Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   39   40   41   42   43   44   45   46   47

 
ölüm, səbr elə, qoy camaat gəlib çıxsın...” 
Hamıdan əvvəl onun öz arvadı gəldi. Dava-dərmam gətirdi, ağladı, yalvar-yapış 
elədi: 
– Sənin ağlın  
 
başındadırmı? Məgər iclaslardan doymamısan? Dur ayağa. Dur gedək evimizə, 
sənin özündən xəbərin yoxdur. Bu nədir, ilahi, bu nədir? Bəs sənin özünə  
 
yazığın gəlmir? 
Çoro heç nə eşitmək istəmirdi. Üzünü yana tutub dərman içirdi. Stəkan dişinə 
dəyib cingildəyirdi, su üstünə dağılırdı. Çoro arvadına  
 
təskinlik verirdi: 
– Yaxşıyam, yaxşıyam, – deyirdi, – sən çöldə gözlə, sonra məni evə apararsan. 
Adamların addım səsi eşidiləndə Çoro özünü ələ aldı,  
 
son borcunu yerinə yetirmək üçün ürəyinin ağrısını gizlədib var gücünü 
səfərbər elədi. 
Gələnlər təşvişə düşdülər: 
– Nə olub, Çoro? Sənə nə olub? 
Çoro: 
–  
 
Heç nə olmayıb, – dedi. – Bu saat hər şeyi deyəcəyəm, qoy hamı yığılıb 
gəlsin. 
Vaxtsa ağır, acı damcılarla ömürdən süzülüb tökülürdü. 
Kommunistlər  
 
yığışandan sonra partorq Çoro Sayakov ayağa qalxdı. O, şlyapasını başından 
çıxarıb, partiya iclasını açıq elan elədi... 
 
21 
 
Tanabay evə yetişəndə gecə  
 
idi. Caydar əlində fənər həyətə çıxdı, gözləməkdən gözünün kökü saralmışdı. 
Ərinin başına nə iş gəldiyini soruşmamış hiss elədi. Tanabay, dinməz- 
 
söyləməz yəhəri atın belindən götürdü. Caydar fənəri əlində tutdu, ərinin nə 
deyəcəyini gözlədi, ancaq Tanabay bir kəlmə də söz demədi. Arvad  
 
ürəyində fikirləşirdi: “İçib gəlsəydi, bundan yaxşı olardı”. O, ərini 
sevindirmək istəyirdi – kolxozdan bir qədər ot göndərmişdilər. Saman, arpa 
unu  
 
gətirmişdilər. Bu gün havalar da yaxşılaşmışdı, bu gün quzular örüşə 
çıxarılmışdı, daha qorxulu bir şey yox idi – quzuların ağzı ota çatmışdı. 
Caydar  
 
dedi: 
– Bektayın sürüsünü apardılar. Təzə çoban göndəriblər. 
– Cəhənnəm olsun Bektay da, onun sürüsü də, hamısı cəhənnəm olsun... 
– Yorulmusan? 
– Nə  
 
yorulmuşam? Partiyadan çıxartdılar! 


– Barı bir az yavaş de, arvadlar eşidərlər. 
– Lap bərkdən deyəcəyəm, qoy eşitsinlər! Qovdular, özü də it kimi  
 
qovdular. Mənim kimisinə belə lazımdır. Lap sənin özünə də. Bizə bu da azdır. 
Yeri get, nə durmusan! Nə mənim üzümə baxırsan? 
– Keç dincəl,  
 
yorulmusan. 
– Sənə qalmayıb. 
Tanabay özünü tövləyə verdi. Qoyunları nəzərdən keçirdi. Sonra ağıla getdi, 
orda da bir qədər dolanıb yenə tövləyə  
 
qayıtdı. Özünə yer tapmırdı. Nə yemək istəyirdi, nə danışmaq istəyirdi. 
Bucağa yığılmış samanın üstünə sərildi, hərəkətsiz qaldı. Hər şey mənasını  
 
itirmişdi – həyat da, iş də, sürü də. Nə yaşamaq həvəsi qalmışdı, nə 
düşünməyə həvəs vardı... 
O, samanın içində eşələndi, yatmaq istədi, yata bilmədi.  
 
Yenə Bektay yadına düşdü, onun ağ qarın üstündə açdığı qara ayaq izləri 
Tanabayın gözünün qabağına gəldi; bu adamın qarşısında Tanabay necə aciz  
 
qaldığını xatırladı. Yenə Seqizbayevin səsi qulağına gəldi, onun at üstdə 
lovğa-lovğa oturmağı, hay-küyü, hədə-qorxusu... Sonra raykom binasında o,  
 
bir daha ziyanxor və xalq düşməni oldu, bu onun son mükafatı idi, bununla 
ömür qurtardı. Bütün bunları düşündükcə Tanabayın bir daha yabanı götürməyi  
 
gəldi, bayıra çıxıb gecənin zülmətində var səsi ilə bağırmağı, aləmə səs 
salmağı gəldi. Beləcə çöllər boyu qaçmaq, bir dərəyə yumbalanmaq, bir  
 
yarğana düşmək və məhv olmaq – Tanabayın özgə istəyi yox idi. 
O yuxulaya-yuxulaya düşünürdü: belə yaşamaqdan ölüm yaxşıdır. Bəli, ölüm 
yaxşıdır,  
 
yalnız ölüm!.. 
Tanabay yuxudan ayılanda başı bərk ağrıyırdı. Bir müddət o özünün harada 
olduğunu ayırd eləyə bilmədi. Yan-yörəsində qoyunlar  
 
öskürürdülər, quzular mələşirdilər. Deməli, tövlədə idi. İşıqlanmışdı. Nə 
olsun ki, işıqlanmışdı? Gərək o, yuxudan ayılmayaydı. Heç vaxt ayılmayaydı.  
 
Həmişəlik yatıb qalaydı. Daha onun üçün yaşamağın mənası yox idi. Tanabay 
özünü öldürməli idi. 
...Sonra o, çayın qırağında ovuc-ovuc su içdi. Buz kimi  
 
su, içində buz parçaları. Su onun titrək barmaqları arasından axıb töküldü, 
o, ovcunu yenə doldurdu, yenə içdi. Tanabay özünə gəldi və yalnız bundan  
 
sonra özünün necə axmaq fikrə düşdüyünü dərk elədi. Yox, Tanabay özünü 
öldürməli deyildi, həyat insana bir dəfə verilir! Bütün seqizbayevlər həyatın  
 
bircə anına dəyməzlər! Yox, hələ Tanabay yaşayacaqdı, dağı dağ üstünə 
qoyacaqdı... 
O qayıdıb tüfəngi də, patrondaşı da xəlvətcə gizlətdi və bütün günü  
 


işlədi. Caydarla, uşaqlarla, qadınlarla Tanabay həmişəkindən də xoş danışmaq 
istəyirdi, ancaq ehtiyat eləyirdi, gərək heç kəs heç nə bilməyəydi.  
 
Onlarsa öz işlərində idilər, sanki, heç nə olmamışdı, hər şey öz qaydasında 
idi. Buna görə Tanabay onlardan çox razı idi, bir kəlmə də dinib- 
 
danışmırdı, başını aşağı salıb işləyirdi. 
O gün Tanabay örüşə də baş çəkdi, sürünün qayıtmağına da kömək elədi. 
Axşamüstü hava korlanırdı. Yağış da  
 
yağa bilərdi, qar da yağa bilərdi. Dağları duman aldı, göyün üzü tutuldu. 
Yenə düşünmək lazım idi, balaları soyuqdan qorumaq üçün bir yol tapmaq  
 
lazım idi. Tövləni təmizləmək, quzuların altına saman döşəmək, – bütün bunlar 
Tanabayın qanını qaraltdı. O, olub-keçəni yadından çıxarmağa çalışdı,  
 
özünə ürək-dirək verdi. 
Axşamçağı Tanabay həyətdə bir atlı gördü. Caydar atlının qabağına çıxmışdı. 
Onlar nə haqdasa söhbət eləyirdilər. Tanabay  
 
tövlədə işləyirdi. Arvadı onu çağırıb: 
– Bir dəqiqəliyə bura gəl, – dedi və nəsə baş verdiyini Tanabay Caydarın 
səsindən hiss elədi. 
Çıxdı. Salamlaşdı.  
 
Gələn tanış çoban idi. 
– Sənsən, Aytbay? Düş, gedək evə. Hardan belə? 
Aula getmişdim. Bir az işim vardı. Tapşırdılar ki, sənə xəbər verim: Çoro 
bərk  
 
xəstədir. Gərək özünü yetirəsən. 
“Yenə Çoro!” Köhnə dərd ürəkdə baş qaldırdı. Tanabay onu görmək də istəmirdi. 
– Bəyəm mən həkiməm? – dedi. – O, həmişə  
 
xəstədir. Onsuz da işdən baş aça bilmirəm. Görmürsən, hava da korlanıb. 
– Özün bilərsən, Tanake, istəyirsən get, istəyirsən getmə. Mənim borcum demək  
 
idi. Sağ olun. Mən getdim, bir azdan gecə düşəcək. 
Aytbay yoluna düzəldi, ancaq çox getməmiş atı əylədi. 
– Sən bir fikirləş, Tanake. Vəziyyəti çox  
 
pisdir. Oğlunu dərsdən çağırıblar. Bayaq vağzala qarşılamağa getdilər. 
– Çox sağ ol ki, xəbər gətirmisən. Ancaq mən getməyəcəyəm. 
Caydar ərinin yerinə  
 
utandı. 
– Gedəcək, – dedi. – Narahat olmayın, mütləq gedəcək. 
Tanabay dillənmədi, ancaq Aytbay uzaqlaşandan sonra o, Caydarın üstünə düşdü: 
– Sən tərgit  
 
mənim əvəzimdən cavab verməyi! Qarışma! Dedim getməyəcəyəm – deməli, 
getməyəcəyəm! 
– Bir fikirləş, gör nə danışırsan, Tanabay? 
– Daha fikirləşməli bir  
 
şey qalmayıb. Bəsdir! O qədər fikirləşdim ki, axırda partiyadan da 
çıxartdılar. Daha mənim heç kəsim yoxdur. Mən də naxoşlasam, qoy heç kəs  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə