Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

Bakasovun necə ağır bir cinayət işlətməyi, məncə, burada hamı üçün tamamilə 
aydındır. Bu nə deməkdir? Belə şey harda görünüb?! Biz heç kəsə icazə  
 
vermərik ki, əlinə yaba alıb raykom tərəfindən təhkim edilmiş adamların 
üstünə yerisin. Bizim işçilərin avtoritetini ləkələməyə heç kəsin ixtiyarı  
 
yoxdur. Yaxşı olar ki, yoldaş Kərimbəyov, siz öz komsomolunuzun işləri barədə 
düşünəsiniz, hissə qapılıb, belə mənasız sözlər danışmayasınız. Hiss,  
 
duyğu öz yerində, iş isə öz yerində. Bakasovun yol verdiyi hərəkət bizi, 
həqiqətən, narahat etməlidir və heç şübhəsiz ki, belə adama partiyada yer  
 
yoxdur... Yoldaş Sayakov, kolxozun partiya təşkilat katibi kimi, siz bütün bu 
deyilənləri təsdiq edirsinizmi? 
Sapsarı saralmış Çoro ağır-ağır yerindən  
 
durub: 
– Bəli, təsdiq eləyirəm, – dedi. – Ancaq mən istərdim ki, məsələ 
aydınlaşdırılsın... 
– Necə aydınlaşdırılsın? 
– Mən istərdim ki, biz öz partiya  
 
təşkilatımızda Bakasovun məsələsini müzakirə eləyək. 
– Vacib deyil. Siz sonra öz təşkilatınızın üzvlərinə bu barədə məlumat 
verərsiniz. Daha nə  
 
sözünüz var? 
– Mən istərdim ki, məsələ aydınlaşdırılsın... 
– Nə aydınlaşdırılsın, yoldaş Sayakov? Bakasovun partiya əleyhinə çıxışı göz 
qabağındadır.  
 
Daha burda aydınlaşdırılası bir şey yoxdur. Bu işdə siz də məsuliyyət 
daşıyırsınız və kommunistlər arasında apardığınız tərbiyə işinin bu cür 
pozğun  
 
halda olduğuna görə öz cəzanızı alacaqsınız. Deyin görək, sizin Seqizbayevə 
üz vurub, məsələni partiya bürosuna qoymamağı xahiş etməyinizi necə başa  
 
düşmək olar? Ört-basdır etmək, eləmi? Ayıb olsun! Əyləşin! 
Mübahisə başlandı. MTS direktoru və rayon qəzetinin redaktoru Kərimbəyovu 
müdafiə elədi.  
 
Hətta bir anlığa onlar mübahisədə üstünlük qazandılar. Ancaq Tanabay daha heç 
kəsi eşitmirdi. O özü ilə danışırdı, özünə sual verirdi: “Nə oldu,  
 
Tanabay, səni yaşadan o şeylər nə oldu? Nə sənin can qoyduğun sürü, nə o 
tövlə, nə o yem qıtlığı burada heç kəsin vecinə deyil. Sən necə də axmaq  
 
olmusan, Tanabay! Kolxoz üçün, qoyun-quzu üçün ömrünü bada vermisən. İndi 
bütün bunların məsələyə dəxli yoxdur. İndi sən təhlükəli adam olmusan.  
 
Olsun, cəhənnəmə ki! Əlinizdən gələni eləyin! Yapışın peysərimdən, tullayın 
bayıra. Daha mənim üçün fərqi yoxdur. Döşəyin, utanmayın...” 
Kolxoz sədri  
 
Aldanov söz aldı. Tanabay bu adamın üz-gözündən, əl-qol hərəkətindən hiss 
elədi ki, o, kimisə hədələyir, kimisə söyür. Ancaq “Çidar... Gülsarı”  


 
sözlərini eşidincə o, heç nə dərk eləyə bilmədi. Sonra Tanabay diqqətini 
cəmləməyə çalışdı. Aldanov hiddətlə danışırdı: 
– ...Hələ bu harasıdır ki? Bir  
 
atın ayağına çidar vurmaq üstündə bu adam camaatın içində deyib ki, mənim 
başımı əzəcəkdir. Yoldaş Kaşkatayev, yoldaş büro üzvləri, bir kolxoz sədri  
 
kimi sizdən xahiş eləyirəm ki, bizi Bakasovun əlindən qurtarasınız. Onun 
yeri, doğrudan da, türmədir. Onun bütün rəhbər işçiləri görməyə gözü yoxdur.  
 
Yoldaş Kaşkatayev, qapının dalında şahidlər dayanıb, onlar Bakasovun məni 
necə hədələdiyini təsdiq edə bilərlər. Məsləhət bilsəydiniz onları  
 
çağırardıq. 
Kaşkatayev əsəbi halda üz-gözünü turşutdu: 
– Yox, – dedi, – lazım deyil. Bu qədər kifayətdir. Oturun. 
Sonra məsələ səsə qoyuldu. 
– Təklif  
 
birdir: Bakasov partiya üzvlüyündən kənar edilsin. Kim razıdır? 
Yenə də Kərimbəyov özünü saxlaya bilməyib ayağa durdu: 
– Bir dəqiqə, yoldaş Kaşkatayev!  
 
Belə bir qərar çıxartmaqla biz səhv etmirikmi, yoldaş büro üzvləri? Başqa 
təklif var: Bakasova, şəxsi işinə yazılmaq şərti ilə ciddi töhmət verilsin,  
 
bununla bərabər, kommunist Bakasovun şəxsi ləyaqətini, partiya heysiyyətini 
təhqir etdiyinə və raykomun təhkimçisi olmaq etibarı ilə, düzgün olmayan  
 
iş üsullarına əl atdığına görə büro üzvü Seqizbayevə də töhmət elan edilsin. 
Seqizbayev yerindən qışqırdı: 
– Demoqogiya! 
Kaşkatayev: 
– Yoldaşlar, sakit  
 
olun, – dedi. – Siz raykomun bürosundasınız, öz evinizdə deyilsiniz, qayda-
qanunu gözləmək lazımdır. – İndi hər şey raykomun birinci katibindən asılı  
 
idi və o, məsələni Seqizbayevin gözlədiyi istiqamətə yönəltdi. – Bakasovu 
məhkəmə məsuliyyətinə almağı lazım bilmirəm, lakin partiya onun yeri  
 
deyildir, bu məsələdə yoldaş Seqizbayev tamamilə haqlıdır. Səsə qoyuruq. 
Bakasovun partiyadan xaric edilməsinə kim razıdır? 
Burada yeddi nəfər büro  
 
üzvü vardı. Üç nəfər Tanabayın əleyhinə əl qaldırdı, üç nəfər lehinə səs 
verdi. Yerdə Kaşkatayev qalırdı. Bir qədər dayanandan sonra o da Tanabayın  
 
əleyhinə səs verdi. Tanabay bunların heç birini görmədi. 
Məsələnin necə həll edildiyini o, Kaşkatayev katibə müraciət eləyəndə başa 
düşdü: 
– Protokola  
 
yazın: raykom bürosunun qərarı ilə Bakasov Tanabay partiya üzvlüyündən xaric 
edilir. 
“Vəssalam! Vəssalam!” deyə Tanabay öz-özünə pıçıldadı. Sanki, o  


 
oturduğu yerdəcə ölmüşdü. 
Lakin Kərimbəyov təslim olmadı: 
– Mən təkid eləyirəm: Seqizbayevə də töhmət elan edilsin. 
Bu məsələni səsə qoymadan da rədd  
 
etmək olardı, lakin Kaşkatayev belə etmədi. Bunun özündə də gizli məna vardı. 
– Yoldaş Kərimbəyovun təklifi ilə kim razıdır? Xahiş edirəm, əlinizi  
 
qaldırasınız! 
Yenə də üç-üç oldu və yenə də Kaşkatayev əlini qaldırıb Seqizbayevi töhmətdən 
qurtardı. Ancaq Seqizbayev başa düşəcəkdimi, bu hörməti  
 
lazımınca qiymətləndirəcəkdimi? Kim bilir... Bicin biridir. Hiylə 
dağarcığıdır”. 
Adamlar yerlərindən tərpəşdilər, stullar cırıldadı. Tanabaya elə  
 
gəldi ki, hər şey qurtarıb, ayağa durub heç kəsin üzünə baxmadan, dinməz-
söyləməz qapıya yönəldi. Lakin Kaşkatayev onu arxadan səslədi: 
– Bakasov,  
 
hara gedirsiniz? Partiya biletinizi verin. 
– Verim? – deyə Tanabay çaşqın halda katibin üzünə baxdı. Məsələnin nə yerdə 
olduğunu o hələ indi dərk  
 
eləyirdi. 
Kaşkatayev: 
– Bəli, – dedi. – Stolun üstünə qoyun. Daha siz partiyanın üzvü deyilsiniz və 
bilet gəzdirməyə ixtiyarınız yoxdur. 
Tanabay əlini  
 
döşünə salıb, xeyli vaxt eşələndi. Partbilet dərində idi, lap dərində. Onu 
Tanabay Caydarın əli ilə tikilmiş dəri kisəcikdə saxlayırdı. Kisəciyə ip  
 
salınmışdı və Tanabay ipi boynundan aşırmışdı. Nəhayət, o, canında isitdiyi 
partbiletini çıxartdı. Onu Kaşkatayevin par-par parıldayan soyuq stolunun  
 
üstünə qoydu. Tanabay üşüdü, partbiletin yerinə o özü üşüdü. Yenə də heç 
kəsin üzünə baxmadan, əlini döşünə salıb kisəciyin ağzını bağladı, yola  
 
düzəldi. 
– Yoldaş Bakasov, – bu dəfə Tanabayı səsləyən Kərimbəyov idi. – Siz özünüz nə 
deyə bilərsiniz, yoldaş Bakasov? Axı siz heç danışmadınız.  
 
Bəlkə danışmaq sizin üçün çətin idi? Biz güman edirik ki, partiyanın qapıları 
sizin üzünüzə bağlı deyildir və siz gec-tez partiyaya qayıda  
 
bilərsiniz. Deyin görək, bu saat siz nə düşünürsünüz? 
Onun böyük dərdini hələ də yüngülləşdirmək istəyən bu cavan oğlanın 
qarşısında minnətdar  
 
olduğunu duyaraq Tanabay ürək ağrısı ilə geri döndü. 
– Nə deyim? – dedi. – Bu qədər sözün qabağında nə demək olar? Mən bircə onu 
deyə bilərəm ki,  
 
müqəssir deyiləm, lap ona əl qaldırsam da, dilimə pis sözlər gətirsəm də, 
müqəssir deyiləm. Mən bunu sizə izah edə bilməyəcəyəm. Buna görə də  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə