılığında oxra
və torpaq rənglərin üstünlüyünü sezmiş olarıq.(4,səh25) Bu onun “Adəm
və Həvva”, “Səma”, “Xəyalpərəst div ”, “Hücum” və bir çox əsərlərdə də
qabarıq  şəkildə  özünü  biruzə  verir.  Rəssamın  “Azərbaycan  nağılları”
silsiləsi xüsusilə maraq doğuran kompazisiyalardandır. Burada çoxsaylı
nağıl qəhrəmanlarının obrazını görmüş olarıq. Bu obrazlar bədii dilin re-
alistik üslubundan kənar , mifə xas tərzdə avanqardsayağı işlənilmişdir.
Sənətşünas Gülrəna Qacarın təbirincə desək , Rasim Babayev Azərbaycan
incəsənətinin avanqard dilini formalaşdırmışdır.(4, 46) Rəssamın əsərləri
hazırda Azərbaycan Milli İncəsənət Muzeyində , Tratyakov qalereyasında
və həmçinin Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır. Azərbaycan
Milli İncəsənət Muzeyində onun yaradıcılığının şah əsərləri olan “Püstə
ağacı ” (kətan, yağlı boya), “Sahil” (orqalit, yağlı boya), “Torpaq”(kətan
yağlı boya), “Səma” ( kətan, yağlı boya) əsərləri nümayiş etdirilir. 
Tofiq Cavadov yaradıcılığında isə avanqardizmə meyl hiss olunacaq
181
Modernizmin Azərbaycan boyakarlığında təzahür formaları


dərəcədədir. O daha çox kubizm və fovizm istiqamətində rəsmlər ərsəyə
gətirmişdir. Bakıda ilk fərdi sərgisi isə 1963-cü ildə keçirilmişdir. Baxma-
yaraq ki , o incəsənətdə digər rəssamlar qədər təqibə məruz qalmamışdır.
Fırça sənətinin ilkin illərində realizmə meyl güclü olsa da , sonrakı illərdə
daha  çox  modernist  üsluba  istiqamət  almışdır.  Bu  cəhətdən  onun
yaradıcılığına qardaşı Cavad Mircavadovun böyük təsiri olmuşdur . T.
Cavadov sənətində çoxsaylı mənzərələr üstünlük təşkil etsə də , onun
yaradıcılığında və xüsusilə portretlərində bir qədər sərt üslub hiss olunur.
Belə ki, neft mədənlərində çalışan fəhlələrin , zavod işçilərinin zəhmətkeş
obrazı  dəqiq  konturlarla  ,  realistik  üslubda  ,  sərt  cizgilərlə  təsvir
olunmuşdur.  Onun  yaradıcılığında  fəhlələr  portreti  ,  zavod  ,  sənaye
mənzərəsi ayrıca bir silsilə təşkil edir. İşdən geri dönən fəhlələrin siması
libasları ilə vəhdətdə obrazın tamlığı, eyni zamanda uzaq perspektivdə
çoxsaylı neft mədənlərinin obrazlaşdırılmış təsviri zavod- fəhlə həyatının
təmsilçisidir. T. Cavadov yaradıcılığında bu tip kompozisiyalar əsas etibarı
ilə  üfüqi  perspektivdə  əks  edilmişdir.  Çoxsaylı  çənlər,  neft  daşıyan
tankerlər  və  mədənlər  ,  çoxsaylı  fəhlə  obrazları  mədən  həyatının
obrazlaşdırılmış mənzərəsini gözlərimiz önündə canlandırır. Burada əsas
diqqəti cəlb edən sənaye elementlərinin kubistik təsviridir. Tofiq Cavadov
yaradıcılığında avtoportretlər silsiləsi daha üstün mövqe tutur. Burada da
rəssam  digər  portretlərində  olduğu  kimi  insan  annotomik  cizgilərnin
həndəsi həllinə yer vermişdir. Lakin bu tip təsvir digər Azərbaycan mod-
ernist rəssamlarının yaradıcılığında olduğu kimi mücərrəd səciyyə daşımır,
ustalıqla  realistik  formaya  uyğunlaşdırılıb.  Tofiq  Cavadov  çoxsaylı
natürmortları ilə tamaşaçı diqqətini cəlb edə bilmişdir. Bu natürmortlar əsas
etibarı  ilə  60-cı  illərin  məhsuludur.  Və  onlara  geniş  rəng  çalarları,
ornamentallıq,  dinamika  xasdır.  Bu  kimi  natürmortlara  misal  olaraq
“Şamamalarla  natürmort”  ,  “Balqabaqlar”,  “Armudlarla  natürmort”,
“Həvəngdəstə  ilə  natürmort”u  göstərmək  olar.  Rəssam  bu  kimi
kompozisiyalarında həndəsi formanın dəqiqliyini asanlıqla obraz üzərinə
köçürmüşdür.  Təsvir  obyekti  daim  hərəkətdə  olan  alleqorik  obraza
çevrilmişdir.  “  Həvəngdəstə  ilə  natürmort  ”  digər  natürmortlarla
müqayisədə şaquli perspektivə malikdir, lakin buna baxmayaraq həmin
kompozisiyada digərləri ilə müqayisədə daha çox təsvir obyekti mövcuddu
və bunlar əsas etibarı ilə mürəkkəb konstruktiv quruluşa malikdir. Tofiq
Cavadov  yaradıcılığının  şah  əsəri  hesab  olunan  “Lalələr  ”  (1957)
kompozisiyası sanki bayram əhval-ruhiyyəsi aşılanmış çiçək xəzinəsini
xatırladır və burada çiçəklərin canlı təsviri sanki tamaşaçıda təsvirin ətrini
hiss edirmiş kimi xoş təəssürat yaradır. “Dəmir qablarla natürmort” (1961)
kompazisiyasında o , əmək alətləri fonunda fırça və digər rəssam alətlərini
Rahimə Səfərova
182


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə