Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   39   40   41   42   43   44   45   46   47

– Mən buna ürəkdən şad olardım. Ancaq nə etmək olar – başıma belə bir iş 
gəlib. Bəlkə özün aparasan, Samansur? 
– Yox, belə şey yaxşı düşməz.  
 
Atam bir şey bilməsəydi, bu vəsiyyəti eləməzdi. O sizə inanırdı, mən niyə 
inanmayım? Raykomda deyərsiniz ki, mənim atam Çoro Sayakov belə vəsiyyət  
 
eləyib. 
Sübh tezdən, dan yeri təzəcə söküləndə Tanabay yola düşdü. Gülsarı, adlı-
sanlı Gülsarı, bərkdə də, boşda da əvəzi olmayan Gülsarı onu rayon  
 
yoluna çıxartdı. Bu gün Tanabay mərhum dostu kommunist Çoro Sayakovun son 
xahişini yerinə yetirməyə gedirdi. 
Qarşı tərəfdə, yerin dibsiz  
 
ənginliklərində dan yeri təzəcə ağarırdı. Dan yeri ağardıqca üfüqlərdə bir 
yeni şəfəq doğulurdu. Üfüq yavaş-yavaş alışmağa başlayırdı... 
Gülsarı o  
 
şəfəqə doğru çapırdı, boz göylərin ətəyində parıldayan yeganə ulduza doğru 
çapırdı. Boş, kimsəsiz yollarda Gülsarı at yerişinin ən gözəl nümunəsini  
 
nümayiş etdirir, bir musiqi ahəngi ilə yollarda iz buraxıb gedirdi. Tanabay 
Gülsarının belində çoxdan çapmamışdı və atın yerişində köhnə ritmi  
 
duyduqca sevinirdi. Külək atın yalını sığallayırdı, Tanabayın üzünə vururdu. 
Hələ Gülsarı gücünü itirməmişdi, hələ o çox qaçacaqdı. 
Tanabay yolboyu  
 
götür-qoy eləyirdi: niyə Çoro bu işi məhz ona tapşırmışdı, niyə öz partiya 
biletini raykoma aparmağı o, partiyadan çıxarılmış bir adama həvalə  
 
eləmişdi? Bəlkə məqsədi Tanabayı yoxlamaq idi? Bəlkə bununla Çoro Tanabayın 
partiyadan çıxarılmasının əleyhinə olduğunu bildirmək istəmişdi? Təəssüf  
 
ki, gec idi. Bundan sonra Çoronun məqsədini heç kəs bilməyəcəkdi. Daha Çoro 
heç vaxt danışmayacaqdı. “Heç vaxt!” – dünyada bundan dəhşətli söz  
 
varmı? 
Yenə fikir-xəyalət Tanabayın beyninə doldu. Unutmaq istədiyi şeylər yenidən 
yadına düşdü. Yox, hələ heç nə qurtarmamışdı. Özü olmasa da,  
 
Çoronun son arzusu, son niyyəti yaşayırdı. Hələ onlar həmişəlik 
ayrılmamışdılar. Tanabay Çoronun partbileti ilə raykoma gedəcəkdi, onun 
haqqında hər  
 
şeyi olduğu kimi danışacaqdı. Tanabay öz barəsində də danışacaqdı, çünki 
onların hər ikisi bir əlin barmağı idilər. 
Qoy bilsinlər, bilsinlər ki, onlar  
 
cavanlıqda necə olublar, necə yaşayıblar, necə mübarizə aparıblar. Bəlkə onda 
Tanabayı da başa düşəydilər. Biləydilər ki, onu Çorodan ayırmaqda səhv  
 
eləyiblər. Çoro yaşasa da, yaşamasa da onlar bir olmalıdırlar. Bircə Tanabaya 
qulaq asaydılar; o, ürəyinin sözünü axıracan deyə biləydi! 
Tanabay  
 


raykom katibinin kabinetinə necə daxil olacağını təsəvvür eləyirdi. O, 
Çoronun partbiletini stolun üstünə necə qoyacaqdı, raykom katibi ilə necə  
 
söhbətə başlayacaqdı. O öz günahını boynuna alacaqdı, üzr istəyəcəkdi, xahiş 
eləyəcəkdi onu partiyaya qaytarsınlar, çünki bunsuz yaşamaq mümkün  
 
deyildi. 
Hərdən Tanabayın qulağına qorxunc səslər gəlirdi: “Partiyadan çıxarıldığın 
bir halda sənin partiya sənədi gətirməyə nə ixtiyarın var?  
 
Kommunistin partiya biletinə sən gərək əl vurmayaydın, sən gərək bu işi 
boynuna çəkməyəydin. Bu işi görməyə sənsiz də bir adam tapılardı”. Ancaq bu  
 
qorxunc səsi Tanabay beynindən qovmağa çalışırdı. Axı onun heç bir təqsiri 
yox idi. O, Çoronun son arzusunu yerinə yetirməyə gedirdi. Çoro hamının  
 
qabağında belə vəsiyyət eləmişdi və əgər lazım olsaydı, bunu onun oğlu 
Samansur təsdiqləyə bilərdi. Buna baxmayaraq, Tanabay yenə də narahat idi.  
 
Başqa qorxunc bir sual onun qulağında səslənirdi: “Tutalım, ölüm ayağında 
insan sayıqlayıb, nə dediyini bilməyib, bəs sən? Ağlın başında ola-ola sən  
 
niyə bu işi boynuna götürmüsən?” Onda Tanabay nə cavab verəcəkdi? 
Gülsarı isə donmuş torpağın üstündə çapdıqca çapır, çölü arxada qoyub 
Aleksandrov  
 
yoxuşuna yaxınlaşırdı. O, Tanabayı mənzil başına çox tez çatdırmışdı. Düzləri 
nə vaxt arxada qoyduğunu Tanabay hiss etməmişdi. 
O gəlib rayon mərkəzinə  
 
yetişəndə müəssisələrdə iş təzəcə başlayırdı. Heç yerdə dayanmadan Tanabay 
birbaş raykoma gəldi, həyətdə atı bağlayıb, üst-başının tozunu sildi,  
 
həyəcanla, ürək döyüntüsü ilə yuxarı qalxdı. Görəsən, onu necə 
qarşılayacaqdılar? Nə deyəcəkdilər? Dəhlizlər bomboş idi, çünki kənd adamı 
hələ gəlib  
 
çıxmamışdı. 
O, Kaşkatayevin qəbul otağına girib katibəyə salam verdi. Katibə onun 
salamını aldı. Tanabay soruşdu: 
– Yoldaş Kaşkatayev yerindədir? 
Katibə: 
– Bəli, – dedi. 
– Mən onun yanına gəlmişəm. “Ağ qaya” kolxozunun çobanıyam. Soyadım 
Bakasovdur. 
Katibə gülümsədi: 
– Mən ki sizi tanıyıram. 
–  
 
Katibə deyin ki, bizim partorq Çoro Sayakov vəfat eləyib, ölməmişdən tapşırıb 
ki, mən onun partiya biletini raykoma gətirim. Bileti gətirmişəm. 
–  
 
Yaxşı. Bir dəqiqə gözləyin. 
Katibə kabinetdə çox dayanmadı, ancaq bu az vaxtda Tanabay, bircə Allah bilir 
ki, nə qədər həyəcan keçirdi. 
Katibə  


 
kabinetin qapılarını bərk-bərk örtüb bayıra çıxdı. 
– Kaşkatayev yoldaş məşğuldur, – dedi. – Xahiş eləyir ki, Sayakovun biletini 
qeydəalınma sektoruna  
 
verəsiniz. Qeydəalınma sektoru orda, dəhlizin sağ tərəfindədir. 
“Qeydəalınma sektoru... dəhlizin sağ tərəfində”. Bu nə demək idi? Xeyli vaxt 
Tanabay  
 
mat-məəttəl dayanıb qaldı. Sonra hər şeyi birdən-birə dərk eləyib, büsbütün 
ruhdan düşdü. Heç belə şey olarmı? Belə asan, belə adi... Bəs Tanabay  
 
nəyə ümid bəsləmişdi? 
– Mənim katibə sözüm var. Xahiş eləyirəm, ona çatdırın. Çox vacib sözüm var. 
Katibə könülsüz halda kabinetə girdi və yenə oradan  
 
eyni cavab gətirdi: “Məşğuldur”. Sonra, deyəsən, katibənin Tanabaya rəhmi 
gəldi. 
– Sizin ki məsələniz həll olunub, – dedi və lap yavaşdan əlavə elədi:  
 
– O sizi qəbul eləməyəcək. Gözləməyin mənası yoxdur. 
Tanabay dəhlizə çıxıb, sağ tərəfdəki yazını oxudu: “Qeydəalınma sektoru”. 
Qapıda xırdaca pəncərə  
 
vardı. Döydü. Pəncərəni açdılar. 
– Nə lazımdır? 
– Sizə təhvil vermək üçün bilet gətirmişəm. Bizim partorq Çoro Sayakov vəfat 
eləyib. “Ağ qaya”  
 
kolxozundan. 
Tanabay əlini qoynuna soxub, Caydarın tikdiyi meşin kisəciyin ağzını açdı. 
Bir vaxt öz partbiletini gəzdirdiyi kisəcikdən indi Çoronun  
 
partiya biletini çıxartdı. Bileti içəri uzatdı: “Əlvida, Çoro!” 
İçəridə partbiletin nömrəsini, Çoronun adını, soyadını, atasının adını bir 
kağıza  
 
köçürdülər. Sonra qol çəkmək üçün kağızı Tanabaya uzatdılar. 
– Vəssalam? 
– Vəssalam! 
Tanabay: 
– Sağ olun, – dedi. 
İçəridən: 
– Siz də sağ olun, – dedilər və  
 
pəncərəni bağladılar. 
Tanabay raykomdan çıxdı. Atı bağdan aça-aça: 
– Vəssalam, – dedi, – Gülsarı, vəssalam! 
Yorulmaq bilməyən Gülsarı Tanabayı yenə də  
 
kənd yoluna çıxardı. O çapdıqca çöllər arxada qaldı, sərin yaz küləyi 
Tanabayın üzünə vurdu. Öz tərlan yerişi ilə yorğa at Tanabayın ürəyini 
ovutdu,  
 
onun sonsuz dərdlərinə məlhəm qoydu. 
Elə həmin günün axşamı Tanabay özünü evə yetirdi. 
Arvadı dinməz-söyləməz onu qarşıladı. Atın yüyənindən yapışdı,  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə