QiyaməTİn kiÇİK ƏlaməTLƏRİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix02.01.2018
ölçüsü0,96 Mb.
#19426
1   2   3   4   5   6   7   8   9   ...   39

 

Qiyamətin  qopmasından  əvvəl  ortaya  çıxacaq  Qiyamətin  böyük  və  kiçik 



əlamətlərinə  iman,  ölümə,  ölümdən  sonra  qəbr  sorğusuna,  əzab  və 

nemətinə, Sura üfürüləcəyinə, yaradılmışların qəbirlərindən çıxacaqlarına, 

qiyamətin  hesab  yerindəki  dəhşətli  və  qorxulu  hallarına,  məhşərə, 

səhifələrin  (əməl  dəftərlərinin)  açılacağına,  tərəzinin  və  sırat  körpüsünün 

ortaya  qoyulmasına,  hovuza,  şəfaətə  və  digər  xüsuslara,  Cənnətə  və  ən 

yüksək  mərtəbəsi  Allahın  üzünə  baxmaq  olan  nemətinə,  Cəhənnəmə  və 

orada  olan  dəhşətli  əzablara  iman  etmək  axirətə  iman  etməyin  içərsinə 

daxildir.  Elm  adamları  Qiyamətin  əlamətlərini  kiçik  və  böyük  əlamətlər 

olmaqla  iki  qismə  ayırmışlar.  «(Məkkə  müşrikləri)  özlərinə  yalnız 

mələklərin,  yoxsa  Rəbbinin  (əzabının),  yaxud  da  Rəbbinin  bəzi  qiyamət 

əlamətlərinin  gəlməsinimi  gözləyirlər?  Rəbbinin  bəzi  qiyamətin 

əlamətləri  gələcəyi  gün  əvvəlcə  iman  gətirməmiş  və  ya  imanında  bir 

xeyir  qazanmamış  şəxsə  (sonrakı)  imanı  heç  bir  fayda  verməz».  De  ki: 

«Gözləyin,  doğrusu  biz  də  gözləyirik».  (əl-Ənam  158).  «Ey  insanlar! 

Rəbbinizdən  qorxun.  Həqiqətən  qiyamət  gününün  zəlzələsi  dəhşətli 

şeydir».  (əl-Həcc  1).  «Onlar  (kafirlər)  ancaq  qiyamət  saatının  qəfildən 

başlarının  üstünü  almasınımı  gözləyirlər?  Onun  əlamətləri  artıq 

gəlmişdir.  Qiyamət  saatı  onlara  gəlib  çatdığı  zaman  ibrət  almaları 

(peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Muhəmməd 18). 

«….Nə  bilirsən,  bəlkə  də  qiyamət  saatı  yaxındır!  Ona  inanmayanlar 

onun  tez  gəlməsini  istərlər.  İnananlar  isə  onun  haqq  olduğunu  bilərək 

ondan  qorxuya  düşərlər.  Bil  ki,  qiyamət  saatı  haqqında  mübahisə 

edənlər (haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).  

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. 

Həmd  və  nemət  yalnız  Onadır.  Müvəffəqiyyət  bəxş  edən  və  xətalardan 

qoruyan  da  Odur.  «Məni  yaradan  və  məni  doğru  yola  yönəldən  Odur! 



Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O 

şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü 

xətamı  bağışlayacağına  ümid  etdiyim  də  Odur!  Ey  Rəbbim!  Mənə 

hikmət  bəxş  et  və  məni  salehlərə  qovuşdur!  Sonra  gələnlər  arasında 

mənə  yaxşı  ad  qismət  et!  Məni  Nəim  Cənnətlərinin  varislərindən  et». 

(əş-Şuəra 78-85). 

Allahın  salat  və  salamı  onun  Peyğəmbəri  Muhəmməd  -  sallallahu 



aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə  və Qiyamətə  qədər 

onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.  

 

BİTİRDİM MİLADİ: 4 NOYABR 2009-CU İL 

HİCRİ: 16 ZUL QADƏ 1430-Cİ İL 

HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA! (YUNUS 10) 



 



PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm - İN 



GƏLƏCƏKDƏ BAŞ VERƏCƏK HADİSƏLƏRDƏN 

XƏBƏR VERMƏSI 

Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  -  in  Qiyamətə  qədər  olacaq, 

olan şeyləri xəbər verməsi, Allahın gələcəkdə olacaq şeylər haqqında Ona 

verdiyi  xəbərlərdəndir.  Xuzeyfə  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  bizə  bir  xütbə  verdi.  Bu 

xütbəsində Qiyamətə qədər olacaq şeylərdən heç birini buraxmadan xəbər 

verdi.  Bu  xəbərləri  yadında  saxlayan  saxladı,  saxlamayan  isə  unuttdu. 

Necə  ki,  bir  nəfər  birini  tanıdıqdan  sonra  unudar,  təkrar  gördükdə  isə 

xatırladığı  kimi  mən  də  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in 

söylədiyi  şeylərdən  unutduqlarım  baş  verincə  xatırlayırdım  (Başqa 

rəvayətdə:  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  mənə  Qiyamətə 

qədər  olacaqları  xəbər  verdi.  Mən  ondan  olacaq  hər  şeydən  soruşdum, 

yalnız Mədinə xalqını nəyin çıxaracağını soruşmadım”

5

. Əbu Zeyd Amr b. 



Ahtab  əl-Ənsari  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra minbərə çıxdı 

və  bizə  Zöhr  namazına  qədər  xütbə  verdi  və  endi.  Namaz  qıldı,  sonra 

minbərə  çıxdı.  Günəş  batana  qədər  xütbə  verdi.  Bizə  olmuş  və  olacaq 

şeyləri  xəbər  verdi.  Onların  ən  yaxşı  bilənimiz  ən  çox  əzbərləyənimiz-

dir”

6

.  Xuzeyfə  b.  Yəmən  -  radıyallahu  anhu  –  deyir  ki:  “Vallahi  mən 



Qiyamətə  qədər  olacaq  fitnələri  insanlar  içində  ən  yaxşı  bilənəm. 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə söylədiyi bu 

şeyləri başqa heç  kimsəyə söyləməmişdir. Lakin Peyğəmbər – sallallahu 

aleyhi  və  səlləm  –  fitnələri  mənim  də  içində  olduğum  bir  məclisdə  xəbər 

verdi...  Xuzeyfə:  “Məndən  başqa  o,  məclisdə  olanların  hamısı  getdi”.  Bu 

səhih  dəlillər  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in  ümmətini 

Qiyamətə  qədər  olacaq  və  onları  maraqlandıran  şeylərdən  xəbərdar 

etdiyini  göstərir.  Heç  şübhə  yox  ki,  qeyb  xəbərləri  içində  ən  böyük  payı 

Qiyamət əlamətləri tutur. Buna görə də səhabədən Qiyamətlə bağlı bir çox 

hədislər dəyişik ləfzlərlə rəvayət edilmişdir.  

 

QİYAMƏT VAXTININ YAXINLAŞMASI 

Qurani Kərimdə olan ayələr ilə səhih hədislər Qiyamətin yaxınlaşdığını 

xəbər  verməkdədir.  Qiyamətin  bir  əlamətinin  görülməsi  onun 

yaxınlaşdığını  göstərir.  “İnsanların  haqq-hesab  vaxtı  (Qiyamət  günü) 

yaxınlaşdı,  onlar  isə  hələ  də  qəflət  içindədirlər  və  (qiyamətə 

                                                        

5

 Şərh Nəvəvi, Müslim “Fitən” 18/15, “Fəthul Bəri”, Buxari “Qədər” 11/494.  



6

 Müslim “Fitən”.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə