QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

 

17 


Hərura adlanan yerdə ayrılıb, ona qarşı çıxdılar və Əli - radıyallahu anhu 

–  nu  kafir  saydılar.  Əli  -  radıyallahu  anhu  –  ilə  Muaviyə  -  radıyallahu 

anhu  –  arasında  döyüş  uzandığı  təqdirdə  Muaviyə  -  radıyallahu  anhu  – 

nun  tərəfdarları  Quranın  müshaflarını  nizələrin  ucuna  taxaraq  Əli  



radıyallahu  anhu  –  nun  tərəfdarlarını  Qurana  tabe  olmağa  çağırdılar. 

Bizdən bir adam, sizdən  də bir adam çıxardaq  dedilər. İnsanlar buna razı 

olduqda Muaviyə - radıyallahu anhu – tərəfdən  Amr  b. As - radıyallahu 

anhu  –,  Əli  -  radıyallahu  anhu  –  tərəfdən  isə  Əbu  Musa  əl-Əşari  

radıyallahu  anhu  –  çıxdı.  Lakin  Əli  -  radıyallahu  anhu  –  İbn  Abbas  

radıyallahu  anhu  –  nun  çıxmasını  istəyirdi.  Lakin  bunu  görən  Urvə  b. 

Uzeynə:  «Allahın  əmrində  adamlarınızı  hakim  təyin  edirsiniz,  hökm 

ancaq  Allahındır  –  deyərək  döyüş  hazırlığını  görməyə  başladılar.  Əli  

radıyallahu anhu – nəsihət etmək üçün İbn Abbas - radıyallahu anhu – nu 

onların  yanına  göndərdi.  Bunlar  da  İbn  Abbas  -  radıyallahu  anhu  –  ilə 

Allahın  kitabı  üzərində  üç  gün  mübahisə  etdilər.  Nəhayət  onlardan  8  (4) 

min kişi geri döndü». Əbu Səid əl-Xudri - radiyallahu anhu – rəvayət edir 

ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qənimətləri payladığı zaman 

Bəni Təmim  qəbiləsindən  olan Zul Xuveysra adlı bir nəfər gəldi  və:  «Ey 

Allahın Rəsulu adil  ol!»  dedi. Peyğəmbər: «Vay sənin  halına! Əgər  mən 

adil  olmasam  kim  adil  ola  bilər!  Əgər  mən  adil  olmasaydım  (sən  mütləq 

adil  olmayan  bir  insana  tabe  olduğun  üçün)  əliboş  qalardın  və  zərər 

çəkənlərdən  olardın»  deyə buyurdu. Ömər:  «Ey  Allahın Rəsulu!  İzin  ver 

boynunu vurum» dedi. Peyğəmbər: «Onu tərk et, onun kimi onun dostları 

vardır ki, sizdən biriniz öz namazını onların namazı yanında, öz orucunu 

onların orucu yanında kiçik görər. Onlar Quranı oxuyacaqlar, lakin Quran 

onların boğazlarından aşağı  enməyəcəkdir, onlar İslamdan oxun şikardan 

çıxması  kimi  çıxacaqlar.  (Başqa  rəvayətdə:  Ox  şikarın  bədənini  sürətlə 

deşib çıxdığı kimi dindən çıxacaqlar). Ovçu oxunun dəmirinə baxar orada 

qandan  bir  əlamət  görməz,  oxun  taxta  hissəsinə  baxar  yenə  də  orada  bir 

əlamət tapmaz. Onların əlaməti qolu qadın döşü və ya yellənən ət parçası 

kimi  olan  qara  kimsədir.  Onlar  (müsəlmanlar)  arasında  ayrılığ  düşdüyü 

zaman  ortaya çıxarlar. Onları iki tayfadan  haqqa  ən  yaxın  olanı öldürər» 

deyə  buyurdu

45

.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 



«Axır  zamanda  bir  qövm  çıxacaqdır  ki,  onlar  Quranı  oxuyacaqlar,  lakin 

Quran  onların  boğazlarından  aşağı  enməyəcəkdir,  onlar  İslamdan  oxun 

şikardan  çıxması  kimi  çıxacaqlar.  Onların  əlamətləri  başlarını  qırxmaq 

olacaqdır.  Onlar  həmişə  mövcud  olacaqlar.  Onların  axırıncısı  Dəccəllə 

bərabər  çıxacaqdır.  Onlar  məxluqatın  ən  şərlisi  və  ya  məxluqatın  ən  şər 

                                                        

45

 Buxari 5057, 6930, Müslim 1066.  




 

18 


təbəqəsidir. Onlarla qarşılaşdığınız zaman onları öldürün»

46

.  



 

YƏHUDİ VƏ XRİSTİYANLAR KİMİ KEÇMİŞ 

ÜMMƏTLƏRİN YOLU İLƏ GETMƏK 

Fitnələrdən biri də Yəhudi və Xristianların adətlərinə uymaq və onları 

təqlid  etməkdir.  Bəzi  müsəlmanlar  kafirləri  təqlid  etməkdə,  onlara 

bənzəməkdə, onların əxlaqı ilə əxlaqlanmaqda və onları sevmələridir. Əbu 

Səid  əl-Xudri  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Həqiqətən  siz  əvvəlkilərin 

(sünnəsi  –  yolu),  adət  ən-ənələrilə  gedəcəksiniz.  Hər  bir  şeydə  onlara 

qarış-qarış  oxşamağa  çalışacaqsınız.  O,  dərəcəyə  qədər  ki,  onlardan  biri 

kərtənkələ yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz». Biz: «Ya 

Rəsulullah!  Sən  Yəhudi  və  Xristianları  nəzərdə  tutursan?»  deyə  soruş-

duq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq» deyə buyurdu

47

.  


 

YALANÇILARIN VƏ PEYĞƏMBƏRLİK 

İDDİASINDA OLANLARIN ORTAYA ÇIXMASI 

Ortaya  çıxan  əlamətlərdən  biri  də  30  yaxın  yalançının  Peyğəmbərlik 

iddiasında olmasıdır. Onlardan bəziləri Peyğəmbər – sallallahu aleyhi və 

səlləm – həyatda ikən və səhabə zamanında ortaya çıxmış, günümüzdə də 

ortaya çıxmağa davam  edir

48

. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət 



edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “30  yaxın 

yalançı  çıxmadıqca  Qiyamət  qopmaz.  Bunların  hamısı  Peyğəmbər 

olduqlarını  iddia  edəcəklər”

49

.  Səvban  -  radıyallahu  anhu  –  rəvayət  edir 



ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Ümmətimdən 

olan qəbilələr bütlərə tapınaraq müşriklərə qatılmadıqca Qiyamət qopmaz. 

Şübhəsiz ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər 

birisi  bir  Peyğəmbər  olduğunu  iddia  edəcəkdir.  Mən  isə  Peyğəmbərlərin 

sonuncusuyam.  Məndən  sonra  Peyğəmbər  yoxdur»

50

.  Bu  yalançılardan 



biri olan Musəyləmə Kəzzəb Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 

həyatının  son  zamanlarında  ortaya  çıxmış  və  Peyğəmbərlik  iddiasında 

olmuşdur.  Peyğəmbər  onunla  yazışmış  və  Onu  Kəzzəb  olaraq 

adlandırmışdır. Ətrafına çox adam toplamış və müsəlmanlara çox pisliklər 

etmişdir. Nəhayət Əbu Bəkr - radıyallahu anhu – nun dövründə Yəməmə 

                                                        

46

  Musnəd  4/421,  Nəsəi  7/119-121,  Bəzzar  «Musnəd»  9/294,  Həkim  «Mustədrək»  2647,  əl-Albani 



zəif.  

47

 Buxari, Müslim, Əbu Davud 4333, 4334, Tirmizi 2219.  



48

 “Fəthul-Bâri” 6/617.  

49

 Fəthul-Bəri, Buxarî “Mənâkib” 6/616, Nəvəvi Şərhi, Müslim “Fitən” 18/45-46.  



50

  Buxari,  Müslim,  Əbu  Davud  4252,  Musnəd  5/278,  “Avnul-Mabûd”  Şərhi,  Ebu  Davud  11/324, 

“Tuhfetul Ahvəzî” şərhi, Tirmizi 6/466, əl-Albani “Camius Sağir” 6/174, H.7295.  



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə