QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   2   3   4   5   6   7   8   9   ...   39

 

imanı  Quranda  çoxluqla  Allaha  imanla  birlikdə  zikr  edilmiş  olaraq 



görürük.  “...Bununla  Allaha  və  axirət  gününə  iman  gətirənlərə  öyüd-

nəsihət  verilir.  Kim  Allahdan  qorxsa,  Allah  ona  (hər  çətinlikdən)  bir 

çıxış  yolu  əta  edər”.  (ət-Taləq  2).  «Yaxşı  əməl  sahibi  heç  də  üzünü 

günçıxana  və  günbatana  tərəf  çevirməkdən  ibarət  deyil.  Yaxşı  əməl 

sahibi əslində Allaha, qiyamət gününə…inanandır». (əl-Bəqərə 177).  

Yenə  Quranın  hər  bir  səhifəsinə  baxdıqda  ya  Axirət  günündən  bəhs 

edən ya da o, gündə baş verəcək yaxşılıq və əzabı xatırladan bir ayəyə rast 

gəlirik.  

İslam  düşüncəsindəki  həyat  sadəcə  bu  qısa  dünyadakı  həyat  və  ya 

insanın  oradakı  qısa  ömrü  deyildir.  Əksinə  İslam  düşüncəsindəki  həyat 

zaman  olaraq  əbədiyyata  qədər  uzanan  bir  həyatdır.  Məkan  olaraq  da 

genişliyi  göylər  və  yer  qədər  olan  bir  Cənnət,  ya  da  yer  üzündə  min 

illərdən  bəri  yaşayan  nəsilləri  qucağına  alan  bir  atəşdir.  «Rəbbinizin 

məğfirətinə  və  genişliyi  göylər  və  yer  üzü  qədər  olan,  müttəqilər  üçün 

hazırlanmış Cənnətə tələsin». (Ali-İmran 133). «(Ey insanlar!) Rəbbiniz 

tərəfindən  bağışlanmağa  və  göycə,  yercə  geniş  olub,  Allaha  və  onun 

peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq 

üçün  bir-birinizdən  qabağa  düşməyə  çalışın...».  (əl-Hədid  21).  “O  gün 

Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə 

cavab verəcəkdir”. (Qaf 30).  

Buna görə də insanın Allaha və Axirət gününə və o, gündə olacaq olan 

yaxşılıq  və  əzaba  iman  etməsi  vacibdir.  Yoxsa  heç  bir  bəşər  qanunu 

Allaha  və  Axirət  gününə  olan  iman  kimi  insanı  doğru  yola  yönəltməz. 

Allaha  və  Axirət  gününə  inanan  insanın  yaşayışı  ilə  bunlara  inanmayan 

insanın  yaşayışı  arasında  böyük  fərq  vardır.  Bu  üzdən  Allaha  və  Axirət 

gününə inanan, bu dünyanın axirətin tarlası olduğunu bilir. Yenə də saleh 

əməllərin  və  azuqənin  olduğunu  bilir.  Axirətə  inanan  göydəki  tərəziyə 

görə  əməl  edər,  yerdəki  tərəziyə  görə  deyil.  (Həcc  və  ya  axirət  üçün) 

tədarük  görün.  Ən  yaxşı  tədarük  (azuqə)  isə  təqvadır  (pis  əməllərdən 

çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!”. (əl-Bəqərə 197).  

Bu  şüur  Allaha  və  Axirət  gününə  imanın  əsəridir,  işin  sonunu 

düşünmək,  göylərin,  yerin  və  dağların  yüklənməkdən  çəkindiyi,  lakin 

insanın  üzərinə  aldığı  o,  böyük  əmanətdir.  Əmanət  isə  istər  kiçik,  istər 

böyük olsun hesabı sorulacaqdır. Əgər xeyirsə xeyir, pisdirsə pis olur. “O 

gün (Qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır 

görəcək  və  günahları  ilə  özü  arasında  çox  uzaq  məsafə  olmasını 

arzulayacaqdır.  Allah  sizi  Öz  əzabından  çəkindirir,  çünki  Allah 

bəndələrə  (Öz  bəndələrinə)  mərhəmətlidir!”.  (Ali  İmran  30).  “(Qiyamət 



 



günü  hər  kəsin)  əməl  dəftəri  qarşısına  qoyulacaq.  (Ya  Rəsulum!  O 



zaman)  günahkarların  orada  (yazılmış)  olanlardan  qorxduqlarını 

görəcəksən.  Onlar  belə  deyəcəklər:  “Vay  halımıza!  Bu  necə  bir  kitab 

imiş!  O  Bizim  heç  bir  kiçik  və  böyük  günahımızı  gözdən  qaçırmadan 

hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin 

(öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq 

etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)”. (əl-Kəhf 49).  

İnsanın  xeyiri  sadəcə  özünə  qarşı  deyildir.  Əksinə  etdiyi  yaxşılıq 

heyvanlara  qədər  uzanır.  Ömər  -  radıyallahu  anhu  –  dan  rəvayət  edilən 

məşhur  sözündə  o,  deyir:  “Əgər  İraqda  bir  qatırın  ayağı  axsayaraq 

qırılarsa  düşünürəm  ki,  Allah:  “Ey  Ömər!  Nə  üçün  onun  yolunu 

düzəltmədin ki? (Bu hadisə də baş verməzdi)” deyə onun hesabını məndən 

soruşar

4

.  



Allaha  və  Axirət  gününə  inanmayan  bir  kişi  isə  bu  dünyadakı 

məqsədinə  çatmaq  üçün  bütün  gücüylə  çalışır,  işinin  ardıyca  o,  qədər 

düşür  ki,  yorğunluqdan  dili  çölə  çıxır.  Mal  toplamağa  qarşı  hədsiz 

hərisdir. Özü kimi  qazanmaq  istəyən  insanlara mane  olur. Onun  məqsədi 

dünyadır,  dünyanı  ən  böyük  qayə  və  məşğuliyyət  etmişdir.  Hər  şeyi  öz 

şəxsi  mənfəətinə  görü  ölçər,  başqaları  onu  heç  maraqlandırmaz,  dönüb 

baxmaz  da  belə.  Əgər  ona  bir  faydası  olarsa  yalnız  o,  zaman  onunla 

maraqlanar. Elə bir  dünya  ki, bir az güldürsə çox zaman ağladır. Bir  gün 

sevindirsə  aylarla  üzər.  Ağrıları  sevincdən  çoxdur.  Qorxularla  başlayar, 

sonda  tələf  olmaqla  bitər.  Bu  həyatda  yaşayar  və  ömrünü  sona  sürdürər. 

Çünki  o,  öldükdən  sonra  dirilmənin  imkansız  olduğunu  düşünürdü. 

“Lakin  insan  (bundan  sonra  da)  önündəkini  (Qiyaməti)  danmaq  (pis 

işlər  görmək)  istəyər.  Və  (istehza  ilə):  “Qiyamət  günü  nə  vaxt 

olacaqdır?”  –  deyə  soruşar”.  (əl-Qiyamət  5-6).  “(Əgər  onlar  dünyaya 

qaytarılsaydılar)  yenə  də:  “Həyat  yalnız  bu  dünyadakı  həyatımızdan 

ibarətdir.  Bizlər  bir  daha  dirilən  deyilik!”  –  deyərdilər”.  (əl-Ənam  29). 

Belə  bir  kimsə  bu  dünyada  çox  uzun  yaşamağı  sevdiyindən  öldükdən 

sonra 

dirilməyi 



istəməz. 

Yenə 


də 

onlar 


Axirətdəki 

əzaba 


dözəbilməyəcəklərini  bildikləri  üçün  bu  dünyadan  ayrılmağa  cəsarət 

etməzlər. “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia 



edirlər.  (Ya  Peyğəmbər!)  De:  “Bəli,  Rəbbimə  and  olsun  ki,  siz  mütləq 

dirildiləcəksiniz.  Sonra  da  (dünyada)  etdiyiniz  əməllər  sizə  (bir-bir) 

xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!”. (ət-Təğabun 7).  

Axirət  gününə  imanın  mənası  onun  şəkk-şübhəsiz  olaraq  gələcəyinə 

inanmaq  və  buna  uyğun  olaraq  gərəyincə  əməl  etmək  deməkdir. 

                                                        

4

 “Hilyətul-Əvliya və Tabakatul-Asfiyə” 1/53.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə