QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   2   3   4   5   6   7   8   9   ...   39

 

11 


hadisəni  gözləyin:  «Çox  ölənlər  olur.  Sizin  içinizdə  heyvanların 

burunlarından axan və bir anda öldürən xəstəlik olacaqdır”

17

. İbn Həcər – 



rahmətullahi aleyhi – deyir ki: “Bu əlamət Ömər - radıyallahu anhu – nun 

zamanında  Qütsün  fəthindən  sonra  Amvasta  baş  vermişdir”

18

.  Taun 


hicrətin  18-ci  ilində  Amvasta  baş  vermiş  və  sonra  Şam  tərəfə  də 

yayılmışdır. Ölənlərin sayı 25000 min nəfər olmuşdur. Bu ümmətin əmini 

olan  Əbu  Ubeydə  b.  Cərrah  -  radıyallahu  anhu  –  da  bu  xəstəlikdən 

ölmüşdür


19

.  


 

MALIN ÇOXALMASI, SƏDƏQƏ VƏ ZƏKATIN 

VERİLƏCƏK KİMSƏNİN OLMAMASI 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Aranızda  mal  çoxalmadıqca 

Qiyamət qopmaz. Elə  ki, mal sel kimi axacaq, mal sahibi sədəqə verəcək 

kimsə  tapmayacaqdır.  Zəkat  veriləcək  kimsə:  “Mənim  zəkata  ehtiyacım 

yoxdur”  deyəcəkdir

20

.  Əbu  Musa  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “İnsanlara  elə  bir 

zaman  gələcək  ki,  əldə  qızıl  zəkat  vermək  üçün  adam  axtarılacaq,  lakin 

zəkat  veriləcək  kimsə  tapılmayacaqdır”

21

.  Adiy  b.  Hatim  -  radıyallahu 



anhu – rəvayət edir ki, Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 

yanında  ikən  bir  nəfər  gəlib  yoxsulluqdan  şikayət  etdi.  Sonra  digər  bir 

nəfər gəldi və yol kəsən quldurlardan şikayət etdi. Peyğəmbər: “Ey Adiy! 

Hirə  şəhərini  gördünmü?”  deyə  buyurdu.  Adiy:  “Xeyr,  yalnız  eşitdim” 

dedim.  Peyğəmbər:  “Əgər  ömrün  uzun  olsa  dəvə  üzərində  bir  qadının 

Allahdan  başqa  kimsədən  qorxmadan  Kəbəyə  gəlib  təvaf  edəcəyini 

görəcəksən”  deyə  buyurdu.  Öz-özümə:  “Bizim  Tai  qəbiləsinin  yol 

kəsənləri  varaaa!  (Onların  əlindən  hara  gələ  bilər)”  dedim.  Peyğəmbər: 

“Əgər  ömrün  uzun  olsa  Kisranın  xəzinələrinin  fəth  ediləcəyini 

görəcəksən”  deyə  buyurdu.  Mən:  “Kisra  b.  Hurmuzmu?”  dedim. 

Peyğəmbər: “Bəli, Kisra b. Hurmuz  və əgər ömrün uzun sürərsə qızıl və 

gümüş  dolu  kisəsini çıxarıb zəkat vermək istəyən adamı  görürsən. Lakin 

zəkat alacaq kimsə  olmayacaqdır (tapmayacaqdır). Hər biriniz  mütləq bir 

gün  gələcək  aranızda  heç  bir  pərdə,  tərcüməçi  olmadan  Allahla 

qarşılaşacaqsınız.  O,  zaman  Allah:  “Səni  təbliğ  edən  bir  Peyğəmbər 

göndərmədimmi?”  deyə  buyuracaq.  O:  “Bəli,  göndərdin”  deyəcəkdir. 

                                                        

17

 Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277.  



18

 “Fəthul Bəri” 6/278. 

19

 “əl–Bidâyə vən–Nihâyə” 7/94.  



20

 Buhari “Fitən” 13/81,82, Müslim “Zəkât” 7/97, Nəvəvi Şərhi.  

21

 Müslim “Zəkat” 7/96 Nəvəvi Şərhi.  




 

12 


Allah: “Mən sənə mal vermədimmi? Ikram etmədimmi?” deyə soruşacaq. 

Qul:  “Bəli,  Ey  Rəbbim,  verdin”  deyib  sağına  baxacaq  Cəhənnəmdən 

başqa  bir  şey  görməyəcəkdir,  soluna  baxacaq  Cəhənnəmdən  başqa  bir 

görməyəcəkdir”.  Adiy  -  radıyallahu  anhu  –  deyir  ki,  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Bir xurmanın 

yarısı  da  olsa  onu  sədəqə  verib  özünüzü  Cəhənnəmdən  qoruyun.  Kim 

yarım xurma tapmazsa gözəl bir sözlə qorunsun”. Adiy: “Allahdan başqa 

kimsədən qorxmadan Kəbəni təvaf etməyə gedən dəvə üstündə yaşlı qadın 

gördüm.  Kisra  b.  Hurmuzun  xəzinələrini  ələ  keçirənlər  arasında  mən  də 

var idim. Əgər sizin də ömrünüz uzun olarsa Əbul Qasımın xəbər verdiyi 

kisəsini  çıxaran  o,  adamı  görəcəksiniz”  dedi

22

.  Peyğəmbər  –  sallallahu 



aleyhi  və  səlləm  –  in  xəbər  verdiyi  bu  əlamətlər  həqiqət  olmuşdur. 

Səhabələrin  zamanında  İran  və  Bizansda  edilən  fəthlərdən  sonra  mal 

çoxalmışdır. Ömər b. AbdulƏziz – rahmətullahi aleyhi - nin dövründə isə 

sel  kimi  axmışdır.  Belə  ki,  sədəqə  və  zəkat  veriləcək  bir  nəfər  də  belə 

tapılmamışdır.  İbn  Həcər  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Böyük 

ehtimalla  İsa  və  Mehdi  -  əleyhimussəllam  -  ın  dövründə,  yəni  axır 

zamanlarda da mal çoxalacaqdır”. Doğrusunu Allah bilir!.  

 

FİTNƏLƏRİN ORTAYA ÇIXMASI 

Fitnə  -  Bəlaya  düçar  olmaq,  imtahan  olunmaqdır.  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – in bildirdiyi  kimi Qəyamətin əlamətlərindən 

haqq  ilə  batilin  qarışdırıldığı,  imanın  zərər  gördüyü  böyük  fitnələrin 

ortaya  çıxmasıdır.  Belə  ki,  səhəri  mömin  olaraq  oyanan  kimsə  axşama 

kafir olaraq çıxar, mömin olaraq gecələyən kişi səhərə kafir olaraq çıxar. 

Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Mən Peyğəmbər 

– sallallahu aleyhi və səlləm – buyurdu: “Qiyamətdən öncə gecə qaranlığı 

kimi öldürücü fitnələr ortaya çıxacaqdır. O, fitnələrdə səhər mömin olaraq 

oyanan kimsə axşama kafir olaraq çıxar. Axşama mömin olaraq çıxan kişi 

səhərə  kafir  olaraq  oyanar.  Oturan  ayağda  duranda  daha  xeyirlidir. 

Ayağda  duran  isə  yeriyəndən,  yeriyən  isə  qaçandan  daha  xeyirlidir. 

Oxlarınızı qırın, yaylarınızı qırın. Qılınclarınızın (iti) tərəfini daşa vurun. 

Əgər  sizdən  biriniz  fitnələrə  qarışarsa  Adəm  -əleyhissəlam  -  ın  iki 

oğlundan ən xeyirlisi (Habil) kimi olun”

23

. Peyğəmbər – sallallahu aleyhi 



və  səlləm  –  buyurdu:  «Gecə  qaranlığı  kimi  öldürücü  fitnələrdən  çəkinin. 

(Xeyirli  əməllər  etməyə  çalışın!)  Çünki  səhəri  mömin  olan  axşama  kafir 

olacaqdır,  axşamı  mömin  olan  isə  səhərə  kafir  olacaqdır.  İnsanlar  öz 

                                                        

22

 Buhari “Mənakib” 25, Fəthul Bâri 6/610-611.  



23

  Musnəd  4/408,  “Sünən  Əbu  Davud”  11/334  Avnul-Məbud,  “Sünən  İbn  Məcə”  2/1310,  Hakim 

“Mustədrək” 4/440, əl-Albâni “Câmius Sağir” 2/193, H: 2045.  



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə