Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   2   3   4   5   6   7   8   9   ...   47

yeməli oldu. Yeni həyat belə başlandı – o həyat ki uzun illər davam eləmişdi
o həyat ki indi sona yetirdi. 
Uzun illər davam eləyən həyatı boyunca  
 
Gülsarı o ötən yay gününü heç vaxt yada salmamışdı, O, belində yəhər 
gəzdirmişdi, cürbəcür yollarda ayaq döymüşdü, cürbəcür adamlar daşımışdı, 
ancaq  
 
yol qurtarmaq bilməmişdi. Yalnız indi, başı üstündəki Günəş bir daha yerindən 
oynayıb, ayağı altındakı torpaq sərxoş-sərxoş yırğalanarkən, gözlərinin  
 
qaraldığı, ala-bula çaldığı bir vaxtda neçə illərdən bəri qayıtmaq bilməyən o 
yay Gülsarının qarşısında yenidən peyda olmuşdu. O dağlar, o şehli  
 
çəmən, o ilxı, o böyük, yallı madyan atın gözü önündə dəyişən, titrəşən, 
sayrışan bir aləm yaratmışdı. Yenidən peyda olmuş o aləm Gülsarını çağırırdı  
 
və o aləmin qapısından girmək üçün Gülsarı var gücünü ayaqlarına verib, 
canını dişinə tutaraq yeriyir, dişləni, əyməni, xamutu indicə kənara  
 
atacağını zənn eləyirdi. Lakin Gülsarı irəli getdikcə o aldadıcı aləm geri 
çəkilir, atın əzab-əziyyəti daha da artırdı. Anası Gülsarını çağırırdı,  
 
eynən o vaxtkıtək astadan kişnəyib çağırırdı; Gülsarının yan-yörəsindən 
atlar, ilxılar keçirdilər, o vaxtkıtək Gülsarıya döş vururdular, quyruq  
 
atırdılar, ancaq qarşıdakı külək burulğanını, çovğun dumanını yarıb keçməyə 
onun gücü çatmırdı. Çovğun get-gedə güclənirdi, külək onu cod at  
 
quyruğutək qamçılayırdı, gözlərini, burnunun deşiklərini qarla doldururdu. 
İsti tər içində Gülsarı soyuqdan əsim-əsim əsdikcə o əlçatmaz aləm də  
 
səssiz-səmirsiz itib gedir, küləyin soyuq burulğanında yoxa çıxırdı. Daha 
Gülsarı o dağları görmürdü, daha o şehli çəmən yox idi, çaylar gözdən  
 
itmişdi, atlar qaçıb getmişdi. Təkcə ana – böyük, yallı madyan irəlidə kölgə 
kimi dayanmışdı. Çağırırdı. Gülsarını çağırırdı... 
Gülsarı anasının  
 
səsinə səs vermək istədi: kişnədi, hönkürtü ilə kişnədi, ancaq özü də öz 
səsini eşidə bilmədi. Hər şey yoxa çıxdı – ana da qeyb oldu, çovğun da  
 
dayandı. Təkərlər səsdən düşdü. Xamutun altındakı yaranın ağrısı kəsildi. 
At dayandı, sərxoş kimi səntirlədi. Daha o, irəli baxa bilmirdi – gözləri  
 
ağrıyırdı. Başında qəribə bir uğultu vardı – fasiləsiz, dəhşətli bir uğultu. 
Tanabay cilovu qozlanın üstünə atdı, arabadan zorla enib keyimiş  
 
qıçlarını ovxaladı və hirsli-hirsli irəli yeriyib ata baxandan sonra işin nə 
yerdə olduğunu başa düşdü. 
– Eh! – dedi. – Səni heç yarımayasan! 
Gülsarı  
 
öz nəhəng başını xamutdan sallayıb dayanmışdı. Atın iri qabırğaları fasiləsiz 
qalxıb-enir, arıqlamış, gücdən düşmüş budlarının sümüyü qabarıb daha da  
 


dikəlirdi. Bir vaxt qızılı rəngdə olan Gülsarı indi tərdən-torpaqdan qonur 
rəngə düşmüşdü. Onun arıq ombasından köpüklənə-köpüklənə axan tər qarnına,  
 
qıçlarına, dırnaqlarına tökülürdü. Tanabay çiyinlərini çəkib: 
– Mən bunu gərək ki qovmamışam, – dedi və əlbəəl işə girişdi. Tapqırı 
boşaltdı, xamutun  
 
qayışını açdı. Gülsarının ağzı köpüklənmişdi. Kürkünün qolu ilə Tanabay atın 
boğazını sildi, üz-gözünü təmizlədi. Sonra olan-qalan otu yığıb gətirmək  
 
üçün özünü arabaya saldı, arabada nə vardısa süpürüb atın qabağına tökdü. 
Ancaq Gülsarı ona məhəl qoymadı. Onu titrətmə tutmuşdu. 
Tanabay bir çəngə ot  
 
götürüb atın ağzına yaxınlaşdırdı. 
– Ye, – dedi, – ye görüm, yaxşı da, ağlın olsun! Gülsarı dodaqlarını 
tərpətdi, ancaq ot Tanabayın əlində qaldı.  
 
Əyilib diqqətlə atın gözlərinə baxandan sonra Tanabay büsbütün dilxor oldu. 
Gülsarının yumulmaqda olan bulanıq gözlərində həyat nişanəsi yox idi.  
 
Bəbəklər çuxura düşmüşdü, kirpiklər bir-birinə qarışmışdı. Gözlərdə həyat 
işığı sönmüşdü; onlar kimsəsiz, sahibsiz bir evin pəncərələritək boş və  
 
miskin görünürdü. 
Tanabay çaşqın halda yan-yörəsinə baxdı: uzaqda dağlar, təpələr; dörd tərəf 
çöl-biyaban, yolda nə gedən, nə gələn vardı. İlin bu  
 
vaxtları burada yolçuya rast gəlmək çətin məsələ idi. 
Qoca at və qoca Tanabay yolda qalmışdı. Fevralın axırları idi. Düzənlərin 
qarı ərimişdi, təkcə  
 
yarğanlarda, qamışlı çökəklərdə qışın xəlvətcə gizlədib saxladığı son qar 
orda-burda qurd beli kimi ağarırdı. Külək xarlanmış qarın soyuğunu  
 
gətirirdi, iyini gətirirdi. Soyuqdan gömgöy göyərmiş torpaq da hələ donuq 
idi, hələ yerin qırışığı açılmamışdı. Daşlı yollara baxdıqca Tanabayın  
 
ürəyi sıxılırdı. Bu yolların elə görkəmindəncə onun canına üşütmə düşürdü. 
Tanabay pırtlaşıq çal saqqalını düzəldib kürkünün nimdaş qolu altından uzun  
 
müddət qərb tərəfə baxdı. Günəş düzün lap qurtaracağında, buludların arasında 
idi – batırdı və özünün solğun şəfəqləri ilə üfüqü, az da olsa, işarda  
 
bilmişdi. Havadan nə qar, nə də yağış gözlənilirdi. Ancaq soyuq idi: bir 
yandan sazaq, bir yandan da dilxorçuluq... 
Tanabay özünə lənət yağdırırdı.  
 
“Bilsəydim yola çıxmazdım, – deyirdi. – Nə gedib evə çata bildim, nə də 
burdan geri qayıda biləcəyəm. Qaldım çölün düzündə. Bu yazıq atı da nahaqdan  
 
tələf eləyəcəyəm”. 
Bəli, belədir ki var. Gərək Tanabay yola sabah səhər çıxaydı, çünki səhər 
vaxtı bu yolda necə olsa bir gedən, ya gələn tapılardı. O  
 
isə günün günorta çağı yola düzəlmişdi. Ağıllı adam belə çiy iş tutardımı? 
Özü də ilin belə bir vaxtında. 


Tanabay təpəyə qalxıb diqqətlə yola baxdı.  
 
Nə gedən, nə gələn vardı. Yolda nə bir səs eşidilirdi, nə də bir qaraltı gözə 
dəyirdi. O, qayıdıb arabanın yanına gəldi. 
Yenə öz-özünə: “Lap nahaq  
 
yola çıxdım”, – dedi, həmişə tələsdiyinə dotələblik elədiyinə görə kim bilir 
neçənci dəfə özünü danladı. Hirsindən-hiddətindən Tanabay özünə lənət  
 
yağdırdı, oğlunun evindən belə tələm-tələsik yola çıxmağa onu vadar eləyəni 
ürəyində söydü, yamanladı. Əlbəttə, gecəni orda qalmaq lazım idi, ata da  
 
rahatlıq vermək lazım idi. Ancaq o!.. 
Tanabay hirsli-hirsli əlini yelləyib: “Xeyr – dedi, – mən orda qalası 
deyildim. Lap paypiyada olsa da, çıxıb  
 
gələcəkdim. Axı harda görünüb ki, gəlin öz qayınatası ilə bu dildə danışsın? 
Çobanam, ilxıçıyam, hər nəyəm, axı atayam mən... Sən ki, – deyir, –  
 
ömrün boyu çobanlıq eləyəcəkdin, niyə partiyaya girirdin. Niyə girirdin ki, 
qocalanda da çıxarıb mitilini çölə tullasınlar. Özü də öz oğlumun evində  
 
deyir... Bu da oğul! Başını aşağı salıb oturub. Kirpik çalmağa da qorxur. 
Arvadı desə ki, atanı qov getsin, inan ki, buna da razı olar. Cınqırını  
 
çıxarmaz. İşə bax, bu da yuxarılara dırmaşmaq istəyir – bu baş-qulağın 
sahibi!” 
Tanabay istiləndi, köynəyinin yaxasını açdı, atı da, yolu da, onu bu  
 
yolda yaxalayacaq gecəni də unudub, hirsindən tövşüyə-tövşüyə arabanın 
dövrəsində var-gəl eləməyə başladı. Tanabay sakitləşə bilmirdi, çünki orada,  
 
oğlunun evində o özünü saxlamışdı, gəlinlə deyişməyi ləyaqətinə, mənliyinə 
sığışdırmamışdı. İndi birdən-birə Tanabay içindən alışmışdı, indi o, yol  
 
boyu acı-acı düşündüyü sözləri gəlinə deməyə hazır idi: “Məni sən partiyaya 
qəbul eləməmisən, məni partiyadan sən çıxarmamısan. Bir də, sən dünyada  
 
nə görmüsən, ay yazıq, nədən xəbərin var sənin! Hamınız savadlı olmusuz, 
hamınız alim olmusuz, hörmət sahibi olmusuz. Ancaq onda belə deyildi. Onda  
 
biz hər şeyə cavabdeh idik, başımızla cavabdeh idik. Atamıza görə, anamıza 
görə, dostumuza, düşmənimizə, lap qonşunun itinə görə də bizdən cavab  
 
tələb eləyirdilər. Sən mənim partiya işimə qarışma, xanım qız. Toxunma, 
sənlik iş deyil. Mənim yaralı yerimə toxunma!” 
– Toxunma! Toxunma! – Bu bircə  
 
kəlməni ucadan təkrar eləyə-eləyə Tanabay arabanın başına fırlanırdı. Sanki, 
dünyada başqa bir söz yox idi. Sanki, onun bircə bu “toxunma” sözünü  
 
deməyə ixtiyarı qalmışdı. Bunun özü də Tanabaya əzab verirdi, onu daxilən 
alçaldırdı, təhqir eləyirdi. 
Tanabay arabanın dövrəsində çox vurnuxdu.  
 
Nəhayət, hiss elədi ki, bir iş görmək lazımdır – axı bütün gecəni yolda 
qalmaq olmazdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə