Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə63/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   59   60   61   62   63   64   65   66   ...   74

cəlb etmişdir məhz bu səbəbdən də əsərləri layiqincə qiymətlən dirilməmiş -
dir. Onun yaradıcılığında klassik rəngkarlığa məxsus lokaniklik, bütövlük,
primitiv  baxış  bucağı  yoxdur. Tamaşaçıda  ilk  baxışda  dolaşıq  rənglər
qarışıqlığını  xatırladan  mürəkkəb  obrazlar,  mürəkkəb  rənglər
kompozisiyasında dərin fəlsəfi, mücərrəd, simvolik məna daşıyır. Rəssamın
yaradıcılığı  ümumbəşəri  ideyalara  xidmət  edir,  o,  insan  nanəcibliyi-
hiyləgərlik,  qəddarlıq,  doymazlıq,  iradəsizlik  kimi  keyfiyyətləri
özünəməxsus tərzdə bədii obrazlarla immitasiya edib.Rəssam rəssamlıqda
dərin  iz  salmış  ənənələri  qəbul  etmir,  hətta  onlara  qarşı  çıxırdı.Onun
tabloları özünün al-əlvanlığı, dekorativliyi, həyatiliyi və digər bədii ifadə
vasitələrinin zənginliyi ilə seçilir. Rəssamın tablolarında assimetrik cizgilər
bədii obraza emosionallıq , sərtlik, eybəcərlik verməklə yanaşı onları real
mənəvi təlatümlərin simvolikasına çevirmişdir. Mircavadov yaradıcılığını
ilk baxışdan anlamaq, dərk etmək mümkünsüzdür. Belə ki o, bədii ifadə
vasitəsi kimi bəzən rənglərin sərt effektindən, bəzən isə qalın və incə
xətlərin  mürəkkəb  konstruktiv  həllindən  yaralanaraq  mürəkkəb
kompazisiyalarını ərsəyə gətirmişdir (2, səh. 20). Mircavadov yara dıcı -
lığın da  mədəni  irsə  müraciət  elementləri  diqqəti  cəlb  edən  əsas
məqamlardandır.  Yüzilliklər  yaşı  olan  Azərbaycan  xalça  sənəti
ornamentlərin bəhrələnən rəssam əsərlərinə yeni ruh,bədiilik, ənənəvilik,
millilik qatmışdır. Buna misal olaraq “Yüzilliklərin himni” silsiləsindən
olan rəsmləri göstərmək olar. Eyni zamanda milli musiqi alətlərimizi də
rəssamın təsvir obyektləri sırasında görmüş olarıq. Rəssam bəşəri dəyərlərə
meyl etdiyi qədər, milli dəyərlərə də sadiq qalmışdır. Yaradıcılığı tarixin
ən qarmaqarışıq, siyasi, iqtisadi çətinliklərlə xarakterizə olunan dövrünə
təsadüf etmiş, sözsüz ki Mircavadov yaradıcılığına bütün bunlar təsirsiz
ötüşməmişdir.  O  dövrün  ağrı-acılı,  nisgil  dolu  anları,  yaradıcılığına
birmənalı şəkildə qiymət verilməməsi rəssam mənəviyyatını sarsıldan ən
faciəli durum idi. Cavad Mircavadov istedadını tək fırça sənətində deyil,
heykəltəraşlıqda da sınamış və bir çox abstrakt relyefli kompozisiyalar
ərsəyə gətirmişdir (2, səh. 20). Rəsamın ilk fərdi sərgisi 1987-ci ildə Vəcihə
Səmədova adına Rəssamlıq İttifaqının sərgi salonunda təşkil edilmişdir.
Eyni  zamanda  həmin  ilin  dekabr  ayında  Moskva  şəhərinin  Mərkəzi
Yazıçılar Evində rəssamın növbəti sərgisi açılmışdır. Cavad Mircavadov
yaradıcılığının  təbliği  istiqamətində  Respublika  səviyyəsin  tədbirlər
görülmüş, rəssamın fərdi yaradıcılıq sərgiləri təşkil olunmuş, haqqında
sənədli film çəkilmişdir. Filmin ssenari müəllifi yazıçı Anardır. C.Mir-
cavadova 1988-ci ildə Əməkdar İncəsənət xadimi adı verilmişdir. Rəssamın
90  illik  yubileyi  2012-ci  ilin  may  ayında Azərbaycan  Milli  İncəsənət
Muzeyinin ekspozisiya zalında işıqlandırılmışdır. Sərgidə rəssamın onlarla
179
Modernizmin Azərbaycan boyakarlığında təzahür formaları


əsəri  –  “Öküzün  nallanması”  ,  “Nuhun  gəmisi”,  “Analıq”,  “Qadın
balqabaqla” nümayiş olunmuş, həyat və yaradıcılığını əks etdirən foto və
videolent  nümayiş  olunmuşdur.  Mircavadov  Azərbaycan  avanqard
rəngkarlığının ən tanınmış simalarındandır və onun dünyaca məşhur “Som-
nambula” (1986) kompazisiyası dahi yazıçı Q.Q.Markesin kolleksiya sın -
da dır. Bundan əlavə modern fırça ustasının daha bir neçə dəyərli əsərləri
məşhur sənət tarixçiləri və yazıçılarının şəxsi kolleksiyaları sırasına daxil
edilmişdir. Mircavadovun yaradıcılığı Londonda II Beynəlxalq “Buta ”
Azərbaycan İncəsənəti Festivalı çərçivəsində sərgilənmiş, onun “Tanrı
anası” (1987), “Məkkəyə səyahət” (“Şərq miniatürlərinə improvizasiya”
silsiləsindən) əsərləri dünyaca məşhur Sotheby`s auksionunda hərraca
çıxarılmışdır. 
Təhsilini Azərbaycan Rəssamlıq məktəbində almış və yaradıcılıq yol-
unu  məhz  avanqard  incəsənəti  istiqamətində  tutmuş  digər  fırça  ustası
Kamal Əhməd isə Bakıda ilk fərdi sərgisini 1987-ci ildə keçirilmişdir.Lakin
bu dövrə qədər digər avanqard , modernist cərəyanın nümayəndələri kimi
K.Əhməd də özünün yaradıcılıq sərgisini həyata keçirmək imkanından
məhrum  edilmişdir.  Səbəb  isə  əsərlərində  sovet  realizminin  bərqərar
tapmaması, özünəməxsus yaradıcılıq istiqaməti seçməsi idi.Yalnız 80-ci
illərin sonunda K.Əhməd repertuarına maraq genişlənmiş, 1969-cu ildə
Moskvada keçirilən Ümumi Bədii Sərgidə iştirak etmiş,1988-ci ildə isə
məşhur “Abşeron qadınları” rəsminə görə Moskvadakı Beynəlxalq Bədii
Sərginin diplomuna laiq görülmüşdür. “Salvador Daliyə ithaf” əsərinə görə
isə  rəssamı  Qram-Pri  mükafatına  laiq  görmüşlər.  Kamal  Əhməd
yaradıcılığı İtaliyanın Vareza şəhərində təşkil olunmuş qrup sərgisində
(1989-cu il) də təmsil olunmuşdur. K.Əhməd yaradıcılıq kolleksiyasında
çoxsaylı natürmortlar, Abşeron silsiləsi, Goradil,şanapipik kompozisiyaları
üstünlük  təşkil  edir.  Onun  yaradıcılığında  natürmortları  özünün
təkrarolunmazlığı və unikallığı ilə seçilir. Bu original tablolarda rəssam
natürmort üçün etalon qəbul olunan meyvə və saxsı təsvirindən deyil ,
qeyri-adi məişət əşyaları və əkinçilikdə istifadə olunan əmək alətlərinin
sarımtıl fonda təsvirinə yer vermişdir . Buna misal olaraq 1987-ci ildə yağlı
boya texnikası ilə işlədiyi oraqla natürmort və 1984-cü ildə ərsəyə gətirdiyi
“Araqçınla natürmort ” kompazisiyasını göstərmək olar. Burada rəssam
araqçının təsvirində həndəsi formanın təkrarolunmazlığından yararlanaraq
onu çaynik və armudu stəkan fonunda sxematik təsvir etmişdir. Çoxsaylı
kompazisiyalarında olduğu kimi burada da sarı-qırmızımtıl, qara rənglərin
çalarları üstünlük təşkil edir. Araqçın dəqiq ölçülərə əsaslanan həndəsi
formanı  canlandırır  və  üzərində  dekor  elementi  kimi  butadan  istifadə
olunmuşdur. K.Əhməd fırçasının bədiiləşdirdiyi obrazların bir çoxu “şərti
Rahimə Səfərova
180


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə