QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ


ELİMSİZ KİMSƏLƏRİN FƏTVA VERMƏLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 

30 


ELİMSİZ KİMSƏLƏRİN FƏTVA VERMƏLƏRİ 

Abdullah b. Mubarək, Əbu Umeyyə əl-Cuməhi - radıyallahu anhum – 

rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  “Üç 

şey Qiyamətin əlamətlərin-dəndir. Elimsiz kimsələrdən fətva almaq...”

118



Abdullah  b.  Mubarək  –  rahmətullahi  aleyhi  -  elimsiz  kimsələrin  kim 



olduğu  barədə  soruşdu.  O:  “Öz  ağıllarına  görə  fətva  verənlərdir”  dedi. 

Başqa  rəvayətdə:  “Onlar  bidət  əhli  olanlardır”  dedilər.  İbn  Məsud  



radıyallahu  anhu  –  deyir  ki,  insanlar  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  in  səhabələrindən  və  böyük  şəxslərdən  elm  aldıqları  müddətdə 

yaxşı  olurlar.  Kiçiklərdən  elm  almağa  başladıqda  görüşlər  ayrılır  və 

ayrılığa düşərlər” dedi

119


.  

 

YALAN ŞAHİDLİYİN ÇOXALMASI, HAQQ 



ŞAHİDLİYİN GİZLƏDİLMƏSİ 

İbn  Məsud  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamət  qopmazdan  əvvəl 

insanlar yalan şahidlik edəcəklər və həqiqəti gizlədəcəklər»

120

. Əbu Bəkrə 



-  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –sallallahu  aleyhi  və 

səlləm – buyurdu: «Sizə böyük günahların ən böyüyündən xəbər verimmi? 

deyib  bu  sözü  üç  dəfə  təkrar  etdi.  Səhabələr:  «Bəli,  ya  Rəsulallah!» 

dedilər.  Peyğəmbər:  «Allaha  şərik  qoşmaq  və  ana-ataya  üsyan  etmək» 

deyə  buyurdu.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  uzanmış  halda 

durub  oturdu  və:  «Yalan  söz,  yalan  şahidlik!  deyə  bu  sözləri  o,  qədər 

təkrar etdi ki, (öz-özümə) kaş ki, susaydı dedim

121

.  


 

QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSMƏYİN, 

QONŞULUQ MÜNASİBƏTLƏRİNİN 

PİSLƏŞMƏSİNİN ÇOXALMASI 

Abdullah  b.  Amr  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 



sallallahu aleyhi və səlləm – buyurdu: «Ədəbsizlik, həyasızlıq, qohumluq 

əlaqələrinin  kəsilməsi  və  qonşuluq  münasibətlərinin  pisləşməsi 

çoxalmadıqca  Qiyamət  qopmaz»

122


.  İbn  Məsud  -  radıyallahu  anhu  – 

rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu: 

“Qiyamət  qopmadan  öncə  qohumluq  münasibətləri  kəsilir”

123


.  Əbu 

                                                        

118

 “Zühd” s: 20-21. H. 61, “Fəthul-Bəri” 1/143, əl-Albâni “Camius-Sağir” 2/243, H. 2203.  



119

 “Zühd” s: 281, H. 815, Təbərâni “Kəbir” və “Əvsat”, AbdurRazzaq “Musannəf” 11/347, H. 20446.  

120

 İmam Əhməd “Musnəd” 5/333, “İbn Kəsir “Təfsiri” 6/140, “Fəthul-Bəri” 5/262.   



121

 Buxari 2654, Müslim 87. 

122

 İmam Əhməd “Musnəd” 10/26-31, Əhməd Şakir “Səhih”, Həkim “Mustədrək 1/75-76.  



123

 Musnəd 5/333, Əhməd Şakir “Səhih”.  




 

31 


Hureyrə  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  «Uca  və  Böyük  olan  Allah  məxluqatı 

yaratdıqdan  sonra  yaratma  işi  tamam  olduqda  Rahim  –  qohumluq  bağı 

ayağa qalxdı». Allah:  «Dur! Söylə  nə istiyirsən?»  deyə buyurdu. Rahim: 

«Mənim  bu  qalxmağım  qohumluq  əlaqələrini  kəsməkdən  Sənə  sığınanın 

qalxmasıdır».  Allah:  «Sənə  yaxşılıq  edənə  yaxşılıq  etməklə  və  səndən 

yaxşılığı  kəsəndən  yaxşılığımı  kəsməyimlə  razı  deyilsənmi?».  Rahim: 

«Razı oluram Ey Rabbim!» dedi. Allah: «Bu höküm sənindir». Sonra Əbu 

Hureyrə – radıyallahu anhu – dedi ki, istəsəniz bu ayəni oxuya bilərsiniz: 



«Əgər  (Peyğəmbərdən)  üz  döndərsəniz  sizdən  yer  üzündə  fitnə-fəsad 

törətmək  və  qohumluq  tellərini  qırmaq  gözlənilməzmi»  (Məhəmməd 

22)»

124

.  Əbu  Şureh  –  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Allaha  and  olsun  ki,  iman 

gətirməz!  Allaha and  olsun  ki,  iman  gətirməz!  Allaha  and  olsun  ki,  iman 

gətirməz!».  Səhabələr:  «Kim  Ey  Allahın  Rəsulu!»  deyə  soruşdular. 

Peyğəmbər: «Qonşusu şərindən əmin olmayan kimsə»

125

. Əbu Hureyrə – 



radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  buyurdu:  «Qonşusu  şərindən  əmin  olmayan  kimsə  Cənnətə 

girməz»


126

.  


 

YAŞLILARIN GƏNCLƏRƏ BƏNZƏMƏSİ 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Axır zamanlarda 

saç  və  saqqalını  göyərçin  sinəsi  kimi  qara  rəngə  boyayan  insanlar 

olacaqdır.  Onlar  Cənnətin  qoxusunu  da  belə  duymayacaqlar»

127

.  İbnul 



Covzi – rahmətullahi aleyhi - deyir ki: “Bu hədisdə “Cənnətin qoxusunu 

almazlar”  sözünün  mənası  boyama  səbəbinə  görə  deyildir,  onlarda  olan 

pis  bir  əməl  və  etiqada  görədir.  Eynilə  Xəvariclərin  özəlliklərindən 

saçlarını  keçəl  qırxmalarıdır.  Belə  ki,  saçı  keçəl  qırxmaq  haram 

deyildir”

128

.  İbnul  Covzi  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Səhabə  və 



tabiindən  bir  çox  kimsə  saç  və  saqqalarını  boyamışlar.  Həsən,  Hüseyn, 

Sad  b.  Əbu  Vaqqas  –  Allah  onlardan  razı  olsun  -  onlardandır. 

Tabiinlərdən  də  bir  çoxları  saçlarını  keçəl  qırxmışlar”.  Buna  görə  də 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  saç  və  saqqalını  qara  rəngə 

boyamağı  qadağan  etmişdir.  Əbu  Kuhafə  saç-saqqalı  ağarmış  halda 

Məkkənin fəthi günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına 

                                                        

124


 Buxari «Ədəbul Mufrad» 50.  

125


 Fəthul Bəri 10/443.  

126


 Buxari «Ədəbul Mufrad» 121.  

127


 Əbu Davud 4/319, əl-Albani «Səhihul Cəmi» 8153.  

128


 “Movzuat” 3/55.  


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə