QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

 

19 


döyüşündə  öldürülmüşdür.  Daha  sonra  Yəməndən  Əsvəd  b.  əl-Ənəsi 

Peyğəmbərlik  iddiasında  olmuş  və  Peyğəmbər  –  sallallahu  aleyhi  və 



səlləm  –  vəfat  etmədən  öncə  səhabə  tərəfindən  öldürülmüşdür.  Yenə 

Səcah  ismində  Peyğəmbərlik  iddiası  edən  qadın  olmuş.  Museyləmə  ilə 

evlənmişdir.  Lakin  Museyləmə  öldürüldükdə  təkrar  İslama  qayıtmışdır. 

Daha sonra Zuleyha b. Xuveylid əl-Əsədi Peyğəmbərlik iddiasında olmuş 

daha sonra Tövbə edərək İslama dönmüşdür. Yenə də onlardan biri Həris 

əl-Kəzzəbdir. AbdulMəlik b. Mərvan xəlifəliyi zamanında öldürülmüşdür. 

Abbasi  xəlifələri  dövründə  də  bir  çox  yalançı  Peyğəmbərlər  çıxmışdır. 

Son  əsirlərdə  isə  Hindistanda  Mirzə  Əhməd  Qadyani  ortaya  çıxmış. 

Gözlənilən Peyğəmbər, Məsih olduğunu və İsa - əleyhissəlam - ın qeybə 

çəkilmədiyini və s. iddialarda olmuşdur. Səmura b. Cundəb - radıyallahu 



anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  günəş 

tutulduğu  zaman  verdiyi  xütbəsində  buyurdu:  “30  nəfər  yalançı 

çıxmadıqca  Qiyamət  qopmaz.  Onların  sonuncusu  tək  göz  Dəccəldir”

51



Xuzeyfə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  “Ümmətimdən  27  nəfər  yalançı  dəccəl 

çıxacaq.  Onlardan  4  qadındır.  Mən  isə  Peyğəmbərlərin  sonuncusuyam. 

Məndən sonra Peyğəmbər yoxdur”

52

.  



 

ƏMİNLİYİN ARTMASI 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – buyurdu: “İraq ilə Məkkə arasında səfər edən 

kimsə  yolu  azmaqdan  başqa  heç  bir  şeydən  qorxmadığı  müddətdə 

Qiyamət  qopmaz”.  Səhabə  zamanında  müsəlmanların  fəth  etdiyi  yerdə 

İslam  və  ədalət  olduğu  üçün  bu  hallar  baş  vermişdir.  Mehdi  və  İsa  



əleyhissəlam  -  ın  zamanında  da  yer  üzü  ədalət  və  əmin-amanlıqla 

dolacaqdır. İsnşəallah!  

 

HİCAZDAN ALOVUN ÇIXMASI 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Hicaz  bölgəsində  bir  atəş 

çıxmadıqca  Qiyamət  qopmaz.  Bu  atəş  Busradakı  dəvələrin  boyunlarını 

işıqlandıracaqdır»

53

. Bu atəş 7-ci əsrin ortalarında 654-cü ildə görsənmiş-



dir. İmam Nəvəvi – rahmətullahi aleyhi -

 

deyir  ki: “Bizim  zamanımızda 



654-cü  ildə  Mədinədə  bir  atəş  çıxdı.  Mədinənin  doğu  tərəfində  Harrənin 

arxasında böyük bir alov idi. Bu atəşi Şam və s. bölgələr görmüşdülər. Bu 

                                                        

51

 İbn Hibban 7/102, Həkim 1/479, Beyhəqi 3/397, Müsnəd 5/16.  



52

  Müsnəd  5/396,  Təbərani  3026,  “Əvsat”  5/327,  Fəthul  Bəri  13/87,  “Cəmiu-Sağır”  4/97,  H.  4134, 

Heysəmi “Məcmauz-Zəvaid” 7/332,532.  

53

 Buxari  «Fitən» 24, Müslim «Fitən» 42. 




 

20 


atəşin  necə  olduğunu Mədinəlilər  mənə xəbər  vermişdilər”

54

. İbn Kəsir – 



rahmətullahi aleyhi -

 

deyir ki: “Busrada olan bədəvilərin bir çoxu Hicazda 



çıxan bu atəşin dəvələrin boyunlarını işıqlandırdığına şahid olmuşdular”

55



Qurtubu  –  rahmətullahi  aleyhi  -

 

deyir  ki:  “Məkkə  və  Busra  dağlarından 



atəşin göründüyünü söyləmişdir”

56

.  



 

TÜRKLƏRLƏ DÖYÜŞ 

Əbu  Hureyrə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Siz  ayaqqabıları  keçə  (dəridən) 

olan,  gözləri  kiçik,  üzləri  qırmızı,  burunları  kiçik  (basıq),  üzləri  dəri  ilə 

örtülmüş  (dəri  üstünə  dəri  örtülmüş  qalxan  kimi  qalın  dərili)  olan 

Türklərlə  savaşmadıqca  Qiyamət  qopmaz»

57

.  Əbu  Hureyrə  -  radıyallahu 



anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu: “Müsəlmanlar Türklərlə döyüşmədikcə Qiyamət qopmaz. Onlar 

üzlərini dəri ilə örtmüş bir qövmdür. Tükdən (dəridən) paltar və ayaqqabı 

geyinərlər”

58

.  Amr  b.  Sələbə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 



Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Geniş üzlü,  elə bil 

ki,  dəri  üstünə  dəri  örtünmüş  qalxan  kimi  qalın  dərili  bir  qövmlə  sizin 

döyüşünüz  Qiyamətin  əlamətlərindəndir”

59

.  Əbu  Hureyrə  -  radıyallahu 



anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  – 

buyurdu: “Siz Əcəmilərdən (ərəb olmayan) Huz (İranda yerləşən Əhvəzdə 

bir yerdir) və Kirmanla (Bir çox kənd və qəsəbəsi olan geniş bir ərazidir. 

Qərbində  İran,  Şərqində  Xorasan,  Cənubda  isə  İran  dənizi  vardır) 

döyüşmədikcə Qiyamət qopmaz. Onlar qırmızı üzlü, basıq burunlu, kiçik 

gözlüdürlər.  Üzləri  dəri  üzərinə  dəri  örtülmüş  kimi  qalın  dərili  (ətli)  və 

ayaqqabıları tüklüdür (dəridəndir)”

60

.  



 

PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm – 

HAQQINDA HƏDİSLƏRİN UYDURULMASI 

Əli, Ənəs b. Məlik, Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edirlər 

ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Şübhəsiz  ki, 

mənim  ağzımdan  yalan  söyləmək  başqasının  ağzından  yalan  söyləmək 

                                                        

54

 Müslim Nəvəvi Şərhi 18/28.  



55

 “Bidâyə Və Nihâyə” 1/14, 13/187-193. 

56

 Təzkira” s:636.  



57

 Fəthul Bəri 6/604, Buxari “Mənakib” 25, “Cihad” 95, Müslim “Fitən” 62, 2912, Əbu Davud 4303, 

Tirmizi 2216.  

58

 Nəvəvi Şərhi, Müslim “Fitən” 18/37.  



59

 Musnəd 5/70.  

60

 Fəthul-Bəri, Buxari “Mənâkib” 6/604.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə