QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   2   3   4   5   6   7   8   9   ...   39

 

 




 



ÖN SÖZ 



XUTBƏTUL-HACƏ 

Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və  məğfirət 

diləyirik.  Nəfslərimizin  şərindən  və  pis  əməllərimizdən  Allaha  sığınırıq. 

Allah  kimi  hidayətə  yönəltmişsə,  onu  heç  kəs  azdıra  bilməz,  kimi  də 

azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, 

Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm 

ki, Muhəmməd onun qulu və elçisidir. 

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman 

olduğunuz halda ölün». (Ali-İmran 102). 

«Ey  insanlar!  Sizi  tək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  ondan 

zövcəsini  (Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  kişi  və  qadınlar 

törədən  Rəbbinizdən  qorxun.  (Adı  ilə)  Bir-birinizdən  (cürbəcür  şeylər) 

istədiyiniz  Allahdan,  həmçinin  qohumluq  əlaqələrini  kəsməkdən 

qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1). 

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər 

belə  etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar. 

Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) 

nail olar». (əl-Əhzab 70-71)

1

. 

Şübhəsiz  ki,  sözlərin  ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən  xeyirlisi 

Muhəmməd  -  sallallahu  aleyhi  və  səlləm  -  in  yoludur.  Əməllərin  ən  pisi 

sonradan  uydurulanlardır.  Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl 

(iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə 

oddadır


2

                                                        



1

 Xutbətul-Hacə adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə Peyğəmbər - səllallahu aleyhi və 



səlləm - oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyətmişdir. Hədisin ilk hissəini 

bizə:  –  Əhməd  1/392-393,432,  Əbu  Davud  2188,  Tirmizi  1105,  Nəsəi  3/104-105,  6/69  və  «Əməlul 

Yəum  vəl  Leyl»  488,  İbn  Məcə  1892,  Darimi  2202,  Tayalisi  «Musnəd»  1557,  AbdurRazzaq 

«Musənnəf»  10449,  Bəzzar  «Musnəd»  -  Kəşful  Əstar  1/314,  Əbu  Yəla  «Musnəd»  5233-5234,5257, 

Tahavi  «Şərhul  Müşkilil  Asar»  1-3,  Təbərani  «Məcmuul  Kəbir»  10/10079-10080,  Həkim 

«Mustədrək» 2744, Beyhəqi «Sünnənul Kubra» 3/214-215, Bəğavi «Şərhus Sunnə» 2268 İbn Məsud 



radıyallahu anhu  –  yolu  ilə,  Müslim  «Şərhu  Nəvəvi»  6/156-158,  Əhməd  1/302,350,  Nəsəi  6/89-90, 

İbn Məcə 1893 və Tahavi «Şərhul Müşkilil Asar» 4 İbn Abbas - radıyallahu anhu – yolu ilə, Tahavi 

«Şərhul  Müşkilil  Asar»  5,  Beyhəqi  «Sünnənul  Kubra»  3/215  Nubeyt  b.  Şərit  -  radıyallahu  anhu  – 

yolu  ilə,  Əbu  Yəla  «Musnəd»  7221,  Nəsəi  «Sünnənul  Kubra»  bax:  «Tuhfetul  Əşraf»  6/472  №  9148 

Əbu Musa əl-Əşari - radıyallahu anhu – yolu ilə. 

2

 Hədisin Ikinci Hissəsini – Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189, 



Beyhəqi «Sünnənul  Kubra» 3/214 Cabir b. Abdullah  - radıyallahu anhu  – yolu ilə. Bu ləfz Nəsainin 

ləfzidir. Hədisi Əhməd 3/371 və  Müslim: «Sözlərin  ən doğrusu»  ləfzi  yerinə: «Sözlərin  ən  xeyirlisi» 

ləfziylə  rəvayət  edilmişdir.  İmam  Əhmədin  digər  rəvayətlərində  isə  3/319:  «Sözlərin  ən  gözəli» 

şəkilindədir. Müslim: «Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir» ləfzi yerinə: «Hər 

bir bidət bir zəlalətdir (sapıqlıqdır)» ləfziylə ravayət etmişdir. Hədisin  sonunda olan: «Hər  bir zəlalət 

isə oddadır» ləfzini zikr etməmişdir. Bu beş səhabədən başqa hədsi: Aişə - radıyallahu anhə –, Səhl b. 

Sad - radıyallahu anhu – mərfu olaraq. Hədis səhihdir. Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani – 



 



«Ey  Rəbbim!  köksümü  açıb  genişlət,  işimi  yüngülləşdir,  dilimdəki 



düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).  

Möhtərəm  müsəlman  bacı  və  qardaşlarım!  İlk  öncə  hamınızı  Allahın 

salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - sallallahu aleyhi 

və  səlləm  –  in  yoluna  uyaraq  öz  risaləmi  «Bismilləh»  ilə  başlayıram. 

Çünkü  Allah  Rəsulu  -  sallallahu  aleyhi  və  səlləm  -  də  öz  məktublarını 

«Bismilləh»  ilə  başlamış  və  buyurmuşdu:  «Hər  mühüm  bir  işə 

«Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»

3



Əhli Sünnə  vəl Cəmaat axirət gününə  etiqad  edir  və inanırlar. Bunun 



mənası da Qiyamət günü Allahın kitabında, Rəsulullah – sallallahu aleyhi 

və  səlləm  –  in  sünnəsində  ölümdən  sonra  Cənnətliklərin  Cənnətə, 

Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək 

şeylərə dair verilmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü Allahın 

insanları  haqq-hesab  və  cəza  (əməllərinin  qarşılığını  verməsi)  üçün 

dirildəcəyi  Qiyamət  günüdür.  Ona  bu  adın  verilməsinin  səbəbi,  ondan 

sonra  gün  olmayacağına  görədir.  Çünki  artıq  Cənnətliklər  Cənnətə, 

Cəhənnəmliklər  də  Cəhənnəmə  yerləşdiriləcəklər.  «Qiyamət  mütləq 

gələcəkdir,  ona  heç  bir  şəkk-şübhə  yoxdur.  Lakin  insanların  çoxu 

inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (Qiyamət) həqiqətdir. Haqq-

hesab  (cəza  və  mükafat)  da  labüddür».  (əz-Zariyat  5-6).  «O,  kəslər  ki, 

sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, 

Zəbur) iman gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4).  

İnsan oğlu gözlərini dünya malına dikib axirəti unutmasın deyə, Allah, 

Qiyamət  qopmadan  öncə  bəzi  əlamətlər  göndərmişdir.  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – doğru sözlü və doğru sözü təsdiq olunan bir 

Peyğəmbərdir.  Şübhəsiz  ki,  Qiyamət  əlamətlərindən  bir  çoxu  artıq 

görsənmişdir.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  nə  xəbər 

vermişdirsə həqiqət olmuşdur. Hər əlamətin görsənməsiylə müsəlmanların 

təsdiqi  və  imanı  daha  da  artmaqdadır.  Həqiqət  olan  bu  əlamətlər 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in möcüzəsidir.  

İmanın  altı  şərtindən  biri  də  Axirət  gününə  imandır  və  bu  İslamın 

təməllərindən  biridir.  Çünki  Allahın  birliyinə  iman,  Axirətdə  təkrar 

dirilməyə  imanı  vacib  edir.  Axirət  gününə  və  onun  başlanğıcı  olan 

əlamətlərə inanmaq insan ağlının düşünməyəcəyi şeylərdir. Bunlar yalnız 

vəhy yolu ilə gələn dəlillərlə bilinir. Buna görə də biz dəhşət dolu bu günə 

                                                                                                                              



rahmətullahi aleyhi – hədisin bütün rəvayətlərini bir yerə toplayaraq «Xutbətul Həcə» isimli bir kitab 

yazmışdır.  İstəyənlər  bu  kitaba  baxa  bilərlər.  Ayrıca  bax:  əl-Albani  «Muxtəsər  Səhih  Müslim»  409, 

«Mişkətul Məsabih» 3149,5860. 

3

 Əbu Davud. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə