Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə62/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

персональная выставка авангардного стиля, мифологический персо-
наж. 
Modernizm XIX əsrin 80 –ci illərindən etibarən meydana gəlmiş
çağdaş anlamını ifadə edən cərəyandır. Rəssamlıqda modernizmin ilkin
əlamətləri rəssamların dünyanı gördükləri kimi ifadə etməkdən imtina
etməsi ilə xarakterizə olunmuşdur, yəni bu bir növ ənənəvi baxışlardan
imtina,  hadisə  və  proseslərə  yeni  və  fərqli  düşüncə  tərzi  ilə
yanaşmadır.Modern dünyagörüşlü insan zaman-zaman formalaşmış ənənə
ilə deyil, rasional, demokratik düşüncə ilə yeniləşən və dəyişən dünyaya
uyğunlaşmağı bacarır.Modernizm incəsənətdə realizmə sərt qarşılıq kimi
qəbul olunur və burada akademizmdən uzaqlaşma , sərbəst yaradıcılıq us-
lubu özünü aydın şəkildə göstərir. Modernizm özlüyündə geniş modern
düşüncə  tərzini  ifadə  etdiyindən  adı  çəkilən  cərəyanın  müxtəlif
istiqamətləri mövcuddur. Bu istiqamətlər istər ideya və məzmun etibarı ilə,
istərsə də üslub və xronoloji tarixi dövrünə görə bir – birindən fərqlənir.
Modernizmi labüd edən məfhum modern dövrdür, o dövr ki, dünyəvilik,
sənayeləşmə,  texnogen  sivilizasiya  ilə  xarakterizi  olunur.  Modern
incəsənətin formalaşmasında modernist fəlsəfənin rolu böyük olmuşdur .
Bu  cərəyanın  ən  məşhur  nümayəndələri  İ.Kant,  F.Nitsşe,  N.Vaqner,
O.Uayld, A.Şopenhauerdir. Adlarını qeyd etdiyimiz alimlər hər bir şeyin
çərçivəyə salınması və anlaşılmasına qarşı çıxmışlar. Onlar qeyd edirdilər
ki incəsənət yalnız incəsənət üçün olmalı, heç bir ideoloji fikrə qulluq
etməməlidir. Azərbaycanda modern düşüncənin baniləri dramaturgiyanın
banisi, materialist dünyagörüşlü M.F.Axundzadə, milli mətbuatın yaradıcısı
H.Zərdabi, Mollanəsrəddin ədəbi məktəbinin banisi, satirik yumorun ustası
Cəlil Məmmədquluzadə, teatrın inkişafında əvəzsiz xidməti olan Cəfər
Cabbarlı  və  başqalarıdır.Əgər  Avropa  dünyagörüşündə  modernləşmə
dəyişmə  ilə  yenilənməyə  yönəlmiş  anlayış  kimi  qəbul  olunurdusa
Azərbaycan  dünyagörüşündə  bu Avropa  dəyərlərinə  yiyələnmək  kimi
anlaşılırdı (1). 
Azərbaycan modern təsviri sənətinin inkişaf tarixi öz başlanğıcını
Avropa ənənələrindən almış və bu ənənələr öz növbəsində XX əsrin birinci
yarısı  Azərbaycanda  modern  rəssamlar  qrupunun  yaranmasına  təkan
vermişdir.  Avropa  modernist  rəssamlarının  sənətindən  ilhamlanaraq
həqiqətin qeyri-akademik, simvolik elementlərlə təsviri metodu Azər bay -
canda modern təsviri sənətin və xüsusilə boyakarlığın əsasını qoydu. Bu
proses 1920-ci ildə Bakıda Rəssamlıq Məktəbinin açılması ilə daha da
sürətləndi və ixtisaslı, professional rəssamlar sinfinin yaranmasına gətirib
çıxardı. 
Rahimə Səfərova
176


Peşəkar Azərbaycan rəssamlığının ilk addımları Dövlət Rəssamlıq
Məktəbinin məzunlarının adı ilə bağlı olmuşdur. Dərs ilinin sonunda yekun
olaraq Rəssamlıq Məktəbinin tələbələrinin hesabat sərgiləri düzəldilir və
bu sərgilərdə kompazisiyalar, etüdlər göstərilirdi. 
1928-ci  ildə  məktəbin  yetirmələri Azərbaycan  Gənc  Rəssamlar
Cəmiyyətini formalaşdıraraq Azərbaycan ictimai həyatını işıqlandıran sərgi
ilə çıxış etmişlər. eksponatlar mövzu baxımından aktual olmaqla yanaşı
canlı  müşahidələrə  əsaslanan  təsvirlər  idi.  Ə.Rzaquliyev,  İ.Axundov,
H.Mustafayev kimi rəssamlar respublikanın müxtəlif regionlarında şəxsi
müşahidələrinə əsaslanan məişət səhnələrini canlandırmışlar. 
1929-cu  ildə  İnqilabi  Təsviri  İncəsənət  İşçilərinin  Azərbaycan
Cəmiyyəti yaradıldı. Rəssamlar öz yaradıcılıq axtarışlarını yeni insan , yeni
mədəniyyət  uğrunda  gedən  ideoloji  mübarizə  məqsədləri  ilə
əlaqələndirməyə  çalışırdılar.  Dövrün  tələbini  nəzərə  alsaq  mövcud
cəmiyyətin  əsas  fəaliyyət  istiqamətinin  sosialist  mədəniyyəti  kütlə
içərisində təbliğ etməkdən ibarət olduğunu görərik. Həmin dövr üçün gənc
rəssamları milli rəngarənglik  özünəməxsusluq kimi mühüm rəngkarlıq
problemləri düşündürürdü. 
Avropa boyakarlığının klassik ənənələrini Azərbaycan rəngkarlığına
gətirərək, eyni zamanda yeni bədii təfəkkürə meylin əsasını qoyan Səttar
Bəhlulzadə, Mikayıl Abdullayev, Qəzənfər Xalıqov, Ələkbər Rzaquliyev,
Böyükağa Mirzəzadə rəngkarlıqda yeni bədii forma axtarışında olan gənc
nəsil  rəssam  yaradıcılığı  üçün  özül  rolunu  oynadı.Bakı  Rəssamlıq
məktəbinin yetişdirmələri böyük ruh yüksəkliyi ilə sərbəst yaradıcılıq
fəaliyyətinə başladı (8). Bu da öz növbəsində Azərbaycan modern təsviri
sənəti tarixində Abşeron məktəbi formalaşdırdı. Rəssamların böyük bir
qismi bu ərazidə yaşamış, oranın iqlimi, məişət həyatı, sosial-iqtisadi
vəziyyəti  ilə  yaxından  tanış  olmuş  şəxslər  idi.  Onlar  məhz  yara -
dıcılıqlarında da Abşeronun əsrarəngiz təbiətini, bağları, kənd həyatını,
yerli  əhalinin  əsas  məşğuliyyət  sahələrini  əks  etdirmişlər.  Abşeron
məktəbinin bir qrup rəssamları isə ümümiyyətlə, ümumbəşəri mövzulara
daha çox meyl etmişlər. Rəssamlıq Məktəbinin sonrakı fəaliyyəti növbəti
mərhələdə yaradıcılıq üslubu ilə təsviri sənətdə son dərəcə fərqlənən avan-
qardist rəssamlar yetişdirdi. Onların peşəkar yaradıcılığı Azərbaycan təsviri
sənətində klassik Şərq ənənələrindən uzaq ( bəzən isə o ənənələrə yenidən
dönüş. Cavad Mircavadov “Şərq miniatürlərinin improvizasiyası”. 1986)
qeyri-ənənəvi cığır açdı ki, bu modernist üslubu yaratdı. Tamamilə yeni
məzmun və ifadə prinsipləri, qeyri-adi plastik forma XX əsr Azərbaycan
modernistlərinin yaradıcılıq xüsusiyyətləri idi. Onlar muasir incəsənətin
yeni  nümayəndələri  hesab  olunur.  Belə  ki  Respublikamızda  və  ölkə
177
Modernizmin Azərbaycan boyakarlığında təzahür formaları


hüdudlarından kənarda dəfələrlə yaradıcılıq sərgiləri təşkil olunmuş yeni
ruhlu rəssamlara o dövr üçün təqiblər də amansız idi. Sovet ideologiyasına
uyğun gəlməyən-sovet realizmini əks etdirməyən təsvirlər bir qayda olaraq
məhv edilir, yaxud da sərgi kolleksiyalarından kənarlaşdırılırdı. Bu kimi
təqiblər və yersiz müdaxilələr azad ruhlu, prinsipial , sənətinə düşkün
yaradıcı insanlar üçün psixoloji travma demək idi. Əlbəttə ki, sosial, siyasi,
iqtisadi qadağalarla daha çox xarakterizə olunan cəmiyyətin tənqidi təsviri
rəssam yaradıcılığına siraət etməyə bilməzdi . Rəssamlar bəzən mücərrəd,
bəzənsə  məhz  realistik  varlıqlar  və  zəngin  rəng  çalarları  ilə  mövcud
cəmiyyətin  görünən  və  görünməyən  nöqsanlarını,  eybəcərliklərini
peşəkarlıqla fırçaya almaqdan çəkinməmişlər. 
Tarixən insanlar həqiqətin əsl mahiyyətini gücləndirmək məqsədilə
onu daim çılpaq , saf , libassız təsvir etməyə can atmışlar. Çılpaqlıq dərin,
gizli mənaya malik olmaqla yanaşı paklıq, həqiqət və intibah rəmzi kimi
qəbul olunmuşdur (7). Rəssamlıqda bu cür təsvir çılpaq natura adlanır.
Azərbaycan rəngkarlığında çılpaq natura elementlərinə Altay Sadıxzadə,
Eldar Qurbanov, Mirnadir Zeynalov, Hüseyn Haqverdi, Cavad Mircavadov,
Əşrəf Murad, Kamal Əhməd kimi rəssamların yaradıcılığında rast gələ
bilərik.  Lakin Azərbaycan  boyakarlığının  ilkin  mərhələsində  belə  bir
obrazın mövcudluğu yox dərəcəsindədir. Səbəb kimi Azərbaycan təsviri
sənətinin öncə patriarxal Şərq ənənələri, sonra isə Sovet senzurası ilə
çərçivələnməsini göstərə bilərik. Sovet dövründə çılpaq insan bədənini
təsvir  edən  rəssam  ideologiyaya  əks  mövqedə  duran  antisovet  obrazı
yaradırdı. O dövrdə nəinki çılpaq natura, ümumiyyətlə modernistik üslub
dissident, qeyri-rəsmi sənət kimi qəbul olunurdu. Çılpaq obraz cəmiyyətdə
qadağalar, tabular vasitəsi ilə rüsvayçı obraz qəbul olunsa da tarixən şairlər,
yazıçılar tərəfindən geniş istifadə olunan gerçəklik, həqiqət, ədalət rəmzi
idi (7).
XX əsr Azərbaycan təsviri sənətində sovet totalitarizmi modernist
rəssamların bu obraza müraciətini müəyyən şərtlər çərçivəsinə salmışdır.
Yaradıcılığı məhz bu dövrə təsadüf edən XX əsrin fərqli yaradıcılıq üs-
lubuna malik , modern düşüncəli fırça ustalarından biri də məhz Cavad
Mircavadovdur. Cavad Mircavadov 1923-cü ildə Bakıda andan olmuş
Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir. Avropa, Asiya, Afrifa
xalqlarının ən öncül sənət nümunələri ilə yaxından tanış olmuş, öz dəsti-
xəttini məşhur əsərlərin akademizmdən uzaq interpretasiyası üzərində
qurmuşdur. Onun yaradıcılığına P.Picasso, P.Sezanın təsiri daha böyük
olmuşdur. Rəssamlar İttifaqına öncə üzv, daha sonra idarə heyətinə üzv
seçilmişdir. C.Mircavadov istər düşüncə tərzi, istərsə də yaradıcılığı ilə
kütləyə əks gedən ziyalı olmuş, sovet ideologiyasına itaətsizliyi ilə diqqəti
Rahimə Səfərova
178


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə