QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   2   3   4   5   6   7   8   9   10   ...   39

 

13 


imanlarını  (dinlərini)  dünya  malına  satacaqlar»

24

.  Əbu  Hureyrə  



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  «İrəlidə  bir  çox  fitnələr  olacaqdır.  Bu  fitnələr  zamanı 

yatan kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran 

kimsə  yürüyəndən,  yürüyən  kimsə  qaçandan  xeyirlidir.  Hər  kim  fitnə 

vaxtına  yetişərsə  sığınsın  və  ya  gizlənmək  üçün  yer  taparsa  gizlənsin 

(Başqa  rəvayətdə:  Dəvəsi  olan  dəvəsinin  yanına,  qoyunu  olan 

qoyunlarının  yanına,  ərazisi  olan  ərazisinə,  bu  kimi  malları  olmayan 

qılıncını alıb kəskin tərəfini daşa vurub (yaylarnızı qırın) sonra bacardığı 

qədər  sağ  qalmağa  çalışsın.  Ya  Rəsulullah!  Müharibə  edən  iki  sinifə 

qatışmayaraq çəkilib bir tərəfdə durduqda biri gəlib məni qılıncı ilə vurub 

və  ya  ox  atıb  məni  öldürürsə  nə  buyurursan?  Beləsi  həm  öz  günahı  ilə, 

həm  də  sənin  günahınla  yüklənərək  Cəhənnəm  sahibindən  olur)»

25



Fitnələrlə bağlı  hədislər çoxdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm 

 ümmətini fitnərə qarşı xəbərdarlıq etmiş, onlardan Allaha sığınmalarını 

əmr  etmişdir.  Usamə  b.  Zeyd  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinənin yüksək binalarından 

birinə  çıxaraq:  «Mənim  gördüklərimi  görürsünüzmü?»  deyə  buyurdu. 

Səhabələr:  «Xeyr»  dedilər.  O:  «Evlərinizin  arasına  (şiddətli  yağan) 

yağışın  (açdığı  yaralar)  kimi  fitnələrin  yağdığını  görürəm»

26

.  Bir  nəfər 



Peyğəmbər – sallallahu aleyhi və səlləm –  dedi:  «Fitnələr zamanı  evimə 

girib  məni  öldürmək  üçün  əlini  mənə  uzadana  nə  edim.  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Adəm  –  əleyhissəlam  –  kimi  ol! 

«Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək 

üçün  sənə  əl  qaldıran  deyiləm.  Mən  aləmlərin  Rəbbi  olan  Allahdan 

qorxuram». (əl-Maidə 28)

27

.  Zeyd  b.  Sabit  -  radıyallahu  anhu  –  rəvayət 

edir  ki,  Mən  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

“Görünən və görünməyən fitnələrin şərrindən Allaha sığınıram”

28

.  



 

FİTNƏLƏRİN ŞƏRQ TƏRƏFDƏN ÇIXMASI 

Müsəlmanlar arasında baş verən fitnələrin çoxu Şeytanın buynuzunun 

doğduğu yer olan şərq tərəfdən ortaya çıxacaqdır. İbn Ömər - radıyallahu 

anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  şərq 

tərəfə  işarə  edərək  buyurdu:  “Diqqət  edin!  Fitnə  oradan,  şeytanın 

buynuzları  çıxdığı  yerdən  gələcəkdir  (Başqa  rəvayətdə:  Küfrün  başı  bu 

                                                        

24

 İmam Nəvəvi “Şərh Müslim” 2/133.  



25

 Müslim 2887.  

26

 Buxari, Müslim.  



27

 Əbu Davud «Fitən» 2. 

28

 Nəvəvi Şərh, Müslim “Cənnət” 18/203.  




 

14 


yerdən  şeytanın  buynuzunun  doğduğu  yerdəndir

29

)”



30

.  İbn  Həcər  – 



rahmətullahi  aleyhi  -

 

deyir  ki:  “İlk  çıxan  fitnələrin  qaynağı  şərq  tərəfdir 



və bu  müsəlmanların arasında bölünmələrə səbəb  olmuşdur. Şeytan bunu 

çox  sevər  və  bidətin  qaynağı  da  o,  tərəfdəndir”

31

.  Xəvariclər,  Əşarilər, 



Batiniyə,  Qədəriyə,  Cəhmiyə  və  Mötəzilə  kimi  sapıq  fikirlərin  çoxu 

şərqdən gəlmişdir. İrandan isə Məcusi olan Zərdüştlik gəlmişdir. Bəhailik 



-  əsasını  qoyan  İranlı  Mirzə  Əli  Muhəmməd  Şirazidir.  İran  höküməti 

tərəfindən  həps  edilmiş  və  öldürülmüşdür.  Yerinə  Bəhaullah  –  Mirzə 

Hüseyn Əlidir və Peyğəmbərlik iddiasında olmuşdur. Yenə bundan başqa 

Dəccəl,  Yəcuc  və  Məcuc  və  s.  çıxması  şərqdəndir.  Bütün  bu  fitnələrdən 

Allaha sığınırıq. Sufyan b. Əbu Zubeyr - radıyallahu anhu – rəvayət edir 

ki,  Rəsulullah  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Yəmən  fəth 

ediləcəkdir.  Bir  qrup  insan  Mədinədən  oraya  ailələri  və  onlara  tabe 

olanlarla gedəcəklər. Halbuki Mədinə  onlar üçün  daha xeyirlidir. Şam  da 

fəth  ediləcəkdir.  Bir  qrup  insan  Mədinədən  oraya  ailələri  və  onlara  tabe 

olanlarla  gedəcəklər.  Halbuki  Mədinə  onlar  üçün  daha  xeyirlidir.  İraq  da 

fəth  ediləcəkdir.  Bir  qrup  insan  Mədinədən  oraya  ailələri  və  onlara  tabe 

olanlarla gedəcəklər. Halbuki Mədinə onlar üçün daha xeyirlidir”

32

.  


 

ÖMƏR, OSMAN VƏ ƏLİ - Radıyallahu Anhum – UN 

ÖLDÜRÜLMƏSİ 

Ömər  -  radıyallahu  anhu  –  nun  şəhid  edilməsindən  sonra  səhabə 

zamanında fitnələr çoxalmağa başladı. Çünki bu hadisə fitnələrə açılan ilk 

qapı  idi.  Onun  öldürülməsiylə  böyük  fitnələr  başladı,  qəlbində  iman 

yerləşməyən  fitnəyə  dəvət  edən  insanlar  ilə,  insanlara  gözəl  görsənən 

lakin  içində  İslamı  yıxmaq  istəyən  münafiqlər  çoxaldı.  Xuzeyfə  



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Ömər  -  radıyallahu  anhu  –  dedi: 

“Peyğəmbər – sallallahu aleyhi və səlləm – in fitnə haqqında olan sözünü 

kim əzbərlədi”. Xuzeyfə: “Mən söylədiyi kimi əzbərlədim” dedim. Ömər: 

“Sən  çox  cürətlisən,  söylə  görüm  nə  buyurdu”  dedi.  Mən:  “Bir  adamın 

ailəsi,  malı,  uşağı  və  qonşusu  üzündən  düşdüyü  fitnəyə  namazı,  orucu, 

sədəqəsi,  yaxşılığı  əmr  edib  pislikdən  çəkindirməsi  kəffarə  olur”  dedi. 

Ömər: “Mən bunu  qəsd  etmirdim. Dənizin  dalğalanması kimi  dalğalanan 

fitnələri soruşuram”  dedi. Mən: “Ey  möminlərin əmiri! O, fitnədən sənin 

üçün  bir  şey  yox.  Səninlə  o,  fitnə  arasında  qapalı  bir  qapı  var”  dedim. 

Ömər:  “Bu  qapı  qırılacaqmı,  yoxsa  açılacaq”  dedi.  Mən:  “Qırılacaqdır” 

                                                        

29

 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/31,32.  



30

 Fəthul Bəri, Buxari “Fitən” 13/45, Nəvəvi Şərhi, Müslim “Fitən” 18/31.  

31

 Fəthul Bəri 13/47.  



32

 Buxari “Fəzailul Mədinə” 5, Müslim “Həcc” 497, 1388.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə