Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   39   40   41   42   43   44   45   46   47

 
gəlməsin! 
Tanabay ürəyində hər şeyə tüpürüb tövləyə qayıtdı. Ancaq ürək rahatlıq 
bilmirdi. Qoyunları doğuzdura-doğuzdura, quzuları daşıya-daşıya,  
 
mələşən qoyunların üstünə çığıra-çığıra o, dodağının altında hey 
donquldanırdı: 
– Elə əvvəldən ölsəydi, canı qurtarardı. Ömrü boyu xəstədir, zarıyır,  
 
ürəyini tutub durur, ancaq atdan da düşmək istəmir. Bu da rəhbər olub mənim 
üçün. Bundan sonra heç səni görmək də istəmirəm! İstəyirsən inci,  
 
istəyirsən incimə, mən səndən çoxdan incimişəm. Heç kəsə dəxli yoxdur... 
Həyətdə isə zülmət gecə idi. Az-az qar səpələnirdi və o qədər sakitlik idi  
 
ki, yağan qarın xışıltısını eşitmək olurdu. 
O, evə getmək istəmirdi, arvadı da dalınca gəlmirdi. Tanabay düşünürdü: 
“Allahın var səhərəcən otur gözlə.  
 
Ancaq məni məcbur eləyə bilməyəcəksən. Mənim üçün hamısı birdir. Çoro ilə biz 
yad adamlarıq. Onun yolu başqadır, mənimki başqa. Əvvəl dost olmuşuq,  
 
indi dost deyilik. Əgər mənə dost idisə, bəs indiyəcən harda idi? Xeyr, daha 
mənim üçün hər şey birdir...” 
Ancaq Caydar onu rahat qoymadı. Gəldi.  
 
Tanabayın plaşını, çəkmələrini, qurşağını, əlcəklərini, papağını gətirdi. 
– Dur geyin, – dedi. 
– Boş yerə zəhmət çəkmə. Mən heç yana gedən deyiləm! 
–  
 
Vaxtı itirmə. Sonra elə bir şey olar ki, ömrün boyu peşmançılıq çəkərsən. 
– Mən heç nəyin peşmançılığını çəkən deyiləm. Ona da heç nə olmayacaq. Yenə  
 
yatıb-yatıb ayağa duracaq. Birinci dəfə deyil. 
– Mən səndən indiyəcən heç bir şey xahiş eləməmişəm. İndi xahiş eləyirəm. 
Mənim xatirimə tərslik eləmə.  
 
Geyin get. Adamlığın olsun. 
Tanabay inadından dönmək istəmirdi: 
– Yox, getməyəcəyəm! Daha mənim üçün hər şey birdir. Sən ədəb-ərkan 
gözləyirsən.  
 
Sonrakı söz-söhbətdən qorxursan. Qoy nə deyəcəklər desinlər. Mənim üçün fərqi 
yoxdur. 
– Ağlını başına yığ, Tanabay. Mən gedirəm ocağa baxım, od düşüb  
 
keçəni yandırar. 
Caydar pal-paltarı qoyub uzaqlaşdı, ancaq Tanabay yerindən tərpənmədi. Bir 
bucaqda oturub fikrə getdi, özünü sındırmaq istəmədi,  
 
Çoroya dediyi sözləri unutmaq istəmədi. Bu sözlərdən sonra o, Çoronun üzünə 
çıxa bilərdimi? “Hə, gəlmisən, salaməleyküm. Necəsən? Bir şey lazım deyil  
 
ki?” Yox, Tanabay bunu eləyə bilməyəcəkdi. Belə şey onun işi deyildi. 
Caydar qayıtdı. 
– Sən hələ geyinməmisən? 


– Zəhləmi tökmə. Dedim: getməyəcəyəm! 
–  
 
Dur! – deyə Caydar səsi gəldikcə qışqırdı və nə qədər təəccüblü olsa da, bu 
əmr ilə Tanabay əsgər kimi ayağa qalxdı. Öz hirsli, əzab dolu gözləri ilə  
 
Caydar fənərin solğun işığında Tanabayın üzünə baxdı. – Əgər sən kişi 
deyilsənsə, arvadlığını boynuna alırsansa, onda mən gedəcəyəm, sən otur burda  
 
gözlərinin suyunu tök! Özü də bu saat gedəcəyəm. Ayağa dur, atı yəhərlə! 
Çarəsi kəsilmiş Tanabay ayağa durub atı yəhərləməyə getdi. Həyətdə qar  
 
yağırdı. Qatı zülmət, gecənin sükutunda elə bil hansı görünməz bir oxunsa 
ətrafında fırlanırdı, qaynayırdı, burulğan kimi burulurdu. Dağlar bir- 
 
birindən seçilmirdi. Atı yəhərləyə-yəhərləyə Tanabay fasiləsiz donquldanırdı: 
“Qəribə işə düşmədik! Gecənin bu vaxtı, tək-tənha necə gedib çıxacaq?  
 
Özü də dediyindən dönən deyil. Gedəcək. Ölsə də gərək getsin. Bəs yolda azsa 
necə? Mənə nə, özündən küssün...” 
Tanabay atı yola hazırlayırdı, ancaq  
 
narahatlığı get-gedə artırdı. O, ürəyində xəcalət çəkirdi: “Mən vəhşiyəm, 
xalis vəhşiyəm. Öz dərdimin əlində əsir olmuşam. İstəyirəm ki, hamı bilsin,  
 
hamı görsün ki, mən necə bədbəxtəm. Arvadı da əldən salmışam. Axı onun nə 
günahı var? Nə üçün ona zülm eləyirəm? Bu dünyada mənim üçün xoş gün  
 
yoxdur. Çünki pis adamam. Vəhşiyəm. Xalis vəhşiyəm”. 
Tanabay tərəddüd eləyirdi. Öz sözünü geri götürmək onun üçün çətin idi. Atı 
yəhərləyib qaşqabaqlı  
 
geri qayıtdı. 
– Yəhərlədin? 
– Bəli. 
Caydar əlindəki plaşı qabağa uzatdı. 
– Hazırlaş, yola düşürsən. 
Birinci olaraq arvadın güzəştə getməyi Tanabayı  
 
sevindirdi. O, dinməz-söyləməz paltarını geyinməyə başladı. Ancaq özünü 
göstərmək üçün xoruzlandı: 
– Bəlkə səhərə qalsın? 
– Xeyr, bu saat getməlisən,  
 
sonra gec olar. 
Qatı zülmət, gecənin sükutunda, elə bil hansı görünməz bir oxunsa ətrafında 
fırlanırdı. Qışın bəlkə də, son qarı yağırdı, iri qar  
 
dənələri nizamla yerə səpələnirdi. Zülmət qayalıqlar arası ilə tək-tənha 
Tanabay üz döndərdiyi dostunun çağırışına gedirdi. Qar onun başına yağırdı,  
 
çiyninə, saqqalına, əllərinə qar yağırdı. Tanabay atın belində hərəkətsiz 
oturmuşdu, o tərpənib qarı üstündən tökmək də istəmirdi, çünki belə  
 
düşünmək rahat idi. O, Çoronu düşünürdü, onları bir-birinə bağlayan uzun 
illəri, Çorodan savad öyrənməyini, birlikdə komsomola köçmələrini, sonra  
 


partiyaya daxil olmalarını xatırlayırdı. Bir vaxt kanal tikintisində də onlar 
birgə işləmişdilər, Tanabayın şəkli olan qəzeti ilk dəfə ona Çoro  
 
gətirmişdi, əlini sıxmışdı, təbrik eləmişdi... 
Tanabayın ürəyi get-gedə yumşalırdı, onun narahatlığı da tədricən çəkilib 
gedirdi. O, yalnız bir şeyi  
 
düşünürdü: “Görəsən, Çoro nə haldadır? Bəlkə onun vəziyyəti, doğrudan da, 
yaxşı deyil? Yaxşı olsaydı, oğlunu çağırtdırardımı? Bəlkə deyiləsi sözü  
 
var? Bəlkə məsləhətləşmək, bir söz demək, vəsiyyət eləmək istəyir?..” 
Hava işıqlanırdı. Qar hələ də kəsməmişdi. Tanabay atı tələsdirirdi. Çatmağına 
az  
 
qalırdı, bir təpə də aşandan sonra aula yetişəcəkdi. Görəsən, Çoro nə halda 
idi? Bircə tez çata biləydi. 
Birdən səhərin sakitliyində Tanabay uzaqdan- 
 
uzağa bir səs eşitdi. Elə bil kimsə bərkdən qışqırırdı, sonra səs kəsildi, 
yoxa çıxdı. Tanabay atı əylədi, qulaq asdı, ancaq bir şey eşidə bilmədi.  
 
Yəqin ki, heç nə yox idi, Tanabayın qulağı səsdə idi. 
At sürətlə çapa-çapa Tanabayı təpənin başına çıxartdı. Aşağıda bağ-bağçalar 
qar altında ağappaq  
 
ağarırdı. Hələ səhər təzəcə açılırdı, kəndin küçələri bomboş idi. Yalnız bir 
həyətə adam toplaşmışdı, orada atlar dayanmışdılar. Bu həyət Çoronun  
 
həyəti idi. Bəs bu adamlar niyə ora yığışmışdı? Görəsən, nə olmuşdu. Bəlkə... 
Tanabay üzəngidən boylandı, soyuq havanı nəfəsinə çəkib qulaq verdi və  
 
atı yol aşağı qovdu. “Ola bilməz! Ola bilməz! Ola bilməz!” Tanabay dəhşət 
içində düşündü, sanki bütün günahlar onda idi. İşə bax – dünyada yeganə  
 
dostu olan Çoro əbədi bir ayrılıq qarşısında onu son görüşə çağırmışdı, 
Tanabaysa tərslik eləmişdi, ürəyində kin saxlayıb inadını yeritmişdi. Bundan  
 
sonra ona adam demək olardımı? Niyə Caydar onun üzünə tüpürməmişdi? Dünyada 
bundan üzürlü nə ola bilərdi – insan ölüm qarşısında ondan son xahişini  
 
eləmişdi. 
O, geniş çöl yoluna çıxdı – o yerdə ki, Çoro Tanabaya yetişib atını onunla 
yanaşı sürmüşdü. Onda Tanabay Çoroya nələr deməmişdi? Belə şeyi  
 
bağışlamaq olardımı? 
Xəcalətdən beli bükülmüş Tanabay kəndin qarlı küçələrində atını sürüb 
gedirdi. Birdən o, qarşıda, Çoronun qapısı qabağında bir  
 
dəstə atlı gördü. Əvvəlcə səssiz-səmirsiz dayanmış atlılar birdən səs-səsə 
verdilər, yəhər üstdə yırğalanıb ucadan ağı dedilər. 
– Oy-vay, bağrım vay!  
 
Oy-vay, bağrım! 
Ağı deyən qazaxlar idi, deməli, yas başlanmışdı. Çayın o tayında, qonşuluqda 
yaşayan qazaxlar bir dost kimi, bir qonşu kimi Çoronun  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə